Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə66/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   62   63   64   65   66   67   68   69   ...   111

Burada  alçaqboylu  seyrək  ot-ələfli  yovşanlı-
dənli yarımsəhraya da rast gəlmək olar. 
Çapların  –  sıldırımlı,  adətən,  şoranlıq  gilli, 
giltorpaqlı,  qumlu  təpələrin  səhralıq  landşaftı 
özünəməxsusdur.  Bu  təpələr  bəd  torpaqların 
landşaftını  xatırladır.  Onlar  ya  tamamilə  bitki 
örtüyündən məhrumdur, ya da ərkudə, ceyranotu, 
yovşan,  tərəskən,  şoranotu,  cır  moruq  (efedra), 
nitrari  kolluqları  ilə  örtülmüşdür.  Fərqanə 
adırlarında  –  təpəli  dağönü  –  çox  vaxt  püstə 
ağaclarına təsadüf etmək olar. 
Hündürdəki dağönü, adətən, çöllük olur. Cənub-
qərbdə bu, hündürotlu düzəngahlardır. Yazda onlar 
təzə-tər otla yaşıllaşır, çiçəkləyir, isti düşəndə isə 
bitkilər  qonurlaşır,  quruyur,  gövdələri  ağaclaşır. 
Şimalda narın çimli çöllüklər hökmfərmadır. Onlar 
müxtəlif  dənli  bitkilərlə  zəngindir:  şırımlı  topal, 
ağot, keleriya, arpa, bəzən onlara çobanyastığı da 
qoşulur, kəklikotu və müxtəlif kolluqlar bitir. 
Alçaq dağönünün heyvanat aləmi də təxminən 
dağətəyi ovalıqlarda olduğu kimi, ancaq ələlxüsus, 
yüksəklik dağönünün kolluqlarında və çöllərində, 
zəngindir.  Burada  oxlu  kirpiyə,  tolay  dovşana, 
dağkeçisinə (qarapaça), canavara, tülküyə, müxtəlif 
çölsiçanlarına,  quşlardan  isə  keçəl  kərkəsə  rast 
gəlmək olar. 
Orta  dağlıq  ərazilər  əsas  silsilələrin 
yamaclarında,  1  800-  3  500  m  hündürlükdə 
yerləşir.  Bu  yüksəklik  qurşağın  relyefi  mürəkkəb 
xarakterlidir. Burada qədim, güclü surətdə dağılmış 
ünsürlərlə bahəm gənc süxurlara da təsadüf olunur. 
Qədim relyef müəyyən hündürlüyə qalxmış hamar 
səthi  təcəssüm  etdirir.  Cavan  relyef  –  çox  böyük 
tərəddüdlü hündürlüklü, güclü surətdə parça-parça 
bölünmüş dağ silsilələridir. 
Bu qurşağın iqlim şəraiti nisbi mülayimdir. Orta 
iyul temperaturu 20`-dən 10` arasında, orta yanvar 
temperaturu  -10`,-20`  civarındadır.  Yağıntıların 
həcmi yamacların küləklərə münasibətdə səmtindən 
asılı olaraq 400 mm-dən 1 000 mm-ə qədər dəyişir. 
Çox vaxt, xüsusilə, Daxil Tyan-Şan silsilələrində, 
həmçinin Alay və Türküstan silsilələrində havada 
rütubət  çatışmazlığı  duyulur.  Dərələrin  dibi  ilə 
mənbəyini  yüksək  dağlıqdan  götürən  çaylar  axır. 
Çayların  çoxu  orta  dağlıq  hündürlüyündə  də 
başlanğıc götürür. Onlar yağış və qar ərintisi suları 
ilə  qidalanırlar.  Burada  torpaqlar  müxtəlifdir: 
dağlıq-şabalıdı  torpaq,  dağlıq  qəhvəyi  torpaq, 
dağlıq qaratorpaq, dağlıq-çəmənlik torpağı, dağlıq-
çəmənlik-çöllük  torpağı,  dağlıq  meşə  torpağı.  Bu 
da hər şeydən öncə, fərqli rütubətləndirmə dərəcəsi 
ilə şərtlənir. 
Əsasən,  bu  qurşaqda  çöllüklər,  çəmənlik-
çöllüklər  və  çəmənliklər  inkişaf  etmişlər.  2  800- 
3100  m  hündürlüyə  qədər  dərələrdə  meşələr 
bitmişdir.  Onlar  seyrək  meşələrdən  və  parktipli 
ağaclıqlardan ibarətdir.
Cənubi  Qırğızıstanda,  Fərqanə  və  Çatkal 
silsilələrinin  yamaclarında  qədərincə  isti  və 
nisbi  rütubət  var.  1  200  m-dən  2  200  m-ə  qədər 
hündürlükdəki 
dağlıq-meşə 
tünd-qəhvəyi 
torpaqlarda  qozluqlar  bitmişdir.  Burada  qoz 
ağacları, yabanı alma, alça, armud, yabanı badam, 
Türküstan ağcaqayını ilə qonşu böyüyürlər. Kiçik 
meşələr isə adətən, ekzaxordadan, qarağacyarpaqlı 
albalıdan,  yabanı  badamdan,  yemişandan, 
itburnudan ibarətdir.
Şimali  Qırğızıstanda  və  Daxili Tyan-Şanda  1 
600-3  100  m  hündürlükdə  şam  ağacı  meşəlikləri 
geniş  yayılmışdır.  Cənubi  Qırğızıstanda  onlar 
qozluqlardan  yuxarıda  birmişdir.  O  meşələrdə 
torpaq  dağlıq-meşə  qonurdur.  Bu  meşələr  Şrenk 
şam ağacından ibarətdir – digər növlərlə nisbətdə 
daha çox işıqsevər və rütubəti az tələb edən ağac 
növündən.
Qərbi  Tyan-Şanda  şam-ağ  şam  meşələri 
hökmfərmadır,  Qırğızıstanın  çox  meşələrində 
isə  ardıc  bitir.  Orta  dağlıq  hissənin  yuxarılarında 
belə  ardıclıqların  boyu  balacalaşır  və  iri  ağaclar 
alçaqboylu  cır  ardıclıqlara  çevrilir.  Çöllərdə, 
çəmənlik-çöllüklərdə,  meşələrdə  çoxlu  quru  hava 
sevən kolluqlar, su üzərində başlarını əymiş topa-
topa tozağacı, söyüd, qovaq bitmişdir. 
Gah  burada,  gah  orada  dərənin  üstünə 
sallanmış, ya da göyə qalxmış zirvəli, diş-diş uclu, 
sütunlu qranit, əhəngdaşı, qırmızı qumdaşı qayalar 
gözə  dəyir.  Qayaların  səthləri  mamırla  ləkə-ləkə 
olmuşdur.  Yarıqlarda  ot,  kol-kos,  tənha,  cılız, 
əyri-üyrü,  dəngil-düngül  şam  ağacları,  ardıclar 
bitmişdir.  
Cənub ekspozisiyasının yamaclarında, adətən, 
daş yığıntıları olur. Çox vaxt onlar bitki örtüyündən 
məhrumdur  və  daşlar  xırda  təkandan  hərəkətə 
gəlir,  ancaq  dağlıq  kserofitlər  bitmiş  kəsəkli  dağ 
sinələrinə də rast gəlinir.  
Orta  dağlıq  yerlərin  heyvanat  aləmi  digər 
yüksəkli qurşaqlarına nisbətdə daha zəngindir, çünki 
meşələrdə və bitişik çəmənliklərdə canlıların həyatı 
üçün  daha  əlverişli  şərait  var.  Quşlardan  burada: 
arıquşu,  ötməquşu,  silviya  quşu,  boz  arıtutuan, 
Fərqanə knyaz quşu, qaratoyuq, ağacdələn, tənək 
quşu,  çalbaş  payızbülbülü,  sığırçın,  cövizqıran, 
alacadimdik, ardıc baltadimdiyi yaşayır. Qayalarda 
vəhşi  göyərçinlər  yuva  qurur.  Daşların  arasında 
177


qida axtaran dağ kəklikləri ora-bura qaçışır. Yırtıcı 
quşlar da qarşıya çıxır: bayquş, kor yapalaq, tərlan, 
qartal,  müşgül,  şahin  (xırda  quşları  yeyən)  və 
qışda bura gələn qırğı (iri quşları yeyən). Burada 
balaca saman tayacıqları yığan süzən quşu görmək 
olar.  Xırda  gəmiricilər  çoxdur:  çölsiçanları,  meşə 
siçanları.  Qozluqlarda  Türküstan  mişovulu  olur. 
Qozları  yeyib  ağaclara  böyük  zərər  vurur.  Xırda 
quşların  yumurtaları  və  ətcəbalaları  yeməyi 
xoşlayan meşə süleysini görmək olar. Cüyür, əlik, 
porsuq,  qaban,  oxlu  kirpi,  tülkü,  canavar,  sincab, 
dələ növlərinə təsadüf edilir.   
Faunanı zənginləşdirmək və yem ehtiyatlarını 
tam qüvvəsi ilə istifadə etmək üçün şam meşələrinə 
Sibir  siçovulu,  teleut-dələ,  qozluqlara  isə  yenot 
və  amerikan  su  samuru  gətirilmişdir.  Onlar  yerli 
mühitə yaxşı uyğunlaşmışlar.  
Orta  dağlıq  qurşağın  örüşləri  güclü  surətdə 
işlədilir.  Burada  nəinki  Qırğızıstanın,  habelə 
Qazaxıstanın,  Özbəkistanın  və  Tacikistanın 
kolxozlarının  və  sovxozlarının  çoxsaylı  sürüləri 
otarılır.  Dağlıq  səth  əkinçilik  üçün  becərilməni 
məhdudlaşdırır,  amma  buna  rəğmən,  kiçik 
zəmilərdə  taxıl  və  yem  bitkiləri  əkilir.  Meşə 
sərvətləri də istifadə olunur. 
Yüksək  dağlıq  yerlər  –  Qırğızıstanın  yuxarı 
təbii mərtəbəsidir – 3 500 m-dən çox hündürlükdə 
yerləşir. Təbiətin  xüsusiyyətlərinə  və  təsərrüfatda 
roluna görə iki zona ayrılır: aşağı – dağlıq-çəmənlik 
və yuxarı qarlı-buzlaqlı.
Bu  qurşağın  aşağı  zonasında  orta  dağlıqdakı 
kimi  yamaclar,  qayalar,  daşlı  si  nələr  var,  tez-tez 
morenalara  –  buzlaqların  sürüşməsindən  qalan 
daş yığnaqlarına rast gəlinir. Yay soyuq keçir, orta 
iyul temperaturları 0`-dan – 10` arasında olur. Qış 
uzun  sürür,  yağıntı  çox  vaxt  yayda  da  dənəvər 
qar  şəklində  düşür.  Torpaq  gücsüz,  daşlı,  dağlıq-
çəmənlik  tipli,  8%-dən  15%-ə  qədər  çürüntülü, 
hərdən çimli-yarımtorflu (çürüntü 10-20%) olsa da, 
onların münbitliyi zəif istifadə olunur. Sərt təbiət 
şəraitinin  ucbatından  əkinçilik  inkişaf  etmir.  Ən 
qiymətli örüşlər – rəngarəng dağlıq otlaqlar ayrı-
ayrı  sahələrdə  gözəl  görünüşə  malikdirlər.  Aşağı 
sərhəddə çəmənlik-çöllük və çöllük yerlərə də rast 
gəlinir. Tez-tez bitki örtüyündən tamamən məhrum 
keçəl daşlı sinələr də qarşıya çıxır.  
Qayaların  arasındakı  otlaqlarda  təkə  və 
arxarların  (dağ  qoyunu)  sürüləri  otlayır.  Onların 
ovuna qar bəbiri – irbis çıxır. Çox nadir hallarda 
olsa da, adi həmcinsindən dəfələrlə azğın qırmızı, 
yaxud dağ canavarı təsadüf olur. Hərdən ayı da bura 
baş çəkir. Ancaq onu yüksək dağlıq heyvanı saymaq 
olnmaz,  çünki  çox  vaxt  orta  dağlıq  meşələrində 
rast  gəlinir.  Çəmənliklərdə  və  çöllüklərdə  çoxlu 
gəmiricilər  şütüyür  –  örüşlərə  böyük  ziyan 
vuran  yüksək  dağlıq  nazikkəllə  çölsiçanları  və 
s.  Burada  marmotlar  da  var.  Quşlar  aləmi  çox 
özünəməxsusdur.  Səciyyəvi  nümayəndələr  – 
bağtorağayı, dağ dolaşası, qızılca qarğa, buynuzlu 
torağay,  toğluaparan,  hər  cürə  leş  yediyinə  görə 
dağların  sanitarı  adlandırılan  yırtıcı  keçəl  kərkəs, 
berkut, yaxud ovçuların arzuladığı dağ hindtoyuğu 
– ular.    
Yay otlaqları – cayloolar zəngin ot-ələfi, yaxşı 
suvatları, zəhlətökən həşəratın olmamağı ilə yüksək 
dəyərləndirilir.
Qarlı-buzlu  zonada  il  boyu  orta  temperatur 
0`dən aşağıdır, ancaq yayda günəşli havada hətta 
gündən qaralmaq olar, hərçənd, kölgədə soyuqdur.    
Dağların beli, zirvələr, aşırımlar, buzlu qayalar, 
üstü  açılmış  daşlı  yamaclar,  qəmbər  yığnaqları, 
buzlaşmış camlar, çox vaxt soyuq, zümrüdü rəngli 
su dolmuş çökəkliklər, əbədi qarlar, dənəvər qarlı 
buzlar  (firn),  buzlaqlar  –  bu  zonanın  ümumi 
landşaftı  belə  mənzərə  yaradır.  Yalnız  dağlıq 
çəmənlərlə sərhəddə, qayaların daldalanacağında, 
iri  daşların  arasında  kasad  örtüklü  xırda  bitkili 
sahəciklər  tapmaq  olar.  İntəhası,  4  200  m-dən 
yuxarı hündürlükdə heç onlara da təsadüf etmək 
mümkünat xaricindədir – bitkilər yoxdur. Burada 
bakteriyalar, təkhüceyrəli yaşıl, göy-yaşıl, diatom 
yosunlar,  ən  ibtidai  mikroskopik  göbələklər 
dünyası  hakimdir.  Bəzən  qarın  üstündə  qanlı 
ləkələr nəzərə çarpır – qar sferellası yosunlarının 
toplaşdığı nöqtələr.  
Qırğızıstanın  təbiət  ehtiyatları  zəngin 
və  rəngarəngdir.  Ancaq  onların  daha  planlı 
istifadəsi, qorunması və artırılması üçün çox işlər 
görülməlidir. İndi respublikada bir sıra qoruqluq 
və  mühafizə  olunan  bölgələr  var.  Qırğızıstanın 
ən  böyük  qoruğu  –  İssık-Kul  600  min  ha-dan 
artıq  sahəni  tutur.  Ora  gölün  özü  və  2  km-lik 
sahil  zolağı,  habelə  Terskey-Alatau-Cetıoquz  və 
Teploklyuçinsk  yamaclarında  iki  sahə  daxildir. 
Göl su quşlarının kütləvi qışlama məkanıdır. Qu 
quşlarından  və  qazlardan  başqa  bura  cürəbəcürə 
ördəklər  uçub  gəlir:  qırmızıburun  dalğıc,  kəkilli 
qara  ördək,  pazdimdik  və  b.  Sahildə  büldürük 
–  səhra  quşu  yuva  qurub  qışlayır.  Dağların 
ətəklərində  cüyür,  əlik,  təkə,  qırqovul  və 
Tyan-Şan  dağlarının  heyvanat  şahlığının  digər 
nümayəndəlirinə rast gəlmək olar. 
178


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə