Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə56/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   52   53   54   55   56   57   58   59   ...   111

Orta  dağlıq  sahələrdə  260  növ  quş  məskundur, 
onlardan yuva quranları 160 növdür.
Çəmənliklərdə,  adətən  daşların  altında, 
qırmızı  marmotların  iri  yuvalarını  tapmaq  olar. 
Qayaların üstündə heykəllər kimi qımıldanmadan 
qara,  nəhəng,  lüt  boyunlu  keçəl  kərkəslər  oturur. 
Yuksəklikdə  qartallar  süzür.  Daşlı  sinələrdə  daş 
kəklikləri qaçışırlar. 
Qırğızıstanda səhra adacıqları var. Onlar həm 
təbii  şəraitlərinə,  həm  də  quşlarla  məskunluğuna 
bir-birindən tam fərqlənir. Səhralarda 15 növ quş 
yuva  qurur.  Buralarda  bayağı  qocagöz  (avdotka), 
enlidimdik  yağışcüllütü,  qumru,  qonur  göyərçin, 
büldürük, çöl qartalı, şah qartal, qızıl şahin, yapalaq, 
səhra  cücə  bayquşu,  çobanaldadan,  göyçə  qarğa, 
yaşıl arıquşu, şanapipik, kəkilli torağay yaşayır.
Çöllərdə 34 növ quş var: telli durna, dovdaq, 
bəzgək,  belibağlı,  çil,  çobanaldadan,  ciydəçi 
(mayna),  çöl  və  kəkilli  torağaylar,  quyruqqapan 
(kamenka) və b.
Çəmənliklərdə 20 növ tapmaq olar: bildirçin, 
qarabaş çayır daşçalanı, çəkçəki, çaydaçapan, çöl 
konyoku və s.
Kolluqlarda  qırqovul,  silviya  quşu,  bülbül, 
qumru, qaratoyuq, qamışquşu, çütrə yaşayır. Cəmi 
40 növ. 
Meşədə 50-dən artıq növ tapmaq olar:  qırğılar, 
sar quşu, qırğı, tetraquşu, qıllıayaq yapalaq, ishaq 
quşu  (baquş),  bayquş,  ağacdələn,  cövizqıran, 
alacadimdik, süzənlər, arıquşu, çalıquşu, alabaxta, 
göyçə  göyərçin,  ötməquşu,  qarğa,  sağsağan, 
çütrə, quququşu, çit quşu, qaraboğaz bağtorağayı, 
meşə  konyoku,  qaratoyuq,  ardıc  quşu,  qırmızıbel 
qızılquyruq, qırmızıpapaq vürok. 
Təqribən 3 000 m hündürlükdəki ardıclıqlarda 
və kolluq qurşaqda, solğun bağtorağayı, çəhrayı və 
böyük  çütrələr,  аrdıc  baltadimdiyi,  qırmızıbel  və  
çalbaş  qızılquyruqlar,  qırmızıboyun  bülbül,  əlvan 
arıquşu yuva qurur.
Yüksək  dağlıq  yerlərin  siması  aşağıdakı 
quşlarla bəzənmişdir: toğlugötürən, Asiya kərkəsi, 
Himalay  kərkəsi,  qara  keçəl  kərkəs,  berkut, 
həmçinin qar və sədəf vürokları, qırmızı vürok, dağ 
konyoku, oraqdimdik cüllüt, qaya göyərçini, ular, 
dolaşa,  dağlıq  zağçası,  qırmızıqarın  qızılquyruq, 
Himalay və dağlıq bağtorağayı. 
Qayalarda  göyərçinlər,  qara  hacıleyləklər,  
ulu  qırğı  (baloban  ),  çalağan,    leşyeyən  qartal 
(quzğun)  ağbabalar,  Himalay  kərkəsi,  qara 
keçəl  kərkəs,  yapalaq,  uzunqanad,  dolaşa, 
qaya  tənək  quşu,  qaya  sittaları,  hind  ötməquşu, 
alabəzək,  göy  daş  qaratoyuqları,  göy  quş,  qara 
qızılquyruqlar,qaranquş. 
Su  hövzələri  ən  çox  sayda  növləri  özünə 
cəlb  edir  –  yüzdən  artıq.  Onların  arasında  anqut, 
vağ,  hacıleylək,  qazkimilər,  dəniz  qartalları, 
çayqaranquşu, durna, sutoyuqları (pastuşki), cüllüt, 
qağayı,  su  qaranquşu,  daşadöyən,  qamışquşu, 
susərçələri. 
Bir  çox  növlər  insan  tərəfindən  dəyişdirilmiş 
landşaftlarda  məskən  salmağa  uyğunlaşmışlar: 
şəhərlərdə, kəndlərdə, tarlalarda. Bir quşlar burada 
çöllüklə,  meşə  ilə  oxşar  şərait  tapır.  Digərləri 
insanlara  o  qədər  alışmışlar  ki,  kənddən  kənarda 
vəhşi  təbiətdə,  demək  olar,  təsadüf  olunmurlar. 
Belələrinə  sərçələr,  qumrular  misaldır.  İnsan 
tikililərini  qaranquşlar  üstün  sayır,  şəhər  yaşıllıq 
zolaqlarında isə özləri üçün çox yaxşı şərait tapan 
– qaratoyuqdur. 
Nə qədər çox quş növü var, bir o qədər təbiət 
mühiti  rəngarəngdir.  Belə  mühitdə  insanlara  da 
yaşamaq rahatdır. Bu o deməkdir ki, çirkləndirici 
və  zəhərləyici  maddələr  azdır.  Quşlar  –  təbiət 
mühitinin sağlamlığının ən nəzərəçarpan və etibarlı 
göstəricisidir.  Yaddan  çıxarmaq  olmaz  ki,  onlar 
insanlar  kimi  istiqanlıdır  və  təkamül  inkişafında 
insana yaxındırlar.
Hətta şamlıqların yaxşı vəziyyəti də çox halda 
quşlardan  asılıdır.  Şamlıq  qurşaqda  təqribən  100 
növ quş məskən salıb. Onlar Qırğızıstanın demək 
olar ki, üçdə birini təşkil edir; quşların hamısı bu və 
ya digər səpkidən faydalı hesab olunur.
Düşmənlərimizin düşmənləri – çoxsaylı faydalı 
heyvanlar  olmasaydı,  vəziyyət  acınacaqlı  olardı. 
Xəzli heyvanlar: gəlincik, sincab, dələ, tülkü ilboyu 
siçankimi  gəmiriciləri  məhv  edir.  Ziyanverici 
həşəratların  buğumayaqlılarına  arasında  çox 
düşməni  var.  Xüsusilə  hörümçəklərin,  sarı  meşə 
qarışqalarının,  qarafatmalar,  parəbüzənlərin  və 
mənənələrin rolu böyükdür. 
Qərbi  Tyan-Şanın  Mərkəzi  Asiyanın  cəmi 
1/40  hissəsini  tutmasına  rəğmən,  burada  63% 
quş və 34% məməli növü yaşayır. Quş növlərinin 
Mərkəzi Asiya üzrə orta sıxlığından sahə vahidində 
5 dəfə, məməlilərin ki 15 dəfə çoxdur. Heyvanların 
və  bitkilərin  digər  qruplarında  oxşar  mənzərə 
müşahidə olunur.
İlan  qartalı  –  qəribə  yırtıcı  quşdur.  İlanlarla 
(bəzən  zəhərli)  və  kərtənkələlərlə  qidalanır, 
ətcəbalalarını  da  onlarla  yemləyir.  Buradan  da 
əcaib adını almışdır. İri quşdur – təqribən 2 kq-a 
yaxındır. İlanı tutanda, başını dimdiyi ilə əzir, udur, 
yalnız  quyruğunun  ucunu  saxlayır.  Uçub  qayıdır, 
yuvasının  kənarına  oturur,  ətcəbala  quyruğun 
ucundan tutub dartır və sürünəni yeyir.
Qırğızıstanda  nadir  dağ  qazı  yaşayır. Yaşayış 
156


yerləri Son-Göl və Çatır-Göldür. Son-Göldə cəmi 
30  cüt,  Çatır-Göldə  50-60  cüt  quş  var.  Dağ  qazı 
Qırmızı kitaba düşüb.
Yıxılmış atın cəmdəynin üstünə keçəl kərkəslər, 
qızıl ağbabalar və toğlugötürənlər uçub gəldi. Bu, 
nadir  hallarda  ələ  düşən  mənzərədir  –  müxtəlif 
leşyeən quşların ziyafəti.
Qırğızıstanda  qar  keçəl  kərkəsi  yaşayır. 
Qanadlarının açılmış uzunluğu 3 m-ə çatan nəhəng, 
ölçüsü  12  kq-a  qədər  nadir  quş.  Lələkləri  açıq-
sarıdır, qanadları və quyruğu qaradır, başı və boynu 
açıq  rəngli  pərqu  ilə  örtülmüşdür.  Uzaqdan  lap 
keçəl görünür. Uca dağlarda məskundur, əlçatmaz 
qayalarda  yuva  qurur.  Kərkəsə  təbiətin  sanitarı 
deyirlər – leşyeyən quşdur. 
Toğlugötürən  –  6  kq-a  qədər  çəkisi  olan  iri 
quşdur. Qanadları açılanda 3 m-ə çatır. Çənəsində 
uzun  saqqal  şəklində  uzanmış  qara  lələkləri  var, 
ona  görə  saqqallı  da  deyirlər.  Kərkəskimilərə 
aiddir. Heyvanların sümükləri əsas qidasıdır. 
Qonur  gərdənli  balaca  dərəquşu  (susərçəsi, 
olyapka) ilboyu dağ çaylarının yanında məskundur. 
Onu heç vaxt sudan uzaqda görməzsən, adətən sahil 
çınqılında...  ya  da  dağ  çayının  dibində  qidalanır. 
Dərəquşu  gözəl  dalğıcdır.  Su  onun  təbiətidir. 
Təəccüblüdür, bu balaca və zahirdən zəif quş necə 
cəsarətlə  özünü  guruldayan  dağ  çayının  köksünə 
atır.  Caynaqları  ilə  daşlardan  yapışan  quş  çayın 
dibi  ilə  əminlikjlə  və  sürətlə  gedir,  həşəratların 
sürfələrini, mollyuskları və b. yemi dartıb çıxarır.
Ular – dağ hindtoyuğu xalq arasında müqəddəs 
quş  sayılır.  Belə  bir  inanc  var:  hərgah  dağların 
hündürlüyünə  qalxıb  uların  səsini  eşitmişsənsə, 
demək  həyatın  gözəlliyini  dərk  etmişsən.  Ularlar 
şaqraq cingilti ilə fitləşirlər, sanki fleytada çalırlar. 
Ağ şumkar – ağ dağ qırğısı. Məğrur, alicənab 
kübar quş. Təsadüfi deyil ki, ən ali fərqlənmə nişanı 
olan Qırğızıstan Respublikasının Qəhrəmanında ağ 
qırğı– Ağ Şumkar cəsarət və fədakarlıq rəmzi kimi 
təsvir olunmuşdur. 
Qırqovul  (fazan)  –  Qırğızıstanın  ən  gözəl  iri 
quşlarındandır.  Gur  günəş  işığında  qırqovulun 
lələkləri  göy  qurşağının  hər  rəngi  ilə  cilvələnir. 
Qırqovulun  erkəyi  gözəllikdə  cürətlə  nağılvari 
tovuz  quşu  ilə  rəqabətə  girə  bilər.  Qırqovulun 
başlıca düşmənləri – tülkülər və canavarlardır.   
Qırğızıstan – Orta Asiya qırqovulunun yayıldığı 
əsas  bölgələrdən  biridir.  Fazanın  yaşadığı  sahə 
respublikanın  bütün  cənubu  və  şimalı,  həmçinin 
Mərkəzi  Tyan-Şanın  bir  çox  vadiləridir.  Bu 
yaraşıqlı quşlar daima təbiət həvəskarının diqqətini 
özünə  çəkir,  amma  eyni  zamanda  da  ovçular 
tərəfindən  daimi  ovlanmaya  məhkumdurlar. 
Qırqovulun  nisbətən  asan  ovlanması,  vurulan 
quşların  miqdarının  və  qırqovulun  həyatında 
bioloji  dövriyyəni  nəzərə  alan  ov  mövsümünün 
heç  bir  normalara  salınmaması  ucbatından,  bu 
quşların sayı bütün respublika üzrə kəskin surətdə 
azalmışdır.       
Sona  (anır)  –  bu  quşu  peyğəmbər  gəlini 
adlandırırlar.  Belə  bir  rəvayət  var  ki,  peyğəmbər 
dəstəmaz  alanda,  gəlin  içəri  girib  ona  baxır. 
Peyğəmbər  gəlinin  getmək  niyyətində  olmadığını 
anlayanda, dillənir: “Anır bol” – “sona ol”. Həmin 
andaca quşa dönmüş gəlin uçub gedir. 
Çalağan  –  yırtıcı  quşdur.  Çalağan  göydə 
süzəndə, quyruğunu yelpazə kimi açır və quyruqdakı 
dərin yarıq görünür. Quyruğundakı yarığa görə onu 
digər yırtıcı quşlardan seçmək mümkündür.  
Bu  yaxınlaradək  xalq  arasında  inanc 
mövcuddur. Keçmişdə barqı adlı bir ilahi quş var 
imiş. Səhər sübh söküləndə ayaq üstə olan adamları 
sanalayırmış. Əgər kimsə hələ oyanmamışdısa, quş 
belələrini ölülərin siyahısına daxil edir və gələcəkdə 
hər cür bərəkət-ruzidən məhrum edirmiş. Ona görə 
tənbəllik  təkcə  rüsvayçılıq  sayılmırdı.  “Qara” 
siyahıya  düşməməkdən  ötrü  gününü  sübhə  qədər 
başlamaq lazım idi.   
Kəklik. Dimdik və ayaqları qırmızıdır, başında 
və  böyürlərində  qara  zolaqları  var.  Kəkliyin  beli 
boz daş rəngindədir, ona görə ovçular onu çətinliklə 
sezirlər.       
Qırğızıstanın  çoxlu  dağ  dərələrində  dağ 
kəkliklərinin şaqraq səslərini eşitmək olar.
Daşlı  sinələr,  çılpaq  qayalıqlar,  maili  ətəkli 
təpəliklər,  cır  yulaf,  ayrıq  və  b.  quru  sevən  dənli 
bitkilərlə  örtülmüş  dağ  meydançaları  kəkliklərin 
sevimli yerləridir.    
Yazdan  savayı,  ilin  bütün  mövsümlərində 
kəkliklər xırda dəstələrdə yaşayırlar. Qışa yaxın isə 
ətcəbala  çıxarmış  kəkliklər  toplaşıb  iri  dəstələrlə 
dolanırlar.  Bahar  çoxalma  dövründə  dəstələr 
parçalanır,  balalar  qaçışıb  səpələnir  və  kəkliklər 
cütləşirlər.             
Qartal  –  yaxşı  xəbərlər  rəmzidir.  Qartal  çox 
etibar edən quşdur və tez əhliləşir. Dünyada yeganə 
quşdur ki, günəşin şüalarına qarşı uçmağa qadirdir. 
Manasın  atası  yuxusunda  qartal  yedirtdiyini 
görəndə, anladı ki, bu, yaxşı yuxudur: qocalığında 
onu  çoxsaylı  düşmənlərdən  qoruyacaq  adam 
olacaq.  Yuxu  çin  çıxdı.  İki  il  sonra  onun  oğlu 
doğuldu. (Dastanda bəhs edilir ki, Manasın anası 
hamilə qalanda qəfildən pələng ürəyinə yerikləyir. 
Bu da müdafiəçi-oğul doğulacağına işarədir).
Deyirlər  ki,  ötmüş  XX  əsrin  70-ci  illərində 
Prjevalsk  şəhərindəki  (indiki  Qaragöl)  aeroport 
157


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə