Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə58/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   54   55   56   57   58   59   60   61   ...   111

çıxaran  rəqs  qoruyucu  tilsim  yaratmaq  üçün 
ifa  olunur,  axı  hamıya  bəllidir,  durna  yuvasının 
müdafiəsinə necə cəsarətlə, qorxmadan durur. 
Qırğızlarda  durnalar  savaş  meydanında  həlak 
olmuş  döyüşçülərin  ruhları  ilə  əlaqələndirilir. 
Belə  təsəvvür  rus  folklorunda  da  mövcuddur. 
German  mifologiyasında  isə  qovğa  meydanında 
həlakətlərini  tapmış  döyüşçülər  ağ  qu  quşlarına 
çevrilirdilər.  Qu  quşları  durnalara  çox  bənzərdir: 
eyni yaşayış mühiti, eyni miqrasiya davranışı, eyni 
pazşəkilli uçuş düzülüşü. Durnalar barədə Qurani-
şərifdə  də  şimala  –  Məkəyə  üz  tutan  “xeyirxah 
quşlar” barədə danışılır. 
Qədimdən bəri durnaların səmada peyda olması 
baharın  qayıdışını,  payız  uçuşu  isə  –  soyuqların 
düşməsini  bildirir.  Tez-tez  köçəri  durnalar  gecə, 
ay  işığında  uçur.  Bu  onları  uşaqların  və  ev-eşik 
ocağının hamisi Umay-ənə ilə bağlayır.   
Ümumiyətlə,  durna  həmişə  təbiətin  bahar 
oyanışı  ilə  assosiasiya  edilir,  onun  yuvasını 
qırğızların  bacalarında  qurmağı  isə  şamanist 
mədəniyyətində  ruhun  çxış  və  qayıdış  nöqtəsini 
bildirir.Əgər hacıleylək, yaxud durna övladsız evin 
damında  məskən  salırsa,  yaxşı  əlamət  sayılır.  Bu 
əməl ümid yaradır ki, mütləq tezliklə bu evdə körpə 
doğulacaq. Yəqin  ki,  çağaların  hacıleylək,  yainki 
durna tərəfindən gətirilməsi inancı da buradan kök 
alır.   
Bizim qocalar böyük arıquşu barədə belə nəql 
edirlər: guya onun “repertuar”ında 7 müxtəlif səma 
qatlarının havaları səslənir, ancaq arıquşular sərasər 
vətənə  sadiq  hisslərini  ifadə  edərək  oxuyurlar. 
Müşahidə olunmuşdur ki, arıquşu cütlüyü oxumursa 
və  cütləşmirsə,  deməli  onlar  burada  hələlik  təzə 
gəlmələrdir və özgə diyarlardandır.  
Daha bir misal. Qaz – müstəqil quşdur. Yazda 
və payızda vəhşi qazların uçub getdikləri yerlərdə 
ev  qazları  onların  qışqırtılarına  hay  verirlər. 
Əfsuslar, onlara qoşulub uçmaq imkanları yoxdur. 
Qədim  qırğız  inancına  görə  hər  bir  adamın  ruhu 
ölümündən  sonra  quşa  çevrilir.  Hərgah  ölən 
xeyirxah  adamdırsa,  ya  durnaya  çevrilir,  ya  qu 
quşuna. İdbar adamdırsa – qarğaya. Həlak olmuş 
cocuqlarn  ruhları  isə  qaranquşlara  çevrilir  və 
onlar  tifillər  kimi  isti  münasibətə  və  nəvazişə 
möhtacdırlar.  
İlan və qaranquş haqda əski qırğız əfsanəsini 
nəql  edim.  Cahan  daşqınından  sonra  ilan  özünə 
yem tapa bilmir və dostu şeytandan kimin qanının 
daha şirin olduğunu xəbər alır. Şeytan cavab verir 
ki, insan qanından şirin heç nə yoxdur. Lakin insanı 
hər dərd-bəladan qoruyan Yaradan yer üzünə mələk 
göndərir və mələk ilanı qaranquşun ətinin və qanının 
insanınkından  daha  şirin  olduğunu  inandırır.  İlan 
ehmallıca  qaranquşa  sarı  sürünür,  ancaq  çalmağa 
çatdırmır, zira ağılı quş ilanın niyyətini anlayır. Quş 
ilanın ağzını açıb dilini göstərməyi xahiş edir. Heç 
nədən şübhələnməyən ilan dilini çıxarır, qaranquş 
isə  sürətli  hərəkətlə  onun  dilini  qopardır,  gözünü 
dimdikləyir.  Kor  olmuş  ilan  yuvasına  sürünüb 
girir  və  orada  həlak  olur.  Bu  minvalla,  qaranquş 
insanı ölümdən qurtarır. Həmin dövrdən qaranquş 
qırğızlarda müqəddəs quş sanılır. Heç bir şəraitdə, 
hətta  güclü  aclıq  zamanı  qırğızlar  qaranquşun 
ətini və yumurtasını qida kimi istifadə etməmişlər. 
Qaranquşların  yuvasını  dağıdan  uşaqlar  həmişə 
ciddi cəzalandırılırlar – onlara bu dınqılı quşa dərin 
hörmət və pərəstiş etmək təlqin olunur. Hesab edilir 
ki,  həmin  dövrlərdən  bu  yana,  qaranquş  yuvasını 
insan  məskənlərinə  yaxın  qurur.  Burada  səadət 
quşundan bəhs edən daha bir qədim əfsanəni yada 
salmaya bilmərəm.      
Çox-çox  illər  əqdəm,  uca  dağların  arasında 
daxili qarğaşalıqlarla, quraqlıqla, aclıqla parçalanıb 
qırılan  bir  tayfa  yaşayırdı.  Qəbilə  başçısı  xalqını 
birləşdirə  biləcək,  yaradıcı,  bəxtəvər  həyatın 
yolunu tapa bilmədiyinə görə dərd çəkirdi. Bir dəfə 
belə bir söz eşitdi ki, qayalıqların arasında səadət 
quşu  adlanan  bir  müqəddəs  quş  məskundur.  Onu 
tutan – xoşbəxtliyə qovuşur.    
Başçı  sadiq  igidlərinə  bu  quşun  axtarışlarına 
çıxmaq  əmrini  verdi.  Çoxları  onun  yolunda 
həlakələrini  tapdılar  –  qayalardan  uçdular.  Qara 
camaatın  isə  heç  nə  vecinə  deyildi  –  onsuz  da 
soyuqdan, aclıqdan tələf olurdular... 
İllər,  onilliklər  keçdi,  hamı  səadət  quşunun 
axtarışlarında  idi.  Başçı  çoxdan  ömrünü 
bağışlamışdı, nəsillər dəyişmişdi. Yalnız yeddinci 
amir xoşbəxtlik quşunu axtarmağa qadağa qoydu. 
Ancaq  zəhmət  çəkmək  və  alın  təri  ilə  naz-nemət 
qazanmaq,  ruzi  əldə  etmək  nəsihətini  etdi.  O 
dedi: “Biz heç vaxt xoşbəxtlik quşunu güclə tuta 
bilmərik. Ancaq  hərgah  sülh  və  razılıq  şəraitində 
tər töküb zəhmət çəksək, quşun özü yanımıza uçub 
gələcək. Zira o quş əməksevərliyi və mehribanlığı 
sevir”.   
Həqiqətən, bir müddət keçəndən sonra bu xalq 
firavan,  barışıq  və  razılıq  şəraitində  yaşamağa 
başladı.  Və  səadət  quşu  həmişəloik  onların 
arasında məskən saldı. Bu günə qədər belə bir fikir 
mövcuddur ki, bəxtiyarlıq quşu qırğızların arasında 
məskundur.  O  quş  elə  kəslərə  təşrif  buyurur  ki, 
düşmənçilik  deyil  –  dostluq,  nifaq  yox  –  birlik, 
yalan deyil – həqiqət, şər deyil – xeyir yayır.
160


Vereşşagin V.V. “Varlı qırğız ovçusu tərlanla”. 
Kətan, yağlı boya, 113 x 72, 2. Dövlət Tretyakov Qalereyası, Moskva.
161


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə