Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə35/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   31   32   33   34   35   36   37   38   ...   111

Amankojoyev K. “Akının nəğməsi” 1964-cü il, kətan, yağlı boya, 87 x 112
Dilin gözəlliyi – atalar sözüdür
İgidin yaraşığı – saqqalı; 
Nitq – zərbül-məsəllə gözəlləşir.  
93


94


                                                                           
XALQ: 
ADƏTLƏR, 
ƏNƏNƏLƏR, 
MİLLİ OYUNLAR
III
95


Toylar haqqında 
Hər xalqın əsrlər boyu qaydaya-qəlibə salınıb 
oturuşmuş  adətləri,  ayinləri  və  ənənələri  var 
ki,  onlardan  milliyyətin  cəmi  həyat  fəlsəfəsini, 
mentallığını, mənəviyyatını asanlıqla oxumaq olar. 
Əcdadlarımızda təsadüfi heç nə yoxdur, ələlxüsus, 
ənənələri  nəzərdə  tuturuqsa.  Bu  səpkidən  həyat 
dərəcəli  mühüm  ayinlərin  keçirilmə  ənənəsi 
xüsusən  maraq  kəsb  edir.  Məs.,  qırğızların  toy 
adətlərindən söz açım.
Bir  qayda  olaraq,  cavanları  yaxın  qohum-
əqrəba  tanış  edir.  Görüşlər  qayın  arvadının  ayıq 
baxışları  altında  keçir.  Gənclər  sevgilərini  əhd-
peyman və sevgi məktubları ilə bildirirlər:
Bil, kağız ürəyimin qılafıdır,
Bil, mürəkkəb qəlbimin qanıdır,
Namədə əlimin yazdıqları, 
Yaralı könlümün izləridir.
Bu  ənənəni  qırğız  atalar  sözü  tam  dəqiqliklə 
təsvir edir: “Buğdanın gedəcəyi yer –dəyirmandır. 
Gəlinin gedəcəyi yer – adaxlısının evi”.
Qırğızların  toy  ənənələri  islamaqədərki 
inanclardan  qaynaqlanır  və  bir  neçə  mərhələdən 
ibarətdir:  elçilik,  nişan,  toy,  gəlinin  ər  evinə 
köçməsi.  Toyun  mütləq  şərti  kalımdır  –  başlıq. 
Sovet  dövründə  kalımı  keçmişin  ziyanlı  qalığı 
kimi  damğalamış, adətin özünü  isə  təhrif edilmiş 
şəkildə  izah  etmişdilər.  Əslində,  kalım  –  gəlinin 
valideynlərinə  özünəməxsus  minnətdarlıq,  habelə 
qızını yad ailəyə verən ata-anaya sosial müavinət 
rolunu  oynayırdı.  Bundan  əlavə,  qızın  bundan 
sonra taleyini həmişəlik bağlayacaq evin maliyyə 
imkanlarını  nümayiş  etdirirdi.  Adətə  görə,  gəlini 
vida mahnıları ilə yola salırdılar. 
“Gəlinin  xalasının  vida  mahnısı”  “qarşılıqlı 
sovqatlar”ın  maraqlı  sadalanmasını  nümayiş 
etdirir:
Zərif yun verdik sən əvəzi, 
Tülkü kürkü verdik həm də.
Əvəzində aldıq nərçə,
At da aldıq, həm qoşqu da,
Qayınatan qoyun verdi, 
Üstəlik də dana verdi. 
Sənə ipək aldıq bəzəkli, 
İpəkdən üç parça idi,
Carkənd parçası da gəldi... 
Gəlini köçürüb yola salma mərasimində qızın 
anası  və  bacıları  oğlanın  ata-anası  eşitsin  deyə, 
ucadan qızın yaxşı keyfiyyətlərini tərənnüm edən 
mahnı  oxuyurlar.  Gəlinin  anası  ona  öyüd-nəsihət 
verir:
Yurtada ocaq yandıranda, 
Elə yandır, qızım, tüstüləməsin.
Yaman sözlər eşidəndə
Gülər üzlə bağışla.
Qayınatan girəndə yurtaya, 
Qızım, baş əy ona, salamla,
Qayınanan girəndə yurtaya, 
Dur ayağa, qızım, kömək et ona. 
Ananın  qızını  böyük  həyata  ötürən  toy 
mahnısında  çox  vaxt  əsrlərdən  süzülüb  gəlmiş 
kədərli həyat müdrikliyi əksini tapır:
Sevimli ərlə, ya yaman ərlə,
Kim olsa, ona qulluq edirik.
Yaxşıdır, pisdir, sözünü eşit, 
İnan, eşitməsən, lap pis olar.  
Ər – evin sahibi, ona boyun əy,
Qonaq gələndə, üzünə gül sən. 
Varlıdır, kasıbdır, fərq eləməz
Mis samovarda çayını qoy sən...
Qızın qayın arvadları isə belə oxuyurlar:
Qızılını, tənəsini tax üstünə
Doğma qızın kimi qəbul eylə.
Oğlana isə belə xitab olunur:
Ay adaxlı, əymə cavan qamışı ,
Cavan arvadına hörmət eylə...
96


Matayev J. “Ayçörək” 2005-ci il, kətan, yağlı boya, 45 x 70
97


Qayınarvadının ərə gedən qayınxatınına xitabla mahnısı:
Qız, yaxşı ailəyə düşürsən, 
Allah xoşbəxt eyləsin.
Qız, adaxlın göyçəkdir, göyçək,
Allah qızıl beşiyini versin...
Gənc ər-arvada arzulanan bəxtəvərliklər:
Ocağınız sönməsin, 
Sevginizi qoruyun. 
Beşiyiniz qızıl olsun, 
Evdə qoşa qarıyın.
Başınızda oğul-uşaq
Eviniz də min budaq,
Otlaqda, örüşdə sakit-sakit,
Sürünüz otlasın sizin.  
Ata evindən köçən qız xırda güzgü, burun yaylığı, ətir, daraq götürür 
ki,  baldızlarına  paylasın.  Bəxşişlərini  verərkən  sanki  ərinin  evinə  xoş 
niyyətlə,  xoşbəxtliyə  ümidlə,  qohum-əqrəbasına  sevgi  ilə  gəldiyinə 
eyham vurur.
Cehizi qız anası hazırlayır. Hər cehizin mütləq əşyası – əllə toxunmuş 
keçə xalçalar şırdak, ala-kiyiz, tuş-kiyizlər – habelə əllə tikilmiş divar 
xalçaları və balışlardır. Hər ana qızının cehizinə qəlbinin bir parçasını, 
məhəbbətini, incəliyini qoyur, ona görə cehiz əşyaları ailə xatirələri kimi 
qorunur. Sonradan onlar miras kimi qıza, nəvəyə, nəticəyə və s. ötürülə 
bilər.  Bu  ənənədə  münasibətlərin  və  sənətin  sirlərinin  varisliyi  özünü 
ehtiva edir. Belə təkrarolunmaz əşyalar özünəməxsus ailə xatirələridir. 
Evə  daxil  olmazdan  əvvəl  təzə  gəlin  evə  təzim  etməlidir,  yalnız 
bundan sonra onun başına ağ örpək salırlar. 
Təzəgəlin  adaxlısının  evinə  daxil  olanda,  kandarda  ayaq  saxlayır. 
Evin  ən  böyüyü  –  nənə,  ana  –  təmiz  su  dolu  fincanı  qızın  başına 
dolandırır, bu zaman tilsimli lövhlər oxuyur ki, qız evdə yaxşı gəlin və 
ərinə müti arvad olsun. Sonra təzə gəlini hər bir gələcəyin qayınanasında 
olan arakəsmənin – koşoqonun arxasına otuzdururlar. Koşoqo həmçinin 
əvvəlcədən hazırlanaraq sandıqda öz məqamını gözləyir. 
Gəlin  oturan  otağa  kişilərin  daxil  olmasına  izin  yoxdur.  Qadınlar 
yalnız təzə gəlinə baxmağa, yaylıq bağışlamağa, xoş söz deməyə görə 
otağa  girirlər.  Təzə  gəlin  onların  hamısına,  ələlxüsus,  yaşca  böyük 
olanlara baş əyməli, qadınlar isə çoxlu uşaq, topdağıtmaz ev təsərrüfatı, 
çoxlu  heyvanat  arzulamalıdırlar.  “Aldındı  bala  bassın,  artındı  mal 
bassın!”; “Koşoqonor koqorsun!”.
Ardınca nikah – nike kıyuu – keçirilir. Kəbin müsəlman adətlərinin 
qanunlarına əsasən kəsilir. Molla Qurandan izdivac üçün lazımi surəni 
oxuyur, gənclərin nikaha girməyə razılığını alır, kəbini kəsib şahidlərin 
yanında  möhkəmləndirir.  Elə  həmin  gündə  oğlanın  valideynləri 
tərəfindən cavanların kirvəsi təyin olunur. 
Qız övladı – bir qonaqdır;
Qız – bir kəsilmiş tikədir.
98


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə