Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə33/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   29   30   31   32   33   34   35   36   ...   111

Andlar
Keçmiş  əyyamlarda  dostlar  ağır  yürüşdən  əvvəl  bir-biri  ilə  sədaqət  əhd-
peymanı bağlayır, andı möhkəmlətmək üçün bir camdan su içirdilər. 
Onlardan hər birinə yaxşı əyan idi ki, andın pozulması ölümdən qorxuncdur. 
Xalq hesab edirdi ki, həyatın atası – Günəşdir, anası – Torpaq, qanı – Su, ruhu – 
Havadır. 
Andını pozan insan özü özünü bu sözlərlə lənətləməli idi:
– Qoy məni sonsuz səma cəzalandırsın!
– Qoy məni məhsuldar torpaq cəzalandırsın!
– Qoy məni müqəddəs cümə cəzalandırsın!
– Qoy məni dibsiz qəbir cəzalandırsın!
– Qoy ən müqəddəs şeylərimdən məhrum olum!
– Qoy məni Tenir-Too dağları və Manasın ruhu cəzalandırsın!
– Qoy bu zülmət gecədən sağ çıxmayım!
– Qoy günün doğmasını görməyim!
– Qoy günün batmasını görməyim!
– Qoy hər şeyə ay şahid dursun!
– Qoy məni dogma torpağımın duzu cəzalandırsın!
Manasın döyüşçüləri yürüşdən əvvəl bu sayaq and içirdilər: 
Andı pozana Göy Səmanın
Açılmış sonsuzluğu cəza kəssin,
Qara Torpağın tüklü sinəsi
Andı pozanı cəzalandırsın, 
Qoy isti qanı yerə tökülsün!  
Məsləkdaşlar  bir-birinə  belə  and  içirdilər:  “Ölsək,  bir  çalada  ölərik.  Sağ 
qalsaq, sonradan bizi təpənin başında hörmətlə dəfn edərlər!”
Ola bilsin, çoxları 1993-1996-cı illəri xatırlayır. O illərin kədərli şöhrəti həmin 
dövrdə  çağırışçıların  çoxunun  hərbi  hissələrdən  fərariliyi  ilə  yadda  qalmışdı. 
Mətbuatın yaydığı məlumatlara isnadən, yalnız üç il müddətində üç yüzdən artıq 
əsgər qırğız ordusundan fərarilik etmişdi. Sonradan bəlli olmuşdu ki, bu əsgərlər 
Talas  bölgəsindən  savayı  respublikanın  bütün  yerlərindən  gəlmiş  sakinlər  idi. 
Məlum  olmuşdu  ki, Talasdan  gələn  çağırışçılar  hərbi  hissəyə  göndərilməzdən 
əvvəl  Səxavətli  Manasın  gümbəzi  önündə  hərbi  borclarını  ləyaqətlə  yerinə 
yetirəcəkləri barədə and içmişlər. Onlar qanundan deyil, Manasın ruhunun andını 
pozacaqları təqdirdə, cəzalandırılacaqlarından qorxmuşdular.    Bu ayinin ənənəyə 
çevrilməsi pis olmazdı. Belə mərasimlərin çağırışçılar üçün təşkil edilməsi əsil 
vətənpərvərlik hissinin aşılanması üçün zəruridir. 
86


Obrazsov B.B. “Qızıl Ordudan qayıdış” 1930- cu il k. p. 48x72
87


Lənətlər baqda
Qırğızlar  üç  lənəti  ən  qorxunc  sayırlar: 
valideynlərin  lənətini,  şikəstin  lənətini  və 
millətin  lənətini.  Hətta  xalq  arasında  deyim  var: 
müharibəyə getmək daha yaxşıdır, Allah verər, sağ 
qayıdarsan,  amma  Allah  eləməsin,  başına  lənət-
qarğış töksünlər!
Valideyn  qarğışı  haqqında  əfsanə  var.  Bir 
ailədə  valideynlərinin  ümidlərini  doğrultmayan 
beş  oğul  var  imiş.  Onılar  hər  gün  Tenqrinin 
prinsiplərinin əleyhinə gedən əməllər törədərmişlər: 
həmkəndlilərin mal-davarını oğurlayar, hətta körpə 
uşaqlı ailələrə belə rəhm etməzmişlər. İş o yerə çatır 
ki,  valideynlərinin  də  heyvanını  həyətdən  qovub 
aparırlar. Ata-ana hiddətlə onları qarğıyıb daşürəkli 
adlandırırlar. Söz ağızlarından çıxıb qurtarmamış, 
oğullar  daşa  dönüb  yerə  pərçimlənirlər.  İndinin 
özündə də Talasda Beş-Daş adlı məkan var. Orada 
daşürəkli    oğulların  daşürəkliliyinə  abidə  hələ  də 
ucalmaqdadır.
O  zamandan  bəri  xalq  arasında  söz-söhbət 
gəzib-dolaşır  ki,  valideyn  qarğışından  güclü  və 
qorxunc heç nə yoxdur. Hətta təsdiqləyənlər var ki, 
qarğış yeddi arxa nəslə təsir edir. Xalqın müdrik, 
möhtərəm ağsaqqalının ağzından çıxan qarğışının 
bundan az qorxulu olmadığı da yaxşı məlumdur. 
İndiyəcən  belə  inanc  bəllidir  ki,  ata-anasını 
incidənə  anasının  müqəddəs  südü  haram  olur; 
özündən böyüyü, möhtərəm şəxsi incidənə doğma 
İlyina L. A. “Qara gün” seriyasından İntiqam 1964-cü il
88


torpağın müqəddəs duzu qarğış tökür; əcdadlarının 
ruhu  barədə  bihörmət  danışan  adam  binəsibə, 
yainki  köləyə  çevrilir.  Hərgah  peşman  olub  üzr 
istəyirdisə,  boynuna  tatarı  salırdılar,  belə  deyirdi: 
“Əcdadlarımın  ruhu,  günahımdan  keç,  bağışla, 
doğma  torpaq,  bağışla,  doğmalarım,  bağışlayın, 
sizin qulunuz ollam!”   
Mənim kəndimdə bokonçu var. Onun nəslində 
heyvanları  ağına-bozuna  baxmadan  ovlayan  bir 
qana  həris  ovçu  var  imiş.  Deyilənə  görə,  bunun 
ucbatından  vəhşi  dağ  qoçu  (arxar)  kişiyə  qarğış 
töküb. Neçə nəsildir, bu sülbün kişiləri ya faciəvi 
şəkildə həlak olurlar, ya da özlərini öldürürlər. 
Sibirə sürgündən qayıdan Toktoqul Satılqanov 
deyişmələrin birində akın Korqooldan öz ünvanına 
yaman  sözlər  eşidir.  Akın  deyirmiş  ki,  Toktoqul 
katorqada donuz əti yeyirmiş. Bu da müsəlmanlar 
üçün  bağışlanmaz  günahdır.  İncimiş  Toktoqul 
Korqoolu  qarğayıb  bundan  sonra  ömründə 
xoşbəxtlik  nədir,  bilməsin,  deyibmiş.  Qocalar 
danışırdılar  ki,  Toktoqulun  qorxunc  qarğışı 
Korqoolu tutmuşdu.  
Qarğışın  müdhiş  qüvvəsini  açan  daha  bir 
əfsanə  yaşayır.  Qədim  əyyamlarda  iki  ovçu 
yaşayırmış  –  Karamırza  və  Asan.  Günlərin  bir 
günü Narında yerləşən Alamışık meşələrində ova 
çıxmış kişilər otlayan maralların arasında əliuşaqlı 
buynuzlu  bir  qadın  görürlər.  İri,  yağlı  bir  maralı 
nişana  götürən  ovçular  onu  vurmaq  qərarına 
gəlirlər. Atəş  açılır,  ardınca  uşaq  fəryadı  eşidilir. 
Bəlli olur ki, ovçular qadının yanında oynaqlayan 
uşağı vurublar. Buynuzlu qadın elə qarğış tökür ki, 
sonradan hamısı tutur: “Karamırzanın nəsli üçüncü 
arxada kəsilsin. Asanın nəsli yüzə çatmasın, çatsa 
da payıza qalmasın!” Qırğızlar deyirlər: “Özündən 
qabaq, sözə qulaq as”. 
Çoxmarov S. “Minas” eposuna ill. “Hücumdan sonra” 1989- cu il. 51,5x74,5
89


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə