Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek


Torobəyov S.S. “Talas vadisində səhər” 2011-ci il, kətan, yağlı boya, 60 x 90 135



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə47/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   43   44   45   46   47   48   49   50   ...   111

134


Torobəyov S.S. “Talas vadisində səhər” 2011-ci il, kətan, yağlı boya, 60 x 90
135


TURIZM 
Bizim  dağlıq  diyarın  zəngin  təbiəti  barədə 
qonaqlar vəcdlə, bəzən isə yüngül qibtə ilə danışırlar. 
Həqiqətən,  Qırğızıstanın  dağlarında  gəzintiyə 
çıxarkən  bir  yay  günü  ilin  bütün  mövsümlərinin 
gözəlliklərini  duymaq  mümkündür:  dağətəyində 
mülayim yazı, vadilərdə isti yayı, dağlıq otlaqlarda 
payızın  sərinini,  yuxarılarda  daima  qış  hökm 
sürən  buzlaqların  gümrahlıq  gətirən  sazağını. 
Təbii görməli yerlərdən savayı Qırğızıstan Böyük 
İpək  yolu  üzərində  yerləşən  və  dünya  miqyaslı 
şan-şöhrətə  malik  tarixi  abidələrlə  də  zəngindir: 
arxeoloji  muzey  “Suleyman-Too”,  Buran  tarixi 
kompleksi,  Manas  Gümbəzi,  Üzgən  türbəsi,  XI 
əsrin karvansarası “Daş-Rabat” və b. 
“Dünyada Qırğızıstan kimi heyrətamiz tərzdə 
təbii və mədəni cəhətləri özündə ehtiva edən ölkə 
azdır. Şübhə yoxdur, dağlıq rayonlarda dünyada ən 
cəzbedici peyzajlardan birini görmək mümkündür”, 
– əcnəbi qonaqlar ölkəmizi məhz belə xarakterizə 
edirlər. İnsan qəlbini ilhama gətirən qar kimi bəyaz 
dağlar  və  Suusamırın,  Cetı-Oquzun,  Son-Kulun, 
Karkırın zümrüd vadiləri...
Cahanın  bir  çox  ölkələrindən  qonaqları 
ölkəmizin  rəngarəng  təbiəti  cəlb  edir:  əzəmətli 
qarlı  silsilələr,  çiçəklənən  bağlar  və  üzümlüklər, 
ağ  şam  pöhrəlikləri,  füsunkar  ardıclıq,  hündür 
gövdəli  Tyan-Şan  şamları  meşələri,    gur  çaylar 
və  şəlalələr,  çaytikanı,  zirinc,  itburnu  kolluqları, 
respublikanın  cənubunda  bitmiş,  yaşı  üç  mini 
keçmiş,  meyvələrindən  hələ  Makedoniyalı 
İsgəndərin  legionerləri  dadmış  Arslanbob  qədim 
qozluq meşələri.  
Dünya miqyaslı şöhrəti olan Arslanbob qozluğu 
Oş  vilayətinin  Bazar-Kurqan  bölgəsindədir. 
Təbiətin  özü  tərəfindən  xəlq  olunmuş  sərabvari 
botanik bağ. Külleyi planetdə belə ikincisi yoxdur. 
Burada  nəhəng  qoz  ağacları,  püstə,  cid,  armud, 
qaysı, albalı, alma bitir, çoxsaylı talalarda isə meşə 
çiyələyi və костяника  yığmaq olar.
Tanınmış rus səyyahı və diyarşünas V.Masalski 
məşhur Arslanboba dair belə yazırdı: “Yerli əfsanə 
bəhs edir ki, bu yerlərdə meşələri haçanlarsa əməli-
saleh bahadır Arslanbob salmışdır. Onun bacarıqlı 
bağban  ad-sanı  isə  kürreyi-ərzə  yayılıbmış. 
Arslanbobun  adını  eşitcək,  peyğəmbər  Daniil 
insanların  dediklərini  yoxlamaq  qərarına  gəlir, 
Daşman meşəsinə girəndə, bahadırın yaratdıqlarına 
heyran qalır. Daniil diz çökərək Xaliqə Arslanbobun 
günlərini  Məhəmməd  gələnəcən  uzatmağı  üçün 
yalvarır  ki,  ona  da  bağ  salmaq  sənətini  öyrətsin. 
Daniilin  təvəqqesi  eşidilir  və  Arslanbob  uzun 
ömür sürür. Ölümündən sonra isə yaşadığı məkan 
müqəddəs yerə çevrilir”.
Cəlalabad  vilayətindəki  Qlz-Bulaq  bulağının 
müalicəvi mineral suyu barədə çox adamın xəbəri 
var. Bu qurumayan bulağa dair qədim əfsanə var. 
Keçmişdə burada üç qızı olan bir bay yaşayırmış. 
İllər keçir, qızlar böyüyür, ərə gedir, onlardan ikisi 
yavaş-yavaş qocalır, üçüncüsü isə əvvəlki cavanlığı, 
gözəlliyi  ilə  qalır. Artıq  ölümündən  qabaq  sirrini 
açır və bildirir ki, hər gün yeraltı mənbədən gələn 
müqəddəs su ilə yuyunurmuş. O vaxtdan bu bulağa 
Qız bulağı deyirlər.   
1887-ci  ildə  fransız  alimləri  Pamir-Alaya  ilk 
ekspedisiyanı təşkil etdiər. Onlardan biri – Q.Kapyu 
–kitabında  səyyahların  etibarlı  köməkçiləri  olan 
qırğızların  heyrətamiz  tolerantlığı  və  xeyirxahlığı 
barədə  yazırdı.  Mürəkkəb  aşırımlardan  aşarkən, 
bələdçilər  həmçinin  həyatlarını  riskə  atsalar  da, 
borclarını şərəflə və ləyaqətlə yerinə yetirirdilər.  
Qırğızıstanda  və  Özbəkistanda  olmuş  ərəb 
səyahətçiləri  və  coğrafiyaçıları  xatirələrində  qeyd 
edirdilər  ki,  Oş  şəhəri  böyüklyünə  görə  Fərqanə 
vadisində üçüncü, gözəlliyinə görə birinci yerdədir. 
Ələlxüsus,  onları  şəhərin  mərkəzində  ucalan 
və  şəhər  əhli  üçün  müqəddəs  sayılan  Süleyman 
dağı  heyrətləndirmişdi.  Rəvayətə  görə  Süleyman 
dağının mağarasında əski çağlarda çoxlu mələklər 
məskun  imiş.  Onlar  Makedoniyalı  İsgəndər  Oşu 
mühasirəyə  alanda,  şəhəri  xilas  edibmişlər.  Hələ 
orta əsrlər ərəb ensiklopediyaçısı İakut Həməvinin 
yazılarında  oxuyuruq:  ”Qırğızlar  qamış  qələmlə 
yazır və iti əqlə sahibdirlər”.       
İnqilabaqədərki  rus  tədqiqatçıları  qırğızların 
136


ideyanı  əxz  etmək  qabiliyyətlərinə  yüksək 
dəyər  vermişdilər.  Onların  işlərində  oxuyuruq: 
“Qırğızlara  əqli  qabiliyyətlər  verilmişdir.  Təlimi 
çətinlik  çəkmədən  götürürlər,  hərçənd,  bu  günə 
qədər böyük əksəriyyəti hələlik savadsızdır”.
Vaxtilə  Ukrayna  yazıçısı  Oles  Qonçar  o 
zamankı  qüdrətli  dövlətin  –  Sovet  İttifaqının 
ərazisində  Karpatdan  Tyan-Şana  qədər  məskən 
salmış bütün xalqların dostluq əlaqəsini durnaların 
haylayıb səslə bir-birini çağırmağına bənzətmişdi.  
Ukraynadan 
publisist 
Vasil 
Bolşak 
Qırğızıstanda  Ukrayna  ədəbiyyatı  və  incəsənəti 
Dekadasında  iştirak  edibən  xatirələridnə  yazır: 
“Təvazökarlıq, təmkin, çətinliklərin dəf olunmasına 
hazırlıq – qırğızlarla görüşdən sonra ürəyimə həkk 
olan  cəhətlərdir.  Hərgah  Qırğızıstanı  özüm  üçün 
kəşf etməsə idim, mənən qat-qat kasad olardım”.  
Hələ XIX əsrdə Ukraynadan köçkünlər Tyan-
Şana öz nəğmələrini gətirmişdilər. Qırğız akınları 
Ukrayna  mahnılarını  yadda  saxlayır  və  camaat 
qarşısında ifa edirdilər. Biz nəğmələri qartal uçuşu, 
dağ  çayının  cingiltisi,  tifil  qəlbinin  büllur  paklığı 
təki  dəyərləndirməyi  bacarırıq...  Mahnıda  fikrin 
dərinliyi İssık-Kulun dərinliyinə oxşardır. Nəğmə 
insanları  yaxınlaşdırır  və  müştərək  zəhmətə 
ruhlandırır.  Xalq  mahnılarında  səmimilik  daima 
əzəldəndir...
Görkəmli 
şərqşünas, 
professor 
Yuri 
Nikolayeviç  Rerix  atası  ilə  birgə  beş  il  ərzində 
hind və Mərkəzi Asiya yolu ilə səyahətə çıxmışdı. 
Şərqə,  onun  tarixinin  və  mədəniyyətinin  dərkinə 
meyllilik bu ailənin özülünə qoyulmuşdu. Rerixlər 
öz  səfərləri  boyu  bir  çox  xalqın,  o  cümlədən 
qırğızların həyat tərzi ilə tanış olmuşdular. Rerixlər 
gündəlik qeydlərində qırğızların yaşadıqları məkan 
və məişətləri, onların qoyunları və Tibet öküzlərini 
yetişdirməkləri  barəsində  yazırdılar.  Alim 
Rerixlərin müşahidələrinə görə qırğızlar daxili və 
tranzit ticarətlə fəal məşğul olur, vasitəçi qismində 
çıxış  edirdilər.  Alimlər  yerli  sakinlərin  mənəvi 
həyatına  da  diqqət  yetirir,  əfsanə,  dastan,rəvayət 
qoşanlarla görüşürdülər...
Böyük  rus  şairi  A.S.Puşkin  qədim  arxivlərə 
daxil olmağa imkanına sahib idi və Mərkəzi Asiya 
xalqlarının,  daha  dəqiq,  Tyan-Şan  qırğızlarının 
nümayəndələrinə  dair  bəzi  məlumatlardan  hali 
Torogəldiyev A. “Süleyman-Too” 1993-cü il, 60 x 60
137


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə