Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə21/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   17   18   19   20   21   22   23   24   ...   209

48        

NƏCASƏTLƏR 

 



- MƏNİ  

Məsələ 88: Atıcı qanı olan heyvanların mənisi nəcisdir. 



-

 

MURDAR 

Məsələ 89: İnsanın, eləcə də istər özü ölmüş olsun, istərsə şəri 

qaydalara  görə  kəsilməmiş  olsun,  sıçrayan  qanı  olan  heyvanın 

ölüsü nəcisdir. Balığın sıçrayan qanı olmadığından, suyun içində 

belə ölsə, pakdır. 



Məsələ 90: Murdar olmuş heyvanın yun, tük, yunu, sümük və 

diş kimi, ruhu olmayan hissələri pakdır. 



Məsələ  91:  İnsanın  və  ya  sıçrayan  qanı  olan  bir  heyvanın 

bədənindən diri ikən, ət və ya ruhu olan başqa bir şey qoparılsa, 

o şey nəcisdir. 

Məsələ  92:  Dodaqdan  və  bədənin  ayrı  yerlərindən  qoparılan 

azacıq  dərilər ruhu  olmasa və  asanlıqla  qoparılmış olsa, pakdır. 

Lakin  qopub  düşmək  vaxtı  çatmadan  qoparılmış  dəridən, 

ehtiyata görə, çəkinmək lazımdır. 



Məsələ  93:  Ölü  toyuğun  qarnından  çıxan  yumurtanın  üst 

qabığı, bərkimiş olsa, pakdır. Amma onun zahirini suya çəkmək 

lazımdır. 

Məsələ  94:  Əgər  quzu  və  ya  çəpiş,  ot  yeyən  olmamışdan 

qabaq ölsə, onun qursağında olan pendir  mayası, pakdır. Amma 

onun zahiri gərək suya çəkilsin. 

Məsələ  95: İnsan xarici ölkələrdən gətirilən maye dərmanlar, 

ətir, krem, yağ və sabunun nəcis olduğuna əmin olmazsa, pakdır. 



Məsələ 96: Müsəlman bazarında satılan ət, piy və dəri pakdır; 

Həmçinin, bunlardan biri müsəlmanın əlində olsa, eyni qada ilə. 

Əgər  heyvanın  şəriət  qayda-qanunu  ilə  kəsilib-kəslməməsini 

araşdırmayan bir müsəlmanın kafirdən aldığını bilsə, nəcisdir.  




İzahlı şəriət hökmləri

       49 

 



- QAN 

Məsələ  97:  İnsanın  və  sıçrayan  qanı  olan,  yəni  damarı 

kəsildikdə  qanı  sıçrayaraq  axan  hər  bir  heyvanın  qanı  nəcisdir. 

Buna  görə,  balıq  və  ağcaqanad  kimi  sıçrayan  qanı  olmayan 

heyvanların qanı pakdır. 



Məsələ 98: Şəriət qanunlarına görə kəsilən, əti halal heyvanın 

qanı  normal  miqdarda  axdıqdan  sonra,  bədənində  qalan  qan 

pakdır.  Amma  nəfəs  alması  və  ya  heyvanın  başının  yuxarıda 

olması səbəbilə qan heyvanın bədəninə qayıdarsa, o qan nəcisdir. 



Məsələ  99:  Ehtiyat-vacibə

 

görə,  gərək  içində  qan  zərrələri 

olan  yumurtadan  çəkinilsin.  Lakin  əgər  qan,  yumurtanın 

sarısında  olsa,  onun  üzərindəki  nazik  pərdə  parçalanmamışsa, 

onun ağı pakdır. 

Məsələ  100:  Bəzən  süd  sağılarkən  görünən  qan  nəcisdir  və 

südü də nəcis edir. 



Məsələ 101: Dişlərin arasından gələn qan, əgər ağızın suyu ilə 

qarışması nəticəsində  aradan  gedirsə, pakdır. Amma daha  yaxşı 

olar udulmasın.  

Məsələ 102: Əzilmə nəticəsində dırnaq və ya dəri altında ölən 

qan,  qan  deyilməyəcək  bir  formaya  gəlmişdirsə,  pakdır.  Amma 

əgər,  ona  qan  deyilərsə  nəcisdir.  Bu  halda  dırnaq  və  ya  dəri 

deşilmişdirsə,  qan  bədənin  zahirindən  bir  hissə  hesab  olunursa, 

dəstəmaz  və  ya  qüsl  almaq  üçün,  o  qanı  xaricə  çıxararaq  oranı 

paklamaq  əziyyət  deylidirsə,  gərək  paklansın.  Əgər  qanı  çıxarıb 

təmizləmək  çətindirsə  ehtiyata  əsasən  nəcasətin  yayılmaması 

şərti  ilə  onun  ətrafı  yuyulsun  və  üzərinə  parça  qoyub  yaş  əl  ilə 

parçanın üzərinə əl çəkilsin və təyəmmüm də edilsin. 

Məsələ  103:  Əgər  insan,  dəri  altında  ölü  qan  toplandığını  və 

ya əzilmə nəticəsində ətin o hala gəldiyini bilməzsə, pakdır. 




50        

NƏCASƏTLƏR 

 

Məsələ  104:  Əgər  xörək  qaynayan  zaman  içinə  bir  zərrə  qan 

düşsə, xörək və onun qabı nəcis olur. Qaynamaq, hərarət və od, 

paklayıcı deyil. 

Məsələ  105:  Sağalmaqda  olan  yaranın  ətrafında  olan  sarı 

rəngli suyun qanla qarışması məlum olmasa, pakdır. 



6 - 7- İT VƏ DONUZ 

Məsələ  106:  Quruda  yaşayan  it  və  donuz,  hətta  onların  tükü, 

sümüyü, pəncəsi, dırnağı və rütubəti nəcisdir. Amma su iti və su 

donuzu pakdır. 



-

 

KAFİR 

Məsələ  107: Kafir,  yəni Allahı inkar edən və ya Allaha şərik 

qoşan, yaxud həzrət Mühəmmədin



 

(səlləllahu ələyhi və alihi və səlləm)

 

peyğəmbərliyini  qəbul  etməyən  şəxs,  nəcisdir.  Həmçinin  ğulat, 



(yəni  İmamlardan  (ələyhimus-səlam)  hər  hansı  birisinin  Allah 

olduğuna  inanan  və  ya  Allahın  onlarda  hülul  etdiyini  söyləyən 

şəxs),  həmçinin  xəvaric  və  nəvasib,  (yəni  İmamlara  düşmənlik 

elan edənlər,) nəcisdirlər. Ehtiyata əsasən əhli-kitab  yəni  yəhudi 

və  xiristiyanlar  da  nəcisdirlər.  Dinin  zəruri  hökmlərindən  birini 

(namaz  və  oruc  kimi),  inkar  edərsə,  bu  iş  Peyğəmbərin 



(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)  inkar  olunmasını  lazım 

tutarsa,  nəcisdir.  Ehtiyat-müstəbbə  əsasən  hətta  Peyğəmbərin 



(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)  inkar  olunmasını  lazım 

tutmazsa da gərək ondan çəkinilsin. 



Məsələ  108:  Kafirin  bütün  bədəni,  hətta  dırnaq,  tük  və 

rütubəti də nəcisdir. 



Məsələ 109: Əgər həddi-büluğa çatmamış uşağın atası, anası, 

babası  və  nənəsi  kafir  olarsa,  nəcisdir.  Əgər  onlardan  biri 

müsəlman  olsa  uşaq  pakdır.  Amma  yaxşı  ilə  pisi  çeçən  həddə 

olsa  və  kafir  olduğunu  bildirsə  bu  halda  nəcisdir.  Amma  o, 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə