Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə176/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   172   173   174   175   176   177   178   179   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

775 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ġərif «Molla Nəsrəddinin yaranması» əsərində bu 



farmasyonluq anlayıĢından az da olsa, bəhs edir və onu 

müəllifin bədii təfəkkürünün, dünyagörüĢünün 

formalaĢmasında bir məxəz kimi götürür. Bunun daha 

əhatəli və elmi izahı prof. Əziz Mirəhmədovun 

tədqiqlərində, xüsusilə «Azərbaycan Molla Nəsrəddini» 

adlı sanballı monoqrafiyasında vardır. Müəllif çox dəqiq 

qeyd edir ki, bu iki anlayıĢ - nöqtəvilik və farmasyonluq 

bir-biri ilə sıx Ģəkildə əlaqədə olmuĢdur. «Naxçıvanın bəzi 

adamları M.F.Axundovun özünün nöqtəviliyə mənsub 

olduğunu güman edirdilər». Yenə həmin səhifədə 

tədqiqatçı K.N.Smirnovun çox maraqlı mülahizələrini 

verir: «... burada bəzilərini «AldanmıĢ kəvakib» 

povestinin adı da düĢündürür; çünki, nöqtəvi 

terminologiyasına görə, bu təlimin baĢçıları Ģah 

xəfiyyələrindən gizlənmək üçün özlərinə kəvakib adı 

götürmüĢdülər». Nöqtəvilikdə ağıl, real həyat, təbiət 

varlığın canı hesab edilir. Diqqət edilərsə, burada 

M.F.Axundovun maarifçi dünyagörüĢü və fəlsəfi görüĢləri 

ilə sıx bir təmas var. Bu mətləbi götürüb «Yek kəlmə 

haqqında» və digər fəlsəfi səciyyəli risalələrlə paralel 

oxumaq yerinə düĢərdi. 

Ġskəndərin prototipi sayılan farmasyonun məscidə girib 

Ģeyxin hüzurunda beĢ dəqiqə fransızca danıĢmağını 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

776 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

yadımıza salaq; dərhal onunla nöqtəvilərin (kafir, zindinq 



və babi sözlərinin sinonimi) nə qədər yaxın olduğunu baĢa 

düĢərik. 

Bəs fərq, ayrıntı harada idi? Farmasyonlar daha rasional 

və maksimalist idilər, onlar dini xurafatın tənqidində daha 

irəli gedirdilər. Onların davranıĢı, konkret hərəkətləri daha 

çox məsxərə formasında reallaĢırdı. Nöqtəvilər fəlsəfi 

dünyagörüĢləri etibarilə hürufiliklə bağlı idilərsə, 

farmasyonlar artıq avropalaĢmaqda idilər. «F.ġeyxov 

haqqında xatirələrində dediyinə görə, ondan «niyə dini 

kitab oxumursan» - soruĢanda cavab veribmiĢ ki, mən 

onun əvəzinə ġeksprin əsərlərini oxumağı tərcih verirəm». 

Əziz Mirəhmədovun gətirdiyi, əsaslandığı məxəzlər çox 

qiymətlidir, bunların əsasında alimin yürütdüyü 

mülahizələr də özünün dəqiqliyi və aydınlığı ilə seçilir. 

Ancaq burada bizim üçün bir mübahisəli məqam var və 

elə bilirik ki, bu məqamın aydınlaĢdırılması baĢlıq 

seçimində ikincisinə üstünlük verilməsi üzərinə də 

aydınlıq gətirə bilər. Müəllif yazır: «Kompozisiya və 

süjetindən, Həzrət ƏĢrəf kimi fars hakimdən və tacirlərin 

xarakterindən tutmuĢ spesifik dil və üslub məsələlərinə 

qədər bir çox keyfiyyətləri ilə Ģəksiz Cənubi Azərbaycan 

mühitini canlandıran bu əsəri biz həmçinin dramaturqun 

özünün vaxtilə yaĢadığı Naxçıvan mühitinin məhsulu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

777 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

hesab etsək, yanılmarıq». Tədqiqatın baĢqa bir yerində 



müəllif özü də qeyd edir ki, komediya 1927-ci ildə ədib 

Cənubi Azərbaycandan qayıtdıqdan bir neçə il sonra 

qələmə alınmıĢdır. Bu faktı oxuyuruq və dərhal ilkin yada 

düĢən yenə də farmasyon Molla Abbasın son cümləsi olur: 

Vallah və billah biz «Dəli yığıncağına» düĢmüĢük. Böyük 

komediya ustasının, dahi sənətkarın öz müasirləri və 

gələcək nəsillərlə oynadığı oyunun məğzi də elə 

buradadır. Bu oyun tam sürətlə «Ər» komediyasında da 

davam edir, çarx fırlanır və kommunist rejiminin 

əxlaqsızlığı, insanları təbdən salıb dəli gününə salmağı, 

beyinləri tərsinə çevirməyi bitib tükənmir, sonsuza qədər 

davam edir. «Dəli yığıncağı» bir baĢlıq kimi eyni zaman 

anında keçmiĢə və gələcəyə proyeksiyalanır, bütün 

zamanların naqis, əxlaqa zidd keyfiyyətlərini - Cənubi 

Azərbaycanda, Naxçıvanda gözü ilə gördüklərini uzaq 

gələcəkdə, bu günümüzdə görmədiklərini bir nöqtəyə 

cəmləyir və nəticədə heç kəs amansız gülüĢün hədəfindən 

yayına bilmir. «Dəli yığıncağı» baĢlığında və paralel 

Ģəkildə Molla Abbasın farmasyon xarakterində ədibin 

fəlsəfi konsepsiyası (dünya və insan haqqında, gərdiĢin 

əbədi sualları - ölüm, həyat və s. barədə) ifadə olunur. 

Ancaq təkcə nöqtəvilik, təkcə onun bir baĢqa 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

778 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ĢəkildəyiĢməsi olan farmasyonluq bu konsepsiyanın olsa-



olsa xırdaca, ancaq əhəmiyyətli komponentidir.  

BaĢlıq komediyanın bütün (istisnasız) poetik-struktur 

komponentləri ilə və xüsusən də komediyanın 

«mövcudluq forması» sayılan komik oyunun min bir 

bilməcələri ilə bağlıdır. Üzeyir Hacıbəylinin «O olmasın, 

bu olsun» komediyasının baĢlığı bu mənada çox 

xarakterikdir. Tədqiqatçıların qeyd etdiyinə görə 

Hacıbəyovun komediyalarında konflikt mürəkkəb və 

dolaĢıqdır. Hərəkətin elə ilk mərhələsindəcə hadisələr 

qəfildən adi məcrasından çıxır və oxucunu çaĢ-baĢ salan 

bir çaĢqınlıq ovqatı yaranır. Süjetin inkiĢafındakı bu 

dinamika finala qədər sonsuz sayda dolaĢıqlıqlar təqdim 

edir. BaĢlanğıcda hadisələr qəfil dolaĢdığı kimi, finalda da 

qəfil aydınlaĢma baĢ verir: xoĢbəxt sonluq özündə oynaq 

gülüĢün bütün nüanslarını təqdim edir. Əslində, bu 

«dolaĢıq», getdikcə çarpazlaĢan, çarpaĢıq düĢən 

münaqiĢənin daxili qatında çox sadəlövh bir oyun gizlənir 

və bunun özü də gülüĢ doğurur ki, o boyda gərginlik belə 

əhəmiyyətsiz bir mətləbin üstündəymiĢ. Belə bir ovqat, 

diqqət edilərsə, baĢlıqdakı «ikitirəlikdə» də ifadə 

olunmuĢdur: O olmasın... Müəllif baĢlığı təqdim edəndə 

də oyundan vaz keçmir və elə bu nöqtədən baĢlayaraq Ģux 

zarafat, oynaq gülüĢ hamıya sirayət edir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə