Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə175/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   171   172   173   174   175   176   177   178   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

771 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Azərbaycan komediyasında baĢlığın poetik 



xüsusiyyətlərindən söz açmaq mümkündür. BaĢlıqda ilkin 

olaraq fərdi bədii təfəkkürün Ģtampı öz əksini tapır; məhz 

baĢlıq vasitəsilə bu və ya digər komediya yaradıcısını 

fərqləndirmək olar. Nəyə görə, məsələn, Axundovun 

bütün komediyalarının adının altında belə bir «əlavə» 

gedirdi: güzariĢi-əcib. N.B.Vəzirovda əksər komediyaların 

adı atalar sözlərindən seçilir. Üzeyir Hacıbəylinin 

komediyasının adı («O olmasın, bu olsun») sonradan 

atalar sözünə çevrilir, situativ vəziyyətdən çıxıb 

ümumiĢlək sferaya daxil olur. Komediya ustası Mirzə 

Cəlildə baĢlıq baĢqa sənətkarlıqla müqayisədə tamam 

baĢqa və xeyli əlavə funksiyalar daĢıyır. 

Göründüyü kimi, suallar çoxdur və onların hamısına ciddi 

Ģəkildə cavab vermək lazımdır. 

Mirzə Fətəli «Tənqid risaləsi»ndə Firdovsi və Sədi kimi 

Ģairlərin üslubunu bəyəndiyini qeyd edir və onlar kimi 

məsnəvi tərzində müxtəlif xalqların əhval və adətini 

bildirən hekayətli Ģeir deməyə... çağırırdı. Bu ideyanı o, 

Ģair Hacı Nurunun dilindən də bəyan edir: 

“Hacı Nuru Ģair (bimövqe cibindən bir kağız çıxarmıĢ). 

Həzərat, bir yaxĢı əhvalat, yəni, avar ləzgisi altmıĢ il 

bundan əqdəm Xanbutayın sərkərdəliyi ilə Nuxunu gəlib 

çapdığını nəzm etmiĢəm. Hələ bir qulaq asın onu oxuyum; 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

772 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan 



etmiĢəm. 

Ağa Zaman həkim. Eh, Hacı Nuru, bu məclis nə Ģeir 

məclisidir! Ağzımızda söz danıĢırıq, məsləhət edirik, bu 

da gəldi ki, mən altmıĢ il bundan əvvəl olan keyfiyyəti 

nəzm etmiĢəm. Ləzgi belə gəldi, bizə nə və bundan bizə 

nə faydası var? 

Hacı Nuru Ģair (incimiĢ). Necə nə faydası var? Görərsiniz 

ki, o vaxt ləzgilər nə iĢlər sizin babalarınızın baĢına 

gətiriblər, nə birəhmlik onların haqqında ediblər? Məgər 

keçmiĢ güzariĢatı bilmək bifaydadır?” 

M.F.Axundov da Ģeir, nəsr və dramaturgiyada məhz 

keçmiĢ güzariĢatı bilib öyrənməyi əsas tuturdu. 

M.F.Axundovun bütün ədəbi mübarizəsi keçmiĢ zamanı 

indiki zamana yaxınlaĢdırmaq üstündə gedirdi və bu 

cəhət, yəni bu mübarizəyə münasibətdə qəhrəmanın 

xarakter və temperamentinin dəyiĢməsi onun bütün 

komediyalarının poetik mahiyyətini təĢkil edir. Bu 

mənada o özü də komediyalarının adının altında «təmsili-

güzariĢi-əcib» ifadəsini iĢlədirdi. Bu məsələ ilə bağlı 

ədəbiyyatĢünas B.Məmmədzadənin maraqlı mülahizələri 

vardır. Tədqiqatçı düzgün mülahizə yürüdür ki, bu 

ifadədəki sözlərin (təmsili-güzariĢi-əcib) hər biri bədii 

həqiqət anlayıĢı ilə bağlı olub, müəllifin sənət anlayıĢını 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

773 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

açıqlayır, onun komediyalarında, konflikt və xarakter 



yaradılması xüsusiyyətlərində real bədii əksini tapır. 

«Əciblik, qəribəlik və yenilik, türfəgilik və təzəlik bədii 

məzmunun əsas Ģərtlərindən sayılır. GörünməmiĢ, 

təkrarsız, qeyri-adi olan məzmun bu dram əsərlərində öz 

təcəssümünü tapır. Faktikilik, əcaib olan bədii məzmunda, 

konfliktdə, xarakterdə, bədii-publisist məqamlarda 

aĢkardır, maarifçi estetika və poetikanın tərkib 

hissələrindəndir, realist inikas prinsiplərinin sistemində 

müəyyən mərhələyə daha çox xasdır».  

Bu xüsusda biz «Ölülər» komediyasını müəyyən qədər 

təhlilə çəkmiĢik, indi isə «Dəli yığıncağı» adının 

komediyanın daxilində «gizləndiyi» yeri tapaq. Gizlin 

mətləbi aĢkarlamaq üçün əvvəl aĢkar məqamlara nəzər 

yetirmək lazımdır. «Dəli yığıncağı» ifadəsi komediyada 

yalnız bircə dəfə iĢlədilir, o da sonda. Molla Abbas əlini 

uzaqlaĢmaqda olan zəvvarə tərəf uzadır və deyir: Vallah 

və billah biz «dəli yığıncağına» düĢmüĢük. Ancaq 

komediyanın sonunda iĢlənənə yaxın bu ifadə onun hər 

qatında səslənmiĢ, oxucuya əsl mətləbin nədən ibarət 

olduğunu niĢan vermiĢdir. Bir Ģeyi deyək ki, baĢlığın 

mətndə hökmən xatırlanması heç də əsas deyil. Bizə belə 

gəlir ki, «Dəli yığıncağı» adının finalda - Molla Abbasın 

son fəryadında (sonuncumu-?) səslənməsi tamam Ģərti və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

774 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

təsadüfi səciyyə daĢıyır və belə olduğu üçündür ki, 



bütövlükdə belə bir məqamın heç bir bədii-estetik 

funksiyası yoxdur. Əlbəttə, əsərin poetik sistemində. 

Bizim fikrimiz paradoksal səslənə bilər, onun üçün də biz 

izahata bir az uzaqdan baĢlamaq istəyirik. Əvvəlcə 

yuxarıdakı paradoksun gücünü bir az da artırmaq üçün 

əlavə edirik: komediya müəllifinin baĢı çoxqatlı və 

mürəkkəb sistemli oyuna elə qarıĢıb ki, baĢlıq da oyunu 

davam etdirir və oxucunu intellektual oyuna dəvət edir. 

Məhz belə olduğu üçündür ki, baĢlığın estetik enerjisi 

komediya çərçivəsindən çox-çox kənara, gələcəyə 

«səyahətə» çıxır, diqqət edilərsə, bizim günlərdə də onun 

bir azca «nəfəs dərdiyinin» Ģahidi olmaq olar. 

Məsələ belədir ki, komediya ilkin nüsxələrdə «Dəlilər» 

adlanırmıĢ və sonradan bu ad «Dəli yığıncağı» ilə əvəz 

edilib. «Dəlilər» Mirzə Cəlilin tədqiq etdiyi, yaralarının 

qaysağını qopartdığı cəmiyyətin «Ölülər»dən sonra ikinci 

adıdır və trilogiyada bu baĢlıq bədii tədqiqatın bitib-

tükənmədiyinə, konkret dövrdə baĢqa formalarda davam 

etdiyinə iĢarə vururdu. Bir Ģeyi də qeyd edək ki, ədibin 

doğulub böyüdüyü Naxçıvan mühitində «Dəlilər» adlı 

məhəllə də olmuĢ və bu məhəllə özünün farmasyonları ilə 

ad çıxarmıĢdır. Ġskəndərin prototipləri sayılan Mirzə 

Cəlilin müasirləri də farmasyon olmuĢlar. Professor Əziz 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə