Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə57/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   53   54   55   56   57   58   59   60   ...   111

təzə-təzə  istismara  veriləndə,  Frunze-Prjevalsk 
xətti ilə sərnişin daşınması başlayanda, təyyarəçilər 
dəfələrlə  həmlə  edən  qartallarla  üzləşmişdilər. 
Qartallar  öz  ərazilərində  digər,  daha  güclü 
“qartal”ları tanımaq istəmirdilər!
Ulularımız  inanırdılar  ki,  qartal  –  müqəddəs 
quşdur. Qartalın yuvasının altına qoyun şaqqası, ya 
da ayrı heyvanın cəmdəyini asır, önun qüvvəsinin və 
müdrikliyinin qarşısında sitayişlərini bildirirdilər.      
Qədimlərdə  qartalın  öldürülməsinə  ciddi 
qadağa qoyulmuşdu. Aşiqləri quşlara bənzədirdilər. 
Elçilikdə isə alleqoriyalarla danışırdılar: “Eşitmişik, 
sizdə qırğı var, bizdə şunqar... Hesab olunurdu ki, 
qartal çağaları qoruyur, ona görə uşağın beşiyinin 
üstünə  qartal  pəncəsi  asırdılar  –  sanki  balacaya 
qartalın  qüvvəsini  və  müdrikliyini  ötürəcək 
talisman kimi. 
Ümumiyyətlə,  xalqımızda  hökmfərma  olan 
quş  kultu  haqqında  danışmaq  olar.  Qocalar  çox 
erkən,  şəfəq  söküləndə  qalxırlar.  Moldo  Kılıçın 
“Buudayık” (“Möcüzə-quş”)  poemasında quşların 
hamisi quş barədə bəhs olunur. İnanclarımıza görə 
hər  insanın  öz  hamisi,  pasibandarı,  qoruyucu-
mələyi var. Məs., Manasın qoruyucusu ak şumkar 
idi. Onun ölümündən sonra bahadır da həlakətini 
tapdı. Ehtimalən, bir çox əlamətlər bizim günümüzə 
quşlar  üçün  səxavətlə  qoynunu  açıb  sığınacaq 
vermiş Yenisey sahillərindən süzülüb gəlmişdir.  
250  il  bundan  əqdəm  Moyt  əkə  –  hamının 
tanıdğı  berkutçu  yaşayırdı.  Bu  qürurlu  quşlara 
o  qədər  bağlı  idi  ki,  ölümündən  qabaq  vəsiyyət 
etmişdi – berkutun göstərdiyi yerdə dəfn olunsun. 
Sonralar  onun  basdırıldığı  yerdən  qazan-tulqa 
tapıldı, yəni oralar xoşbəxt yerlərmiş.  
Əski çağlardan xalq arasında uca səmada süzən 
berkut günəş allahı və yaxşı xəbərlər elçisi sayılır. 
Berkutla  ov  qədimdən  məlumdur.  Buna  qədim 
tayfaların  qayaüstü  rəsmlər  dəlalət  edir.  Köhnə 
ovçular  nəql  edirlər  ki,  azad  quşu  əhliləşdirmək 
asan  məsələ  deyil,  “qartal  xasiyyəti”nin  bütün 
incəliklərinə  bələd  olmaq  və  heç  vəchlə  onu 
incitməmək  gərəkdir.  Məğrur  quşu  əhliləşdirən 
berkutçu gələcəkdə nəinki tülkü, marmot və dovşan 
tutur, hətta təkə və arxar – dağ qoyunu da ovlaya 
bilir. İllərlə berkut tədricən qüvvətlənir və həmişə 
bel bağlaya biləcəyin etibarlı dosta çevrilir.
Dərhal  deyim,  berkutun  əhliləşdirilməsi  və 
təlimi  çox  çətin  yoldur.  Quşu  tutmaq  və  özünə 
isnişdirmək  asan  deyil.  İnsanlarda  olduğu  kimi 
hər quşun da öz xasiyyəti var: biri 2-3 günə alışıb 
öyrəşə  bilər,  digəri  neçə  sutka  sahibinin  əlindən 
yemək  götürməz.  Berkutçu  həyatını  təhlükəyə 
qoyaraq  sarp  qayadan  berkutun  yuvasına  düşür. 
Quşu yedizdirən sahib asta-asta onu ova öyrəşdirir, 
böyük  quşu  tutur.  Belə  də  olur:  berkutçu  payızın 
sonunda cələlər və tələ yemləri (kəklik və göyərçin) 
qoymaqla berkutu tutur, ardınca ağır təlim prosesi 
başlanır.  Quşun  ayaqlarını  qaytanlayır,  quşu  ilk 
sutkalar dəri qayışla qalın əlcəyin üstünə bağlayıb 
əl üstündə sərasər daşıyır ki, sahibinin əlinə alışsın. 
Heç vəchlə mürgüləmək olmaz – quş dərhal bunu 
hiss  edib  qımıldanacaq. Artıq  ikinci  sutka  sübhə 
qədər azca gözünün acısını almaq olar. Berkut ələ 
öyrəşən kimi onu ovucdan ət götürməyə alışdırırlar 
ki,  sahibinə  sadiq  olsun.  Məğrur  alıcı  qırğı  ilə 
ünsiyyət  hədsiz  qəliz  işdir.  İnsanın  qırğıya  təlim 
keçib  tərbiyə  vermək  bacarıqsızlığı  ucbatından 
yırtıcı bəzən həyatını itirir.
Berkutla  ov  qırğız  əhalisinin  arasında  ən 
populyar  və  sevimli  işdir.  Ovun  kökləri  ağsaçlı 
qədimlərə  uzanıb  gedir.  Buna  qayaüstü  rəsmlər, 
arxeoloji  qazıntılar  və  günlərimizə  qədər  gəlib 
çatmış xalq rəvayətləri, olmuş vaqiələr, mahnılar, 
şeirlər  dəlalət  edir.  Xalq  yaradıcılığı  əsərlərində 
qırğız  ovçularının  alıcı  berkutu  tutma,  təlim  və 
şikarın  üstünə  buraxma  məharəti  aşkar  təsvir 
olunmuşdur. 
Qürurlu quşu tərənnüm edən qırğız şair-akınlar 
berkutçuları da vəsf edirlər. Onların yüksək təlim 
bacarıqları  əzəmətli  qartalları  insanlara  müti 
və  faydalı  xidmət  etmək  üçün  tərbiyələnməyə 
yardımçı olur. Berkutu necə əldə edirlər və hansı 
üsulla  təlim  verirlər?  Qırğızıstanın  dağlıq  şəraiti 
ilə tanış olmayan nabələd adam çoxsaylı dərələrin, 
yalçın  uçurumların,  sarp  qayaların,  darısqal 
keçidlərin  dolanbacında  quşun  yuvasını  axtarıb 
tapmağı  və  təlim  qəsdilə  yuvadan  qartal  balasını 
götürməyi  təsəvvüründə  canlandıra  bilməz.  Bu 
çətinliklərə o da əlavə olur ki, quştutanın dağlarda 
sezdiyi berkutların hamısı yuva qurmur. 
Berkut  şikarını  yanlışlıq  buraxmadan  tutanda 
gücünü,  zirəkliyini,  bacarığını  ortaya  qoyur. 
Yırtıcının  keyfiyyətlərini  hiyləgər,  sivişkən 
tülkü  ovunda,  bəzən  isə  berkuta  dəyanətli  rəqib 
olan  canavar  ovunda  görmək  və  dəyərləndirmək 
mümkündür.  Berkuta  qurdla  təkbətək  tutaşmada 
səhv buraxmaq olmaz – həlakət qaçılmazdır. Ancaq 
berkutun caynaqları həmişə daha güclü, enerjili və 
heyrətamiz dərəcədə dəqiq olduğuna görə, adətən, 
berkut qalib çıxır. 
Allah  eləməsin,  quşun  xətrinə  dəyəndə, 
ya  üstünə  qışqıranda,  şikar  arxasınca  qalxanda 
birdəfəlik  uçub  gedərək  sahibini  tərk  edə  bilər. 
Qayğıkeş, həlim sahibə berkut son günlərinə qədər 
xidmət  edir.  Ən  yaxşı  berkut  dostun  itkisi  sahibi 
tərəfindən çətin yaşanılır:
158


Taleyi niyə tənələyim mən?
İndən sonra necə yaşamaq?
Göz yaşımı quruda billəm?
Qardaş, alıcı quş itirmişəm...      
  
Cavan yaşlarımdan böyüklərin əcdadlarımızın 
ən  qədim  peşəsi  –  qırğı  ovu  barədə  söhbətlərinə 
qulaq  asmaq  mənim  üçün  həmişə  maraqlı 
idi.  Hər  tövr  ov  əlamətlərinin  və  ənənələrinin 
toxunulmazlığına məəttəl qalırdım.
Bu  gün  yəqin  məhz  bizim  torpaq  şahinə, 
berkuta,  qartala,  qırğıya,  qızılquşa,  çalağana 
sədaqət  qorunub  saxlanan  yeganə  məkandır.  Bu 
azad  quşlar  dağlarda  məskən  salmış  qırğızların 
əbədi yol yoldaşı olmuş və bu gün qalmaqdadırlar. 
Onlar  heç  vaxt  unutmurlar  ki,  qüvvətli  quş  təkcə 
dost deyil, ruzi gətirən də ola bilər. Qədim Misirdə 
qırğıya səcdəyə gedir, onları Günəş allahının rəmzi 
hesab  edir,  şərəflərinə  daşdan  heykəl  yonurdular. 
Orta  əsrlərdə  isə  külleyi  Avropa  bu  alicənab 
ova  aludə  olmuşdu.  Rusiyada  quş  ovu  Aleksey 
Mixayloviçin – Böyük Pyotrun atasının dövründə 
xüsusilə  populyar  idi.  Hal-hazırda  qırğı  Qırmızı 
kitaba salınmış nadir quşdur.          
Qırğızlar  onları  əhatə  edən  əlvan  heyvanat 
aləmində  həmişə  yaxşı  istinadgah  götürməyi 
bacarırlar.  Onlar  təbir  caizsə,  xüsusi  virtuozluqla 
ovda  istifadə  olunan  yırtıcı  quşların  müxtəlif 
növlərini  və  quşların  hünərlərini  ayırd  edirlər. 
Qırğızlar  qırğıların  müxtəlif  növlərini  ayırırlar: 
kırqıy  (bildirçintutan  qırğı),  çüylü  quş  (tetraquşu 
vuran qırğı), qırğıların arasında: şumkar (кречет), 
ителги  (балобан),  ылаачын  (сапсан),  подвиды 
последнего кара-ылаачын, тоо-ылаачын и др.   
Mövzu  ilə  əlaqədar  daha  bir  qətiyyətlə  izhar 
olunmuş  rəyi  sizin  ixtiyarınıza  veririk:  “Orta 
Asiyada  lələkli  yırtıcıların  ən  yaxşı  təlimçilıəri 
qırğızlar hesab olunur”. ((Г.Белугин, 1903, s.291). 
Bir  fikir  də  gətiririk:  “Alıcı  quşlarla  ov  – 
həm qırğızların, həm də özbəklərin və digər yerli 
əhalinin ən sevimli əyləncələrindəndir. Ələlxüsus, 
bu  ovu  qırğızlar  sevir...  Qəribədir,  hər  əyləncəni 
sevən – cıdırı, bayqunu – qırğız, qırğı ilə ovu da 
xoşlayır...” (Д.Н.Кашгаров, 1931, s. 167). 
Qırğı  ovunun,  ələlxüsus  qırğızlarda  populyar 
olması  nəticəsinə  biz  də  gəlmişik,  zira  İssık-Kul 
gölünün  vadisi,  ətrafdakı  dağlar  və  gölün  özü, 
müəlliflər  tərəfindən  qeyd  olunduğu  kimi,  Orta 
Asiyada  alıcı  quşların  tutulması,  təlimi  və  ov 
aparılması üçün ən münasib yerlərdəndir.
Qırğızlar alıcı quşları səciyyəvi xüsusiyyətlərinə 
görə fərqləndirməyə qabildirlər. Caynaqları məftilə 
oxşayan ırqak var; ak tırmak – ağ caynaqlı qartal; 
motonun akşın – təlimə tez gələn; muzdakka tuuqan 
muz murut – buzlaqların yanında yuva salan; ak köz 
– ən itigözlü və güclü, qanadları açılanda iki m-ə 
çatan və ayran kimi ağ gözlü. Dünyada quş çoxdur, 
amma hamısı insanla yola gedə və ona xidmət edə 
bilmir. Berkutun köməyi ilə bir mövsümə minlərlə 
tülkü, marmot, dovşan əldə edirlər. Berkutla ov – 
ələlxüsus, canavar düşəndə, cəzbedici mənzərədir. 
Qurd  –  güclü  və  zirək  yırtıcıdır.  Bəzən  adam  elə 
zənn edir ki, berkut onunla bacarmayacaq. Ancaq 
quş  kəskinliklə  daş  kimi  özünü  aşağı  atır,  dəmir 
dimdiyi ilə yırtıcının təpəsinə elə vurur ki, heyvan 
yerə  yıxılır.  Quş  canavara  qurtulmağa  macal 
vermir. Sonra qıvraq caynaqlarını heyvanın ənginə 
və belinə batırıb yenə dimdiyi ilə müdhiş zərbələr 
endirir. Yırtıcı halsızlaşıb çökür... Tutaşma, sözsüz, 
çox amansızdır.  
Əyyami-qədimdə ovçular 1 000 sehrli rəqəminə 
inanırdılar. Bu o demək idi ki, insan bütün ömrü 
boyu ovla məşğul olurdusa, qənimətin sayı mindən 
keçirdisə,  daha  heyvan  öldürməyə  ixtiyarı  yox 
idi. Qırğızlar heyvanların hamisi Kaybərənə sidq-
ürəkdən  inanırdı  və  onun  amansız  cəzasından 
çox qorxurdular. Mən artıq qoca ovçunun yeganə 
oğlunu  cüyür  balası  ilə  səhv  salıb  öldürdüyü 
əfsanəni  danışmışdım.  Bu  ona  Kaybərənin  ona 
göndərdiyi lənətdən sonra baş vermişdi: 
Kaybərənə qarşı çıxdım,
Lənətini mən qazandım...
Kaybərənin qara nəfsilə
Arxam, səni özüm öldürdüm... 
Qırğızıstanda vağ və durna kimi alicənab quşlar 
yaşayır. Bizdə onlar lirik Leylək (tacikcə – durna) 
adlı yerdə məskundur. Xalq inancına görə, durnalar 
–  tanrıların  insanlara  sülh  və  bəxtiyarlıq  gətirən 
elçiləridir.  Təkcə  qırğızlarda  deyil,  dünyanın  bir 
çox  başqa  mədəniyyətlərində  də  durnalara  sehrli 
qüvvə  və  mənəvi  əhəmiyyət  aid  edirlər.  Məs., 
çinlilər  inanırlar  ki,  durnaların  min  il  ömrü  var 
və  onları  uzunömürlülük  rəmzi  hesab  edirlər.  Bu 
ölkədə uşaqlar yaşlı valideynlərinə üstünə tilsimli 
qüvvəyə malik durna rəmzi tikilmiş libaslar peşkəş 
edir.  Bu  güman  edilən  uzunömürlülük  durnaları 
həm də sağlamlıq rəmzinə çevirir.
Yaponiyada  həyat  amuletləri  –  durnacıqlar 
–  kağızdan  düzəldilir.  Burada  durnanı  gəlinin 
kimonosunda  da  təsvir  edirlər,  çünki  həm  də  ər-
arvad  sədaqətinin  və  ailə  saədətinin  rəmzidir. 
Bundan əlavə, Yaponiyada yaşayan aynlarda durna 
– bataqlıq tanrısıdır və onun hərəkətlərinin təqlidini 
159


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə