Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə184/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   180   181   182   183   184   185   186   187   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

807 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Razumovski Akademiyasında təhsil aldığı illərdə 



Moskvadakı azərbaycanlı, gürcü və erməni tələbələri 

birləĢdirən Qafqazlılar dərnəyinin qurucularından və fəal 

iĢtirakçılarından biri olmuĢdu. 

Onun müəlliminə ünvanladığı məktublar M.Əliyevin 

üsyankar təbiətindən, dərin və analitik ağlından, 

cəmiyyətdəki proseslərə ciddi əsaslandırılmıĢ tənqidi 

münasibətindən xəbər verir. "Ġnstitutda mövcud olan 

intizam, tələbələrin hər vasitə ilə sıxıĢdırılması halları 

mənim torpağın sahibinə və cəmiyyətin faydalı üzvünə 

deyil, yaxĢı əsgərə çevrilməyimə daha çox kömək edir"- 

deyə o, ali təhsil müəssisələrinin get-gedə daha artıq 

dərəcədə həqiqi məqsədlərindən uzaqlaĢmasına etirazını 

bildirirdi. 

Məmmədtağı Əliyevin fəal üzvlərindən olduğu 

"Qafqazlılar dərnəyi" öz qarĢısına daha çox maarifçiliklə 

bağlı vəzifələr qoyur, regionun xalqlarını gələcək 

birgəyaĢayıĢa hazırlamaq, onların arasındakı mövcud 

anlaĢılmazlıq və münaqiĢələrdən çıxıĢ yolu tapmaq 

haqqında düĢünürdü. Maraqlıdır ki, ermənicə çıxan 

"MĢak" qəzetinin redaktoru Arsruninin Azərbaycan 

türkləri haqqındakı hədyanlarına "Əkinçi" də H.Zərdabi, 

Qafqazlılar dərnəyində isə M.Əliyev tutarlı cavab 

vermiĢdi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

808 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ġsa Sultanın kiçik qardaĢı Əbülfət ġahtaxtinskinin Rusiya 



və Avropadakı tələbəlik həyatı da özünün bir sıra əsas 

xətləri ilə digər həmvətənlərinin və həmyaĢıdlarının ömür 

yolunu xatırladırdı. 1858-ci ildə Naxçıvan qəzasının 

ġahtaxtı kəndində doğulan Əbülfət, yuxarıda da qeyd 

edildiyi kimi, Tiflis gimnaziyasında təhsil almıĢ, 1877-ci 

ildə Peterburq Texnologiya Ġnstitutuna daxil olmuĢdu. 

Tezliklə o, Rusiyada geniĢ miqyas alan tələbə hərəkatının 

fəallarından biri kimi tanınmıĢdı. 

"Tələbələri qadağan olunmuĢ toplantılarda iĢtiraka təhrik 

etdiyinə görə" azərbaycanlı tələbə 1879-cu ilin dekabrında 

institutdan xaric edilmiĢdi. Gizli polis tərəfindən 

fəaliyyətinin bu Ģəkildə qiymətləndirilməsi, əslində, 

Əbülfət ġahtaxtinskinin Texnologiya Ġnstitutundakı tələbə 

narazılıqlarının təĢkilatçılarından biri olduğunu 

düĢünməyə əsas verir. 

O, eyni zamanda Rusiyanın ali məktəblərindəki 

həmvətənlərinin ictimai-siyasi fəaliyyətini 

əlaqələndirməyə, onları müəyyən bir təĢkilat ətrafında 

birləĢdirməyə çalıĢırdı. Ə.ġahtaxtinski Moskvada, 

Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasında 

təhsil alan azərbaycanlı tələbələrin yaratdığı "Ġmdadiyyə" 

təĢkilatının Nizamnaməsi ilə yaxından maraqlanmıĢ və 

onun qurucularından biri olan gələcəyin məĢhur 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

809 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

dramaturqu Nəcəfbəy Vəzirova (1854-1926) ünvanladığı 



məktubda "imdadiyyəçilərə" yalnız maarifçilik və 

xeyriyyəçiliklə məhdudlaĢmamağı, milli zülmə və sosial 

ədalətsizliklərə qarĢı mübarizəni də fəaliyyət proqramına 

daxil eməyi məsləhət görmüĢdü. 

Bu məktub gizli polisin əlinə keçdikdən sonra Əbülfət 

ġahtaxtinskinin üzərindəki nəzarət daha da 

gücləndirilmiĢdi. Ġnqilabi fəaliyyətə görə təqibə məruz 

qalan digər həmvətənləri kimi, institutdan çıxarıldıqdan 

sonra ona da Rusiya ali məktəblərində təhsilini davam 

etdirmək qadağan olunmuĢdu. 

1879-cu ildə Moskvaya gələn Ə.ġahtaxtinski burada bir 

müddət Lazarev ġərq dilləri institutunda oxumuĢdu. Lakin 

bu özəl təhsil müəssisəsinin gələcəkdə müəyyən mənsəb 

qazanmaq üçün kifayət qədər imkanlar açmadığını 

görərək, 1880-cı ildə Almaniyaya getmiĢ və üç il sonra 

Heydelberq universitetindən bakalavr dərəcəsi almıĢdı.  

Rusiya imperiyası ərazisində qeyri-xristianların orta və ali 

təhsil müəssisələrində pedaqoji fəaliyyətlərinə izin 

verilmədiyindən, Ə.ġahtaxtinski gələcək həyatını hərbi 

sahə ilə bağlamaq qərarına gəlmiĢ və Peterburq Yunker 

məktəbini bitirmiĢdi. Mənbələrdə onun batalyon 

komandiri kimi 1904-cü il rus-yapon müharibəsində 

iĢtirakı haqqında məlumatlara təsadüf olunur. 1912-ci ildə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

810 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

artıq polkovnik rütbəsində olan Ə.ġahtaxtinskinin, Rusiya 



silahlı qüvvələrinin səlahiyyətli nümayəndəsi kimi, Ġsveç 

ordusunun hərbi manevrlərini müĢahidə etməsi faktı da 

məlumdur. 

Əbülfət ġahtaxtinski tam əsasla həm də XX əsrin 

əvvəllərində Azərbaycan-alman ədəbi əlaqələrinin 

inkiĢafına müəyyən töhfə vermiĢ milli ziyalıların 

cərgəsinə daxil edilə bilər. O, alman klassiki Ġ.V.Hötenin 

"Gənc Verterin iztirabları" romanını orijinaldan ana dilinə 

çevirmiĢdi. Polkovnik Ə. ġahtaxtinski 1913-cü ilin 

mayında 55 yaĢında Kutaisi Ģəhərində vəfat etmiĢ və 

doğma ġahtaxtı kəndində dəfn olunmuĢdu. 

Ġsa Sultanın gizli polis nəzarəti altında Peterburqda 

yaĢadığı 1873-1874-cü illərdə çar xəfiyyələri baĢqa bir 

"narahat" azərbaycanlı gənclə - Peterburq Hərbi Tibb 

Akademiyasının tələbəsi Ġbrahimbəy Mehmandarovla 

ciddi maraqlanırdılar. Əslən Qarabağdan olan 

Ġ.Mehmandarov 1852-ci ildə Lənkəranda, qulluqçu 

ailəsində doğulmuĢdu. O, məĢhur sərkərdə, 1918-1920-ci 

illərdə Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri olmuĢ 

Səmədbəy Mehmandarovun (1857-1931) böyük qardaĢı 

idi. 

 

 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə