Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə18/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   14   15   16   17   18   19   20   21   ...   111

üç  günlük  dovşan  balası  yem  dalınca  ora-bura 
qaçır,  mənim  isə  artıq  yeddi  yaşım  var  –  nə  isə 
bilməliyəm!”.  Müdrik  lap  təəccüblənib  dillənir: 
“Belədirsə, zəhmətdən keçib, suallarıma cavab ver, 
görüm:  hansı  suda  balıq  olmur,  hansı  dağda  daş 
olmur, hansı ağacda budaq olmur?” Uşaq söyləyir: 
“Quyuda balıq olmur, qum təpələrində daş olmur, 
çürümüş  ağacda  budaq  olmur”.  Və  əvəzində 
müdriyə  xitabən  öz  sualını  ünvanlandırır:  “Ata, 
bəs göydə nə qədər ulduz var?” Müdrik düşünüb-
daşınıb belə deyir: “Ulduzlar bizdən çox iraqdır, nə 
isə yerə aid soruş!” “Qaşlarınızda neçə tük var?” – 
uşağın sualı əlüstü hazır idi. Müdriyə ancaq başını 
qaşımaq qalır: “Bu sualının da qarşısında acizəm. 
Sənin iti zehniyyətinə baş əyirəm. İdrakını bundan 
sonra  da  cilala,  ömrün  uzun  olsun”.  Və  müdrik 
balacaya xeyir-duasını verir.      
Başqa  bir  hekayət  də  mövcuddur.  Nəzakət 
adlı  məfhumdan  uzaq  anlayışı  da  olmayan  bir 
yolçu  mehmannəvaz  ev  sahiblərinin  yurtasında 
gecələməyə  qalır.  Ev  sahibinə  və  ailənin  digər 
üzvlərinə qarşı müştəbehlik nümayiş etdirir, özünü 
öyür. Cavan ev sahibəsinə gözü düşür və bunu aşkar 
bildirir.  Sahibəyə  onun  həyasızlığı  qətiyyən  xoş 
gəlməsə də, qonaqpərvərlik qanunu qonağı birbaşa 
başa  salıb  yerində  oturtmağı  qadağan  edir.  Evin 
Kurmanov T. “Mahnı” 2001-ci il, Bişkek, quaş, 40 x 30
45


xanımı  yurtadan  eşiyə  çıxıb  qonağı  yola  salanda, 
həyətin iti yolçunun üstünə bərkdən hürür. Qonaq 
itə taziyanə çəkmək fürsətini fövtə vermir. Zavallı 
heyvan  zingildəyir,  ev  sahibəsi  iti  tumarlayıb 
sakitləşdirir:  “Eybi  yox,  zərəri  yoxdur.  İncimə. 
Böyük qardaş kiçik qardaşı döyəndə, inciməzlər!” 
Utanıb yerə girən qaba qonaq evdən rədd olur.   
Növbəti  əfsanə  aydın  olsun  deyə,  qırğız  xalq 
natiqlik  deyişmə  yarışlarını  xatırlatmaq  vacibdir. 
Ağıllı qız barədə əfsanə məhz bu ənənəyə əsaslanır. 
Gənc  xan  ən  yaraşıqlı  və  ağıllı  qızla  evlənmək 
niyyətinə düşür və gələcək zövcəsinin axtarışlarında 
bir çox gözələ iti-iti suallar verir. Məs., “Şərqdən 
Qərbə at belində nə qədər yol getmək lazımdır? Yerlə 
göyün  arasında,  həqiqətlə  yalanın  arasında  hansı 
məsafə  var?..”  Qızlardan  biri  ona  belə  söyləyir: 
“Qərblə Şərqin arasında bircə günlük yol var. Yerlə 
göyün  arasındakı  məsafə  qaşla  kirpik  arasındakı 
qədərdir, zira gözlərimizi yuxarı qaldıranda səmanı 
görürük,  aşağı  salanda  –  yeri.  Həqiqətlə  yalanın 
arsındakı məsafə çox deyil – təqribən dörd barmaq, 
qulaqla göz arasında. Çox vaxt qulaq bir şey eşidir, 
göz  özgə  şey  görür”.  Gözəlin  hazırcavablığından 
heyrətlənmiş xan onunla evlənir.    
Qədimdə  gənc  aşiqlər  toydan  əvvəl  dil 
pərgarlığına  görə  mütləq  sınaqdan  çıxmalı  idilər. 
Deyilənə  görə,  dövrünün  məşhuru,  natiq  və  şair 
Arstanbəy-ırçı  on  altı  yaşlı  gözəl  Ayqanıma 
ehtiraslı  sevgi  ilə  aşiq  olmuşdu.  Qız  aşiqinin 
hazırcavablığını imtahana çəkməkdən xoşlanaraq, 
onun fikrinin itiliyindən və nitqinin gözəlliyindən 
həzz alırdı. Məs., qız xəbər alırdı: “Sən igidin üç 
ən  sadiq  dostunun,  üç  düşməninin  adını  çəkə,  üç 
ən yaxşı cəhətini və üç ən pis xislətini, üç ən zəruri 
əşyanı, üç bəla gətirən əşyanı sadalaya bilərsən?” 
Arstanbəy-ırçı  bu  sualı  cavablandırmaqla  seçdiyi 
qızın könlünü əbədiyyətə qədər fəth etmişdi: “İgidin 
üç  sədaqətli  dostu  var:  sadiq  arvadı,  yaxşı  atı, 
etibarlı yoldaşı. Xasiyyətin üç ən yaxşısı: təmizlik, 
adillik  və  xeyirxahlıq.  Təmizsənsə,  dağ  qovağı 
kimi əlçatmazsan; adilsənsə, xalqın hökmdarı ola 
bilərsən; hərgah heç kəsə pisliyin keçmirsə, özün 
də rahat yaşaya bilərsən. Üç ən zəruri əşya: həyat 
mənbəyi – su, həyatın əsası – çörək, həyatın ruhu 
– od. Üç düşmən: tənbəllik, laübalılıq, avamlıq. Üç 
bəla gətirən məfhum: qəlb üçün əziyyətverici dedi-
qodu,  xoşbəxtliyi  aparan  yalan,  insanı  şərəfindən 
məhrum  edən  lovğalıq.  Xasiyyətin  üç  ən  pisi: 
yaltaqlıq,  yalançılıq,  qorxaqlıq!”  Qırğız  igidləri 
beləcə valehedici fikirlərlə və kəlamlarla gözəllərin 
könlünü ram edirdilər. 
Qırğızlar  və  qazaxlar  qədimdən  qonşu 
Kalıqulun 
qırğız xalqına 
bəlli nəsihətləri
Nəsihətlər 
İyirmi ötdü, otuz da çatdı,
Həyat titrər, izin hanı bəs sənin?
Qoca cavanlaşmaz daha heç zaman
Qızğın at qocalmış, əldən düşmüşdür.
Çinarı kəsə bildin, bəs xırda
Budağı hardan taparsan?
Ölüm səni qəfil haqlasa,
Ruh bədəndə qalmayacaq.
Fürsəti fövtə versən, 
Daha tutmayacaqsan.
İgid yoxsul yaşasa,
Kəfəndə rahat olar.
Sorsalar: – Verərmisən?
Hardan alım axı mən,
Ha özümü öldürsəm
Verərdim, amma heç nəyim yox.
Alın onda elə mənim özümü.   
Danışa bilməyən, yumruğun düyər;
Hərcayı sualın, mərcayı da cavabı olacaq. 
46


yaşayırlar  və  tez-tez  birgə  bayramlarda  –  toy  – 
deyişmə  təşkil  edirlər.  Toyların  birində  qazax 
sultanının  nəslindən  olan  Çakırbayla  qırğız  xalq 
natiqi Toktorbay arasında belə yarış baş tutmuşdu. 
Çakırbay söz döyüşünü bu aforizmlərlə başlamışdı: 
“Həyat – yanmayan, tüstülənən alaq otudur; həyat 
sönükləşən  alovdur.  Arzu  –  ələkeçməz  quşdur, 
deyilmiş  söz  –  silahdan  çıxan  güllə.  Bu  dünyanı 
hamı  su  kimi,  süzülən  qum  kimi  tərk  edir.  Ot 
quruyacaq,  dağlar  qalacaq.  İgidlər  gedəcək,  xalq 
qalacaq. Rəng solacaq, qaşlar qalacaq. Şan-şöhrət 
keçəcək,  baş  qalacaq.  Bu  cahanda  yalnız  üç  şey 
əbədi  qalacaq:  həşəmətli  torpaq,  uca  dağlar  və 
axar su. Qalan hamısı – gəldi-gedərdir. Bu gün var, 
sabah yox!”
O  zaman  yarışa  Toktorbay  girmişdi:  “Bəli, 
doğru buyurursan. Eşitdiklərinin hamısı – nağıldır, 
gördüklərin  –  gerçək.  Camaat  kəlmənin  qayəsini 
dərk  etməsə,  natiqlər  haradan  çıxacaq?  Sualın 
layiqli  cavabı  tapılmırsa,  dil  nəyə  lazım?  İnsan 
müdrikləşmirsə, qocalıq niyə başının üstünü alır? 
On  beş  yaşlı  oğlan  xeylağı  uçurumun  üstündə 
atılıb-düşən  çəpişə  bənzərdir.  İyirmi  beş  yaşlı 
gəncin həyat qüvvəsi quyu kimidir. Otuz yaşında 
– hər şeyə hazır pələngsən, qırx yaşında – qınından 
sıyrılmış qılıncsan, əllidə – dağ zirvələrini aşan dağ 
təkəsisən. Altmışa – axsaq topala dönürsən, yetmişə 
–  kövrəkləşirsən.  Səksənində  durğunluq  başlayır, 
doxsanında  mütləq  uçuruma  yuvarlanırsan... 
Təsdiq edirsən ki, aləmdə yalnız üç ölümsüz əşya 
var: torpaq, su və dağlar. Əriməz qar altında torpaq 
donub ölür. Buzlu quyuda su ölür. Dağların başını 
qara bulud uzun müddətə örtsə, hündür dağlar da 
ölür. Qəhrəman səhv buraxsa, həyatından məhrum 
olur,  natiq  yanlışlıq  buraxsa  –  ləyaqətini  itirir! 
Ölümsüz yalnız həqiqətdir! Əlvida rəfiqim mənim, 
ehtiyatsızlığı  ucbatından  həyatını  itirən  qorxmaz 
bəbir,  səbri  ilə  pələngin  həmləsindən  qurtula 
bilməyən səbirli nər!”  
Xalq yaddaşı bu deyişməni özündə həkk edərək 
qələbəni Toktorbaya vermişdi. 
İssık-Kulda vaxtilə iki tanınmış natiq, iki rəqib 
yaşayırdı. Moyt ake və Sart ake.
Günlərin bir günü Moyt ake Sart akedən xəbər 
alır:
– Dünyada ən varlı adam kimdir? 
– Ən zəngin şəxs, ən səxavətlisidir, – Sart eke 
söyləyir. 
– Bütün ömür boyu ən sadiq dost kimdir?
–  Bəlalardan  və  düşünülməmiş  əməllərdən 
xilas edən səbir. 
– Bəs sitəm nədir?
–  Susuzluq.  Susuz  həyat  yoxdur.  Su  tükənən 
yerdə, həyat da məşəqqətlə bitir.
– Bəs insanın əsas düşmənləri kimdir?
– Tez özündən çıxmaq və intiqam hissi. Hərgah 
sənə  ehtiram  göstərilməsini  və  uca  tutulmağını 
istəyirsənsə,  deməli,  əcdadların  ənənələrinə 
xain  çıxmağa  ixtiyarın  yoxdur,  –  Sart  eke  cavab 
vermişdi. 
Kiçikdən  böyüyə  bircə  addımdır.  Burada, 
məlum  olduğu  kimi,  artıq  şərh  verməyə  ehtiyac 
yox. 
Sovet dövründə bir qırğız kolxozunda vaqe olan 
hadisəni danışmaq istərdim. Əvvəl SSRİ Nazirlər 
Sovetinin  sədri  Malenkov  camaata  həyətdə  mal-
davar  saxlamağa  icazə  vermişdi.  Ancaq  tezliklə 
Xruşşov  fərman  çıxardı  ki,  iribuynuzlu  mal-qara 
kollektivin  olmalıdır,  kolxozçular  isə  həyətyanı 
təsərrüfatlarında  ancaq  toyuq-cücə  saxlasınlar. 
Sadə  kəndli  bir  baba  atlarını  itirdiyinə  görə  çox 
sarsılaraq demişdi: “Bax, atları qolçomaq elədilər! 
Amma toyuq-cücə Kommunist Partiyasının üzvləri 
oldu!”
Əfsanələr  həmçinin  təsdiqləyirlər  ki,  bütün 
fövqəltəbii  xislətlər  insana  göylər  tərəfindən 
əta  olunur.  Əfsanələrin  biri  hələ  Kalıqula  qədər 
yaşamış məşhur müdrik Sançı-sınçıdan bəhs edir. 
Sançı-sınçı  atadan-anadan  yetim  idi  və  bayın 
yanında  çoban  şagirdi  kimi  çalışırdı.  Bir  dəfə 
qoyunları  Beş-Moynok  cayloosunda  otararkən, 
səmadan  gələn  səs-küy  eşidir.  Göydə  tənha  ağ 
bulud süzürmüş. Qəfildən, ancaq çoban şagirdinin 
eşitdiyi  qorxunc  göy  gurultusu  səslənir.  Qoyun-
quzu sakit-sakit otlayırmış. Naqafil göylərdə alov 
parlayır, oddan ağ geyimli sinli kişi çıxır, yetimə 
xitab  edir:  “Qorxma  məndən,  oğul!  Sənə  sədəmə 
yetirmərəm.  Sirlər  cahanından  gəlmişəm  ki,  sənə 
qabaqcadangörmə  vergisi  əta  edim.  Qoy  asiman 
sənə pasiban dursun!”       
Sançı-sınçı  özünə  gələndə,  ahıl  kişinin  izi 
belə  qalmamışdı.  O  zamandan  bəri  Sançı-sınçının 
qulağına müdrik sözlər pıçıldayan səslər eşidilməyə 
başladı. Sançı-sınçının şöhrəti xalq arasında yayıldı. 
O, çox şeyi əvvəlcədən görüb deyə bilir, başlıcası, 
istənilən mübahisədə insanları razılığa gəlməyə sövq 
etməyi bacarırdı. Müdrik Sançı-sınçı dağınıq qırğız 
nəsillərini birləşdirmək üçün çox işlər görmüşdü.    
Deyirlər,  bir  dəfə  müdrik  Tilekmat  ake 
peyğəmbər  Kalıquluya  xitabən  müraciət  edir: 
“Kereqe  açılsa  –  möhkəmlətmək  olar,  yəhər  sınsa 
–  düzəltmək  olar,  torpaq  çatlasa  –  sel  suları  onu 
doldurar...  Adamların  arasına  ikitirəlik  düşsə,  ən 
qorxulusu budur. Onda necə olsun?!”
47


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə