Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə186/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   182   183   184   185   186   187   188   189   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

815 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kifayət qədər yaxĢı öyrənən və özünü müəyyən mənada 



tiflisli sayan Ġsa Sultanın yad Ģəhərdə ilk növbədə 

qafqazlıları, xüsusən də dillərinə və xarakterlərinə bələd 

olduğu gürcüləri axtarması və onlarla ünsiyyətə can 

atması tamamilə təbii və baĢa düĢülən idi. 

Lakin bununla belə azərbaycanlı gəncin gürcü 

"altmıĢıncılarının" görkəmli nümayəndələrindən biri, Ġlya 

Çavçavadzenin obrazlı Ģəkildə "gənc nəslin bahadırı" 

adlandırdığı Niko Nikoladze ilə ilk dəfə Sürixdə tanıĢ 

olması mülahizəsi müəyyən polemika doğurur.  

 

Niko Nikoladze XIX-XX əsrlər gürcü ədəbiyyatının və 



ictimai-siyasi fikrinin ən koloritli fiqurlarından biridir. O, 

təmsil etdiyi xalqın mədəniyyət tarixinə publisist və 

ədəbiyyat tənqidçisi, iqtisadçı və sosioloq, hüquqĢünas və 

politiloq kimi daxil olmuĢdur. 

Onun tanıĢları və dostları, məktublaĢdığı və əməkdaĢlıq 

etdiyi Ģəxslər sırasında K.Marks və P.Lafarq, V.Hüqo və 

A.Dode, A.Gertsen və N.Oqaryov, Q.Uspenski və 

A.PleĢĢeyev, L.Blank və M.Bakunin, N.ÇernıĢevski və 

M.Antonoviç kimi məĢhur adlara təsadüf olunur. Ġsa 

Sultan ġahtaxtinskidən on il əvvəl dünyaya gələn və 

ondan otuz dörd il çox ömür sürən N.Nikoladzenin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

816 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

müxtəlif millətlərdən olan dostları iĢərisində gənc 



azərbaycanlı həmkarı da özünəməxsus yer tuturdu. 

Onların bioqrafiyalarında da müəyyən oxĢar cəhətlər yox 

deyildi. Daha doğrusu, Niko Nikoladzenin həyat yolunu 

aradan bir müddət keçəndən sonra Ġsa Sultan sanki 

təkrarlamıĢdı. Maraqlıdır ki, N.Nikoladze də əvvəlcə 

Peterburqda təhsil almıĢ, sonra isə Qərbi Avropaya 

səyahət edərək, bir müddət Parisdə və Sürixdə yaĢamıĢdı. 

O da Ġsa Sultandan beĢ il əvvəl, 1869-cu ildə Sürix 

Politexnikumunda adı və mövzusu öz dövrü üçün bir 

qədər qəribə və gözlənilməz təsir bağıĢlayan dissertasiya 

müdafiə etmiĢdi. N.Nikoladzeyə siyasi elmlər namizədi 

adı qazandıran həmin tədqiqat iĢi "Tərksilah və onun 

sosial-iqtisadi nəticələri" adlanırdı... 

Niko Nikoladze 1869-cu ildə vətənə qayıtmıĢ, 1871-ci ilə 

qədər Tiflisdə yaĢamıĢdı. Bu illərdə o, gürcü 

ədəbiyyatının G.Sereteli, S.Mesxi, K.Lordkipanidze kimi 

gənc nümayəndələri ilə əl-ələ verərək milli azadlıq 

hərəkatına xidmət edən yeni ədəbiyyat yaratmaq üçün 

çalıĢmıĢdı. 

Həmin illərdə Tiflis gimnaziyasının son siniflərində təhsil 

alan Ġsa Sultan jurnalistika ilə yaxından maraqlanır, rus və 

gürcü dillərindəki dövrü nəĢrləri izləyirdi. O, gənc gürcü 

yazıçılarının bir çoxunu Ģəxsən tanıyırdı. Yeni ədəbi nəsil 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

817 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

təmsilçilərinin, necə deyərlər, barmaqla sayılması 



mümkün olduğu bir Ģəraitdə Ġ.S.ġahtaxtinskinin Tiflis 

gəncliyi arasında populyar olan Niko Nikoladzeni 

tanımaması istisna edilməlidir. 

Lakin bu yalnız formal məntiq meyarları əsasında irəli 

sürülən bir ehtimaldır. Və ümumiyyətlə, bu cür tanıĢlıqları 

mütləqləĢdirməyə də xüsusi zərurət yoxdur.  

1871-ci ildə vətənindəki polis təqiblərindən cana doyan 

N.Nikoladze yenidən Sürixə qayıtmıĢ və G.Sereteli ilə 

birlikdə yuxarıda adı çəkilən "Uqeli" dərnəyini qurmuĢdu. 

Məqsəd Avropada təhsil alan gürcü gənclərinin milli 

zəmindən uzaqlaĢmalarının qarĢısını almaq və onları 

vətənlərinin gələcəyi ilə bağlı mübarizəyə hazırlamaq idi. 

1874-cü ildə isə Ġ.S.ġahtaxtinski Sürixə gəlmiĢdi. 

Onları - milli mənsubiyyətindən asılı olmayaraq, yeni 

Rusiya gəncliyinin nümayəndələrini neytral Ġsveçrəyə 

çəkib gətirən hansı qüvvə idi? Bu gənclər nə üçün 

Avropanın universitet mərkəzləri içərisində məhz Sürixi 

seçirdilər? 

Bu suallara Rusiyada xalqçılıq hərəkatının 

ideoloqlarından biri olan S.Stepnyak-Kravçinskinin "Gizli 

Rusiya" kitabında cavab tapmaq mümkündür. Onun 

müĢahidələrinə görə, Sürixə gələn Rusiya gəncliyinin 

nümayəndələri burada tələbə auditoriyaları əvəzinə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

818 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

"...Ġnternasionalın iclaslarına gedir, Marksın, Bakuninin, 



Prudonun və Avropa sosializminin digər banilərinin 

əsərlərini öyrənirdilər. Tezliklə Sürix elmi məĢğələlər 

mərkəzindən böyük bir siyasi kluba çevrildi. Bu Ģəhərin 

Ģöhrəti bütün Rusiyaya yayılmıĢdı və o, yüzlərlə gənci 

özünə çəkirdi". 

Görünür, XIX əsrin 70-ci illərində qabaqcıl Rusiyanı 

bürümüĢ bu "Sürix maqnetizmi" azərbaycanlı gəncdən də 

yan keçməmiĢdi. 

Eyni zamanda Ġsa Sultanın məhz 1874-cü ildə Sürixə 

yollanması, əslində, cəsarətli bir addım sayılmalıdır. 

Çünki Sürixin yeni düĢüncə və inqilabi ideyalar ixrac edən 

mərkəzə, siyasi ixtisasartırma ocağına çevrildiyini görən 

çar hakim dairələri 1873-cü ildə bu Ġsveçrə Ģəhərindəki 

bütün vətəndaĢlarının dərhal geriyə qayıtmaları haqqında 

gülünc bir qərar çıxarmıĢdı. Qayıtmayanlar qanundan 

kənar elan edilmək və haqlarında cinayət iĢi açılmaqla 

hədələnirdilər. 

Aradan çox qısa bir müddət keçəndən sonra imperiya 

ideoloqlarının bu qərarı onların özlərinə qarĢı iĢləməyə 

baĢladı. 

Necə deyərlər, piĢiyin könlü samanlıqda idi, it də onu 

qovub saldı samanlığa... Bəlkə də Sürixdə "siyasi 

ixtisasartırma kursu" keçənlər Rusiyaya tək-tək 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə