Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə49/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   45   46   47   48   49   50   51   52   ...   111

Təbiətlə harmoniyada
Qırğızıstan, bizim təbiətimiz – səliqə-sahmanda 
saxlamalı  olduğumuz  yaşayış  məkanımızdır.  Axı 
ətraf mühit sadəcə insanın yaşadığı yer deyil, ancaq 
həyatın mütləq şərti və vasitəsidir, zira insan Yer 
üzündə yaşayır, onun havası ilə nəfəs alır, suyunu 
içir,  özü  üçün  yerin  nəbati,  heyvani,  mineral  və 
digər resurslarını istifadə edir.
Yuxarıda adı çəkilənlərdən savayı deyə bilərəm 
ki, ətraf mühit mənəvi dayaq və ilham mənbəyidir. 
Elə  buradan  da  dahiyanə  nəzm,  ölümsüz  musiqi, 
böyük  rəssamların  rəsm  əsərləri  və  cahanşümul 
məşhur istedadlar tərəfindən yaradılmış neçə-neçə 
şeylər.
Sivilizasiyanın  lap  əzəlində  bəşəriyyət 
ekologiya  üçün  belə  dünya  miqyasında  təhlükəni 
təsəvvür  edə  bilməzdi.  İnsanın  ekologiyaya  təsiri 
lokal xarakter daşıyırdı və bütövlükdə nə tarazlığı, 
nə  özününizamlama  və  özünübərpa  qabiliyyətini 
pozmurdu.  Bu  gün  bəşəriyyət  təbiətin  mövcud 
simasını kardinal dəyişməyə qabil güdrətli, planetar 
miqyasda  qüvvənin  təcəssümüdür.  Cahanşümul 
alimlər çoxdan isbata yetirmişlər ki, biz ulduzların 
övladlarıyıq  və  ona  görə  təbiətlə  əlaqəmizi  qıra 
bilmərik.  Mümkünat  daxilində  hüdudlarında 
yaşadığımız  Kainatla  əlaqə  saxlamalıyıq.  Fizika 
üzrə  Nobel  mükafatçısı  Rikardo  Cakkoninin 
təbirincə, cismimizdə, daha dəqiqi, hemoqlobində 
olan  metallar  öz  mənşəyini  ulduzlardan  götürür, 
bədənimizdə olan hydrogen isə Böyük partlayışdan 
əmələ gəlmişdir.  
Alimlərin təbiət kataklizmlərinin səbəbləri və 
fəlakətlərin  cəmiyyətin  psixi  vəziyyəti  ilə  əlaqəsi 
barədə  müxtəlif  izharları  var.  Bu  fərziyyə  Qədim 
Babilistanda bir neçə min il əqdəm yaranmış və öz 
inikasını XX əsrdə tapmışdır. Akademik Vernadski 
noosfer  haqqında  nəzəriyyəsində  təsdiq  edir  ki, 
təbiətin bugünkü vəziyyəti bilavasitə planetin psixi 
durumundan asılıdır. O yazır: “Yer öz biosahəsinə 
malik  canlı  varlıqdır.  İnsanlarla  planet  arasında, 
təbir  caizsə,  bioenergetik  mübadilə  baş  verir. 
Ölümündən  sonra  insanın  ruhu  psixi  enerjinin 
sıxması kimi planetin ruhu, yəni noosferlə qovuşur. 
Noosferdə bioloji enerji şəklində mənfi informasiya 
cəmləşir və bununla bağlı yer kürəsinin təbiətində 
dəyişikliklər baş verir”.
Bu gün, ekoloji problemlər qlobal problemlər 
səviyyəsinə qalxmışdır və yəqin ki, insanların canlı 
təbiətə,  yerə,  suya  ehtiramını  və  sitayişini  yada 
salmaq zəruridir. Biz bu əski ənənələrdə daha dərin 
gizli məna görməliyik. 
Dərinə varmalıyıq ki, nəyə görə əcdadlarımız 
torpağa,  suya  belə  əhəmiyyət  vermis  və  təbiətə 
dərin izzətlərini nəsildən nəslə ötürmüş, övladları 
və  nəvələri  üçün  çoxsaylı  əfsanələr  və  nağıllar 
qoşmuşlar  ki,  onların  da  baş  qəhrəmanı  daima 
doğma  torpaq  olur.  Yer  üzündəki  bu  cənnətdə 
məskən  salmış  köçərilər  necə  xəzinəyə  malik 
olduqlarından  hali  idilər  və  həmin  anlayışı  uzaq 
nəsillərinə ötürməyi arzu edirdilər. 
Yaradan  kürreyi-ərzimizi  təbiətin  şah 
əsəri  kimi  xəlq  etmişdir.  Son  dövrlərdə  ekoloji 
fəlakətlər  təbiəti  lərzəyə  gətirir  və  hərgah  insan 
ona  münasibətini  dəyişməsə,  böyük  bəlalar  baş 
verəcək.  Təbiətə  münasibət  uşağa  bəslənən  kimi 
səmimi və pak olmalıdır. 
Təsadüfi  deyildir  ki,  qədimdə  qırğızlar  səma 
cisimlərinə – günəşə, ulduzlara, aya səcdə edirdilər. 
Ay bədirlənəndə, adətən, bu sözləri dilə gətirirdliər: 
“Canlı  ayı  gördüm.  Qızıl  kəkilli  oğlan  xeylağını 
gördüm.  Qızıl  dırnaqlı  heyvanları  gördüm.  Bizi 
seldən və hər dərddən-bəladan qoru…” İlk bahar göy 
gurultusu qopanda, əcdadlarımız dua edir, qurban 
kəsir, təbiətdən rica edirdilər: “Ey müqəddəs su! Ey 
müqəddəs  torpaq!  Mal-davarımızı  azar-bezardan, 
dərddən-bəladan qurtar…” Doğma torpaq heç vaxt 
övladlarının təvəqqelərini diqqətsiz qoymurdu. 
Elə  zənn  edirəm,  əski  qırğızların  zahiri 
dünya  barədə  bəzi-para  təsəvvürlərinə  oxucuların 
diqqətini çəkmək yerinə düşər: 
Jer – (yer) müxtəlif tərkiblərdən və hissələrdən 
ibarətdir.  Daşlar  yerin  mahiyyətidir,  onlarsız  yer 
dağılar,  ən  xırda  hissəciklərə  parçalanardı.  Yer 
Yaradanın iradəsi ilə havada durmuş öküzün qızıl 
buynuzları üstündə dayanır. Yerin tərkindən çıxan 
140


buxarlanmalar  kəlin  tənəffüsü  ilə  izah  olunur. 
Zəlzələlər  ona  görə  baş  verir  ki,  kəl  yeri  bir 
buynuzundan o birisinə tullayır. Belə bir inanc var 
ki,  harada  narahatlıq,  müharibə  var,  orada  təbiət 
fəlakətini gözlə. Bu gün biz bundan tez-tez əminlik 
hasil  edirik.  Dünyanı  insan  dərrakəsini  sarsıdan 
yanğınlar, daşqınlar, fəlakətlər bürümüşdür. 
Od  –  qırğızlar  üçün,  məs.,  sudan  daha  az 
müqəddəslik kəsb edir, çünki alovdan dünyada çox 
bəlalar baş verir. Bu zaman əski qırğızlar ənənəyə 
riayət  edibən  oda  sitayiş  edir,  tonqalın  üstündən 
atılmağı, yaxud alova çirkli su atmağı özlərinə rəva 
bilməzdilər. 
Suu  –  (su)  qədim  qırğızlarda  müqəddəs 
həyat  mənbəyi  hesab  edirlirdi,  çünki  təbiətin 
özü  tərəfindən  insana  və  yer  üzündə  yaşayan  hər 
canlıya  fayda  vermək,  nemətini  artırmaq  üçün 
yaradılmışdır.  Əcdadlarımızın  təsəvvürlərinə 
görə külleyi yer suyu iki hissəyə ayrılır: cənnətin 
müqəddəs suyuna və cəhənnəmin qaynar suyuna. 
Guya  yalnız  mömin  müsəlmanlar  cənnətdə 
əbədi  yaşayıb  naz-nemət  suyunda  yaşayacaq, 
cəhənnəmin qaynar sularında isə bütün günahkarlar 
və natəmiz dindarlar bişiriləcək. Belə bir inanc var 
ki, ana təbiətə təzim edən insanlar axar suya dərd-
bəlalarını danışanda, su onların ağrı-acısını özü ilə 
axıb aparar. 
Bəllidir  ki,  su  ehtiyatlarının  sayəsində,  bizim 
torpaqlarda  heç  vaxt  aclıq  olmayıb.  Ulularımız 
bulaqdan bulağa köç edirmişlər. Su qonşu xalqlara 
nicat  verirmiş  və  hal-hazırda  verir.  Baharda 
Narının suları gur-gur guruldayır, yayda sular sakit 
və  şəffafdır,  payızda  irəlidə  vuracaq  qış  sazağını 
düşünərək fikrə qərq olur. Bu pəhləvan çayı barədə 
minnətdar  qırğız  xalqı  az  nəğmə,  əfsanə,  rəvayət 
qoşmamışdır.  
Xalq  arasında  gözəllər  gözəli  Aksu  (Ağsu) 
çayı  barədə  də  əfsanələr  dolaşmaqdadır.  Onun 
suları Suusamırın zümrüd vadilərini münbitləşdirir 
və  sərvətini  artırır.  Poetik  bir  əfsanə  nəql  edək: 
“Bu  hadisə  çoxdan  cərəyan  etmişdir.  O  zamanlar 
baylar və manaplar, xeyir və şər ruhlar yaşayırdılar. 
Qorxmaz  igid  Aksay  və  göyçək  Adeginə  bir 
könüldən  min  könülə  aşiq  idilər.  Ancaq  gözəlin 
atası onu varlı-hallı Kojoya vermək niyyətində idi. 
Bir  bayramda  igidlər  yarışanda,  oodarışda  qalib 
Aksay çıxmışdı. Gözəl qız çevik, güclü pəhləvanını 
lap sevmişdi. Atası görürdü ki, qızının ürəyi Aksay 
bahadır üçün nanə yarpağı kimi əsir, amma onları 
əbədi  ayırmaq  qərarına  gəlir. Aksayı  uca  dağlara 
edelveys  sədaqət  gülü  üçün  göndərir  ki,  igid 
məhəbbətini  hünəri  ilə  isbata  yetirsin.  İllər  ötüb 
dolanır, Aksay qayıtmır. Ata da ölür, Adeginənin də 
saçlarına dən düşür, cəsur igiddən səs-səmir çıxmır. 
Bir dəfə Adeginənin gözünə görünür ki, oğlan 
sağdır  və  onun  yardımına  ehtiyacı  var.  Vaxtilə 
sevgilisinin sehrli gül arxasınca yola düsdüyü cığırı 
tutub qaçmağa başlayır. Dərəyə çatıb aşağı boylanır 
və buzlaqlarda… əlində edelveys tutaraq donmuş 
Aksayı görür. “Sənsiz yaşaya bilmərəm, sevgilim!” 
– sözləri ilə Adeginə addımını atıb uçuruma yıxılır. 
O vaxtdan bəri hər bahar bu dağın ətəyindəki Ağsu 
çayı  oyanır.  Su  zərif-zərif  şırıldayır  –  Aksay  öz 
Adeginəsinə sevgisini ərz edir”.
“Saysız-hesabsız çaylar və göllər ölkəsi”, “Ağ 
su diyarı”, “Göylərin və yerin suları ilə xeyir-dua 
verilmiş məkan”, “Vahələr çiçəkliyi” – Qırğızıstan 
bu  sayaq  epitetlərlə  çox  tez-tez  səxavətlə 
mükaftlanır.  Onlara  bineyi-qədimdən  Çin,  fars, 
ərəb və Avropa tarixnəvislərinin və səyyahlarının 
əsərlərində rast gəlmək olar.  
Duz – həmçinin qırğızlarda müqəddəs sanılır, 
çünki məişətdə çox işlənir. Belə bir əfsanə var ki, 
Məhəmməd  peyğəmbər  bir  aylıq  orucdan  sonra 
səhrada  olanda, Allahın  göndərdiyi  duzla  iftarını 
açıbmış. O vaxtdan bəri bir çox müsəlmanlar iftarı 
duzla açmağa başladılar. Qırğızlar qonağı süfrəyə 
dəvət  edəndə,  deyirlər:  “Duz-çörəyimizdən  nuş 
edin”. Kimsə pislik edibsə, zərərdidə qarğış tökür: 
“Duz  ursun”  –  “Səni  duz  öldürsün”.  Bu  sözlər 
müdhiş  nifrin  kimi  qəbul  edilir.  Duz  –  dogma 
torpağın dadının rəmzidir. Qırğızlar həmişə duzun 
rolunu  yüksək  tutmuşlar.  Atalar  sözü  də  var: 
“Doğma  torpağın  duzu  –  qızıldan  qiymətlidir”. 
Ailəyə  rifah,  sərvət  gətirən  böyük  işi  görüb  başa 
çatdıranda,  qırğızlar  doqquz  kökə  bişirib  nəzir 
paylayırlar.   
Bu  günə  qədər  qırğızların  hərgünkü 
həyatlarında  şamanizmin  və  bütpərəstliyin 
əlamətləri  qalmaqdadır.  Məs.,  bəzi  bitkilər  adları 
ilə çağrılmır. Çox gözəl, amma hədsiz zəhərli dağ 
zınqırovu İssık-Kul kökü kimi. Xalq arasında ona 
“Ququ  quşunun  göz  yaşları”  deyirlər  və  əsilli-
nəsilli otla müalicə edən türkə-çarələr onun ölümcül 
şirəsi  ilə  neçə  xəstəliyi  sağalda  bilirlər.  Qırğızlar 
üçün ardıc müqəddəs ağacdır: ardıc tüstüsü ilə evi 
təmizləyir,  bəd  ruhları  qovur,  bəd-nəzəri,  cadunu 
çıxarırlar.  Ancaq  ardıcı  evin  qarşısında  əkmək 
adət deyil, zira bu ağac uzunömürlüdür və insanın 
müəyyən qüvvəsini çəkib aparır. 
Manasın dövründən mumiya davacatı – sümük 
sınmaları  zamanı  istifadə  olunan  həyat  kökü 
məlumdur.  Mumiyanın  tətbiqi  heyrətamiz  effekt 
yaradırdı.  Deyirlər,  hətta  alicənab  maral  (Marko 
141


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə