www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
851
E-antologiya:
çağdaĢ filoloji materiallar
dağıdıcı təsirlərin qarĢısını almaq barəsində düĢünürdü.
Amma təbii ki, bir tərəfdən gəncliyi və təcrübəsizliyi, o
biri tərəfdən isə, milli mövcudluğa kifayət qədər bələd
olmaması ona Mirzə Cəlil kimi dərin və ümumiləĢdirici
nəticələr çıxarmaq imkanı verməmiĢdi.
Lakin istənilən halda o, millət üçün öz "anasının
kitabının" vacibliyi ideyasını anlamıĢdı.
***
Gürcü tədqiqatçısı Leyla Çikovani 1964-cü ildə
"Literaturnaya Qruziya" jurnalında çap olunan
"Gürcüstanda ilk demokratik rus qəzeti" adlı məqaləsində
azərbaycanlı Ġ.S.ġahtaxtinskinin XIX əsrin 70-ci illərində
Tiflisdə müstəqil mətbuat orqanı yaratmaq təĢəbbüsünə
toxunaraq yazırdı: "Görkəmli gürcü inqilabçı-
demokratları ilə yaxın dostluq əlaqələri saxlayan,
"terqdaleylilərin" ideya rəhbəri Ġ.Çavçavadzenin ən
sədaqətli əməkdaĢları- N.Nikoladze, A.Sereteli,
K.Bebutov, D.Eristavi ilə daimi ünsiyyətdə olan, yerli
ədəbi gəncliyin sıralarında özünə layiqli yer tutan Ġsay
ġahtaxtinski jurnalistika ilə heç bir əlaqəsinin olmamasına
(müəllif səhv edir, sonradan "Tiflisski vestnik" qəzetini
daha diqqətlə təhlil edib araĢdırdıqdan sonra o, özü
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
852
E-antologiya:
çağdaĢ filoloji materiallar
səhvini etiraf etmiĢdi- V.Q.) Azərbaycan mətbuatı
tarixində ilk dəfə Tiflisdə qəzet, yaxud jurnal nəĢr etmək
cəsarətini və qətiyyətini öz üzərinə götürdü".
Bu dövri nəĢr hansı dildə çap olunacaqdı?
N.Nikoladze gənc azərbaycanlı dostuna ana dilində qəzet
nəĢrinə baĢlamağı məsləhət görmüĢdü. Əldə edilən
razılığa əsasən, naĢir N.Nikoladze, redaktor isə
Ġ.S.ġahtaxtinski olacaqdı. Lakin Ġsa Sultan ana dilini qəzet
redaktorluğu səviyyəsində bilmədiyindən, ilk vaxtlar
Tiflisdə yaĢayan azərbaycanlı ziyalıların yardımından
istifadə olunacaqdı.
L.Çikovani sonradan bu ideyanın həyata keçməməsini
prozaik bir amillə - gənc entuziastların qəzet təsisi və
nəĢri üçün tələb olunan maddi vəsaiti tapa bilməmələri ilə
izah edir.
BaĢqa bir ehtimal da mümkündür - bəlkə də Ġsa Sultan,
N.Nikoladze ilə bütün yaxın və səmimi dostluq
münasibətlərinə baxmayaraq, bir gürcü ziyalısının
naĢırlıyı ilə çap ediləcək Azərbaycan qəzeti ideyası ilə
sona qədər razılaĢa bilməmiĢdi?!
Ġndi bu suala cavab vermək çətindir. Daha doğrusu,
mümkün deyil.
Yeri gəlmiĢkən, 1871-ci ildə gürcü ədəbiyyatının baĢqa
bir nümayəndəsi, Tiflisdə gürcü dilində çıxan "Saspalo
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
853
E-antologiya:
çağdaĢ filoloji materiallar
qazeti"nin ("Kənd qəzeti") redaktoru G.Sereteli də
Azərbaycan türkcəsində qəzet nəĢr etmək fikrinə
düĢmüĢdü. Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi
üzvü olan G.Sereteli "Kənd qəzetəsi" adı ilə gürcü dilində
eyni mənanı ifadə edən "Saspalo qazeti"nin azərbaycanca
dublikatını buraxmaq istəyirdi.
Lakin ideyasını həyata keçirmək üçün G.Sereteli ya
Qafqaz caniĢinliyinin, ya da imkanlı azərbaycanlıların ona
900 manat maddi yardım göstərməsini əsas Ģərt kimi irəli
sürürdü. Qəzetin redaktorluğuna isə Tiflisdə, yaxud
Qafqazın digər yerində yaĢayan azərbaycanlı ziyalının
deyil, əvvəlcə müsəlman olmuĢ, sonra isə xristianlığı
qəbul etmiĢ acar Ġvan Asatianinin (o,Azərbaycan dilini
mükəmməl bilirdi) gətirilməsi nəzərdə tutulurdu.
Niyyətin nəcibliyindən asılı olmayaraq, bu ideyanın
həqiqi azərbaycanlı ziyalıları sevindirəcəyini düĢünmək
sadəlövhlük olardı.
Maraqlıdır ki, Kənd Təsərrüfatı Cəmiyyətinin milliyyətcə
erməni olan üzvü Q.Kələntərov da bu məsələdə xüsusi
canfəĢanlıq göstərirdi. Sənədlərdən aydın olur ki,
G.Seretelinin "Kənd qəzetəsi" orijinal materiallar çap
etməyəcəkdi. Burada gürcücə yazılmıĢ məqalələrin
tərcümələrinin verilməsi nəzərdə tutulurdu. Təbii ki, belə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
854
E-antologiya:
çağdaĢ filoloji materiallar
bir nəĢri Azərbaycan qəzeti adlandırmaq o qədər də
həqiqətə uyğun səslənmirdi.
Əslində, G.Sereteli redaktoru olduğu gürcü nəĢrinin ağır
maliyyə vəziyyətini düzəltmək üçün ilk baxıĢdan cəlbedici
görünən belə bir avantüraya əl atmıĢdı. O, yalnız
Həsənbəy Zərdabinin kənd təsərrüfatı yönlü qəzet nəĢri
üçün Bakı qubernatoru Staroselskidən razılıq aldığını
öyrənəndən sonra, təĢəbbüsündən əl çəkməli olmuĢdu.
N.Nikoladzenin Ġsa Sultanla birlikdə qəzet nəĢr etmək
planlarının arxasında hər hansı maliyyə marağının
dayanması fikri inandırıcı görünmür. Səbəb baĢqa idi.
Həmin dövrdə Qafqaz gəncliyinin qabaqcıl nümayəndələri
xalqçılıq ideyalarının təsiri altında milli və sinfi zülmə
qarĢı mübarizəni həyat idealı sayırdılar. Belə Ģəraitdə
N.Nikoladzenin Azərbaycan dilində qəzetin naĢiri olmaq
istəməsində qeyri-adi heç bir Ģey yox idi.
Dolayısı yolla "öz nəĢrinin" maliyyə problemlərini həll
etmək istəyən G.Seretelidən fərqli olaraq, N.Nikoladze
yaxĢı baĢa düĢürdü ki, azərbaycanlı müəlliflərin aparıcı rol
oynamadığı, milli reallıqla bağlı mövzuların əsas yer
tutmadığı hər hansı bir mətbu nəĢr Azərbaycan ziyalıları
və oxucular tərəfindən inamsızlıqla qarĢılanacaq, qarĢısına
qoyduğu məqsədlərə çata bilməyəcək. Bu məsələ ilə bağlı
məhz Ġ.S.ġahtaxtinskiyə müraciət isə, bir tərəfdən, yaxın
Dostları ilə paylaş: |