Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə218/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   214   215   216   217   218   219   220   221   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

943 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



FaĢ oldu ki, sirri-həq nihandır, 

Aləmdə niĢanı biniĢandır.  

 

Füzuli 


 

Bir Ģair kimi xəlqiliyə, xalq ədəbiyyatından gələn süjet və 

deyim tərzinə ömrü boyu həssas olan Füzuli ustad kimi 

qəbul etdiyi Xətainin folklor koloriti ilə cilalanmıĢ 

qəzəllərinə biganə ola bilməzdi. Təsadüfi deyil ki, 

Xətainin yenilikçi Ģair kimi klassik ədəbiyyatımızın 

inkiĢafına təsir etdiyi dəfələrlə qeyd edilmiĢ, tədqiqatçılar 

tərəfindən ayrıca təhlilə cəlb olunmuĢdur. Bu mənada 

professor M.Qasımlı yazır: "...ġairin xalq üslubunda 

qələmə aldığı Ģeirlərinin əksəriyyətində folklor mayasının 

aparıcılığı diqqət mərkəzində dayanır. Folklor ovqatı 

Xətai Ģeirini klassik üslub boyunca da izləyir. Onun 

qəzəllərindəki poetik sistem bir xeyli dərəcədə 

folklorlaĢmıĢ klassik üslubdur."  

Göründüyü kimi, folklorlaĢmıĢ klassik üslubun yaradıcısı 

olmaq Xətainin ardıcıl və ciddi bədii orijinallığından 

xəbər verir. Lakin bütün hallarda Xətai tədqiqatçıları 

Ģairin yaradıcılığına belə obyektiv yanaĢmamıĢ, əksinə, 

primitiv müqayisə ilə bir sıra tədqiqi məsələlərə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

944 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

mürəkkəblik gətirmiĢlər. Bu mənada "ġah Ġsmayıl Xətai" 



məqalələr toplusunda "Xətai Ģeirinin vəzni" adlı 

məqaləsində tədqiqatçı alim Sabir Əliyev belə bir 

müqayisə aparır: "Füzuli sələflərindən öyrənməklə 

bərabər, onların əyər-əskiyini düzəltmək vəzifəsini də 

yerinə yetirmiĢdir. Məsələn, Xətainin belə bir beyti var: 

 

Onunçun eyləməz ahı bu canım rəhgüzarında 



Həramilər çaparlar karvanı çün tütün görgəc. 

 

Zahirən beytdə hər Ģey yerindədir, lakin burada iki ciddi 



qüsur vardır: 1) karvan nədir? Axı bir candan, bir dəvədən 

karvan olmaz. Bir atdan ilxı olmadığı kimi. Deməli, 

birinci cümlədəki mübtəda həcmcə ikinci cümlədəki 

mübtəda ilə həmtəraz deyil; 2) ah, haramıları duyuq salan 

tüstüyə bənzədiləndə Ģair qeyri-adi ustalıq göstərir, lakin 

çapılmaqdan qorxanda onda həqiqi aĢiqlikdən əsər qalmır. 

Bax, məhz bu cür uyğunsuzluqlar, uzlaĢmazlıqlar, 

yarımçıqlıq və namütənasibliklər Füzulini razı salmır, 

təkrar iĢləməyə, təmirə təhrik edirdi".  

Tədqiqatçı Xətai yaradıcılığının vəzn spesifikasını 

müxtəlif tərəflərdən təhlil edib, onu "Ģairləri xəlqi 

yazmağa həvəsləndirən Ģair" adlandırır və Xətainin xalq 

ədəbiyyatına - ümumilikdə folklora bağlılığını məqalədə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

945 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ön plana çəkir. Lakin Xətai kimi dühanı az qala bir 



qəzəldə bir neçə dəfə redaktəyə ehtiyacı olan həvəskar 

qələm sahibi səviyyəsində xarakterizə etməkdən də 

qalmır. Əvvəla, Xətai qəzəlindən gətirdiyi beytə 

tədqiqatçının verdiyi təhlilə diqqət edək. Müəllif beytin 

mübtədaları barədə fikir yürüdərkən nədənsə Ģeir dilinin 

özəl poetik sintaksisini unudur. Eləcə də "tütünüm 

təpəmdən çıxdı" kimi xalq deyim tərzini yaddan çıxarır. 

Halbuki çağdaĢ bədii folklor semantikamızda bu ifadənin 

bariz nümunələri hələ də yaĢamaqdadır: 

 

Gəmi gəlir, gəmiçi verir fitini



Asimana çatır onun tütünü. 

 

O ki qaldı "çapılmaq qorxusu"na, burada da məsələ 



S.Əliyevin münasibətindən fərqlidir. Bu "qorxu", əslində, 

lirik mənin özündən çox məĢuqunu təhlükəyə salmamaq 

istəyindən irəli gəlir. AĢiq öz məĢuqunun xatirinə ah etmir 

ki, tüstüyə bənzəyəcək ahın iziylə onları taparlar. Buna 

görə, S.Əliyevin burdakı "qorxu" anlayəĢəna verdiyi təhlil 

qəzəlin ümumi ruhu və məzmununa uyğun deyil. Digər 

tərəfdən, Füzulinin özündə də eyni bədii məntiqin anoloji 

variantı var: 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

946 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Canı kim cananı üçün sevsə cananın sevər, 



Canı üçün kimi ki, cananın sevər, canın sevər.  

 

Deməli, Füzuli Xətaini redaktə edib yox, Xətai ədəbi 



məktəbinin ənənələrindən biri olan folklorlaĢmıĢ təriqət 

rümuzatları, folklordan gələn deyim tərzinə sadiq qalıb 

demək bu məqamda daha doğru olardı. 

Füzuli tədqiqaçılarının bir qismi Xətai yaradıcılığının 

folklorla bağlılığını dönə-dönə qeyd etsələr də, Füzuli 

xəlqiliyini ön plana çəkmək xatirinə Xətaini ziddiyyətli 

bir Ģair kimi qələmə verirlər və bunun səbəbi aydın deyil. 

Görkəmli füzuliĢünas alim M.Quluzadə yazır: "Xətai 

Nəsimi Ģeirindəki mistik motivləri, hürufilik meyllərini 

müəyyən dərəcədə davam etdirir, digər tərəfdən, 

özünəməxsus qızılbaĢ görüĢlərini, Ģiə müqəddəsatını, 

imamları, "Ģahi-mərdan"ı, "Ģiri-yəzdan"ı əfsanəvi bir 

qəhrəman kimi tərənnüm edir. Bu dini-mistik motivlər 

ədəbiyyata mürtəce təsir göstərmiĢdir... Lakin bu 

ziddiyyətli sənətkarın (dini folklorizm ümumdünya 

ədəbiyyatĢünaslığında qanuni bir mərhələ olmaqla, artıq 

yüz ildən çoxdur ki, qəbul edilir - ġ.B.) lirikasında onu 

gələcəyə, Füzuliyə bağlayan dünyəvi ruh, həyat və insan 

məhəbbəti üstündür."  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə