Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə168/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   164   165   166   167   168   169   170   171   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

740 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

... OzanlaĢdılar, sazlaĢdılar, rəvayətləĢdilər: «at 



üstündəki» əzəmət çalındı, çağırıldı; ancaq yeriĢlərinə dar 

gələn dünyada qərib oldular. 

 

Doğmalıq harayı 



 

Çağırdılar Qarakəllələri doğma iz, doğma yol, doğma 

meĢələr, bulaqlar, qayalar, əzəli Yurd adlanan Məkan. 

Dədə ölməyə yer axtarırdı. 

«Harada ölsəm, ora yurdumuzdu!» - dedi. 

«Yuxulardan haqqa sarı yol açıldı!» 

Ürəklərə kədər doldu, xiffət doldu, həsrət doldu: «göyçə-

göyçə azman dağlar itirdim, od-ocaqlı yurdu qoydum o 

yerdə.» 

Tanındı yurd, əzəli tanımlıq duyğusu ürəklərə axdı. 

«Otlaqda otlar, güllükdə çiçəklər, meĢədə ağaclar, çayda 

balıqlar, dağlarda daĢlar ona tanıĢ gələ - gələ ətək boyu 

yamaclara sarı qalxırdı.» 

«... Bu dolama cığırları, bu göycə dağları, bərələri-

bələnləri, arxac yerlərini harada görmüĢdü, anlaya 

bilmirdi.» 

Çağırdı Qarakəllələri ruhani bağlılıq hökmü: 

«Artıq Dədə otların, ağacların özünü yox, kökünü hiss 

eləyiri. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

741 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Torpaq Dədəyə sarı qalxırdı, yer Dədəni belə çəkirdi.» 



Torpaq Atlıları özünə çəkdi, Atdan düĢürdü, Dünyanın 

üstündən, dünyanın daxilinə endirdi, YurdlaĢmaq 

aqibətinə çağırdı. 

 

Əzəli Ucalıq 



 

Qocalıq -Ucalıqdır. Həmin Ucalıqdan Dünyanın hər üzü 

görünür. 

Qədimlik çökür idraka və idrak iĢıqlanır. 

Qədimliyə tapınırlar, Qədimliklə tanınırlar Əsllər. 

Qədimliyin gözündə görürlər özələrini. 

«Damarları çıxmıĢ arıq bir qarıydı. 

Yüzü çoxdan keçmiĢdi. 

Tərpənməsəydi, sağlığına inanmaq olmazdı. 

Dipdiri gözləri yerin o üzündən baxırmıĢ kimi baxdığını 

doğrayıb tökürdü.» 

Qocalıqda ucalıblar qocalar, cavanlıqdan, yamanlıqdan 

uzaqlaĢıblar, doğrulublar, nurlaĢıblar; yerin altını da, 

üstünü də biliblər, yer altına getməmiĢdən qabaq...  

«Qarının üzü sərt idi, elə bil qarı öz içindən çıxıb, havaya, 

nəfəsə qarıĢıb gülümsənirdi, gözləri də ona görə yerin o 

üzündən baxan kimi görünürdü.» 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

742 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Qoca halallıq qalırdı qocalardan, qoca bərəkət qalırdı, 



mərifət, həqiqət qalırdı. 

«Al, bu undu, bərəkətimiz olsun. 

Birinci çörəyi bunnan biĢirin. 

Halal elə, haram qatma!» 

«Atın yamanı qannan, inəyin bərəkəti haramnan, 

damazlığı oğurluqdan uzaqdı!» 

«Sənə yad gözlər baxacaq, amma ruhuna yaxın qoyma, 

ruhunu təmiz saxla! 

«Kimin gözünə baxsan, ürəyini görəcəksən!» 

«Odun - ocağın, günün nuru, suyun aydınlığı ona görə 

yaranıb ki, ürəyimizi yuyaq!» 

Qoca fərəh qalır qocalardan. 

«Dağlar, daĢlar boĢ qalmıĢ kimi, qara zurnanın səsini udub 

səs-səsə verdi. Quzeydəki uçurum qorxulu - qorxulu 

uğuldadı, qayaların arasından dağ keçiləri qopdu, 

dırnaqlarının səsi böyüyüb - böyüyüb gurultuya döndü, bu 

səs ayaqlarının iziymiĢ kimi dallarınca sürüĢüb 

uzaqlaĢdı.» 

Qoca Yas qalır qocalardan: 

«Arvadla - gəlinlər, qızlar üç - üç, dörd - dörd cənazənin 

qabağına çıxıb əllərini yelləyə -yelləyə avazla ağlayıb 

oynaĢırdılar.» 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

743 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Qocalıq uca tutulanda adət qocalmır, mərifət qocalmır, 



həqiqət qocalmır. 

 

Əzəli Qüdrət 



 

SəsliymiĢ, nəfəsliymiĢ Qarakəllələr! 

Səslərindən dağ- daĢ titrəyirmiĢ. 

Təbiətlə tən imiĢlər, Göy səsliymiĢlər Qarakəllələr. 

«Yeri - göyü qorxulu bir səs bürüdü, bu səs o qədər 

güclüydü ki, dağlar da duruĢ gətirə bilmədi, titrəyib 

üstündən daĢ saldı.» 

Səsli - səmirliymiĢlər Qarakəllələr! 

Nərəli, nəriltiliymiĢlər, düĢməni əsdirən! 

Yerə-göyə sığmayan Əzəli Qüdrət səslənərmiĢ 

nərələrindən, aqibətlərindən güclü. 

«Bəkilin səsi atlıların üstündən ildırım kimi keçdi. 

Kəndin qara daĢları titrədi, yerə qara torpaq ələndi. 

Atların qorxusundan az qaldı bağrı çatlasın, Ģahə qalxıb 

kiĢnədilər. 

Atlılar baĢlarını aĢağı əydilər ki, Bəkilin səsi baĢlarına 

dəyməsin! 

Qorxa-qorxa çəpərlərin dibinə yığıĢıb tamaĢaya duranlar 

Bəkilin səsindən yerə çökdülər.» 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

744 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Daxili dünyanın dərinliyindən gəlir Qarakəllə səsi və bu 



səbəbdən də dünyanı lərzəyə salır. 

Daxili dünyanın dərinliyində bulud kimi dolur səs və səda 

gələndə ĢimĢək kimi çaxır: 

«Birdən-birə Uğurun içi yay kimi dartılıb açıldı. 

BaĢını aĢağı salmıĢ, nələr olduğunu, nələr olacağını yaxĢı 

anlamayan Qarakəllə kiĢilərinin baĢı üstündə bağırdı: 

- Qalxın! 

Əyriqarın quzeyindəki sıldırımı uğultu bürüdü, qayalar 

zarıya-zarıya çatdadı, çatlamıĢ qayalar üĢənib dərələrə 

axdı, həyətlərdəki toyuq-cücəynən yerə yapıĢdı. Bu 

Uğurun aylarla-illərlə içinə yığıb qarsıya-qarsıya əzələ 

kimi bərkiyib düyünlənmiĢ bir səs idi ki, bir anı 

gözləyirdi.» 

Səslər səslərə calanır, səslər səslərdə böyüyür, yağı baĢına 

çırpılır. 

«Babam, vur gəldim! 

Atam, vur gəldim!» 

Səsləri də boyları kimi ucaymıĢ Qarakəllələrin, seçmə 

kökdən xəbər verirmiĢlər. 

«Enli yapıncıların içində, enli, boylu, buxunlu 

Qarakəllələr səsləriylə, görünüĢləriylə, gecələrin qara 

qorxusundan dinc çıxmıĢ, ərklə səhərin üzərinə lələyən 

tükləriylə günəĢdən tutmuĢ torpağacan arada nə vardısa 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə