Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə167/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   163   164   165   166   167   168   169   170   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

736 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



DöyülmüĢ, söyülmüĢ, «ruhu yerindən oynadılmıĢı» balaca 

Ġmir Heç kəsin görmədiyini görür, bilmədiyini bilir. 

Əslində, bu görüm, bilim- hamının görümüdür, bilimidir, 

Ġmirə bəxĢ olunub, Ġmirdə cəm olunub. Ġmir - nəslin, 

kökün əzəli yaddaĢıdır, dünəndən doğan, sabaha aparan. 

Həkk olunub Ġmirin yaddaĢında Qarakəllə aqibəti, 

səksəkəsiylə, ölümüylə, təhlükəsiylə birgə və sehirli bir 

güzgüyə çevrilib, olacağı göstərən. 

Qırılanların, əksilənlərin yaddaĢıdır Ġmir: bu yaddaĢ 

məĢəqqəti hamıdan tez duyur. 

Qırılanların, əksilənlərin çağırıĢıdır Ġmir; bu səbəbdən də 

o, hamıdan əvvəl xəbərdar eləyir təhlükədən adamları. 

Əzəli yaddaĢ - hadisələri saxlayır, həm də qabaqlayır: 

«Altı yaĢlı Ġmir bir il idi ki, yuxusunda burulğana düĢürdü. 

Göydümü, suydumu, quruydumu, haraydısa bir quyunun 

ağzıyla, min cür boya bir-birinə qarıĢa-qarıĢa Ġmir də 

içində yumurlanıb - yumurlanıb dərd oynayırdı. 

Nəsə deĢilirdi, bir-birinə qarıĢa-qarıĢa burulan rənglərin 

qanı axırdı, Ġmir yavaĢ-yavaĢ yerindən dururdu, 

yatağından qalxırdı, iri-iri açılan gözləriylə yox, bütün 

canıyla görə-görə dünyanın üstüylə addımlayırdı. 

Bu göylü, sulu, quyulu yaddaĢda, dünyaüstü xatirədə 

aqibət yaĢayırdı- uca, məğrur, müsibətli. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

737 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Göy görənlərin, su içənlərin, quyuya düĢənlərin aqibəti. 



Ġmir dünəni görür və dünənin iĢığında bugünə çıxır, 

sabaha boylanır. 

6 yaĢlı Ġmirin əsrlərə bərabər yaddaĢ ömrü var və bu ömür 

dərddən yoğrulub. 

Dərd, məlal, Ģikəstlik həssaslaĢdırıb Ġmiri, məĢəqqətli 

müdriklik düĢüb Ġmirin çatdaq çiyninə, yuxusunu 

qarıĢdırıb, dincliyini aparıb. 

«Ġmir gördü ki, yam - yaĢıl, yep - yekə, böyük göy üzüdü, 

yaĢıl - yaĢıl qaraltılarla qarıĢıb uçur. 

Su kimidimi, hava kimidimi, quĢdumu, necədisə, yumĢaq 

- yumĢaq, sərin - sərin böyük göy üzündə süzməkdəydi. 

Otların arasında özünü gördü. 

Yuvasının üstündə çırpınan quĢ kimi öz üzərində 

çırpınırdı.» 

Havalı Ġmir sabahlarını yuxuda görür, tanıĢ gəlir Ġmirə 

gördükləri nə varsa, içərisindən keçir hamısı, gerçəkləĢir 

gördükləri. 

Əvvəldən görür qanlı izləri...  

«Dəli Domrulun kəsdiyi itlərdən biri Ġmirin qolunu 

gəmirməkdəydi. 

Hürü qarı Ġmirin ayaqlığında gözlərini yumub əllərini 

qaranlıqda allaha sarı uzatmıĢdı. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

738 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Pıçıltıları damarlarının qanı kimi axırdı, axıb-axıb 



boĢalmaqdaydı» 

Ġmir son yuxusunda balıq görür, soyuq balıq gözləri 

zillənir üzünə, soyuqluqdan üĢüyür Ġmir, soyuqluq çökür 

ümidinə və ölü balıq görür həqiqətdə...  

 

Dünyanın üstüylə gedənlər 



 

At üstündə yeriyirlər Qara kəllələr. Dağlara, daĢlara, 

yollara atlanırlar; ölkələrə, məmləkətlərə doluĢurlar; 

paralanırlar, parçalanırlar; məmləkət-məmləkət azalırlar, 

dünyaya yerləĢmirlər və dünyada yerləri olmur. MeĢələrlə, 

çaylarla, ordularla alaylarla qarĢılaĢırlar, xəlqi talelərindən 

uzaqlaĢırlar. 

Dünyanın üstüylə yeriyirlər, dünyanın daxilindən uzaq 

düĢürlər. 

«Ġllər boyu atlı, dəvəli, inəkli, qoyunlu yol gəlməkdə olan 

bu köç haradan gəlirdi, neçə min idi ki, yol gəlirdi, niyə 

gəlirdi? 

Qurulu dövlətmi yıxıb gəlirdi bu köçün adamları, yoxsa 

dövlətmi qurmağa gəlirdi ki, belə azman, belə göylərdən, 

yellərdən qorxmaz, belə bir, belə qayım, belə bütöv.» 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

739 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Qayımlıq yaranmırdı, bütövlük yaranmırdı, hamıya gərək 



olurdular, özlərinə gərək olmurdular, dünyalaĢırdılar - 

yurdlaĢmırdılar, həmdəmləĢirdilər - doğmalaĢmırdılar. 

«Dövlətdən dövlət görüb, quruluĢdan quruluĢ görub, neçə 

sultan yorub, yola salıb. Qorxuların, ölümlərin gözünün 

içinə baxa-baxa, hiylələri, bicliyi yaranmamıĢ duya-duya, 

anlardan, ömürlərdən, vaxtını özündən irəlidə dünyanı 

qocala-qocala, yaĢlana-yaĢlana, otura-otura qoyub 

Ģahlardan, sultanlardan, ölkələrdən sərhədlərdən 

uzaqlaĢırdılar.» 

Uzaqlığa qoĢulurdular Qarakəllələr, uzaqlıq çağırırdılar 

Qarakəllələr, yaxınlıqdan uzaq olurdular; çox yerdə Ocaq 

qalayırdılar bir yerə kül tökmürdülər, fəlakət yazırdılar 

baxtlarına. 

«Dünyanın beli uzunu səfərlərə çıxmıĢ yüz min, min-min 

Qarakəllə kimi köklər idi ki, bir millət adına sığıĢmadılar; 

hər kök ayrıca bir millət havasıyla qılınc qurĢadı. 

Hərənin öz kökü özünə millət oldu. Elə bu cur də yüz-yüz

min-min millət kimi bir-birinin üstündən keçib getdilər, 

sular yerin yatağına axdığı kimi, hansı kök gücsüz 

göründü, ora üz tutdular. Yollara, torpağa hopa-hopa 

azaldılar.» 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə