Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə31/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

TAĞUT KİMLƏRDİR?



Tüğyan sözündəndir. Həddi aşmaq deməkdir. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Tağut bəndənin ibadətdə, itaətdə və tabeçilikdə (ardınca) getdiyi hər bir şeydə ifrata vararaq həddi aşmasıdır». «Şübhəsiz ki, (tufanda) su həddiniz aşdığı (tuğyan etdiyi) zaman sizləri gəmidə Biz daşıdıq». (əl-Haqqa 11) buyurduğunda da bu kökdən gəlməkdədir. «(Ya Muhəmməd!) Sənə nazil olana və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq olan bir zəlalətə sürükləmək istər. Onlara: Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin! deyildiyi zaman münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən». (ən-Nisa 60-61). əş-Şabi rahmətullahi aleyhi deyir ki: «Münafiqlərdən biri bir Yəhudi ilə mübahisə edərkən Yəhudi Muhəmmədin rüşvət almayacağını bildiyinə görə demişdir: «Mühakimə üçün gedək Muhəmmədin yanına» demişdir. Münafiq isə yəhudilərin rüşvət alacağını bildiyi üçün: «Yaxşı olar ki, yəhudi hakimə müraciət edək» dedi. Beləliklə də hər ikisi mühakimə üçün Cuheynədəki bir kahinin yanına gedib ona müraciət etmək barədə razılığa gəldilər. Belə olduqda: «(Ya Muhəmməd!) Sənə nazil olana və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər». Ayəsi nazil oldu. Bu ayənin nazil olma səbəblərindən digərində isə: İki nəfər öz aralarında mübahisə edirlər və təklif edirlər ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm ə müraciət etsinlər ki, aralarında hökm versin. Onlardan bir: «Kəb b. Əşrəfə müraciət etsək yaxşı olar» deyir. Nəhayət, Ömər- radıyallahu anhu ya müraciət edirlər. onlardan biri hadisəni Ömərə danışır. Ömər - radıyallahu anhu Allahın Rəsuluna müraciət etməyə razı olmayan kimsədən soruşur ki, onun Peyğəmbər sallallahu aleyhi və səlləm ə müraciət etmək istəməməsi doğrudurmu? O, kimsə: «Bəli, bu belədir» deyir. Ömər - radıyallahu anhu qılıncı ilə vurub onu öldürür»1094. «O, halda onların arasında Allahın nazil etdiyi kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən sənə tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökməlrdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğurdan da insanların çoxu fasiqlərdir». (əl-Maidə 49). «Biz hər ümmətə Allaha ibadət edin və tağutdan çəkinin deyə peyğəmbər göndərdik». (ən-Nəhl 36). Hər bir millətin Tağutu onun Allahı və Rəsulunu buraxaraq onların əvəzində müraciət etmiş olduğu, ibadət etdiyi və Allahın bəsirətinə xilaf olaraq ardınca getdiyi və ya itaətin yalnız Allaha və Peyğəmbərinə deyil onlara da məxsus olduğunu deyən kimsələrdir. Allahdan qeyrisinə ibadət etməklə onun ibadət etdiyi şey tağutdur. Həmçinin ardınca getdiyi şey – ona deyiləndə ki, Allah və Rəsulu bizə belə deyib, onlar bizim şeyximizin ardınca gedirik. Bunlar tağutdur. Həmçinin itaət etdiyi. Bura daxildir hər bir şəxs valideyn, rəhbər və s. onlara tabe olmaqda Allahın qoyduğu həddi aşarsansa, sən onu tağut etmiş olursan. «Amma xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).

Onda belə bir sual ortaya çıxır ki, Yəhudi və Nəsranilər İsa və Uzeyr əleyhimussəlam a ibadət edirlər və bu ibadətdə həddi aşırlar. Onda İsa və Uzeyr əleyhimussəlam tağutdur? Xeyr, onlar ardıcıllarına əmr etməyiblər ki, onlara ibadət etsinlər. Əksinə Qiyamət günü onların bu ibadətlərini danacaqlar. «Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: Ya Məryəm oğlu İsa! Sənmi insanlara: Allahla yanaşı məni və anamı da özünüzə tanrı bilin demişdin? (İsa cavabında) deyəcək: Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz, əgər bunu mən demiş olsaydım, sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybi bilən ancaq Sənsən!». (əl-Maidə 116-117). Buna görə də Tağut məsələsində dördüncü şərt odur ki, ona ibadət etməkdə, itaət etməkdə və ardınca getməkdə özləri razı olsunlar. «Sonra insanlar Allahın özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Allahındır və O, ən tez haqq-hesab çəkəndir». (əl-Ənam 62). «Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur». (əl-Əraf 54). «(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər? Məgər düşünüb ibrət almırsınız?». (əl-Casiyə 23). Ömər - radıyallahu anhu rəvayət edir ki: "Cibt sehirdir, Tağut - şeytandır".1095 Cabir - radıyallahu anhu rəvayət edir ki: "Tağutlar - şeytanların səmadan enib xəbərlər gətirdikləri kahinlərdir ki, onların hər birində bir şeytan vardır".1096 İmam Məlik rahmətullahi aleyhi deyir: "Tağut - Allahdan qeyri ibadət edilən hər bir şeydir". İbn Abbas - radıyallahu anhu rəvayət edir: "Cibt - bütlərdir". əş-Şabi rahmətullahi aleyhi deyir: "Cibt - münəccimlərdir".



Tağut Beş Qismdir 1. İblis. «Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın». (ə-Sad 78) ayəsində Allahın xitab etdiyi lənətli və İlahi rəhmətdən qovulmuş şeytandır. «Biz mələklərə Adəmə səcdə edin dedikdə İblisdən başqa hamı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə 34).

2. Allahdan qeyrisinə özünün razılığı ilə ibadət olunanlar. Bundan Allaha sığınırıq. İstər həyatda ikən ona ibadət edilsin, istərsə də ölümündən sonra ona ibadət edilsin. Bundan razı olduğu təqdirdə o, kimsə tağutdur.

3. İnsanları özünə ibadət etməyə çağıran bir kimsə də belədir. İstər ona ibadət etməsinlər. Belə bir kimsənin çağırışı istər qəbul edilsin, istərsə də qəbul edilməsin o, kimsə tağutdur.

4. Qeybi bildiyini iddia etmək. Qeyb insanın görmədiyi, hal-hazırda olmayan deməkdir. Bu da iki növdür. 1) Nisbi qeybdir ki, bəzi insanlar üçün məlum ola bilir. Bəzi kimsələr üçün məchul. 2) Mütləq qeyb isə yalnız Allah tərəfindən və Allahın istədiyi Peyğəmbər tərəfindən bilinə bilər. Bunu bildiyini iddia edən kimsə kafirdir. Çünki o, bu iddiasıyla Allah və Rəsulunu yalanlamışdır. «Göylərdə və yerdə qeybi Allahdan başqa heç kəs bilməz. Onlar nə vaxt diriləcəklərini də bilməzlər». (ən-Nəml 65). Qeybdən xəbər verən insanlara bir sualımız vardır. Peyğəmbər sallallahu aleyhi və səlləm qeybi bilmədiyi halda, sizin qeybi bilməniz necə mümkün ola bilər? Sizmi daha üstünsünüz, yoxsa Allahın Rəsulu? «Qeybi bilən ancaq Odur və O qeybi heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa». (əl-Cinn 26-27). Bu qeyb bilgisini iddia edən kimsələrin kafir olmasını açıqlayan ikinci bir dəlil. Allah Peyğəmbərinə hər kəsə bunu elan etməsini əmr etmişdir: «De ki: Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır, mən qeybi də bilmirəm». (əl-Ənam 50).

5. Uca Allahın nazil etdiyi ilə hökm etmək Rububiyyət tövhidinin tələb etdiyidir. Buna görə də Uca Allahdan qeyrisinə uyan kimsələri «Rəblər» deyə adlandırmışdır: «Onlar Allahı qoyub öz alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı (rəblər) etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa heç bir tanrı yoxdur». (ət-Tövbə 31).

Bir kimsəni Tağut adlandırmaq onu kafir saymaqdır. Çünki insan tağut nə zaman ola bilər? Əgər özünə ibadətə dəvət edərsə. Ona ibadət olunsa razı qalar, sehirbazdır, Firon və s1097.


BİSMİLLƏH” İLƏ KSİLMİŞ HEYVAN VƏ ONUN HÖKMÜ
Zəbh müəyyən bir şəkildə (iki boyun damarını kəsərək) qan axıtmaq məqsədilə canın çıxması deməkdir. Nəhr bıçaq boğaza salınmaqla dəvənin kəsilməsinə deyilir. Quran və Sünnə dəlilləri qurbanın yalnız Allah üçün kəsilməsi xüsusda Onun rızasını qazanmağı açıq bir şəkildə bəyan etmişdir. Allah Qurani-Kərimdə bir çox yerlərdə namaz ilə Qurbanı yan-yana zikr etmişdir. Uca Allah üçün qurban kəsilməsi ən mühüm ibadət və ən üstün itaətlərdən sayıldığı sabit olduğuna görə bir başqası üçün qurban kəsmək bir kimsəni İslam dairəsindən çıxaran böyük şirkdir. Bu da bir neçə şəkildə olur. Saleh Əli Şeyx hafizahullah - “Şərh Kitabut-Tovhid”də deyir: “Qurban kəsmək dörd qismdir”:

1. Qurbanlıq Allahın adı ilə və Allah üçün kəsilir. Bu xalis Tövhiddir. Həm Allah üçün kəsir, həm də Allahın adı ilə kəsir. Hər iki tərəfdən savab qazanır. Allahın adı ilə, təzim olaraq, Onun önündə zəlil olaraq və Ona yaxınlaşmaq məqsədilə ibadət olaraq kəsilən heyvan - belə bir ibadət Uca Allahın buyurduğu şəkildə sadəcə Allah üçün edilir; Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! (əl-Kövsər 2). De: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam! (əl-Ənam 162-163). Bu ayələrin hər biri qurbanlığın ibadət olmasına dəlildir. İbadət isə yalnız Allah üçün edilməlidir. Allahın heç bir şəriki yoxdur ki, onun üçün qurban kəsilsin və namaz qılınsın. Yalnız Uca və Böyük olan Allah bütün bu ibadətlərə layiqdir. Allah namaz qılmağı və qurban kəsməyi əmr etmişdir. Çünki bu ibadətlər Allahın sevdiyi və razı qaldığı ibadətlərdir.

2. Qurbanlıq Allahın adı ilə, lakin Allah üçün kəsilmir. Bu Uluhiyyətdə şirkdir. Bismilləh deyir və lakin Allah üçün deyil, qəbr sahibinə, peyğəmbərə, salehə yaxınlaşmaq və s. məqsədlərlə. Bəzən də bu halları hansısa bir mərasimlərdə möhtəşəm bir qonağın, dövlət və idarə başçılarının qarşısında təzim olaraq kəsirlər. Bu da dinimiz tərəfindən qadağan edilmişdir; (Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!”– dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir! (əl-Ənam 136).

3. Qurbanlıq Allah üçün kəsilir, lakin Allahın adı ilə kəsilmir. Bu Rububiyyətdə şirkdir; Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız. (əl-Ənam 121).

4. Nə Allahın adı ilə kəsilir, nə də Allah üçün. Bu da büstbütün şirkdir. Belə bir kimsə ikiqat şirkə düşmüş olur. Həm Rububiyyət Tövhidində, həm də Allahdan qeyrisindən kömək istəməklə, yaxınlaşmaqla Uluhiyyət Tövhidində şirk edir. İbadət etdikləri Əhməd Bədəvi, Hüseyn və s. kimsələrin adlarını zikr edərək qurbanlar kəsirlər. Amir ibn Vəsilə deyir ki: “Bir dəfə Əli ibn Əbu Talibin radıyallahu anhu - yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: “Peyğəmbər sallallahu aleyhi və səlləm sənə sirr olaraq bir şey deyibmi?” Əli radıyallahu anhu - qəzəbli halda: “Peyğəmbər sallallahu aleyhi və səlləm gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa”. Kişi: “Ey Əmirəlmöminin, onlar nədir?”- deyə soruşdu. Əli: “Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin, Ana- atasına lənət edənə Allah lənət etsn, Bidətçiyə (Başqa rəvayətdə: Günahkara) sığınacaq verənə Allah lənət etsin,1098 yer üzünün sərhədlərini (nişanələrini) dəyişənə Allah lənət etsin”.1099 Bu da hədədir. Kim Allahdan qeyrisinə təzim və yaxınlaşmaq məqsədilə qurban kəsərsə, artıq lənətlənmişdir və Allahın rəhmətindən uzaq olar. Lənət Allahın rəhmətindən və mərhəmətindən qovulmaqdır. Əgər bir günaha hədə, əzab, təhdid, lənət varsa bu günahın nə dərəcədə şiddətli olmasına dəlildir. Allahdan qeyrisinə qurban kəsən kimsə buna daha layiqdir. Çünki, belə bir kimsə Allahdan qeyrisinə qurban kəsməklə onu ucaltmış və əzəmətləndirmişdir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm günahları saymağa başladıqda ən böyüyündən başlayaraq kiçiyinə doğru düşdü. Bu da dəlildir ki, dəvət etdikdə şirkdən başlamaq lazımdır. Həmçinin, bu hədislərdə olan lənət ümumidir, xüsusi deyildir.



Tarih ibn Şihban (Salman Farsi) radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Bir kişi bir milçəyə görə Cənnətə, başqa bir kişi isə bir milçəyə görə Cəhənnəmə düşdü”. Səhabələr: “Ey Allahın Rəsulu! Bu necə ola bilər?”- deyə soruşdular. Peyğəmbər: “İki nəfər bütə sitayiş edən bir tayfanın yanından keçirdi. Onlar heç kimə həmin bütə qurban kəsməmiş oradan keçməyə icazə vermirdilər. Bütpərəstlər həmin iki nəfərdən birinə dedilər: “Qurban kəs!” O: “Mənim qurban verməyə heç nəyim yoxdur”- dedi. Onlar: “Heç olmasa bir milçək qurban et!”- dedilər. O da milçəyi bütə qurban etdi və ona yoluna davam etməyə icazə verdilər və o kimsə (öldükdə) Cəhənnəmə düşdü. Bütpərəstlər ikinci kişiyə də dedilər: “Qurban kəs!” O: “Mən Allahdan başqa heç kimə qurban kəsmirəm”- dedi. Onun boynunu vurdular və o kimsə Cənnətə daxil oldu”.1100 Bu da dəlildir ki, Allahdan qeyrisinə qurban kəsmək böyük şirkdir. Bütə qurban kəsmək, o kimsənin Cəhənnəmi qazanmasına səbəb olmuşdur. İnsan istəmədiyi halda bu qövmün şərindən qurtulmaq üçün qurban etdiyi bir milçəyə görə Cəhənnəmə düşdü. Əgər bu dünyada dəyəri olmayan bir milçəyə görə Cəhənnəm əzabı varsa, onda Allahdan qeyrisinə dəvələr, qoyunlar qurban edənlərin halı necə olacaqdır? Bu hədisdə zikr edilən müsəlman bir kimsə idi. Əgər kafir olsaydı onun barəsində: “Bir milçəyə görə Cəhənnəmə düşdü”- deyilməzdi. Bəziləri qeyd edirlər ki, bu hədisdə məcburiyyət vardır. Xeyr, əksinə müşriklər onları qurban kəsməyə məcbur etməmiş­dilər. Onlar o qövmün yanından keçirdilər. O qövm də heç kimə qurban kəsməmiş onların ərazisindən keçməyə icazə vermirdilər. İki nəfər isə istəsəydilər geri qayıdar və digər yolla gedərdilər və əgər məcburiyyət olsaydı, Allahın ayəsinə də zidd olardı. Məcbur edilən bir kimsəyə günah yoxdur; Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. (ən-Nəhl 106). Məcbur edilən kimsə Cəhənnəmə girməz. Hətta biz sizinlə razılaşsaq da, belə ki, “onları məcbur ediblər”- deyənlərə cavab: Bu keçmiş ümmətlərdə idi. Bizim şəriətdə isə məcbur edilənə günah yoxdur. Burada hədisi dəstəkləyən bir hədis vardı: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Cənnət sizdən birinizə ayaqqabısının bağından da yaxındır, həmçinin Cəhənnəm də”.1101 Bütpərəstlər belə ən böyük əməlin qəlbin əməli olmasını bilirdilər.

Allahdan Qeyrisinə Qurban Kəsilən Yerdə Allaha Qurban Kəsilməz - “Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: "Biz yaxşılıqdan başqa bir şey istəmədik"– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir. (ət-Tövbə 108). İbn Kəsir – rahmətullahi aleyhi bu ayənin təfsirində deyir: "Allah Rəsulu sallallahu aleyhi və səlləm Mədinəyə gəlməzdən əvvəl orada cahillik dövründə xristianlığı qəbul etmiş Əbu Amir ər-Rahib adlı bir nəfər yaşayırdı. Allah Rəsulu sallallahu aleyhi və səlləm Mədinəyə gəldikdən, Bədrdə İslamın zəfərindən və müsəlmanların sayı artdıqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onu İslama dəvət etdi. Lakin o, qəbul etməyib Məkkəyə, sonra isə Heraklın yanına qaçdı və oranın sakinlərini müsəlmanlara qarşı müharibəyə çağırdı. Sakinlər köməklik üçün ona söz və sığınacaq verdilər. Sonra tayfasından bir dəstə adama yazaraq bildirdi ki, ordu ilə gəlib Muhəmmədi sallallahu aleyhi və səlləm öz işindən döndərcəkdir. O, onlara özü üçün müşahidə məntəqəsi olan qala tikməyi əmr etdi. Bu məqsədlə Quba məscidinin yanında məscid tikilməyə başladı. (Müsəlmanlar oranı aldıqda) səhabələr Allah Rəsulundan sallallahu aleyhi və səlləm orada namaz qılmağı xahiş etdilər. Peyğəmbər: "Əgər Allah istəsə qayıdanda orada namaz qılarıq, axı biz səfərə çıxırıq". Tabukdan qayıdarkən Mədinəyə yarım günlük məsafədə onun yanına Cəbrail - əleyhissəlam - gələrək, küfr və müsəlmanlar arasında bölgü salmaq niyyətilə tikilmiş "Məscidud-Dirar - Zərər Məscidi" haqda xəbər gətirdi. Allah Rəsulu sallallahu aleyhi və səlləm Mədinəyə çatmazdan əvvəl oranı yerlə-yeksan etmək üçün adamlar göndərdi. Allah bu cür məscidlərdə namaz qılmağı qadağan etdi. Günahlar və asiliklər itaətin yer üzünə təsir etdiyi kimi təsir edir. Sonra Peyğəmbərə sallallahu aleyhi və səlləm ilk günlərindən Allah xofuna əsaslanan İslam və onun tərafdarları üçün olan Quba məscidində namaz qılmağı buyurdu: "Quba məscidində (iki rükət) namaz ümrəyə bərabərdir".1102 İbn Abbas, Urva, Adiyy, əş-Şabi, əl-Həsən radıyallahu anhum - və başqaları bu ayədə Quba məscidi haqda söhbət getdiyini deyirdilər. Lakin səhih hədisdən söhbətin Peyğəmbər sallallahu aleyhi və səlləm Məscidindən getdiyi bilinir. AbdurRahman ibn Əbu Səid əl-Xudri atasından rəvayət edir ki: "Bir gün ilk gündən Allah qorxusuna əsaslanaraq (tikilən) məscid haqda mübahisə edirdik". Biri: "Bu Quba məscididir"- dedi. Digəri: "Bu Allah Rəsulunun sallallahu aleyhi və səlləm məscididir"- dedi. Onların mübahisəsini eşidən Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurdu: "Bu mənim məscidimdir (Başqa rəvayətdə: Əlinə bir ovuc çınqıl daşları alaraq onları yerə vurdu və: Bu mənim məscidimdir)".1103 Bu ayədən aydın olur ki, Allaha itaətsizliyə əsaslanan məscidlərdə namaz qılmaq və ya başqa ibadətləri keçirmək olmaz.

Sabit ibn Dəhhaq radıyallahu anhu - rəvayət edir ki, bir nəfər Buvanə adlanan yerdə dəvəni qurban kəsməyi nəzir etmişdi və Peyğəmbərin sallallahu aleyhi və səlləm bu haqda fikirini soruşduqda o buyurdu: "Orada cahiliyyə dövründə insanların ibadət etdiyi büt olubmu?" O kimsə: "Yox, olmayıb”- dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Orada müşriklərin hansısa bayramı keçrilibmi?". Adam: "Yox, keçrilməyib". Bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Əhdinə əməl et. Allaha asiliklə əlaqəsi olsa, həmçinin Adəm övladının malik olmadığı halda əhdini yerinə yetirmək olmaz".1104 Öncəki babdan sonra bu babın qeyd edilməsi olduqca uyğundur. Bir öncəki babın məqsədi böyük şirkdən bəhs etməkdirsə, bu babda şirkə aparan vasitələri zikr edir. Allahdan qeyrisinə (ibadət olunan) qurbanlar kəsilən yerdə və ya o ətrafda Allaha qurban kəsmək qadağandır. Belə yerdə Allaha qurban kəsmək olmaz, hətta Allah üçün kəsilsə də belə. Bir kimsə belə etdikdə həmin yeri əzəmətləndirmiş, (müqəddəs) hesab etmiş, şirkin yayılmasına vəsilə olmuş və Allahdan qeyrisinə qurban kəsən müşriklərə bənzəmiş olur. Allah Peyğəmbərə sallallahu aleyhi və səlləm münafiqlərin tikdiyi məsciddə namaz qılmağı qadağan etmişdir. Çünki Məscidud-Dirar Allahın dininə, Rəsuluna sallallahu aleyhi və səlləm və müsəlmanlara qarşı mübarizə aparılsın, onlar arasında təfriqə salınsın deyə tikilmişdi. Bu məsciddə namaz qılmaq qadağan edilmişdir. Çünki sən orada namaz qılmaqla onların əməllərini və sözlərini təsdiqləmiş olursan. Bu eynilə özünə Sələf deyib sonra da Bidət, Təkfir əhli ilə oturub-duran kimsəyə də aiddir. Çünki sən onlarla oturduqda insanları fitnəyə məruz qoymuş olacaqsan. İnsanlar onların da doğru yolda olduqlarını zənn edəcəklər. Məscid, Allahın evi, zahirən çox gözəl bir əməl, lakin hansı məqsədlə tikilmişdir? İslama qarşı döyüşmək, müsəlmanlar arasında ayrılıq salmaq və s. Adı da Məscidud-Dirar – Zərər Məscidi. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm oranın yandırılmasını əmr edir. Qurban kəsən kimsə də belədir. Orada qurban kəsməklə o yeri ucaltmış, gözəl göstərmişdir və müşriklərin əməlinə bənzəmişdir. Cünki, əsasən müşriklər Allahdan qeyrisinə ibadət olunan yerlərdə qurbanlar kəsirlər. Lakin kimsə sual verə bilər ki: Mənim bunu etdikdə müşriklərə oxşamaq niyyətim yoxdur? Cavab: Hətta sənin niyyətin olmasa da belə, oxşamış olursan. Cünki, qurbanlıq zahirən oxşar olan bir ibadətdir. Həm Kitab Əhli, həm müsəlmanlar, həm də Allahdan qeyrisinə ibadət edənlər qurban kəsirlər. Zahirən onların kəsmək prosesi eynidir. Lakin kənardan onlara baxan kimsə kimin Allah üçün, kimin də Allahdan qeyrisi üçün qurban kəsdiyini bilməz. Fərq yalnız niyyətdədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Kim bir qövmə bənzəmək istəyərsə, o da onlardandır".1105 Həmçinin müşriklərə bənzəmək olduğu üçün Allahdan başqasına səcdə edib ibadət etdikləri vaxtlarda nafilə namaz qılınmasını belə qadağan etmişdir. Həmçinin müşriklər bunu gördükləri zaman əməllərinin doğru olduğunu zənn edərlər. Doğru ilə batil bir əməl arasında fərq qoymaya bilərlər.

Həmçinin Hər hansısa bir cahiliyyə bütünün mövcud olduğu məkanda büt ordan qaldırılmış olsa belə - qurban kəsilməz, nəzir ediməz. Həmçinin cahiliyyə bütpərəstlərinin keçmişdə bayram keçirdikləri yer olsa belə, orada qurban nəzir edilməz. Allaha asiliklə əlaqəsi olan bir nəziri yerinə yetirmək olmaz. Həmçinin - insan əlində olmayan bir şeylə niyyət etməməlidir. Məs: Allah mənim xəstəmi sağaltsa, filankəsin qulunu azad edərəm. Dinimiz Sədduz Zərai deyə bilinən bir qayda ilə şirk və şirkə aparan bütün yolların qarşısını almaqdadır. Buna görə də Muvahhid olan bir kimsəyə Allahdan qeyrisinə qurbanlar kəsilən yerdə Allaha qurban kəsməsi qadağandır və bu əməl onun Tövhidinə xələldir.

Hədisdə olan faydalardan: 1. Bu kimsənin qurban kəsmək üçün Peyğəmbərə sallallahu aleyhi və səlləm müraciət etməsi (yəni bilməyənlər öyrənmək üçün Quran və Sünnəni daha yaxşı bilənlərə müraciət etməlidirlər). Çünki, bilirdi ki, dini bizə öyrədən Peyğəmbərdir. Günümüzdə olan müsəlmanlara nəsihət olaraq dedikdə ki: Quran və Sünnəyə müraciət edin. Onlar: “Biz adət-ənənəmizi unutmamalıyıq, dədə-babalarımızın yolu bizə bəs edər”- deyirlər. 2. Peyğəmbər sallallahu aleyhi və səlləm ətraflı şəkildə bir tərbiyəçi olaraq ondan soruşmağa başladı. Bir başa onu qadağan edərək: “Nə üçün məndən soruşursan, get harada istəyirsən kəs”- demədi. Əksinə onu sual-cavab edərək ətraflı izah verdi. Dəvət edən kimsə də belə olmalıdır. Bir başa hökm verməyə tələsməməlidir. Deməli, harada oldu qurban kəsmək olmaz. 3. Əgər orada müşriklərin Allahdan qeyri ibadət etdikləri və bayram (hər il müəyyən bir vaxtda qayıdılan yer və ya məkan) keçirdikləri yer olsaydı bu əməli etməyə ona icazə verməzdi. Günümüzdə ən çox qurbanlıq Allahdan qeyrisinə ibadət edilən yerlərdə kəsilir. Bu cür yerlərdə kəsilərək gətirilən ət məhsullarını və ya digər məhsullar şirin çörək, halva və s. yemək qadağan edilmişdir.



Hökmü Bütün bu məxluqatı gözəl bir şəkildə xəlq edən Allahdır. Bu heyvanları xəlq edərək insanların öhdəliyinə verən də Allahdır və O daha layiqdir ki, qurbanlıq da Onun üçün kəsilsin. Kim olursa-olsun vəzifə və şəxsiyyətindən asılı olmayaraq - Qurbanlıq yalnız Allah üçün olmalıdır. İnsanların niyyətinə görə Allahdan qeyrisinə kəsilən qurbanlığın hökmü də fərqlənir: Həmçinin - Kim Allahdan qeyrisinə ibadət, təzim məqsədilə qurban kəsərsə, artıq böyük şirk etmiş olar. Həmçinin qəbr sahibinə onun üçün şəfaətçi olsun və ya ona yaxınlaşmaq məqsədilə kəsirsə, bu böyük şirkdir. Lakin Allah üçün kəsib, niyyətində onun üçün şəfaətçi olsun və ya onun Cah - məqamına, hörmətinə görə olsun kiçik şirkdir. Həmçinin kim (xəstəlikdən müalicə olunduqdan sonra) və ya xəstəlik tutmasın (qarşısı alınsın) deyə, evimə oğru girməsin deyə qurban kəsərsə qadağandır. Günaha aparan yoldur. Lakin xəstəm artıq sağalıb deyə, Allaha şükr əlaməti olaraq qurban kəsmək bu gözəl bir əməldir. Həmçinin Qəbir sahibinə (ölən kimsəyə) xeyrim dəysin, savabını ona göndərərəm, insanların qarnını doydurum, qonşular nə deyər və s. niyyətlərlə, yeddisi, cümə axşamları, qırxı, əlli ikisi qurban kəsməsi bidət olan kəsimdir. Qurbanlığı ölünün ruhuna həsr etmək niyyəti ilə kəsmək artıq şirkdir. Bu cür ət məhsullarını yemək qadağandır. İmam Əhməd – rahmətullahi aleyhi qəbristanlıqda Allah üçün kəsilən qurbanlıq ətinin yeyilməsini belə şirkə aparan yolun qarşısını almaq üçün qadağan edərdi..
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə