Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə173/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   169   170   171   172   173   174   175   176   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

763 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Fikrimcə, Azərbaycanda filoloqları və milli oxucuları iki 



yerə bölmək lazımdır: Mirzə Fətəlini oxuyanlara və 

oxumayanlara. 

CavanĢir Mirzə Fətəlini mükəmməl oxuyub. Namizədlik 

və doktorluq dissertasiyalarını Azərbaycan komediyasının 

poetikasına həsr edib. Komediya, gülüĢün poetikası, 

M.F.Axundov dramaturgiyası isə əslində realizmi, realist 

təfəkkür tarixini, etnik varlığı ifadə tərzini anlamaq 

istəyidir. Mirzə Fətəlini isə dönə-dönə oxumaq və ona 

qayıtmaq gərək- “bir çox düyünlü nöqtələr məhz onun 

bədii və nəzəri irsində özünə yer tapır” (C.Yusifli). 

CavanĢir Azərbaycanın filoloji məkanında sevdiyim, 

inandığım insandır. Mən yazılarımı ona baxıb yazıram. 

Onun baxıĢlarını həmiĢə üzərimdə hiss edirəm. Tam 

səmimi deyirəm 

Haydı, qardaĢım, irəli ! Filoloji fikrimizin inkiĢafı naminə, 

yürüyəlim! 

 

  

  



  CavanĢir YUSĠFLĠ 

AZƏRBAYCAN KOMEDIYASININ YALAN VƏ 

ABSURD POETIKASI 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

764 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

    



  

 

  



  

 Məlum məsələdir ki, Mirzə Cəlil yaradıcılığında, xüsusən 

«Ölülər» komediyasında oyun təkcə ümumi struktur 

prinsipi yox, həm də komik obrazdır. Bu obrazın dialektik 

təbiətini açmaq, fikrimizcə, həm Mirzə Cəlil gülüĢünü 

açmağa və eyni zamanda onun komik qəhrəmanlarının 

struktur-tipoloji xüsusiyyətlərini fərqləndirməyə yardımçı 

olar. Bu problemi aydınlaĢdırmaq üçün isə, təkcə «Ölülər» 

konteksti ilə məhdudlaĢmaq olmaz. Ona görə də tədqiqata 

ədibin digər əsərləri də cəlb edilməlidir. Lap ondan 

baĢlamaq lazımdır ki, Mirzə Cəlil anlamında gülüĢ bir 

hadisə kimi nə demək idi? Adətən, heç kəs tənqidi, 

satiranı öz ünvanına qəbul eləmir. Bu, obyektiv bir 

xüsusiyyətdir. Mirzə Cəlil gülüĢün ünvanı barədə 

dəqiqləĢdirmələr apardı: ”/..əgər bilmək istəsəniz ki, kimə 

gülürsünüz, onda ayinəni qoyun qənĢərinizə və baxın gül 

camalınıza... ”. Dəlilik həddinə çatmıĢ cəmiyyətdə dəli 

kimi gülməkdən özgə çarə yoxdur; gülüĢ - dirilik suyudur, 

özündən getmiĢ adamın üzünə çilənmiĢ sərin su kimidir. 

Azərbaycan satiriklərinin konsepsiyalarında ayinə obrazı 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

765 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

çox önəmli cəhətlərdəndir. Bu, təkcə metaforik düĢüncə 



tərzinin xüsusiyyətləri ilə bağlı deyildir, həm də ayinənin 

daxilindən o yana uzandıqca uzanan bir baĢqa aləmin 

ənginliyini ifadə edir. Aynanın, güzgünün iki tərəfi var: 

insanı, əĢyanı əks eləyən tərəf və bunun əksi olan, adətən 

rənglənmiĢ arxa tərəf. Arxa tərəfin rənglənməsi simvolik - 

metaforik səciyyə daĢıyır, yəni görsədən, əks edən tərəfin 

daxili «dibsizdir», ənginliklərə gedib çıxır. Aynanın 

səthindən görünən üzdür, simadır, bütün mənəvi aləm-

naqislikləri, mürəkkəb dünyası həmən o daxili strukturda 

öz mahiyyətini üzə çıxardır. Mirzə Ələkbər Sabirdən: 

 

... Niyə bəs böylə bərəldirsən, a qare, gözünü, 



Yoxsa bu ayinədə əyri görürsən özünü?!  

 

GülüĢ bu «tərs proyeksiyaya» - əyri görmək obrazına 



düzəliĢlər verir. 

Oyun obrazı Mirzə Cəlilin ilk qələm təcrübələrindən son 

əsərinə qədər qoyduğu mətləblərin mahiyyətini 

açıqlamağa kömək edir. Alleqorik səciyyəli «Çay 

dəstgahı»: çox primitiv Ģəkildə olsa da onun bədii 

təfəkkürünün əsas istiqamətlərini müəyyən etməyə imkan 

yaradır. Məhz bu əsərdən baxanda Mirzə Cəlil gülüĢünün 

bütün rəng çalarlarının rüĢeym formaları görsənir. Belə bir 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

766 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

oynaq ovqat tərkibində mürəkkəb bədii «reaksiyaları» hifz 



edirdi və ondan cəmiyyətin canındakı oyunbazlığı vurub 

çıxardan, baĢqalarına göstərən elementlər törəməliydi.  

«Ölülər» komediyasında da gülüĢ məhz belə bir təbiətə 

malik ciddiyyətdən doğur. Ancaq bütün komediya mətni 

boyunca ciddiyyət «sıxıla-sıxıla» gəlir, yayın axırına 

çathaçatda əks nöqtəyə qayıdır, sürəkli gülüĢ doğurur. Bu 

gülüĢ fəlsəfi mahiyyətdədir. «KiĢmiĢ oyunu»ndan fərqli 

olaraq burada bir-birinin içərisinə «geydirilmiĢ» oyunlar 

silsiləsi mövcuddur və burada mətləb heç finalda da 

açılmır, mətndən gələcək əsrlərə proyeksiya edilir. Sual 

Ģəklində. Xitab formasında. 

“Ġskəndər ... Mən dağları, daĢları, quĢları, fələkləri, ayları: 

ulduzları və dünya-aləmləri bura Ģahid çəkərəm və bu 

qızları onlara niĢan verərəm, soruĢaram ki, bu camaata nə 

ad vermək olar?” 

Komediyadakı gülüĢ konsepsiyasını incələmək üçün belə 

bir rəvayət də maraqlı mülahizələrə meydan açır: Bir 

oğlan dirilik suyu axtarırdı. Getdi bir bulaq tapdı. Gördü 

bu bulağın baĢında bir qoca oturub. Dedi: 

- Qoca, bu nə sudu belə? 

Qoca dedi: 

- Bu dirilik suyudu. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə