Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə45/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   41   42   43   44   45   46   47   48   ...   111

Dogma Torpaq haqqında rəvayət
Torpağımız həm də ona görə əzizdir ki, burada 
əcdadlarımızın  əbədi  yuxuya  getmiş  neçə-neçə 
nəsli  yatır.  Belə  nəticə  hasil  olur  ki,  torpağımın 
kimyəvi  təhlili  mənim  abavü-əcdadımın  da  bir 
damcısının orada olacağını göstərəcək. Torpaq ona 
görə də dəyərlidir ki, onun üzərində əcdadlarımız 
yaşamışlar,  özümüz  doğulub  boya-başa  çatmışıq, 
ərsəyə yetişmişik, gələcəkdə də uşaqlarımız burada 
ömür  sürəcək.  Ala-Toonu  isə  əcdadlarımızın 
məhəbbəti ilə sevirik. 
Biz bu torpaqlara işğalçı kimi deyil, yolaçanlar 
şəxsində  gəlib  çıxmışıq.  Millətimiz  məhz  burada 
doğulmuşdur.  Dövlətçilik  öz  quruculuğu  zamanı 
təsdiqlədi  ki,  biz  inkişafa  qabilik  –  demək, 
əcdadlarımıza layiqik.
Belə  bir  dastan  var.  Əyyami-qədimdə  qızıl 
qəfəsə salınan bülbülü dinləyən bir xan yaşayırmış. 
Qəfəsin  içi  ləl-cavahiratla  nəqşlənibmiş,  quşun 
özünü isə hər cür ləziz nemətlərlə yemləyirmişlər. 
Fəqət bülbül daima bir kədərli nəğmə oxuyurmuş:
  Budaqdakı qızıl yuva,
  Səni bir də görərəmmi?
  Yoxsa bu qəfəsdə qalıban
  Qəmli-qüssəli öləcəyəmmi?
Xan bülbülün qüssəli nəğməsinə təəccüb qalıb 
haqqında oxuduğu qızıl yuvanı görmək niyyətinə 
düşür.  “Onun  yuvası  necə  olmalıdır  ki,  quş  onun 
üçün  bu  qədər  xiffət  edir?  Güman,  saraydakı 
qəfəsindən  daha  zəngindir”.  Xan  bülbülü  azad 
buraxmaq  əmrini  verdi,  özü  isə  igidlərinə  quşun 
arxasınca  düşüb  izləməyi,  qonacağı  yuvanı  tapıb 
necəliyi  barədə  ona  xəbər  gətirməyi  tapşırdı. 
İgidlər azad olunmuş əsiri izlədilər. Bülbül təmiz 
çaya  düşdü,  çimdi,  pırpızlandı,  füsunkar  səsilə 
şən bir mahnını cəh-cəh vurub yuvasına sarı uçdu. 
İgidlər  yuvanı  görəndə  heyrətə  gəldilər  –  yuva 
adi  qurumuş  otdan  yapılmışdı.  Geri  qayıdaraq 
gördüklərini  xana  nəql  etdilər.  “Anladım!  Bülbül 
üçün dogma torpağının otlarındna yapılmış yoxsul 
yuvası hər cürə qızıldan əzizdir”, – xan səsləndi… 
Bax  belə!  Bu  ancaq  quşlara  aiddir.  İnsan  üçün 
isə  “qızıl  yuva”  anlayışı  daha  geniş,  müqəddəs 
mənaya malikdir. “Qırğızıstan – ümumi evimizdir” 
termini  ötüb  keçmiş  əsrin  sonuncu  onilliyində 
yaranmışdır.  Bu  gün  biz  evimizi  hamı  üçün  eyni 
məkanlı  və  bərabər  hüquqlu  inşa  edirik.  Bizim 
etnik enerjimiz bir çox məqamda dağların xislətinə 
bənzər. Dağlarda qayalar müxtəlif şəkildə dayansa 
da, hamısı bir yerdə vəhdətdir.
Qırğızıstanın 
coğrafi-siyasi 
mövqeyi 
əzəldən  əlverişlidir:  cənub-şərqdə  Çinlə,  şimalda 
Qazaxıstanla,  qərbdə  Özbəkistanla,  cənub-qərbdə 
Tacikistanla həmsərhədik. Bu minvalla, torpağımız 
sanki  Mərkəzi  Asiyanın  mərkəzində,  həşəmətli 
dağların zirvəsində, demək Allaha yaxın yerləşir. 
Sovet  İttifaqı  Xalq  Artisti  Mahmud 
Esembayev  17.12.1994-cü  ildə  Bişkekdə  olarkən 
həmyerlilərinin  qarşısında  çıxışında  söyləmişdi: 
“Özbəklərin,  taciklərin  və  qazaxların  bəxti 
gətirmişdir,  axı    Qırğızıstanın  belə  dinc  xalqı  ilə 
qonşudurlar”.
Vətən – sadəcə taleyin əta etdiyi yaşayış yeri 
deyil, xalqın beşiyi, əcdadların uyuduğu müqəddəs 
torpaqdır.  Bura  bizə  miras  qoyulmuş  torpaqdır. 
Xalq üçün doğma torpağından əziz heç nə yoxdur. 
Manasın  düşmən  düşərgəsində  böyümüş  nəvəsi 
Seytek  atası,  xalqı  haqqında  həqiqəti  öyrənəndə, 
Talasa tələsir:  
Doğma yurdunu görcək,
Seytek göz yaşı tökdü!
Qırğızlar adını almış,
Doğma elini görcək,
Seytek göz yaşı tökdü!
Şəffaf pak çayı görcək,
Seytek göz yaşı tökdü!
Dağların açıq qapısını görcək,
Seytek göz yaşı tökdü!
Onda Semetey dindi:
Qırğızların yurdudur bu.
Sən onun çöllərinə bax!
128


Matayev J. “Son-Kul” kətan, yağlı boya.
129


Matayev J. “Söhbət” 2001-ci il, kətan, yağlı boya, 60 x 70
Yerin yeddi qatı var;
Yerin də qulağı var. 
130


Sən onun sıldırımına bax!
Sən onun elinə-obasına bax!
Sən onun qışlağına bax!
Sən onun köç yerinə bax!
Sən onun çəməninə bax!
Sən onun qarlarına bax!
Sən onun gülünə, çiçəyinə bax!
Sən onun bulağına bax!
Sən onun qu quşuna bax!
Sən onun atlarına bax!
Sən onun çöllərinə bax!
Orada təkəsi otlar!
Sən onun dərəsinə bax!
Sən onun şəlaləsinə bax!
Sən onun alıcı quşuna bir bax!  
  
 
(“Manas” dastanından) 
Ev – doğma ocaqdır. Ev – hər insanın həyatında 
başlıca  dəyərlərdən  biridir.  Hər  insan  üçün  ev  – 
kiçik vətəndir, burada doğulmuş, ərsəyə yetişmiş, 
ilk  addımını  atmış,  ilk  sözünü  dilinə  gətirmiş, 
arzulamağı  öyrənmiş,  oranın  qapısından  müstəqil 
həyata atılmışdır. İnsan harada olursa, olsun, taleyi 
onu  hansı  məkana  atırsa,  atsın,  sevinc  və  qüssə 
anında atasının evinə, anasının ocağının başına can 
atır. 
Hətta  ən  xırda  canlılar  belə  evinə  məhəbbət 
hissindən  məhrum  deyil.  Qarışqa  yuvasının 
amansızlıqla  müdafiəsinə  duran  qarışqalar  barədə 
oxuyanda  şaşırmışdım.  Quraqlıq  dövründə  meşə 
yanğınları  tez-tez  baş  verir,  təhlükə  qarşısında 
qarışqalar  evlərini  xilas  etmək  üçün  diri-diri 
yanmaqdan  qorxmadan  belə  qarınlarından  maye 
çıxarıb  alovu  söndürməyə  çalışırlar. Təbiət  bütün 
canlıların  batininə  evləri  üçün  məsuliyyət  kimi 
alicənab bir hiss aşılamağı bacarmışdır.  
Qırğız  igidləri  taleyin  hökmü  ilə  Vətəndən 
uzaqda  həlak  olanda,  ömürlərinin  son  nəfəsində 
istədikləri  bir  ovuc  vətən  torpağı  olur  ki,  məzara 
qoyulmuş  doğma  torpaq  Vətənin  uşaqlıqdan 
süzülüb  gələn  şirin  yovşan  ətri  ilə  onların  əbədi 
yuxusunu ağuşuna alıb çulğalasın. 
Nəsildən nəslə qüdrətli alay çariçası Kurmanjan 
datkanın  oğlu  Abdılbəyin  doğma  torpağına 
fövqəladə  məhəbbətindən  bəhs  edən  hekayət 
ötürülür.  Əfqanıstana  sürgün  edilmiş  Abdılbəy 
ölümünün  yaxınlaşdığını  duyaraq  vəsiyyətnamə 
qoymuşdur:  “Ölümümdən  sonra  köksümü  yarın, 
ürəyimi çıxarın. Cismimi burada dəfn edin, ürəyimi 
doğma torpağıma aparın. Qoy xalqım və Vətənim 
uğrunda  döyünən  ürəyim  əcdadlarımın  yanında 
uyusun – yalnız o vaxt ruhum rahatlıq tapar”. Şərqi 
mövhumata isnadən, ruh – insanın ürəyindədir.
Daha bir misal. Qərib diyarda rəhmətə getmiş 
məşhur  qırğız  ictimai  və  dövlət  xadimi  İshaq 
Rəzzaqov  vəsiyyətnaməsində  rica  etmişdi  ki, 
haçanlarsa,  külünü  doğma  torpağa  basdırsınlar. 
Onun son iradəsi yalnız 2000-ci ildə yerinə yetirildi.
Dəyərli  ənənələr  vasitəsilə  bizə  ötürülmüş 
xalqın  qədim  əyyamlardan  qalmış  hissləri, 
ovqatları,  amalları,  arzuları  bu  günümüzlə  sıx 
qovuşmuşdur.  Bunun  sayəsində  qırğızlar  özlərini 
xalq  kimi  saxlamağa  müvəffəq  olmuş,  Allah 
tərəfindən  bəxşiş  verilmiş  öz  altun  beşiklərini  – 
Vətəni  qoruyub  müdafiə  etmiş  və  ana  dilini  ali 
müqəddəs məfhum kimi min illərin keşməkeşindən 
keçirmişlər. Hər halda, bu Torpaqda özbaşına peyda 
olmamışıq. Bizə qədər bizi özlərindən sonra qoyub 
getmiş  insanlar  məskun  olmuşlar,  bizdən  sonra 
özümüz qoyacaqlarımız isə yoldadırlar.  
131


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə