Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə44/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   40   41   42   43   44   45   46   47   ...   111

Kaba uulu Kojomkul
123


124


TORPAQ 
IV
125


Qırğız günəşinə dair
Aləmdə  hamı  üçün  yeganə  günəş  şəfəq 
saçır.  Fəqət,  deyəsən,  mənim  üçün  isə  daha  biri 
mövcuddur – doğma qırğız günəşi. O elə günəşdir 
ki, xüsusi isti saçır, daima istidir və harada olsam, 
məni  özünə  cəzb  edir.  Həyat  yolumu  nurlandıran 
günəşdir.  O  doğma  günəş  insan  həyatının  son 
günləri, saatları, dəqiqələri, saniyələrində o qədər 
dəyərlidir ki, hər kəs Allahdan onun şəfəqini daha 
bir  an  görmək  üçün  möhlət  istəyəcək.  Həyat  ona 
görə  tükənmir  ki,  biz  ölürük,  sadəcə  günəşin  gur 
nurunu  daha  görmək  imkanını  itiririk.  Aydın 
məsələdir  –  günəş  yoxdursa,  cahanda  həyat  da 
bitmişdir. 
Baykalarxasında 
keçirdiyim 
hərbi 
xidmətimdə  uzunmüddətli  ezamiyyətlərdə  olmaq 
məcburiyyətində idim, hara getsəydim, isti qırğız 
günəşimin  yoxluğunu  hiss  edirdim.  Dünyaya 
gəlişimlə  anama  borcluyamsa,  torpağımın 
gözəlliyini  görməyimlə  günəşə  borcluyam.  Ona 
görə  doğma  günəş  –  zənnimcə  ana  südü  ilə  əxz 
etdiyimiz günəşdir. 
Xatirimdədir,  uzun  müddət Yaponiyaya  ezam 
olunmuşdum.  Hərçənd  orada  günəş  torpağa  daha 
yaxın  yerləşsə  də,  oranın  günəşi  mənə  doğma 
gəlmədi,  yad  təsiri  bağışladı.  Yaponiya  möcüzəli 
ölkədir. Ancaq orada yaşamaq istəməzdim, o diyar 
mənim üçün deyil. Doğan günəş ölkəsində qaldığım 
son  günlər  doğma  günəşim  üçün  burnumun  ucu 
göynəyirdi. O günəş mənim üçün ana südü kimidir 
–  yeganə,  əvəzedilməz,  doğuluşdan  müqəddəs. 
Doğma günəşimə bağlılığımı evdən iraq lap kəskin 
duydum.
Zənnimcə,  çoxlarının  xatirindədir  ki, 
sovet  hökuməti  illərində  on  beş  sosialist 
respublikasının  arasında  yalnız  Qırğızıstanı 
“günəşli”  adlandırırıdılar.  Yadımdadır,  məktəb 
buraxılış imtahanında məhz “Günəşli Qırğızıstan” 
mövzusuna inşa yazmışdım.
Qırğızlar lap qədimdən günəşə sitayiş etmişlər. 
Dağlılar  günlə  oyanır,  günlə  yatır,  günlə  havanın 
necə  olacağını  deyirlər.  Ola  bilsin,  bu  səbəbdən, 
milli  bayraqda  tündükdən  içəri  süzülən  günəş 
təsviri  verilmişdir.  O  da  təsadüfi  deyil.  Əski 
çağlarda,  bəşəriyyət  hələ  saat  icad  etməmişdən 
qabaq,  əcdadlarımız  zamanı  günəşin  hərəkəti  ilə 
təyin edirmişlər. Hətta belə bir inanc da yayılmışdı: 
yağış  yağırsa,  demək  günəş  ağlayır,  gur  şəfəq 
saçırsa, deməli gülür.    
Bir  dəfə  xalq  şairi  Jalil  Sadıkovla  söhbət 
edərkən mənə bir dostunun – tanınmış şair Maştay 
Kudayevin  hekayətini  söylədi.  Maştay  Kudayev 
Stalin  repressiyaları  dövründən  bəri  həyatının 
böyük  əksəriyyətini  Qırğızıstanda  yaşamışdı. 
Ancaq 80-ci illərin sonunda ailə səbəblərinə görə 
qohumları ilə vətəninə – Nalçik şəhərinə köçməli 
olmuşdu. 
Kudayev  uşaqlıq  illərini  Kantda  keçirmişdi 
və paytaxtdan (o vaxt hələ Frunze adlanan) şəhər 
tipli  kiçik  qəsəbəyə  aparan  bir  qəşəng  yol  onun 
hafizəsinə möhkəm həkk olunmuşdu. Yol, vaqiən, 
çox  gözəl  idi  –  hər  iki  tərəfdən  uca  qovaqlarla 
əhatələnib  uzanırdı.  Nalçikə  köçəndən  sonra 
Maştay heç vəchlə daha bu pöhrəliyi görməyəcəyi 
fikri  ilə  razılaşa  bilmirdi.  Sonradan  şəhərdən 
kənarda  yarım  saatlıq  məsafədə  oxşar  pöhrəlik 
tapmış  və  heç  olmazsa,  ayda  bir  dəfə  ora  gedib 
könlünü sakitləşdirməyə adət etmişdi. 
Jalil Sadıkov dəfələrlə dostunun yanına qonaq 
getmişdi.  Son  görüşlərində  isə  Maştay  Kudayev 
dostundan  rica  etmişdi  ki,  doğma  Qırğızıstana 
onun gözləri ilə baxsın. Ayrılanda ağlamış, həyat 
yoldaşının  ucbatından  sevdiyi  diyardan  kənar 
düşdüyünə görə peşman olduğunu bildirmişdi. Bu, 
iki yaxın dostun son görüşü olur. Kudayev son söz 
kimi söyləmişdi ki, günəşin ayrı cürə şəfəq saçdığı 
qırğız  torpağında  qalıb  yaşasaydı,  ömrü  uzun 
olardı.  Bu  yalnız  Qırğızıstanın  Qafqaz  xalqının 
oğlu  üçün  doğmalaşması,  əziz  diyara  çevrilməsi 
barədə bircə canlı misaldır. İndi isə Qırğızıstanın 
uşaqlıq və gənclik ölkəsinə çevrildiyi digər “bizim 
qafqazlı”  –  Nəzir  Xubiyevin  şeirindən  sətirlər 
gətiririk:
126


...İssık-Kulun mavi dalğaları, 
yenə yuxuma girir, gəncliyim kimi.
Onilliklər keçsə də, unudarammı
Çörəyinizi, ey qırğız diyarı.
Dumanlı mavilik, çəhrayı alov,
Kumısınızı və o uzaq axşamı?..
Hər şeyi xatırlaram! Şirin nitqiniz,
Günəşiniz kimi, isidir qəlbimi.
Kumısın ruhu, acılı tüstü təmi,
Yurtada yuva qurur uzun illəri. 
Süzüb gedir ay işığı, tutammazsan,
Nəğmə kimi səslənir, su kimi axır...
Onun  sözlərinə  dəfələrlə  respublikamızda 
olmuş  balkar  xalq  şairi  Qaysın  Quliyev  qüvvət 
verir:
...Otun sanki yataqdır mənə, 
Su içdim, çörəyini nuş elədim.
Balkar dərəsinə oxşar yerlərdə
Ağrımı, gəncliyimi qoydum mən.
Qırğız diyarı, çox şey etdin mənə sən,
Müğənnilərini dost etdin mənə.
Əllərimi sıxdılar, amma göz yaşı
Məndə yox, onlarda... parladı.   
Bu  yaxınlarda  Türkiyəyə  səfərim  zamanı  uzun 
illər  TİKA-nın  (Türk  İşbirliyi  və  Koordinasiya 
Ajansı)    Qırğızıstanda  nümayəndəsi  kimi  çalışan 
Selde  Özdenoğlunun  evinə  getmək  nəsibim  oldu. 
Söhbət ərzində bizə isti münasibətini bildirib söylədi: 
“Qəribə  də  olsa,  Türkiyəni  ikinci  vətənim  hesab 
edirəm. Təəccüblüsü budur ku, Qırğızıstan üçün daha 
çox  darıxıram.  Hələlik  ailədə  övladımız  yoxdur  və 
Qırğızıstan  mənim  üçün  darıxdığım  bir  uşaq  kimi 
qalmaqdadır”.  Nə deyək, şərhsiz. Belə bir atalar sözü 
var: “Xoş söz ürəyə məlhəmdir”.
Mənim  üçün  qırğız  pasportunda  qırğız  yazılan 
qırğız deyil, o kəsdir ki, bu torpaqda doğulub, böyüyüb, 
kök atıb, Vətəninin rifahı üçün əlindən gələni edib və 
bu  günə  qədər  doğma  yerlərini  əziz  tutur,  həyatını 
Ala-Toonun dağ silsiləsi olmadan təsəvvür edə bilmir. 
Axunov U. “Oşun köhnə küçəsi” 1974-cü il, Bişkek, sulu boya, 50 x 60
127


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə