Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə178/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   174   175   176   177   178   179   180   181   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

783 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Kərbəlayı Qulamalı. Doğrusu mən bilsəm ki, uĢqolda 



oxuyan uĢaqlar qulluq sahibi olacaqlar, mən oğlum 

Mustafanı uĢqola verməyə sözüm yoxdur. 

Uçitel. Mərhəba, mərhəba! Bax, bu kiĢi ağıllı kiĢiyə 

oxĢayır. Əlbəttə, hər bir atanın borcudur övladının 

tərbiyəsinin fikrinə qalsın. Mərhəba! 

Qasım kiĢi. Ay uĢkol, bu nəçərnikin dilmancı, 

Mirzəməhəmmədqulu, belə görükür ki, böyük yerdə 

oxuyub ki, nəçərnikə dilmanclıq edir. Yəni səndən çox 

dərs oxuyub?  

Bu cəmiyyətdəki adamlar üçün ayinə rolunu oynayan, 

onun funksiyasını yerinə yetirən heç nə yoxdur. Qarpızın 

içini arĢınla ölçən uĢkola da bir böyük güzgü lazımdır ki, 

orada öz batinini görsün. Hacıbəyov isə öz komik 

qəhrəmanını güzgü qabağına gətirir. Bu hərəkətin 

qabağına biz belə bir sədd çəkirik: güzgü o dünya ilə bu 

dünyanın sərhəddidir və güzgü qabağına gəlmək məqamı 

da (əlbəttə, komediyada, gülüĢ aləmində) varlığın 

metafizik qatlarına toxunmaq, onlardan bəhs etmək 

qədərincə qəhrəmanın həyatında, özü bilməsə də ən 

əhəmiyyətli hadisələrdən biridir. Bunu təsəvvürə gətirib 

fikrimizi təsdiq etmək üçün MəĢədi Ġbadın güzgü 

qabağında çıxardığı oyunları yada salın: ... əgər belə 

qoysam... Güzgü qabağına gəlmək bu komik qəhrəmanın 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

784 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

elə bil ki, olum-ölüm məsələsidir, paradoksallıq xatirinə 



deyək ki, komik planda yox, lap elə ən ciddi mətləblər 

kontekstində. El ədəbiyyatında, arxaik mədəniyyət qatında 

- güzgünün oynadığı rolu yada salaq. Və müqayisə üçün 

güzgünün baĢqa bir funksiyasını da xatırlayaq: bayılan, 

yaxud, bioloji ölüm «kamerasına» düĢən adamda dirilik 

əlamətlərini yoxlamaq üçün adətən, güzgüdən istifadə 

edirlər. Güzgü tərləyərsə... MəĢədi Ġbadın isə, bütün bu 

mətləblərdən heç xəbəri də yoxdu, o, sadəcə olaraq güzgü 

qabağındadı və özünü cavanlaĢdırmaqla məĢğuldur. 

Özünü «cavanlaĢdırmaq» isə yenə də dirilik suyu 

axtarmaq motivini yada salır və MəĢədi Ġbadın da ruhunda 

bir komediya dünyasının sakini kimi bu «qartımıĢ» mərəz 

var. Məhz bu cəhət onun daxilindəki hissləri zahirə 

çıxmağa, güzgüdə əks olunmağa məcbur edir. MəĢədi 

Ġbad güzgü qabağındakı məĢqini qurtardıqdan sonra 

cavanlaĢdığına doğrudan da inanır və ölçüyə, əndazəyə 

gəlməyən hərəkətlər eləyir. Bu hərəkətlərdəki 

«deformasiya» keyfiyyəti o saat gözə dəyir və gülüĢ 

doğurur. 

 

  



Vilayət QULIYEV 

ĠSA SULTAN ġAHTAXTĠNSKĠNĠN QƏRĠBƏ HƏYATI 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

785 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



    

  

 



  

  

 Oljas Suleymenovun uzun illər bundan əvvəl oxumaq 



üçün vur-tut bir gecəliyinə tanıĢlarımın birindən böyük 

xahiĢ-minnətlə aldığım "Az-ya" kitabındakı əksər 

mətləbləri artıq çoxdan unutmuĢam. 

Amma aradan xeyli zaman keçməsinə baxmayaraq, indi 

yaddaĢımdan silinməyən çox maraqlı və ibrətamiz bir 

məqam var. 

MəĢhur qazax Ģairi xatırlayırdı ki, bu əsər üzərində 

iĢləyərkən hər dəfə məĢhur Lenin kitabxanasına gedəndə 

sifariĢ etdiyi kitabların səhifələrini kəsmək üçün özü ilə 

mütləq sümük bıçaq götürürmüĢ. Çünki, XIX əsrin 

ortalarına qədər kitabların çoxunu sadəcə rəfdən götürüb 

vərəqləmək mümkün deyildi. Dövrün çap 

texnologiyasının bəsitliyi ucbatından əvvəlcə səhifələri, 

necə deyərlər, fərdi qaydada kəsib ayırmaq tələb 

olunurdu. 

Əgər oxumaq istədiyin kitabla sənə qədər kimsə 

maraqlanmıĢdısa, o zaman iĢin asanlaĢırdı, səhifələri bir-



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

786 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bir kəsib ayırmağa lüzum qalmırdı. Yox, əgər ilk oxucu 



idinsə, vəziyyət çətinləĢirdi: mütləq sümük bıçaqla 

sılahlanıb bu iĢi özün görməli olacaqdın... 

 

Oljas Suleymenov xatırlayırdı ki, məĢhur əsəri üzərində 



iĢləyərkən qazax xalqının və ümumən türk etnosunun 

tarixi ilə bağlı çoxlu əski çap kitablarının səhifələrini ilk 

dəfə kəsmək məcburiyyəti qarĢısında qalmıĢdı. 

Və təəssüflənirdi ki, müxtəlif dünya ölkələrinin kitabxana 

və arxivlərində hələ də onu maraqlandıran mövzularla 

bağlı səhifəsinin qatı açılmamıĢ, sətirləri tədqiqatçı nəfəsi 

ilə isinməmiĢ onlarla, bəlkə də yüzlərlə naməlum kitablar, 

əlyazmaları qalmaqdadır. 

ÖyrənilməmiĢ Ģəxsiyyətlər də oxunmamıĢ kitablar 

kimidir... 

Kitabxanalarda Azərbaycanın bizə naməlum tarixi ilə 

bağlı nə qədər səhifələri kəsilib ayrılmayan, hələ də sirli 

və gizli qalmaqda davam edən kitabların olduğunu deyə 

bilmərəm. Hər birinin zəngin həyatı, çoxĢaxəli fəaliyyəti 

onlarla kitaba mövzu ola biləcək az tanınan, yaxud 

naməlum Ģəxsiyyətlərimiz də bu naməlum kitablardan az 

deyildir.  

Ġndiyə qədər həqiqi qiymətini ala bilməyən belə görkəmli 

Ģəxsiyyətlərdən biri də XIX əsrin ikinci yarısında 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə