Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə170/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   166   167   168   169   170   171   172   173   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

750 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

«Tanrı adı yer üzündən çox-çox uzaqlarda, əlçatmazlıqdan 



çox-çox uzaqdaydı. 

Allah adı yer üzünə bir az yaxın oldu. Yerlərin, yurdların 

bölünməsində, qırğınlarda, döyüĢlərdə, tüfəngin belə 

yaranmasında elə bil allah adının əli vardı. 

Özümlük əvəzinə Özümünkülük törəmiĢdi, hər kəs özü 

üçün yaĢayırdı, bu səbəbdən də heç kəs özü olmurdu.» 

«Bir zaman sirli, qorxulu baĢaçılmaz bir göl kimi bütöv, 

bir-birinin içində olan Qarakəllələr öz gözləri görə-görə 

hərəsi bir yana axırdı.» 

Darala-darala yurdlaĢırdılar Qarakəllələr: 

«Atlardan enməkdəydilər, birdən-birə qocalmaq 

baĢlayırdı.» 

Qocalırdılar ki, Ucalsınlar, qocalara çatsınlar. 

«Bizimdi buralar. Babamızdan qalandı.» 

YurdlaĢırdılar, TəbiətləĢirdilər. 

«Qızlar ona görə gözəl, sağlam idilər ki, suya oxĢayırdılar. 

Oğlanlar təzə ağac kimi boya verirdilər, sonra tumurcuq 

açacaqdılar. QuĢları, adamları, sürüsü, otu, çiçəyilə göz 

qabağında olan həyat - varlıq tanrının adından da böyük 

iĢlər görürdü, quĢ kimi, ot kimi cəh-cəh vuran adamlarını 

kürüyə-kürüyə gələcəyə aparırdı.»YurdlaĢırlar, 

əbədiləĢirlər.«Dünyada qalan elə bunlarmıĢ.Ad da bunlara 

yaraĢırdı.Vəkil gəlib-gedəcəkdi, Beyrək gedəcəkdi, Tarqut 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

751 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

gedəcəkdi, qalan Əyri qarıydı, Qılınc Düzüydü, 



Bibiqayasıydı, Naltökəndi.» 

 

 



 

 

 



Yadlıq 

 

 



 

 

 



Yadlıqla qarĢılaĢırlar Qarakəllələr - Qurtanların tərəqqisi - 

yeni həyatıyla, çaydaq itləriylə, açıq- saçıq qızlarıyla, 

topuyla - tüfəngiylə, hökumətiylə, hökmüylə.ÜĢüdür 

Qarakəllələri Yadlıq, həm də həvəsləndirir.Qatilcəsinə 

naməhrəmlik var yadlıqda, həm də iblisanə cazibə.«Ġki 

təkərli top arabaları, birinci dəfə gördükləri çaydaq itlər

açıq üzlü, açıq topuqlu qızlar, təkəsaqqal kiĢilər, əli kitablı 

uĢaqlar, mənasını anlamadıqları bir həyatın 

baĢlanğıcıydı.»Təzə, məkrli, iĢvəli hava gəlir Qarakəllələr 

yurduna və Qarakəllələr bu havaya oynamağa 

baĢlayırlar.«Hər Ģey - toplarla, çaydaq itlərlə, təkəsaqqal 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

752 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kiĢilərlə, açıqtopuqlulara qarıĢmıĢ qızıl pul havası 



Qarakəllə kiĢilərini o həyata səsləyirdi.»Zavod 

salınmalıydı, təzə imarətlər tikilməliydi, təzə adətlər 

qurulmalıydı Qarakəllələr Yurdunda və təzələĢdikcə, 

tərəqqiləĢdikcə yurdsuzlaĢmalıydı Qarakəllələr... 

Cazibəyə uydular, cəzb oldular Yadlığa və itirdilər 

özlərini.Çəkdi özünə Qarakəllələri təzəlik.«Birinci kərədi 

baĢları, topuqları açıq qız görürdülər.»Soyudular dağ 

gözəllərindən, Qurtansayağı yaĢamağa baĢladılar və 

yaĢadıqca ölümlə üzləĢdilər hər anda.«Qurtan ağanın 

dağın döĢündə açdığı daĢ karxanası, daĢ kəsib evlər 

tikməkdə olan iĢçilər, hər axĢam Qurtan ağanın sayıb 

verdiyi pullar, gündə neçə dəfə harasa gedən pendir, yağ, 

süd, yun arabaları, təmiz geyinmiĢ kiĢilər, əli kitablı 

arvadlar, qızlar uĢaqlar Qarakəllələri yerindən 

oynatmaqdaydı... ... Dörd yandan Qurtan ağanın əyriqara 

gətirib çıxartdığı həyata oxĢar həyatının havası vururdu. 

Bu, pul havasıydı.» 

QuraĢdırılmıĢ həyat gətirdi Qurtan Qarakəllə yurduna, 

quraĢdırılmıĢlarla qarĢılaĢdılar Qarakəllələr, 

təəccübləndirdilər süniləri və uydular sünilərə.«Qurtan 

ağanın tamaĢaya durmuĢ adamları elə bil oxuduqları 

kitablara baxırdılar, ləzzət içində gülümsüyürdülər.Uca 

boylu, enli kürəkli, tökmə bədənli Qarakəllələr də qızlar 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

753 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

üçün bu boy-boya vermiĢ dağlar, sıldırımlı qayalar kimi 



təzə idi. Qarakəllə uĢaqları bir düzüm bağ alması təki bir-

birindən seçilməyə - seçilməyə qaynaĢırdı.»Uyurlar 

Qarakəllələr təzəliyə, iĢartıya, parltıya; unudurlar 

yaxındakını, özününkünü.Qaragün eləyir Qarakəllə 

qızlarını Qarakəllə oğlanlarının dönüklüyü.«Qarakəllə 

qızlarının ayaqlarının səsindən kənd batırdı. Göyə acıq 

eləyirdilər, yerə acıq eləyirdilər, gün çıxırdı, gözəl səhər 

açılırdı, yağıĢlar yağırdı, qurĢaqlar sallanırdı, Qarakəllə 

qızları qəhərləĢirdilər.»Qurtan ağa təzəliyinin açdığı hər 

bir iz Qarakəllələr həyatının əzəli ahəngini pozur, saldığı 

hər bir yol Qrakəllələri özlərindən ayırır, özlərinə yad 

edir. 


Təzə həyat quraĢdırırlar, düzəldirlər quraĢdırılmıĢlar, 

düzəltdirilmiĢlər, özlərinə bənzər: təbiilikdə sünilik 

yaradırlar, təbiiliyi süniliklə Ģirnikdirirlər, süniliyə 

uyaĢdırırlar.«Qurtan ağanın adamları sonradan 

düzəlmiĢlərə, qurulmuĢlara oxĢayırdılar. Qarakəllələr kimi 

damda, yaylaqlarda, otlara, çiçəklərə qarıĢa bilmirdilər, 

bütün bunlardan uzaq idilər.Sonradan düzəlmiĢlər, 

qurulmuĢlar Qarakəllə həvəsiylə havalanır, həm də 

Qarakəllələri havalandırırdılar.Cəzb edir, cəlb edir 

Qarakəllə qurulmuĢları, donmuĢları, həm də qurur, 

dondurur Qarakəllələri.«Qarakəllə kiĢilərinin səsi, 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə