Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə215/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   211   212   213   214   215   216   217   218   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

931 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



Xorasan elində xərac verənlər, 

Bağdada varınca azad olubdur. 

 

...Pirə xidmət eylə sultan Xətai, 



Pirə xidmət edən ustad olubdur. 

 

Qəzəl quruluĢunda olsa da, bu Ģeir qoĢmanı xatırladır. 



Təsəvvüf rəmzlərindən istifadə olunmasına baxmayaraq, 

nağıl ifadələrinin çoxluğu onu klassik qəzəl dilindən 

ayırır. Xətainin qəzəllərində, ümumən, ərəb-fars 

tərkiblərinə az təsadüf olunur. XətaiĢünas alim M.Abbaslı 

yazırdı: "ġah Xətai yazılı ədəbiyyatla olduğundan daha 

artıq, Ģifahi ədəbiyyatla, ozan - aĢıq Ģeirləri ilə bağlıdır. 

Belə ki onun əruz vəzni ilə yazdığı əsərlərinin əksəri də 

əruzla hecanın qatıĢacağı bir Ģəkildədir. O, əruzun " 

həcəz" tək oynaq bəhrlərində elə sadələĢdirici, nümunəvi 

formalar seçmiĢdir ki, bunları cüzi əlamətlərlə yalnız 

mütəxəssislər qoĢmalardan ayıra bilərlər."  

Xətai təsəvvüf məzmunlu qəzəllərində folklor 

ənənələrindən sufi-qızılbaĢ ideyalarının təbliği məqsədilə 

istifadə edir və bu zaman xalq arasında məĢhur olan dini 

hadisə və obrazlara üz tutur. Nəsimi istisna olmaqla, 

Xətaiyəqədərki qəzəl janrında təsəvvüf rəmzləri özünün 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

932 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

sistemli ifadəsini, demək olar ki, tapmamıĢdı. Ġstər Molla 



Qasım, istər Mövlana Cəlaləddin Rumi, istərsə də Yunus 

Ġmrənin qoĢma və gəraylılarında təsəvvüfün Ģiəlik 

niĢanları Xətai qəzəllərindəki qədər ardıcıl və sistemli 

deyil. Sufizmin ən güclü inkiĢaf dövrləri Ģiəliklə bağlıdır. 

Xətai qəzəllərində Ģiəliyin təbliği ideoloji mahiyyət 

daĢıyır və folklorlaĢmıĢ hədis nümunələrinin çoxluğu ilə 

xarakterizə olunur. Bu özünün ən parlaq ifadəsini Ģiəliyin 

ən böyük Ģəxsiyyət kimi qəbul etdiyi Həzrət Əlinin təbliği 

və mədhində tapır: 

 

...ġəha, bu doğru yola varmaq üçün, 



Sənin tək rəhnüma istər Xətai. 

 

Yezidü kafirü Mərdanə hər dəm, 



Qazilərdən qəza istər Xətai. 

 

Məhəmmədü Əlinin hörmətiçün 



Yəqin bilgil, xuda istər Xətai.  

 

Sufilər Əlini ilk öncə bir imam kimi mədh etsələr də, 



sonralar onun adı batini rəmzlərin əsas göstəricisinə 

çevrilmiĢdi. Xalq təsəvvüf ədəbiyyatında Həzrət Əlinin 

bütün görüntülərindən ən ümdəsi onun elmi-fürqana 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

933 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

(Quran elminə) müstəsna vaqifliyidir. Bunun əsasında 



Ġslam dini peyğəmbərinin Əli barədəki "Mən elmin Ģəhri, 

Əli isə onun qapısıdır" hədisi dururdu. 

Xətai öz dövrünün Əlisi sayılır, təriqət baĢçısı kimi 

müqəddəsləĢdirilir, onun sərkərdə kimi məğlubedilməzliyi 

də bu müqəddəsliklə əlaqələndirilirdi. ġair hökmdarın bu 

mənada öz nəsil xəttini Əliyə bağlaması tamamilə məntiqi 

və məqsədəuyğun idi: 

 

...Səfi nəsli Cüneydi - Heydər oğlu, 



Əliyyəl - Mürtəzaidir Xətai. 

 

Həsən eĢqinə meydanə gəlibdir, 



Hüseyni Kərbəlaidir Xətai.  

 

Yorulmaz dövlət və təriqət baĢçısı olan Xətai istər qılınc, 



istərsə də söz sahibi kimi Həzrət Əlinin " iti qılınc" 

rəmziyyətinə, əlbəttə ki, böyük önəm verməliydi. 

Göründüyü kimi, Ģeirlərinin digər formalarından daha çox 

qəzəllərində Xətai dini - mifoloji süjetlərdən istifadəyə 

üstünlük vermiĢdir. Lakin digər orta çağ təsəvvüf 

Ģairlərindən fərqli olaraq, Xətai qəzəllərindəki dini-

mifoloji süjetlər Qurani-kərimin xalq arasında məĢhur 

hədisləri ilə bağlıdır. Belə folklorlaĢmıĢ süjetlərə müraciət 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

934 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ġərq ədəbiyyatında bir ənənə olsa da, bu xüsusiyyət hər 



qələm sahibinin baĢ vura biləcəyi bir iĢ deyildi. Təsadüfi 

deyil ki, klassik Azərbaycan ədəbiyyatı tədqiqatçıları elmi 

dünyagörüĢ baxımından zəngin qələm sahiblərini xüsusi 

fərqləndirmiĢlər. M.Ə.Rəsulzadə "Azərbaycan Ģairi 

Nizami" tədqiqatında yazırdı:" Nizaminin fikrincə, özünü 

az qala qiblə sayan xudbin qətiyyən allah adamı və ya 

allahsevər ola bilməz. Xudbinlik və allahsevərlik, Ģairə 

görə, bir araya sığmayan Ģeylərdir. Allahsevərlik, onun 

fikrincə, özündən keçmək deməkdir. ...Allah yalnız onun 

yolunda özündən keçən abidləri seçər. MəĢhur ifadə ilə 

desək, Nizami "fəna fillah"dır. O " əvvəllərin əvvəli və 

sonların sonu olub", "heç bir Ģey yox ikən var olan" 

yaradana etiqad edir."  

Ümumiyyətlə, sufi xalq ədəbiyyatının rəmzləri ilə bağl 

ürfani məsələlərə müraciət edən qələm sahibləri "fəna 

fillah" sayılmalıdır - hürufi Nəsimi və sufi-qızılbaĢ Xətai 

kimi. Nizami yaradıcılığından gətirilmiĢ "heç bir Ģey yox 

ikən var olmaq" fikri üç yüz il sonra Xətai poeziyasında 

orijinal biçimdə, dini-folklor koloriti ilə, daha vüsətli 

Ģəkildə belə təzahür edir:  

 

Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim



Gövhərin yekdanəsindən iləri pərgar idim. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə