Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə43/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   39   40   41   42   43   44   45   46   ...   111

ailə  (oba)  yol  gedərkən  üstdən  pambıq  parçadan, 
yaxud  yarımipəkdən,  varlılarda  isə  xalis  ipəkdən 
xalat  atılırdı.  Qadınlar  kürk  geyinmirdilər.  Qırğız 
qadınlarının  Ukrayna  plaxtasını  xatırladan  ətəyi 
–  beldemçi  çox  özünəməxsusdur.  Ətək  qarşıdan 
kəsiklə  və  enli  qurşaqla  tikilirdi.  Ətəyi  əksərən 
yaşlı  qadınlar  köynəyin  üstündən  geyirdilər  və 
qurşaq bel nahiyəsinə düşür, açılıb-bağlana bilirdi. 
Daha az imkanlılar belə ətəkləri yunu içəri qoyun 
dərisindən tikir, varlılar isə özlərinə yarımipəkdən, 
mahuddan,  məxmərdən  astarlı,  kənarlarına  dələ, 
susamuru xəzləri vurulmuş, çox vaxt ipək saplarla 
işlənmiş ətək rəva bilirdilər. Yaxın adamını itirən 
qadınlar  yaslı  paltarı  geyinirdilər,  daha  dəqiqi, 
başlarını xüsusi üsulla bağlayırdılar.       
Ərli  qadının  baş  örtüyü  ağ  örpəkdən  – 
oromoldan, joolukdan, yaxud da çox vaxt onlarla 
m  kiseyi  parçadan  başa  bürünən  ağ  çalmadan  – 
ələçəkdən  ibarət  idi. Yoxsul  qadınlarda  bu  çalma 
5-6 m parçadan bükülürdü və kiçik olurdu, imkanlı 
qırğız qadınlarında isə çalma iri ölçülərdə təsadüf 
edilirdi. Çalmanın bürünmə üsulları, nəqşlənməsi, 
çalmaya bərkidilən tikməli qaytanın – kırqak tartma 
–  geyinmə  tərzi  müxtəlif  qəbilələrdə  fərqlənirdi. 
Matayev J. “Rəqs” 2008-ci il, kətan, yağlı boya, 60 x 70
119


Cənub qırğız qadınlarında baş örtüyü, ümumiyyətlə, ayrı 
formada olurdu. Onlar arxadan çiyinlərə qədər sallanan 
çiyinlikli  papaq  –  çaçkap  qoyurdular.  Bu  papağın 
üstündən  çalma  taxılır,  azca  irəli  çıxaraq  üzə  əyilirdi. 
Çalma  tikməli  qaytanla  bağlanır,  bəzən  yuxarıdan 
işləməli  örpəklə  örtülürdü.  Çalmanın  altından  çıxıb 
yanaqlara  sallanan  papağın  qurtaracaqları  rəngbərəng 
ipəklə  məharətlə  nəqşlənir,  bu  sonluqlara  isə  mərcan 
düzümləri ilə birləşmiş fərqli formalı uzun gümüş toqqalı 
asılqanlar asılırdı.   
Qızların baş örtüyü kənarlarına dələ xəzi, varlılarda 
isə  susamuru  xəzi  vurulmuş,  bayquş,  yaxud  yapalaq 
lələyi  (göz  qaytarmaq  qəsdilə)  ilə  bəzənmiş  dəyirmi 
tebetey – araqçın idi.  
Qadın  zinətlərindən  iri  konusşəkilli  sırğalar 
düzülmüş  gümüş  həmail  söykönün,  gümüş,  yaxud  mis 
sırğaların, bilərziklərin, mərcan düzümlərinin, üzüklərin, 
cənub qırğız qızlarının köynəyinin yaxalığına bərkidilən 
üstünə  gümüş  vurulmuş  dəmir,  yaxud  teyxa  gümüşdən 
girdə toqqanın – boquçun, püçülüyün, hörüklərə taxılan 
müxtəlif şarı  bəzəklərin adını çəkə bilərik.  
Ərli  qadın  mütləq  iki  hörük,  qızlar  isə  çoxlu  xırda 
hörüklər (8-12-16) hörürdülər. Balacaların (həm qız, həm 
oğlan  xeylaqları)  saçını  qırxır,  azca  saçla  kəkil,  çəngə, 
gicgahlara  sallanan  xırda  hörük  qoyurdular  –  kökül, 
saamay.  Kişilər  başlarını  qırxır,  keçmişdə  isə  peysərdə 
çəngə  saxlayırdılar  –  jılkı-çaç  (yal;  dastanda  isə  buna 
adətən aydar deyilir).
Qırğızların  xalq  geyimində  son  illər  dəyişikliklər 
baş vermişdir. Keçmişdə qırğız libası tayfaların yerlərdə 
məskunlaşması  ilə  əlaqədar  ərazi  fərqlərinə  malik  idi. 
Hal-hazırda  mənzərə  ayrı  cürdür.  XIX  əsrdə  səciyyəvi 
xalq  libası  bu  gün  yeni  üslub  tapır.  Müasir  dövrdə 
Bişkekdə milli geyim əsasında yeni dəbli qadın libasları 
tikən  şirkətlər  açılmışdır.  Onlar  nüfuzlu  beynəlxalq 
konkurslarda bir çox mükafatlar qazanmışlar.  
Kişi  geyimlərindən  papaqlar  qalmışdır:  qalpaqlar, 
qış papaqları, araqçınlar. Kənd yerlərində ahıllar sırıqlı 
xalatlar geyir, aşılanmış dərilərdən paltar tikirlər. 
Yalnız böyük bayramlarda yaşlı ağbirçəklər milli baş 
örtüyü – ələçək taxır, enli qurşaqlı tikməli ətək – beldemçı 
geyinirlər.  Gündəlik  geyim  üçün  plüşdən  tikilmiş  yeni 
milli  qadın  paltarı  və  başı  xüsusi  üsulla  bağlamaq  hər 
yerdə geniş yayılıb. Yaşlı nəslin nümayəndələri hələ də 
yumşaq uzunqunc çəkmələrlə qaloş geyməyə alışıblar.   
Nadir hallarda qıraqları dələ, yaxud susamuru xəzinə 
tutulmuş,  ortasına  bayquş  lələyi  taxılmış  girdə  papaq 
qoymuş qıza rast gəlmək olar.  
120


121


Üç qırğız bahadırı – Koşoy, Kojomkul və Kanıbəy 
Osmonəliyev haqqında
Toktoqul 
vadisinin 
daş 
darvazasına 
yaxınlaşdıqca  yəhərəbənzər  əcaib  dağ  diqqəti 
özünə çəkir, sanki kimsə dağı Narın çayının sahilinə 
yaxın çəkib. 
Əski əfsanə söyləyir ki, bunu Koşoy nəhəng-
bahadır  edib.  Guya  çayın  qarşısına  bənd  atıb 
suyunu  vadiyə  döndərmək  istəyirmiş.  Yalnız 
üçüncü cəhddə, yüz Tibet öküzünün ətini yeyib yüz 
ilxının kumısını içəndən sonra yekə kətmənlə dağı 
yerindən  tərpədə  bilib.  Amma  pəhləvan  Narının 
məcrasını  dəyişdirməyə  nail  olmayıb  –  gərgin 
işdən  ürəyi  partlayıb.  Kətmənin  dağın  ortasında 
şırımlayıb qoyduğu izinə görə insanlar ona sonralar 
Kətmən-Tübə adını vermişlər.    
Əfsanəvi  qırğız  pəhləvanı  Kaba  uulu 
Kojomkulun adını çəkməməyim ədalətsizlik olardı. 
Vaxtilə onu “rus Poddubnı” adlandırırdılar. Fiziki 
göstərişlərinə  əsasən  rus  pəhləvanlarından  geri 
qalmırdı – boyu 197 sm, çəkisi 164 kq. Entuziast 
olaraq kureş və oodarış üzrə yarışlar təşkil edir, çox 
vaxt şəxsən özü də yarışırdı. O vaxt ən sadə idman 
qurğularının inşasına böyük diqqət yetirirdi.   
Kojomkulun 
bugünkü 
həyatı 
dildən-
dilə  ötürülən  əfsanəyə  çevrilmişdir.  Suusamır 
düzəngahlarında  hamı  bu  pəhləvanı  tanıyırdı.  Bu 
günün  özündə  vadidə  adam  hündürlüyündə  daş 
parçası durur – pəhləvan bayram günlərinin birində 
qoca  çobanın  xahişi  ilə  daşı  çayın  məcrasından 
götürüb yurtanın yaxınına aparmışdı. Yurtaya qədər 
məsafə  isə  yüz  m  olardı…  Bu  gün  Kojomkulun 
həmyaşları ixtiyar kişilər daşı onun abidəsi hesab 
edirlər.
Daha  bir  misli  görünməmiş  hadisə  baş 
vermişdi.  1921-ci  ildə  Kojomkulu  Semireçensk 
(Yeddiçay)  vilayətinin  I  kasıblar  qurultayına 
nümayəndə  qismində  dəvət  etmişdilər.  Şahidlərin 
danışdığına  görə,  bir  dəfə  qurultaydan  sonra 
nümayəndələr  parka  toplaşıb  istirahət  edəndə, 
ixtiyar  bir  kişi  at  belində  onlara  yaxınlaşır  –  öz 
gözü  ilə  pəhləvanı  görüb  onun  qüvvəsindən 
əminlik hasil etmək niyyəti var imiş. Kojomkul çox 
fikirləşmədən kişinin atının altına girib yekə əlləri 
ilə  atın  ayaqlarını  qucaqlayaraq  üstündəki  minici 
ilə parkın çıxışına aparır. Hamı heyrətə gəlir. Ahıl 
kişi isə ağlayıb Kojomkulu bağrına basır və deyir: 
“Sağ ol, oğul. Belə bir oğlumun olmasını istərdim”.
Bax beləcə qırğız bahadırın həyatı epik tarixə 
çevrildi.  Bu  insanın  xatirəsi  əbədiləşdirilmişdir: 
Qırğızıstanda güləş idmanı Federasiyasının qərarı 
ilə hər il qırğız xalqının görkəmli oğlu Kojomkul 
Kaba  uulunun  xatirəsinə  həsr  olunmuş  sərbəst 
güləş üzrə yarışlar keçirilir. 
Həmyerlimiz  Kanıbəy  Osmonəliyev  ağır 
atletikada  ilk  SSRİ  çempionu  olmuşdur.  Mənə 
danışmışdılar  ki,  finalda  Kanıbəy  Osmonəliyev 
Koreyadan  olan  çox  güclü  rəqiblərlə  mücadiləyə 
çıxmışdı.  Ştanqadan  yapışanda,  tamaşaçılar  onun 
dodağının  altında  pıçıldadığını  görmüşdülər  – 
ardınca  dartıntı,  təkan…  və  ştanqa  pəhləvanın 
başı  üstündədir!  Təəccüblüsü  odur  ki,  məşqlərdə 
Kanıbəy  Osmonəliyevə  bu  ağırlığın  öhdəsindən 
gəlmək  nəsib  omurdu.  Sonradan  ondan  nə 
pıçıldadığını  soruşanda,  Manasın  ruhunun  ona 
yardım  etməsi  üçün  dua  etdiyini  cavab  vermişdi. 
Kanıbəy  indiyəcən  əmindir  ki,  məhz  Manasın 
ruhu ştanqanı qaldırmağa ona kömək göstərmişdi. 
Ölkəmzin tarixində Kanıbəy ilk qırğız idmançısı – 
Olimpiada  çempionu  olmuşdur.  Yəqin  ki,  genlər 
rolunu oynamışdır, axı necə də olsa, Kanıbəy Koşoy 
bahadırın və Kojomkul pəhləvanın nəslindəndir. 
İgid şərəf üçün doğulur
Şərəf uğrunda ölür.
122


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə