Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə169/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   165   166   167   168   169   170   171   172   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

745 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bir - birinə bağlı olub dünyanın görüĢünü tamamlayan 



bütün Ģeylərin baĢında dayanmıĢdılar. 

Bütün Ģeylərdən birinciydilər.» 

Qüdrət çağırılır Qarakəllələrin səsində...  

 

Alay «Səyliyi» 



 

Ən qədim gözdü Alay - Səy sayılır. 

Ən sabahlı gözdü Alay - Səy sayılır. 

Alayın gördüyünü görə bilmirlər. 

Alayın bildiyini bilə bilmirlər. 

Alay - Qarakəllələrin Qarakəllələrdən artıq olan 

Mahiyyətidir, Mənasıdır. Elə bu səbəbdən də yad görünür. 

Doğmadan da Doğmadır Qarakəllələrə Alay. Ancaq 

qorxunc görünür, əcaib görünür, yabançı görünür. 

«Həyət - bağçada otlaĢan mal - qara Alaya səksənə - 

səksənə, səpilə - səpilə baxırdılar. Yurdun qurdbasan itləri 

də Alayın baxıĢlarından sıxılır, dərisinə yığılmıĢ kimi 

görünürdülər, bir him axtarırdılar ki, yalmansınlar!» 

Səbəb odur ki, Alay üzünü daĢlara sürtə - sürtə yazı 

oxuyur, fəlakətli sabahdan xəbər verir: «Gün gələcək 

qardaĢ-qardaĢı tanmayacaq» - deyir; Qarıdan dərs alıb, 

qədimliyin izinə düĢüb...  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

746 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

«Elə bil Qarakəllələr elə bir kökdən, elə bir yerdən qopub 



gəlirdilər ki, bu yazılarla, kitablarla, dərin-dərin elmlərlə 

sirlər yaradıbmıĢ, dövlətlər qurublarmıĢ ki, sonra bu 

yazılarla, kitablarla yaratdıqları dağılıb, yox olub.» 

Qarakəllələr öz Qədimliyindən xəbərsizləĢəndə - Alay 

səyləĢər. 

Qarakəllələr Sabahlarından xəbərsizləĢəndə - Alay 

səyləĢər. 

Qədimliyindən agah olduğu dərəcədə səydi Alay, 

sabahından agah olduğu dərəcədə səydi Alay...  

BaĢqa dünyanın adamı yox, Qarakəllə dünyasının 

adamıdır Alay. 

Ancaq Qarakəllələr uzaqlaĢırlar özlərindən, görmürlər 

sabahlarını, bu səbəbdən də Alayı özgə sayırlar. 

Alay özgəliyində əsaslı və məĢəqqətli Doğmalıq faciəsi 

var. 

Hamıdan Doğma olanın hamıya yad görünməsi var. 



Ġtgin salırlar Alayı Qarakəllələr və arxasınca baxa-baxa 

qalırlar...  

 

YurdlaĢmaq 



 

YerləĢmək məqamı gəlir Qarakəllələrin. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

747 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Atdan düĢmək, yerə enmək, yer əhli olmaq, bir yerə kül 



tökmək, torpaq becərmək, ot biçmək, ev tikmək vədəsi! 

YerləĢmək ağır baĢa gəlir atlılara, çətin tapırlar özlərini 

yerdə, çətin yəhərləyirlər yeri, varlanma, pullanma, 

çəpərlənmə ayırır Qarakəllələri özlərindən. 

Dağdan dərəyə enən kimi olurlar, dərədən dağa niskilli 

baxan kimi olurlar. 

Yerlərdəkinə bənzədikcə özlərinə bənzərliyi azalır. 

 

 



 

BicləĢə bilmirlər, yerləĢə bilmirlər, gözləri dünəndə qalır, 

öyrəĢmirlər yer fitnəsinə, dağ parçası kimi tökülürlər yerə, 

ayrılırlar bir - birindən. 

«Enin, a kiĢilər, enin atlardan, bu dünyanın üstündə biz də 

bardaĢ quraq. Bu boyda yol yerimək olmaz, getməyə yol 

qalmadı. ĠĢ təkcə məmləkətlər yıxıb səltənətlər qurmaqda 

deyildi ki, dünyayla, varlıqla üz - üzə durub dil tapmaq 

lazım idi. Yüz - yüz illər yaz aylarına qarıĢıb birdən - birə 

hansı yerəsə tökülüb, yurd salıb, yuva qaralayıb, ocaq 

yandırmalıydılar.» 

«KiĢiləri baĢı kəsilmiĢ ağac kimi enləndi, arvadları 

kökəldi», evlərin, torpaqların dörd bir yanına çəpər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

748 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

çəkildi, mal-qara yiyəsi oldular, mal-qara üstə dava düĢdü 



aralarında. 

«Bəkilin iti Oğuza hürdü, Oğuzun iti Orala hürdü.» 

«Bu yaĢamağın yoluydu, çəpərlərin içində, sürülərin, 

ilxıların ardında otura-otura, əyləĢə-əyləĢə yaĢamağın 

yoluyla gedirdilər. 

Bu da əslində bir-birindən uzaqlaĢmaqdı.» 

DəyiĢdikcə yadlaĢırlar, yadlaĢdıqca içəridən yanıb 

yaxılırlar. 

«BaĢqa dünyanın adamı bu dünyada rahat yaĢaya bilməz. 

YaĢamaq üçün çox dəyiĢməli, çox Ģeylər itirməliydilər.» 

Təzə dad gəlirdi damaqlarına, acıdan betər. 

«Kənd özünə gizlin-gizlin hazırlıq görürdü. Pul yığan, pul 

artıran get-gedə öz içinə çəkilirdi. 

Dünyanın heç bir var-dövləti pulun dadını vermirdi. 

Molla quranını, mürid meyxanasını pulla oxuyurdu.» 

Halallıq itməyə, haramlıq ayaq açıb gəzməyə baĢlayırdı. 

Oral cinayəti törəmiĢdi, Qarakəllələr bir-birinin sifətinə 

tüpürməyə baĢlamıĢdılar. 

«Balacalı-böyüklü bütün Qarakəllə camaatı bir-bir gəlib 

Oralın üzünə tüpürdülər.» 

Bərəkət itmiĢdi, «sürülər yatmaqdan xəpəng olub, öpgə 

ağrısı tapmıĢdılar.» 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

749 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

«Atlar qulunc gətirmiĢdi, gündə beĢ kərə hürkürdülər ki, 



quluncları açılsın.» 

«Ġtlər bir bağda qaldığından çox vaxt yiyəsini də 

tapmırdı.» 

TüfəngləĢdilər qılınclılar, rəiyyətləĢdilər dünyanın üstüylə 

gedənlər, bugünləri olmadı, sağ olurdular, var olmurdular. 

«Yaz gəlirdi, daĢlara, qayalara dəydiyi kimi onlara da 

dəyirdi. 

YaĢıllıq yan-yörələrindən cücərib, bitib, aĢıb-daĢıb çıxıb 

gedirdi. 

Buludlar səssizcə-səssizcə yumĢaq-yumĢaq yer sulayıb, ot 

cücərtdiyi kimi, onlar da qoyun-quzu bəsləyirdilər. 

Payız gəlirdi Əyriqarın daĢlarına, qayalarına bənzəyən 

Qarakəllələrin kürəklərindən siyrilib çıxıb gedirdi.» 

Fərəh dünəndə qalmıĢdı. 

«Qalıb bir-birimizi yeyəcəyik!» - deyirdilər. 

«KiĢilər qəribsəyirdi, at belində keçirdikləri günləri köhnə 

yurd kimi xatırlayıb doluxsunurdular.» 

«Bu dağılmıĢa gələni diriliyimiz yox» - deyirdilər. 

«YaĢaya-yaĢaya Dədədən uzaqlaĢırdılar.» 

«Köç itləri qapı itlərinə çevrilmiĢdi, yürüĢ atları qoĢqu 

atlarına.» 

Tanrıdan uzaqlaĢıb allahlı olurdular. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə