Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə181/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   177   178   179   180   181   182   183   184   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

795 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Sultanın bu qərarı hansı amillərin təsiri altında qəbul 



etməsi ilə bağlı hər hansı dəqiq məlumata malik deyilik. 

Gimnaziya illərində o, alman və fransız, habelə qismən 

latın və yunan dillərinə yiyələnmiĢdi. Sonralar bu klassik 

və Qərb dillərinin üzərinə ingilis dili də əlavə olunmuĢdu. 

Təbii ki, ruscanı da əla bilirdi. Fars və türk dillərinə də 

müəyyən bələdliyi vardı. Heç Ģübhəsiz, ġərqi və Qərbi 

əhatə edən belə bir zəngin dil bilgisi zəminində Ġsa Sultan 

humanitar sahəni seçsəydi, yəqin ki, daha böyük uğurlar 

qazana bilərdi. 

Lakin o, tamamilə baĢqa yolla getməyə qərar vermiĢdi. 

Bəlkə də vətəni Azərbaycanın və ümumən Qafqazın 

həmin dövrdə sırf aqrar ölkə olması, həmvətənlərinə bu 

sahədə daha çox faydalı olmaqla bağlı düĢüncələr onu 

Əkinçilik Ġnstitutuna gətirib çıxarmıĢdı.  

Hər halda, 1871-ci ilin yayında Ġsa Sultan ġahtaxtinski 

artıq Rusiya paytaxtında idi və imtahanlar zamanı 

professorları heyrətləndirən parlaq cavabları, zəngin, 

hərtərəfli biliyi, yüksək erudusiyası nəticəsində birdən-

birə Peterburq Əkinçilik Ġnstitutunun... ikinci kursuna 

qəbul edilmiĢdi. 

Rusiya ali məktəblərinin tarixində imperiyanın ögey 

övladlarına- "inorodetslərə" belə qeyri-adi ehtiram və 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

796 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

etimad nümayiĢ etdirilməsi çox nadir təsadüflərdən biri 



idi. 

"Qeyri-adi tatar" haqqındakı söhbətlər həmin dövrdə 

Rusiya imperiyasının xalq təhsil nazirliyinə rəhbərlik edən 

knyaz Livenə də çatmıĢdı və o, Əkinçilik Ġnstitutuna 

növbəti gəliĢlərindən birində Ġsa Sultanla Ģəxsən tanıĢ 

olmaq istədiyini bildirmiĢdi. Əgər nazirlə tələbənin 

dostluğundan danıĢmaq mümkündürsə, qısa zamanda 

onların arasında yaranan münasibətləri yalnız belə 

xarakterizə etmək olardı. 

Ġsa Sultan haqqında yuxarıda xatırlatdığım nekroloqda 

təhsil nazirinin "öz gənc dostuna xüsusi diqqət 

göstərməsi" faktı vurğulanırdı. Hər halda düĢünmürəm ki, 

knyaz Liven öz intellektual və mənəvi keyfiyyətlərinə 

görə digər dinlərə və millətlərə mənsub tələbələrdən də 

qat-qat yüksəkdə dayanan azərbaycanlı gənci məhz 

"Ģərqli" olduğuna görə, yaxud ruslar üçün yeni, ekzotik 

mədəniyyətin daĢıyıcısı kimi orijinal təsir bağıĢladığına 

görə belə yüksək qiymətləndirsin. YaĢlı nazir-knyazla 

gənc tələbənin dostluğu, ilk növbədə, yüksək intellektə və 

istedada hörmət prinsipinə əsaslanırdı. 

Yeri gəlmiĢkən, 1861-1865-ci illərdə Moskva 

Universitetinin təbiyyat fakültəsində təhsil alan gələcək 

jurnalist və ictimai xadim, Azərbaycan milli mətbuatının 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

797 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

və teatrının yaradıcısı Həsənbəy Zərdabi (1842-1907) də 



tələbəlik illərində təxminən oxĢar situasiya ilə 

qarĢılaĢmıĢdı. Həmin dövrdə universitetin rektoru olan 

məĢhur rus tarixçisi, çoxcildlik "Rusiya tarixi" əsərinin 

müəllifi professor S.M.Solovyov gənc Həsənbəylə 

saatlarla islam tarixi və ġərq sivilizasiyası haqqında 

söhbət etməkdən yorulmurdu. 

Həyat yoldaĢı Hənifə xanım Abayeva-Məlikovanın 

yazdığına görə, gənc Həsənbəy tezliklə S.M.Solovyovun 

evinin az qala ailə üzvlərindən birinə çevrilmiĢ və 

rektorun gənc, gözəl qızının sevgisini qazanmıĢdı. Lakin 

həyatını hələ ilk gənclik illərindən proqramlaĢdıran və 

gələcəyini istisnasız olaraq xalqına xidmətdə görən 

Həsənbəy cəlbedici perspektivlər açan bu sərfəli 

izdivacdan qətiyyətlə imtina etmiĢ, vətəninə qayıdaraq 

maarifçilik fəaliyyəti ilə məĢğul olmağı daha üstün 

tutmuĢdu. 

Burada xatırlatdığım hər iki epizod - yəni nazir Livenlə 

tələbə Ġsa Sultan ġahtaxtinskinin, rektor Solovyovla tələbə 

Həsənbəy Məlikov-Zərdabinin qarĢılıqlı ünsiyyət və 

dostluqları təkcə qabaqcıl rus adamlarının yüksək 

humanizmindən və nəcibliyindən xəbər vermir. Bu həm 

də yeni yetiĢən Azərbaycan gəncliyinin yüksək 

intellektindən, nəcib mənəvi keyfiyyətlərindən irəli gəlir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

798 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

onların öz dünyagörüĢlərində, fikir və düĢüncələrində 



ġərq və Qərb mədəniyyətinin ən yaxĢı cəhətlərini 

məharətlə sintez edə bildiklərini göstərirdi. Rusiyanın 

mədəni-mənəvi mühitində həmin gənclərə maraq da ilk 

növbədə bundan irəli gəlirdi. 

Lakin üstəlik də nazir olan rus knyazı ilə dostluq Ġsa 

Sultanı imperiyanın da qeyd-Ģərtsiz dostuna çevirə 

bilməmiĢdi. XIX əsrin 70-ci illəri Rusiyada inqilabi 

hərəkatın geniĢləndiyi dövr idi. Bu hərəkatın aparıcı 

qüvvələrini isə, ölkə universitetlərində və xaricdə təhsil 

alan tələbə gənclər təĢkil edirdilər. 

"Rusiyada inqilabi hərəkat nümayəndələri. Bio-

biblioqrafik lüğət"də Peterburq Əkinçilik Ġnstitutunun 

tələbəsi Ġsa Sultan ġahtaxtinskinin də adına təsadüf edilir. 

Məxfi jandarm məlumatlarından birində onun hətta 

inqilabi fəaliyyətinə görə institutdan xaric edildiyi 

bildirilir. 

Lakin azərbaycanlı tələbənin 1874-cü ildə Əkinçilik 

Ġnstitutunu vaxtından əvvəl və parlaq müvəffəqiyyətlərlə 

bitirdiyi barədə sənədlər olduğundan, bu iddia inamsızlıq 

doğurur. Eyni zamanda, ehtimal etmək mümkündür ki

hətta Ġsa Sultan institutdakı məĢğələlərdən müvəqqəti 

uzaqlaĢdırılsa da, sonradan bu qərarın yanlıĢlığını 

əsaslandıra bilib və tələbələr sırasına qayıtmağa müvəffəq 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə