Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə182/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   178   179   180   181   182   183   184   185   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

799 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

olub. Bəlkə də bütün bu məsələlərdə istedadının 



pərəstiĢkarı olan knyaz Livenin ona müəyyən yardımı 

dəyib... 

Jandarm idarəsinin məlumatlarında Ġsa Sultanın 

"Qafqazlılar dərnəyi"nin fəal üzvlərindən biri olduğu 

göstərilirdi. Adından da göründüyü kimi, dərnək əslən bu 

regiondan olan tələbələri birləĢdirirdi. Aralarında 

azərbaycanlıların, gürcülərin, ermənilərn və dağlı 

xalqların nümayəndələrinin olduğu dərnək üzvləri 

O.V.Kananovanın mənzilində toplaĢırdılar. Burada onlar 

gizli ədəbiyyatla tanıĢ olur, müxtəlif çağırıĢ və 

intibahnamələr hazırlayır, kütlələr arasında inqilabi 

ideyaları yaymaq yollarını müzakirə edirdilər. 

Bir sıra toplantılar Ģəhər kənarında, əsasən sahiblərinin 

müvəqqəti tərk etdikləri bağ evlərində keçirilirdi. Ġsa 

Sultan ġahtaxtinski ilə yanaĢı, dərnəyin fəal üzvləri 

sırasında M.K.Kipianinin (yuxarıda adını çəkdiyim 

D.Kipianinin kiçik qardaĢı-V.Q.), Q.F.Zdanoviçin, 

M.Q.Bayevin, N.A.Xudadadovun, ġahnazarovun və 

Ġskəndərovun (məlumatlarda sonunci iki nəfərin inisialları 

göstərilməmiĢdir-V.Q.) adları çəkilirdi.  

"Qafqazlılar dərnəyi"nin fəaliyyəti onun izinə düĢən gizli 

polisə o qədər mühüm və əhəmiyyətli görünmüĢdü ki, bu 

barədə hətta imperator Ġkinci Aleksandra Ģəxsən məlumat 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

800 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

verilmiĢdi. Rus çarının Ģəxsi dərkənarı ilə 1874-cü ildə 



bütün dərnək üzvlərinin, o cümlədən də Ġsa Sultanın 

üzərinə gizli polis nəzarəti qoyulmuĢdu. 

Əlamətdar haldır ki, keçən əsrin 60-cı illərindən etibarən 

ali təhsil almaq üçün Rusiyanın universitet mərkəzlərinə - 

Moskvaya, Peterburqa, Qazana, Xarkova, Kiyevə 

yollanan azərbaycanlı gənclər yalnız baĢlarını aĢağı salıb 

dərs oxumaqla kifayətlənmirdilər. Onlar, imkan daxilində 

ölkə miqyasında baĢ verən siyasi proseslərə qoĢulur, 

Rusiyada günü-gündən geniĢlənməkdə olan tələbə 

hərəkatı ilə yaxından maraqlanırdılar. Azsaylı 

azərbaycanlı tələbələr özlərinin digər millətlərdən olan 

dostları ilə birlikdə mütləqiyyətə qarĢı mübarizədə 

yaxından iĢtirak edirdilər. 

Doğrudur, hələlik bu azərbaycanlı gənclərin aydın ifadə 

olunmuĢ siyasi platformaları, milli proqramları yox idi. 

Onlar qoĢulduqları hərəkatın qələbə çalacağı təqdirdə, öz 

kiçik vətənlərinin, təmsil etdikləri millətlərin nəyə nail 

olacağı ilə bağlı konkret təsəvvürlərə malik 

deyildilər.Amma cəmiyyətin qabaqcıl nümayəndələri 

kimi, daha belə yaĢamağın mümkün olmadığını baĢa 

düĢür və mövcud münasibətlər sistemini dəyiĢmək 

uğrunda mübarizənin labüdlüyünə tərəfdar çıxırdılar.  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

801 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Rusiyanın tələbə gəncliyini bürümüĢ üsyankarlıq hissi və 



barıĢmazlıq əhvali-ruhiyyəsi qaynar qanlı qafqazlılardan 

da yan keçməmiĢdi.  

Belə Ģəraitdə Ġ.S.ġahtaxtinski siyasi baxıĢlarına görə polis 

təqiblərinə məruz qalan ilk və yeganə azərbaycanlı tələbə 

deyildi. Bu sahədə onun sələfləri də, davamçıları da 

olmuĢdu.  

Hələ Ġsa Sultanın Tiflis gimnaziyasında oxuduğu 1870-ci 

ildə Moskva polisi radikal əhvali-ruhiyyəli tələbə 

S.Q.Neçayev tərəfindən yaradılmıĢ "Xalq intiqamı" 

("Narodnaya rasprava") adlı gizli təĢkilatın izinə düĢmüĢ 

və onun əksər üzvlərini həbs etməyə müvəffəq olmuĢdu. 

Həbs olunanlar arasında Moskva universitetində təhsil 

alan azərbaycanlı tələbələr - Ġbrahim Rəhimov, Həmid 

Hacıbəyov, Ġdris ġanıyev və Tələt Xəlilov da var idi. 

Azərbaycan xalqının əsarət altında saxlandığı, ona hər 

vasitə ilə imperiyanın "ikinci dərəcəli vətəndaĢı" hissinin 

aĢılandığı bir Ģəraitdə yad mühitdə, yad dilli və yad dinli 

insanlar arasında, doğma vətəndən min kilometrlərlə uzaq 

məsafədə ayrı-ayrı azərbaycanlı gənclərin imperiyaya 

meydan oxuyanların sırasında olmaları haqlı qürur 

doğurmaya bilməz. 

Lakin tale onları ayrı-ayrı yollarla aparmıĢdı. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

802 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ġsa Sultan ġahtaxtinski haqqında hekayətimiz hələ 



qabaqdadır. 

Həmid Hacıbəyov 1850-ci ildə Tiflisdə doğulmuĢdu. 

Atası Mirzə Məhərrəm rus ordusunun mayoru idi, Qafqaz 

caniĢinliyi BaĢ idarəsində ġərq dilləri tərcüməçisi 

vəzifəsində çalıĢırdı. Ərəb, fars, türk, rus və fransız 

dillərini yaxĢı bilirdi. O, Abbasqulu ağa Bakıxanovla 

birlikdə Amerika qitəsinin kəĢfindən bəhs edən "KəĢfül-

qərayib" əsərini farsca nəĢrə hazırlamıĢdı. Dövrünün M. 

F. Axundov və Ġ. QutqaĢınlı kimi görkəmli Ģəxsiyyətləri 

ilə yaxın dostluq əlaqələri saxlayırdı. Rusiya Coğrafiya 

Cəmiyyəti Qafqaz Ģöbəsinin fəal üzvlərindən biri idi. 

Belə bir ziyalı ailədə böyüyən Həmid Hacıbəyov 1868-ci 

ildə Tiflis gimnaziyasını birirərək Moskva universitetinin 

fizika-riyaziyyat fakültəsinə daxil olmuĢ, bir il sonra isə 

öz istəyinə əsasən tibb fakültəsinə dəyiĢilmiĢdi. 1869-cu 

ildə "Narodnaya rasprava"nın üzvləri sırasına daxil olmuĢ, 

təĢkilatın bir sıra tapĢırıqlarını yerinə yetirmiĢdi. 

1870-ci ilin fevralında anasının yas mərasimində iĢtirak 

etmək üçün gəldiyi Tiflis Ģəhərində həbs olunmuĢ və 

təhlükəli dövlət canisi kimi Peterburqa aparılaraq 

Petropavlovsk qalasında saxlanılmıĢdı. 1871-ci ildə 

"Narodnaya rasprava" üzvləri üzərində keçirilən məhkəmə 

zamanı günahsızlığını sübut etmiĢ, bəraət alaraq həbsdən 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə