Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə185/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   181   182   183   184   185   186   187   188   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

811 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



Hərbi Tibb Akademiyasında təhsil aldığı dövrdə 

Ġbrahimbəy M.L.Paperin gizli dərnəyinin məĢğələlərində 

iĢtirak edirdi. 1875-ci ilin martında xəfiyyələr bu dərnəyin 

izinə düĢə bildilər. Nəticədə Paper polis nəzarəti altında 

yaĢamaq Ģərti ilə Yekatrinoslav quberniyasına sürgün 

edildi. Sıravi üzvlər isə repressiyalardan xilas ola bildilər.  

Maraqlıdır ki, Peterburqda ali təhsilini baĢa vurduqdan 

(1879) sonra Ġ.Mehmandarov da Yekatrinoslava getmiĢ və 

bir müddət burada həkim iĢləmiĢdi. O, həyatının sonuna 

kimi tələbə yoldaĢı, məĢhur fizioloq-alim, akademik 

Ġ.P.Pavlovla dostluq əlaqələri saxlamıĢdı. 1927 - ci ildə 

Pavlovun Ģəxsi dəvəti ilə alimin Leninqradda qeyd olunan 

70 illik yubiley təntənələrində iĢtirak etmiĢdi.  

Xatırlatdığım bütün bu faktlar XIX əsrin 60-cı illərindən 

etibarən Avropa mədəniyyəti ilə daha sıx təmas imkanları 

qazanan Azərbaycan gəncliyinin həyatında və 

dünyagörüĢündə ciddi dəyiĢikliklərin baĢ verdiyini 

göstərir. Ġmperiya maarif məmurlarının qeyri-xristianların, 

ilk növbədə isə, müsəlmanların universitet təhsili 

almalarına müxtəlif yollarla maneçilik törətdikləri bir 

Ģəraitdə, bu gənclər öz bilik, ağıl və istedadları sayəsində 

Rusiyanın qabaqcıl və nüfuzlu ali məktəblərinə yol 

tapırdılar.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

812 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Həm də bu zaman onlar yalnız ali təhsil almaqla 



kifayətlənmirdilər. Cəmiyyət həyatında fəal iĢtirak 

etməyə, tələbə hərəkatından və gəncliyin adı ilə bağlı 

digər siyasi proseslərdən kənarda qalmamağa can atırdılar. 

Imperiya ideoloqlarının "müsəlman gənclərin zərərli 

təsirlərdən qorunması" məqsədi ilə xüsusi canfəĢanlıq 

göstərdikləri bir Ģəraitdə onlar (təbii ki, "müsəlman" 

dedikdə söhbət, ilk növbədə, azərbaycanlılardan 

gedir;çünki qismən tatarlar istisna olmaqla, Rusiyadakı 

digər türk-müsəlman xalqlarının nümayəndələri yalnız 

əsrin sonlarına doğru imperiya daxilindəki ictimai-siyasi 

və mədəni proseslərlə nisbətən yaxından maraqlanmağa 

baĢlamıĢdılar) siyasətə daha çox meyl göstərir, 

mütləqiyyət quruluĢuna qarĢı mübarizədə iĢtirak etməyə 

çalıĢırdılar. 

Rusiya imperiyasının türk-müsəlman xalqları arasında ilk 

peĢəkar teatrın, milli mətbuatın, dünyəvi məktəblərin, 

ictimai təĢkilatların və nəhayət, siyasi partiyaların məhz 

Azərbaycanda meydana gəlməsi, 1918-ci ildə isə bütün 

müsəlman ġərqində demokratik respublika tipli ilk 

müstəqil dövlətin Azərbaycanda qurulması, heç Ģübhəsiz, 

XIX əsrin ortalarından baĢlayan bu dirçəliĢ prosesi ilə

Azərbaycan gəncliyinin ictimai-siyasi həyatdakı fəallığı 

və ayıqlığı ilə sıx bağlı idi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

813 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ġsa Sultan ġahtaxtinskinin üzərinə qayıdaq. 



1874-cü ildə o, Peterburq Əkinçilik Ġnstitutunun tam 

kursunu vaxtından əvvəl və uğurla baĢa vurdu. Ali təhsil 

diplomu aldıqdan sonra vaxt itirmədən vətənə dönmək 

olardı. Amma Ġsa Sultan yalnız Rusiya ilə kifayətlənmək 

niyyətində deyildi. O, təhsilini daha da təkmilləĢdirmək, 

ən baĢlıcası isə, Avropa ölkələrini gəzib-dolaĢmaq 

istəyirdi. 

"Kavkaz"dakı nekroloqda bildirilir ki, Peterburqda "elmlər 

kursunu baĢa vurduqdan sonra Ġsa Sultan əvvəlcə Parisə, 

daha sonra isə Londona yollandı. Bu Ģəhərlərdə siyasi-

iqtisadi elmlərə dair mühazirələri dinlədi. Daha sonra isə 

Sürixə getdi və burada Politexnikumda (adının mütəvazi 

səslənməsinə baxmayaraq, Sürix Politexnikumu onilliklər 

boyu Qərbi Avropanın ən nüfuzlu təhsil ocaqlarından biri 

kimi tanınmıĢdı. Nisbilik nəzəriyyəsinin müəllifi Albert 

EynĢteyn də Politexnikumda təhsil almıĢdı-V.Q.) təbiət 

elmlərinə dair mühazirələrə qulaq asdı. Xaricdə keçirdiyi 

iki ilin nəticəsi olaraq o, meĢələrin xalqların iqtisadi 

həyatında oynadığı rola dair iri həcmli elmi iĢ - 

dissertasiya yazdı. Bu dissertasiya mərhuma meĢəçilik və 

kənd təsərrüfatı namizədi elmi adını qazandırdı".  

Avropa ölkələrində, xüsusən də azad və neytral Ġsveçrənin 

Sürix Ģəhərində keçirdiyi iki ilə yaxın bir dövr Ġsa 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

814 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Sultanın Ģəxsiyyət və mütəxəssis kimi yetiĢməsində 



mühüm rol oynamıĢdı. Onun sonrakı təhsil üçün Ġsveçrəni 

seçməsi də təsadüfi sayılmamalıdır. 

Nəzərə almaq lazımdır ki, həmin dövrdə Ġsveçrə rus 

gəncliyinin Məkkəsinə çevrilmiĢdi. Bu ölkənin Sürix, 

Bern, Lozanna, Cenevrə kimi Ģəhərlərində çoxsaylı rus 

icmaları mövcud idi. Rusiyadan təhsil almaq üçün 

Ġsveçrəyə gələnlər arasında qafqazlılar, xüsusən də 

gürcülər az deyildi. 1873-cü ildə onlar Sürixdə "Uqeli" 

adlı tələbə cəmiyyəti təĢkil etmiĢdilər. 

Əziz Mirəhmədov yuxarıda istinad etdiyim məqaləsində 

yazırdı: "Ġllər boyu Qərbi Avropada yaĢayan Niko 

Nikoladzenin təĢəbbüsü ilə 1873-cü ildə Sürixdə "Uqeli" 

adlı tələbə cəmiyyəti təĢkil edilmiĢdi ki, üzvlərinin çoxu 

gürcü gənclərindən ibarət olan bu dərnəkdə Qafqazın 

baĢqa xalqlarına mənsub cavanlar da yox deyildi. Çox 

güman ki, Sürixdə təhsil alan Ġ.S.ġahtaxtinskinin 

N.Nikoladze ilə dostluğu da məhz bu zaman baĢlamıĢ və 

hətta ola bilsin ki, azərbaycanlı gənc "Uqeli" dərnəyinə bu 

və ya baĢqa Ģəkildə bağlı olmuĢdur". 

Ehtimal kifayət qədər ağlabatan olsa da, Ġsa Sultanın bu 

dərnəklə əlaqələri barəsində əlimizdə heç bir konkret 

məlumat yoxdur. Lakin eyni zamanda unutmaq olmaz ki, 

həyatının bir neçə ilini Tiflisdə keçirən, gürcü dilini 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə