Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə174/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   170   171   172   173   174   175   176   177   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

767 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Oğlan istədi əyilə dirilik suyundan içə, qoca qoymadı, 



dedi: 

- Bala, içmə. Mən içib dadını görmüĢəm: yaĢım keçib, 

bütün bədənim çürüyüb əldən gedib, ancaq ölə bilmirəm. 

Ölüm də gözəl ĢeymiĢ, bala. Bu sudan içib mənim 

günümə düĢmə. 

ġeyx Nəsrullah da bütün hərəkəti, gücüylə camaata iksir, 

dirilik suyu vəd edir. Rolan Bart yazır ki, mifdə, söhbət 

onun müasir anlamından gedirsə, həmiĢə forma ilə məna 

arasında «gizlənpaç» oyunu gedir. Belə bir oyun ayrı-ayrı 

vəziyyətlərdə dəyiĢir, cəmiyyətdə baĢ verən hərəkətləri, 

hadisələri tərs yozum müstəvisinə gətirir. Belə bir mif 

modeli Mirzə Cəlil dövründə və kontekstində də xeyli 

dəyiĢmiĢ, komediya dünyasında güclü metamarfoza 

potensialı yaratmıĢdı. BaĢqa mifoloji mətnlərdə bütün 

hadisələr uğurla baĢ verəndən sonra, dirilik suyunun əldə 

edilməsinə lap bircə addım qalmıĢ nəsə baĢ verir və bu nə 

isə bütün dünyanın altını üstünə çevirir. «Ölülər»də də 

belə bir struktur elementi mövcuddur və mifdə baĢ verən 

son həlledici hadisənin mahiyyəti ilə oppozisiya təĢkil 

edir; arxaik inamda baĢ verən son hadisə güclü fəlsəfi 

tutuma malikdir, elə bir mətləbi ortaya qoyur ki, 

«qəhrəman» bütün daxili təbəddülatları ilə bir nöqtəyə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

768 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

sıxılır, yüz illik, min illik təcrübəsi bir saniyənin içində 



boĢa çıxır, dünyanın faniliyi ideyası onu sarsıdır. 

ġeyx Nəsrullah komediya qəhrəmanıdır, yuxarıda dedik 

ki, o, yaxĢı oyunçu olduğu üçün bu təhlükəni axıra qədər 

oynamır, sadəcə olaraq aradan çıxır və bu hadisə 

cəmiyyətdə dibsiz bir boĢluq yaradır; dünyanın «dibi» 

partlayır, təkəbbürlü, özlüyündə özünü hamıdan ağıllı 

sayan qəhrəmanlar bir-bir o dibsizliyə quylanır. ġeyx 

Nəsrullah bu hərəkəti ilə hamını bir də öldürür, onun 

aqressivliyi son nəticədə mif modelinin xeyrinə iĢləyir, 

hamıda dərin bir Ģübhə, çaĢqınlıq yaranır ki, bundan sonra 

papaqlarını qarĢılarına qoyub fikirləĢəcəklər: biz kimik? 

Bu nə müsibət idi bizim baĢımıza gəldi? Ömrün, dünyanın 

bir mənası varmı ki, gedib dirilik suyu da axtarasan? 

Beləliklə, ölülər dünyası ölməmək, ölə bilməmək 

azarından da qurtulur. Komediyada dirilik suyu bir neçə 

paralel strukturlarda iĢlədilir və hər dəfə də qəhrəmanların 

səciyyəsindən, xarakterlərindən asılı olaraq bir məna 

qazanır. Ümumən komediyada bu motivlə bağlı 

mənaçoxaldıcı sistem funksional aspektdədir və 

komediyanın özünün diriliyini sübuta yetirir. Ölülər 

dünyası dirilik suyu axtarır; ġeyx Nəsrullah ölüləri 

diriltməklə mövcudluğun əsasında duran bir prinsipi 

dəyiĢdirir, hamıya əbədi ömür vəd eləyir. Ġskəndər diriliyə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

769 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

səsləyir, bu mümkün olmadıqda hərfi mənası «abi-həyat» 



olan araq içir. Ancaq bu içki Ģəriətə görə qadağandır. Onu 

içib ayıq olmaq, hər kəsin eybini üzünə vurmaq cəmiyyət 

üçün qorxu törədir, Ģeyx Nəsrullah «sən Ģərab istemal 

edirsən» deyib onun əlini rədd edir. ġəriət içkini qadağan 

etsə də, ġeyx Nəsrullahı rədd etmir. Burada Ġskəndərin 

kiçik qardaĢı Cəlalla söhbətləri də çox səciyyəvidir. 

“Cəlal. (Ġskəndərə) Vallah, dadaĢ, ağam gələndə 

deyəcəyəm ki, dadaĢım iti küĢkürdürdü adamların üstünə. 

Ġskəndər. (bir qədər Cəlala baxandan sonra) Mən də 

deyəcəyəm ki, Cəlal dərsini bilmirdi. Xa... xa... xa... 

(gülüb qurtarandan sonra bir az baxıb gəlir Cəlalın 

yanına). Yox, yox, demənəm. Sən bilirsən ki, mən səni 

çox istəyirəm (üzünü əlləyir). Amma dadaĢının sözünə 

baxmamaqda bir az yaxĢı eləmirsən. Ġndi, məsələn, bu 

kitabı qoyubsan qabağına, oxuyursan (kitabı götürür 

əlinə). Ġndi yəqin ki, ağan bu kitaba üç abbası, bəlkə hələ 

dörd abbası, ya bir manat verib, alıb, sən axmaq qabağına 

qoyub oxuyursan. Amma o pulları aparıb Karapetə 

versəydin, sənə iki ĢüĢə Smirnov arağı verərdi. Sən də 

gətirib verərdin Ġskəndər dadaĢına.”  

«Ölülər» komediyasında dirilik məfhumu əbədi, metafizik 

mahiyyətdədir, bu heç də komediyanın öz konteksti ilə 

çərçivələnmir, həyatın «eqzistensial» nöqtələrinə toxunur.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

770 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Mirzə Cəlil «Ölülər»dən sonra «Dəli yığıncağı»nı qələmə 



alır; əsərin ilk adının «Dəlilər» olması və sonradan bunun 

dəyiĢdirilməsi xeyli sual doğurur. Bu dəyiĢmə təsadüfi bir 

səbəblə bağlı deyildir, onun kökləri komediyanın öz mətni 

daxilindədir. Əvvəla, onu deyək ki, ikinci ad Mirzə Cəlilin 

ad seçmə prisiplərinə çox uyğun gəlir: «Çay dəstgahı», 

«KiĢmiĢ oyunu» və «Dəli yığıncağı» - məhz bu adlar 

komik obraz olan oyunun əsl komik mahiyyətini açıqlayıb 

ortaya qoya bilir. Bizə belə gəlir ki, komediya 

qəhrəmanının bədii strukturunu bəlləmək üçün məhz bu 

mətləb üzərində dayanmaq vacibdir. Çünki əsər tam bir 

struktur vahiddir və konkret desək: qəhrəmandan əvvəl 

pyesin baĢlığı gəlir. Bu incə məsələni araĢdırmamıĢ 

qəhrəmanın struktur təhlilinə adlamaq olmaz. Oxucu 

əsərlə tanıĢlığa onun baĢlığından baĢlayır. Belə bir qanadlı 

ifadə var ki, teatr qarderobdan, kitab isə... addan baĢlayır. 

Komediyanın baĢlığı göydəndüĢmə yaranmır, baĢlığın 

seçilməsi müəllifin xarakterindən, iĢ üsulundan, bədii 

təfəkkürünün özümlülüyündən asılı olaraq ziqzaqlı yollar 

keçir, olsun ki, bu yolun sonunda müəyyən bir aydınlaĢma 

yaranır: baĢlıq bütövlükdə bədii strukturu özündə əks 

etdirə bilirmi? Burada həm də müəllifin fərdi-psixoloji 

xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Bu problemi 

fərdi nüanslar Ģəklində qoyduqdan sonra, ümumilikdə 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə