Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə216/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   212   213   214   215   216   217   218   219   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

935 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



Gövhəri ab eylədim, tutdu cahani sərbəsər, 

Yeri, gögi, ərĢü kürsi yarədən səttar idim. 

 

Gah Hüseynilə belə pustimi soydu qazilər 



Gah o Mənsur donuna girdim "ənəlhəq"dar idim. 

 

Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi, 



Mən bu Beytullah içində ta əzəldən var idim.  

 

Sufi xalq ədəbiyyatının dini-əxlaqi simvolikası və 



təsəvvüf folklorunun batini niĢanlarından istifadə edən 

Xətai insanın baĢlanğıcı barədə dünyəvi elmlərin gəldiyi 

nəticələri ortaya qoyur. Məhz buna görə, Xətainin qəzəl 

yaradıcılığında dini-mifoloji süjetlər Qurani-kərim və xalq 

təsəvvüf ədəbiyyatı ilə bağlı təhlil edilə bilər. 

FolklorĢünas M.Təhmasib bu məsələ ilə bağlı yazırdı: 

"Rəngarəng Azərbaycan dastanlarının müxtəlif növləri 

vardır ki, bunlardan biri də dini təbliğ dastanlarıdır... Bu 

dastanların süjeti də, kompozisiyası da, təfərrüatı, hətta ən 

kiçik naxıĢları, xalları da bu məqsədlə düĢünülmüĢ, 

qurulmuĢ, iĢlənmiĢdir. Xüsusilə qoĢmalar, ustadnamələr, 

deyiĢmələr, qıfılbəndlər, bağlama və açmalar ancaq və 

ancaq Allahın mədhi, Məhəmmədin vəsfi, Əlinin tərifi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

936 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Quran ayələrinin təfsiri, namaz, oruc və baĢqa vacibatın 



Ģərhi, xurafatın, ərəb-islam əsatirinin izahı və sair bu kimi 

məsələlərə həsr edilir ki, biz də bütün bunları nəzərə 

alaraq bu dastanları belə bir ad altında ( dini-təbliği - ġ.B.) 

birləĢdirməyi daha düzgün hesab edirik."  

Əslində, "dini-təbliği" ifadəsini Ġslam mifologiyası 

adlandırmaq daha düzgün olardı. "ġah Ġsmayıl Xətainin 

poeziyası" adlı monoqrafiyasında professor M.Qasımlı bu 

termini aĢağıdakı Ģəkildə xarakterizə edərək yazır:"... bu 

qəbildən olan Ģeirlərdə (dini-təbliği - ġ. B.) Quran surə və 

ayələrindən gələn iĢarə və eyhamlar, islam mifologiyasına 

məxsus demonik məhfumlar, təsəvvüf simvolikasını ifadə 

edən rəmzi-məcazi obrazlar mühüm yer tutur".  

Göründüyü kimi, Azərbaycan klassik ədəbiyyatında təkcə 

Xətainin deyil, ümumən klassik qəzəl ədəbiyyatının elmi 

folklorĢünaslıq baxımından təhlili bu aspekt olmadan 

naqis olardı. Əlbəttə, sovetlər dönəminin elmi 

metodologiyasının qoyduğu məhdudiyyətlər uzun illər 

istər folklor, istərsə də klassik ədəbiyyatımızın tədqiqində 

dini nöqteyi-nəzərə imkan vermirdi. C.C.Frezer "Əhdi-

ətiq"dəki folklor" adlı məĢhur əsərində böyük epoxaların 

dini-mifoloji aspektdən elmi təhlilini verməklə, 

ümumdünya folklorĢünaslıq elmi üçün geniĢ üfiqlər açıb. 

Belə elmi yanaĢma müsəlman mədəniyyətinin filoloji 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

937 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

araĢdırmaları üçün də çox vacib təhlil mənbəyi olar, bu da 



çağdaĢ folklorĢünaslıqda Xətai kimi klassiklərin 

yaradıcılığının araĢdırılmasına daha geniĢ meydan verə 

bilərdi. 

Xətainin qəzəl yaradıcılığında folklor qaynaqları birbaĢa 

Ġslam mifologiyasının qnoseoloji mahiyyəti ilə bağlıdır. 

Onun bəzi qəzəllərində dini, tarixi, və bədiilik bir-birini 

tamamlayır. Xətai yaradıcılığında kifayət qədər bu tipli 

qəzəllər var. Az qala folklorlaĢmıĢ belə qəzəllərdən biri 

"Doğrusu" rədifli qəzəlidir.  

Bu qəzəlin yaranma tarixi Xətainin Bağdad səfəri 

çağlarına təsadüf edir. Qəzəl Xətainin əmrinə əsasən 

1508-ci ilin oktyabr ayında Kərbəla düzündə Hürr 

Dilavərin qəbri üzərində icra olunanları əks etdirir. 

Qəzəldə folklorlaĢmıĢ sufi-ürfani rəmzlər Ġslam 

qissələrindən götürülüb. YetmiĢ iki Ģühədanın biri olan 

Hürr haqqında əfsanələrin güclü təsirindən bu qəzəl özü 

də sonralar bir rəvayətə çevrilib. Müsəlman dini 

ehkamlarına hörmət edən ġərq hökmdarı və böyük təriqət 

mürĢidi kimi Xətai, heç Ģübhəsiz ki, Hürrün qəbrin 

açılmasına göstəriĢ verməzdi. Amma yerli əhali arasında 

dolaĢan Ģayiələrə görə, guya bu qəbirdə cənazə olmadığı 

söylənilirmiĢ. Xətai məhz bu Ģübhələri aradan qaldırmaq 

üçün qəbrin açılmasına göstəriĢ verib. Rəvayətə görə



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

938 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

məzar açıldıqdan sonra dünən dəfn olunmuĢ kimi təzə 



görünən cənazə sufi Xətainin özünü də vəcdə gətirib:  

 

Ey müsəlmanlar, əsiri-zülfi-yarəm, doğrusu, 



Bu siyəhkarın əlində biqəraram, doğrusu. 

 

Bir quru candan nolur qurban edəm cananimə, 



Ol pəri rüxsaridən çox Ģərmsarəm, doğrusu. 

 

... ġah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini, 



Bar ilahi, əfv qıl kim tövbəkarəm, doğrusu.  

 

Qəzəldəki süjet barədə "Məad" kitabında oxuyuruq: 



"Mühəddis Cəzairi "Ənvari-nömaniyyə" kitabında Hürr 

Ġbni Yəzidin qəziyyəsini belə nəql edir: "ġah Ġsmayıl 

Səfəvi Kərbəlaya gəldiyi vaxt eĢidir ki, Kərbəlada Yəzid 

qoĢunundan üz döndərib Ġmam Hüseyn (ə) yoldaĢlarına 

qoĢulan Hürrə tənə edib, onun haqqında pis danıĢanlar 

var. Onun Allah tərəfindən bağıĢlanıb sevimli bəndə 

olmasını sübut etmək üçün ġah Ġsmayıl qəbrin açılmasını 

əmr edir. Qəbri açıb cənazənin təravətli qaldığına Ģahid 

olurlar. Sanki yenicə Ģəhid olmuĢ, baĢında Həzrət 

Hüseynin dəsmalı bağlanmıĢdı ( Tarixi AĢura günü bu 

dəsmalla Ġmam Hürrün yarasını bağlamıĢdı). ġah Ġsmayıl 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə