Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə171/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   167   168   169   170   171   172   173   174   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

754 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Əyriqaradan qalxan tüstülər, atların kiĢi nəriltisi, itlərin 



hürüĢməsi - bütün bunlar dağlara, dağların baĢından 

enməkdə olan dumana, çiskinə, yaylaqlara, yaylaqların 

otuna, çiçəyinə o qədər uyğun idi ki, o qədər ayrılmaz idi 

ki, Qurtan ağa bunu duydu, ayağa qalxdı.»«... Qurtan 

ağanın alaçıqlarında qaynayan həyatın parıltısına 

uymaqda olan, gündən - günə vara-dövlətə susayan, 

yiyəsiz öz qapılarına dönən malı - qoyunuyla, yalnız öz 

həyət - bacasını qoruyan itləriylə bir-birndən uzaqlaĢan 

Qarakəllə kiĢiləri... »Məhəbbət qarıĢır yadlığa, əslində 

yadlıqdan yox, əzəli, bəĢəri Doğmalıqdan, yadlığa qənim 

kəsilən iki qəlb istəyindən yaranır məhəbbət və yadlığa 

uyuĢmur, qurulmuĢların, düzəldilmiĢlərin yeni həyatından 

yox, Təbii, Əbədi, Qədim Həyatından xəbər verir.«Aman 

qalxdı, hara getdiyini bilmədən, böyüyüb - böyüyüb, 

tanrının üzü kimi göyü tutmuĢ atasının üzündən aĢağılarda 

qaça-qaça özünü Ellaya yetirdi.Çiçəklər təki nəfəsləri 

içlərində dərənin qaĢından endilər.Yüz il bundan qabağın 

güllü-çiçəkli bir yamacında oturdular.Ella dizin-dizin 

gəlib Amanın qarĢısında durdu, titrəyə-tirəyə öz dilində 

nəsə dedi.Aman Ellanın nə dediyini yox, yalnız səsini 

anlayırdı.Bu səs elə bil birdən-birə dil açmıĢ bir çiçəyin 

səsiydi.»Doğmalıq yağır məhəbbətdən yer üzünə, ancaq 

Qarakəllə düzlərindən yadlıq əskik olmur.Qarakəllə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

755 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

meĢələrinə Ģığıyır Yadlıq, Qarakəllə evlərinə dolur Yadlıq 



və nifrət Ģilləsi açılır Yadlığın sifətinə:«O biri qolunu ağır-

ağır qaldırıb qadına bir Ģillə çəkdi, qadın onun dizlərini 

daha da bərk qucaqlayıb üzünü qanlı geyməsinə sürtdü. 

Artıc ayağıyla onu itələyib döĢəməyə yıxdı: - Sarı 

qancıq!»YurdsuzlaĢır Qarakəllələr, Qurtana qismət olur 

Qarakəllə yurdu, qırılıb-tökülürlər Qarakəllələr, qandal 

vurulur ayaqlarına, əcnəbi ölkədə gəzir Amanın yadigarı, 

nazik səsli kiĢilərə qalır gur səsli dünya...  

Yağılıq 

Yağılıqla qarĢılaĢır Qarakəllələr - Qanıqlarla, təzəlikdən 

barlananlarda, Qurtanlara yalmananlarla, hamıdan tez 

«yerləĢənlərlə», hökumətləĢənlərlə; yeni havadan bol-bol 

udanlarla, kələyə arxalananlarla, zamanlaĢan qanlılarla! 

Müsibətlə rastlaĢırlar, nakamlıqla rastlaĢırlar, namərdliklə, 

müxənnətliklə rastlaĢırlar. 

Zamandan beĢəlli yapıĢırlar və zamanın əliylə vururlar 

zərbələrini qonĢuya Qanıqlar. 

Hökumət adamı olurlar, siyasət adamı olurlar və fəlakətlər 

gətirirlər Qarakəllələrin baĢına. 

Zamana əyilirlər ki, rəqibini əysinlər. 

«Qanıq evinin dolanmağın, yaĢamağın yolunda kələkləri 

vardı ki, dünyanın baĢına ip salıb oynadırdılar.» 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

756 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Qurtan məclisinin ayağında oturur Qanıqlar ki, 



Qarakəllələr yurdunda baĢ olsunlar. 

Müsibətlər, fəlakətlər yaradırlar...  

«Sənəm xatının içindən quzu qulağının turĢ dadına sarı 

uzanan əl elə bu Ağsaçlı dağına sarı çapan atlıymıĢ! 

Ġçini dartıb - dartıb çıxartdılar. 

Qulaqları qurğuĢun tökülmüĢ kimi batdı, arxası üstə 

otluğa yıxılıdı.» 

«Əvvəlcə elə bil GöyüĢün sağ döĢünün altına buz 

bağladılar, sərin, gözəl yaylaq havası doldu içinə, yavaĢ - 

yavaĢ da alıĢdı, qayaya diksənib atını çağırdı.» 

Qanlıdır Qanıqlar, həm də qeyrətə, namusa yağıdırlar, 

dəvə kinləri var qanlarında, dəvə quyruğu kəsəndilər...  

«Söylənən nağılların, yaddaĢlarında qalan tarixlərin 

qədimliyinə, köhnəliyinə oxĢar görkəmiyə quruyub 

qalmıĢdı. Gözləri Dədəni axtarırdı. 

Artıq it də adamıydı, daĢ da adamıydı, ağ dəvə özünü 

itlərə vururdu, daĢlara, qayalara vururdu. 

Dörd yandan ağ dəvəni oxladılar, heç nə anlamadan, heç 

kəsi tanımadan ağ dəvə özünü uçruma saldı. 

Yer kimi titrəyib ağzı köpükləndi, daha dünyanı seçə 

bilmədi.» 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

757 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

«Ġllər boyu döyüĢüb döyüĢlər görmüĢ, yurdlar almıĢ, 



yurdlar itirmiĢ Qarakəllə kökü belə qan, belə düĢmənçilik 

görməmiĢdi.» 

Bu, təzə döyüĢ idi, təzə üsul idi, zamana uyğun...  

«Yanılıb yaxĢı iĢ tutanda özlərində olmurlar Qanıqlar, 

özlərini unudurlar, yuxuya gedirlər...  

«Yallının baĢındakı Qutluğun oğlanlarıydı, hamı yuxulu - 

yuxulu, düĢüncəli - düĢüncəli oynayırdı.» 

«Yerin altında yatırmıĢlar kimi üstlərində dağ varmıĢ 

kimi, ağırlaĢıb - ağırlaĢıb ağır at yuxusuna getdilər. Atları 

da yatırdı, itləri də, quĢları da...  

... Qanıq evinin adamları oyanmadı. 

Qulaqlarına yuyucu barmağı girmiĢ kimi lallıq, karlıq 

ağırlığıyla yuxuların qaranlıq diblərinə çökmüĢdülər. 

Obada canlı nə varsa, hamısı özündən getmiĢdi.» 

Özlərindən gedirlər yaxĢı iĢ görəndə Qanıqlar, yuxuda 

yaxĢı iĢ görürlər Qanıqlar, ayıq olanda - baĢ kəsirlər, qan 

tökürlər, bir kiĢinin üstünə on atlıyla gedirlər, qonĢu 

qoyunlarına ağı verib öldürürlər, hökumət əsgərlərinə 

qoĢulub rəqiblərinə qəsd edirlər, bu səbəbdən də dinc ölə 

bilmirlər, yer götürmür yağıları. 

«Üç gün idi ki, can verə bilmirdi. 

Üç gün idi ki bağırırdı. 

-Allah iraq elə, yer götürmürdü Dursun kiĢini. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə