Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə177/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   173   174   175   176   177   178   179   180   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

779 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

GülüĢün ambivalentlik (ikibaĢlıq) xüsusiyyəti Üzeyir 



Hacıbəyovda olduğu qədər heç bir Azərbaycan 

dramaturqunda geniĢ Ģəkildə istifadə edilməmiĢdir. Onun 

bədii gülüĢü son dərəcə konkret, yığcam, orijinal hadisə 

və əhvalatlardan doğur. O, bəzən bir əsərində bir neçə 

məsələyə toxunur və tənqid etmək istədiyi məsələlərə 

uyğun konkret, həyati fakt və ad tapır. Və bu mənada 

Üzeyir Hacıbəyov yaradıcılığı elə bil ki, baĢlıq-ad seçmə 

iĢində heç bir mürəkkəblik ortaya qoymur. Ġlkin təəssürat 

bu olur ki, baĢlıq sanki əsər sona yetdikdən, son nöqtəsi 

qoyulduqdan sonra özü peyda olur və əsərin bədii aləminə 

bir təzəlik gətirir. Üzeyir Hacıbəyovun bədii yaradıcılıq - 

komedioqraf təfəkküründə musiqiçi təfəkkürü də güclü 

Ģəkildə iĢtirak edir və orada ilk baxıĢdan primitiv, hətta 

bəsit görünən süjet-kompozisiya dinamikası yalnız bu 

amillə Ģərtlənir. Musiqidə hər bir açar, not iĢarəsi 

müəyyən, dolğun musiqi iĢarəsidir, bu element Üzeyir 

bəyin yazı texnikasında, bütövlükdə bir komediya ustası 

kimi poetikasında açıq-aĢkar özünü göstərir. Bunun 

ifadəsini görmək üçün ədibin felyetonlarının birinə - 

«Təzə xəbərlərə» nəzər yetirmək olar. Felyeton üç 

hissədən ibarətdir. Birinci hissədə altı kiçik, ikincidə üç, 

üçüncüdə isə iki abzas vardır. Birinci hissədəki altı 

abzasda cəmiyyətin altı xəstə tərəfi tənqid edilir. Və eyni 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

780 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

zamanda buna müxalif olan (eyni struktur daxilində-!) altı 



yeni fikir təqdim edilir. «Bakıda iĢlər elə haman tərzdə 

qalıbdır, gecələr səhərə kimi part-part, gündüzlər isə get 

qazamatda yat... Müsəlman oğruları müsəlman 

kiĢilərindən əl çəkib, indi də müsəlman arvadlarını 

soymağı, bir-iki gündür ki, qayda qoyublar. Partapart 

əsnasında yaylım güllələrinin hamısı, həmiĢəki kimi, yenə 

Ġran əhlinə dəyir. Bakı polisi oğruları və quldurları tutmaq 

üçün, elə bir ucdan tədbirlər ittixas eləyir. Deyirlər ki, 

məhərrəm ayı qurtarandan sonra Ģəhərin müsəlmanları 

qayda üzrə gündüzlər qoç döyüĢdürüb və it boğuĢdurub, 

gecələr də fiĢəng atmağa baĢlayacaqlar». 

Ü.Hacıbəyov dramaturgiyasını tədqiq edənlərin hamısı 

onun mahir mükalimə ustası olduğunu qeyd etmiĢlər. Bu 

mükalimələri oxuyursan, yuxarıdakı fikri bir daha sövq-

təbii təsdiqləyirsən, ancaq onların qurulması ustalığındakı 

mexanizmi aĢkara çıxarmaq xeyli çətinlik törədir; çünki 

Üzeyir Hacıbəyovun bədii təfəkkürü məlum prosesdə 

hadisəni təbii Ģəkildə elə «gözəgörünməz» sirlə ikiyə 

bölür ki, bunun hətta mükamilə olduğunu da unudursan. 

Biz əlbəttə, burada «mükamilə» prosesinin özünü təsvir 

etmək fikrində deyilik, bircə bunu deməklə kifayətlənirik 

ki, Üzeyir Hacıbəyov təsvir etdiyi hadisənin daxilindəki 

təbii, saf qatı, necə deyərlər, natural formanı dərhal 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

781 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

götürür, təbiiliyin obrazını yox, özünü qurub-yaradır. 



Bayaq Üzeyir Hacıbəyov gülüĢünün ikibaĢlılıq 

(ambivalentlik) səciyyəsindən danıĢdıq. Yeri gəlmiĢkən 

deyək ki, yenə də o mükamilələrdə ən axmaq, loru dildə 

desək, heyvərə mətləb də (bunu yazmağa məcburuq və üzr 

istəyirik) elə Ģən ovqatın içində verilir ki, bir anlığa çaĢıb 

qalırsan. Sonra yəqin edirsən ki, məhz həmən yalançı Ģən 

ovqat mükamilənin mənasız özülünü, absurd mahiyyətini 

parlaq Ģəkildə meydana qoyur. Ġki kiĢi söhbət edir: MəĢədi 

Ġbad və Rüstəm bəy. 

 

Rüstəm bəy qızını pula satır. 



MəĢədi Ġbad. - Pul verimmi? 

Rüstəm bəy. - Verginən! 

MəĢədi Ġbad. - Qız verərsənmi? 

Rüstəm bəy. - Verərəm! 

MəĢədi Ġbad. - Deginən sən öl! 

Rüstəm bəy. - Bu sən öl! 

MəĢədi Ġbad. - Bəs elə isə? 

Rüstəm bəy. - Ver əlini!  

 

Fikir verilərsə, burada qəribə gülüĢ ovqatı və mexanizmi 



mövcuddur; son dərəcə ciddi mətləb biabırcasına aĢağı 

endirilib, o dərəcəyə və səviyyəyə qədər ki, artıq burada 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

782 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qorxu-qadağa sərhədi, ar-namusdan çəkinmək məsələsi 



olmasın. Adətən, kiĢiyana iĢlədilən «ver əlini» ifadəsi də 

bu mətndə bayağılığın ən sonuncu mərtəbəsində qərar 

tutub. Əsər bütün mətni, avara Ģən əhval-ruhiyyəsi ilə 

hamıya təlqin edir ki, dünya artıq dəyiĢib, mahiyyətcə 

nəsə baĢqa bir Ģeyə çevrilib, elə bir Ģeyə ki, bu dünyanın - 

gerçəkliyin əksi var orda; bu dünyada bir-birinə əks 

anlayıĢlar o aləmdə doğma və məhrəmdir. Bu dünyada 

kiĢi kiĢiyə qızını pula satmaz və üstəlik, «ver əlini» də 

deməz, o dünyada isə bu, adi bir Ģeydir və yüksək əxlaq 

norması hesab edilir. Bu məqamda Hacıbəyov gülüĢünün 

ironiya qatı açılır, bayaqdan altdan-altdan iĢ görürdüsə, 

indi onun qabağını kəsmək mümkün olmur. Ü.Hacıbəyov 

komediyalarının hamısında belə bir model-oppozisiya tipi 

mövcuddur. Bu ovqat ədibin həm komediyalarının, həm 

də qəhrəmanlarının ad-baĢlıq semantikasında ifadə 

olunub. MəĢədi Ġbadın güzgüdəki MəĢədi Ġbadla 

söhbətində də belə bir modeli aydınca görə bilərik. Güzgü, 

ayna haqqında biz Mirzə Cəlildən bəhs edərkən 

danıĢmıĢdıq. Mirzə Cəlil qəhrəmanları heç vaxt güzgüyə 

baxmırlar. Güzgünü Mirzə Cəlil onlara göstərmək 

istəyirsə də bu, alınmır. Çünki güzgü onlar üçün onuncu 

dərəcəli bir Ģeydir, onların baĢı çox «ciddi» məsələlərə 

qarıĢıb.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə