Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə67/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   63   64   65   66   67   68   69   70   ...   111

Umetov D. “Vadidə buludlar” 1978-ci il, kətan, yağlı boya, 70 x 122
Uca dağa yandan bax, zirvəsinə qalxma,
Yaxşı adam haqqında uzaqdan eşit, yaxınına getmə
(yaxınlıqda onlar əhəmiyyətlərini itirirlər).
179


180


QIRĞIZ XALQININ 
TARİXİ
V
181


Qırğız  xalqının  tarixi  həmişə  məndə  sual 
doğurur: necə olur ki, tarixin azman kataklizmləri 
qarşısında,  qüdrətli  qonşuların  əhatəsində  balaca 
bir  xalq  öz  milliliyini,  əzəli  mədəniyyətini,  adət-
ənənələrini qoruya bilmişdir? Çoxəsrlik tariximizi 
təhlil  edərkən  bir  fikrə  gəlirəm  ki,  xalqımız 
yuxarılardan  ona  verilmiş  hansısa  ruhun  gücünə 
malikdir. Bəlkə də ən kritik məqamlarda onu tam 
tələfatdan  təbiət  özü  qorumuşdur:  torpaq,  Ala-
Toonun  yüksək  qarlı  silsilələri,  dərin  dərələr, 
coşğun  çaylar,  dağ  gölləri  və  Səxavətli  Manasın 
ruhu. 
Təəccüblüsü  odur  ki,  müstəqillik  uğrunda 
qırğızlarla  bərabər  bir  çox  azsaylı  xalqlar  da 
mübarizə  aparmışlar,  amma  bu  millətlər  artıq 
yoxdurlar,  yalnız  tarixdə  quru  adları  qalmışdır. 
Ulularımız  nahaq  yerə  deməyiblər  ki:  “Min 
dəfə  ölüb-dirilməklə  indiki  günümüzə  çatdıq” 
Amansız  qırğınlar  dövrü  də  olmuşdu,  qırğızların 
kütləvi şəkildə məhv edildikləri zaman da, amma 
onlar,  sanki  küldən  yaranmmış  simurğ  quşu 
kimi,  yenə  doğulurdular.  Qırğızlar  əcdadların 
ruhları  ilə, Allahla  ünsiyyətdə  olarkən  aralarında 
sanki  vasitəçi  olan  Manasın  adına  and  içirmişlər. 
Qırğızların qeyri-adiliyi ondadır ki, onlar özlərini 
elə beləcə millət kimi saxlamayıblar, üstəlik bu gün 
dövlətçiliklərinə  də  malikdirlər,  münbit,  bərəkətli 
torpaqda,  gözəl  dağların,  çiçəklənən  hündür  dağ 
çəmənliklərinin  əhatəsində yaşayırlar. Düşünürəm 
ki, çağdaş qırğızların Mərkəzi Asiyanın ən inkişaf 
etmiş xalqlarından biri olması faktı heç də təsadüfi 
hadisələr qovuşuğu deyil, qanunauyğunluqdur. 
Çinə  səfərimizi  xatırladım.  Qırğızıstanın  o 
zamankı xarici işlər naziri Murad İmanəliyev mənə 
danışdı ki, çinlilər qırğızları “tsziqa” adlandırırlar, 
bu  da  tərcümədə  “xoşbəxt  xalq”  mənasını  verir. 
Üstəlik, bu isim çinlilərdə lap qədim zamanlardan, 
belə  desək,  qonşuluğumuzun  ilk  günlərindən 
mövcuddur.  Etiraf  edirəm  ki,  yaxşı  mənada 
heyrətimi  gizlədə  bilmədim,  çünki  bu,  mənim 
xalqımı nə dərəcədə dəqiq xarakterizə edirdi. Bizi 
xoşbəxt xalq adlandıran qonşumuz Çin xalqı necə 
də düzünü söyləyir!
  Qırğızlar  artıq  ona  görə  xoşbəxtdirlər  ki, 
müxtəlif imperiyaların təzyiqinə, totalitar  rejimə, 
müharibənin  dəhşətli  gilyotininə,  repressiyalara 
baxmayaraq,  xeyirxahlıq,  halına  acımaq  və 
həssaslığını  qoruyub  saxlayıban  sağ  qalmışlar. 
Bizim millətin dəyəri ondadır ki, qəlbində qəzəb, 
amansızliq  və  eqoizm  yoxdur.  Və  o  xalqın  ki, 
qəlbində  nifrət  yoxdur,  insanpərvərlik  var,  –  o, 
vaqiən,  xoşbəxtdir.  Bəlkə  də  niyyətin  təmizliyi, 
xüsusi qəlb dincliyi və mehribanlıq bizim xalqımıza 
böyük dünya xalqları ailəsi arasında özünün layiqli 
yerini tutmağa rəvac vermişdir. Məgər Yer kürəsinin 
cənnətməkan  guşəsində  yaşamaq  xoşbəxtlik 
deyilmi?  Məgər  sevib-sevilmək,  uşaq  böyütmək 
və müxtəlif millətlərlə yanaşı çalışıb onlarla birgə 
yurdunu  və  dəstorxonunu,  sevincini  və  kədərini 
bölmək xoşbəxtlik deyilmi? Məgər əcdadlarımızın 
ciddi-cəhdlə  can  atdığı  və  tarixi  rubikonu  aşaraq 
çoxdan  gözlənilən  müstəqilliyi  əldə  etmək,  ciyər 
dolusu  təmiz  azadlıq  havasını  udmaq,  köçəri 
millətdən böyük intellektual imkanları olan xalqa 
çevrilmək xoşbəxtlik deyilmi?
Həqiqi  tariximiz  haqqında  son  söz  hələ 
deyilməmişdir.  Amma  yaxın  keçmişimizə  nəzər 
salmalıyıq, kimliyimizi, haradan gəldiyimizi və hara 
gedəcəyimizi müəyyənləşdirməliyik. İnsan anadan 
olanda  onun  doğum  haqqında  şəhadətnaməsinə 
yalnız adı, doğulduğu tarixi və məkan qeyd edilir, 
təbii ki, onun nəyə görə doğulduğu qeyd olunmur. 
Sonradan  bizim  hər  birimiz  öz  həyat  yolumuzda 
doğuluşumuzun  məqsədini  sübut  edirik.  Xalq  da 
eynən belə bütün tarixi boyu öz milli doğuluşunun 
qayəsini dünyaya sübut edərək müəyyən iz qoyur. 
Əlbəttə, çox istərdik ki, qırğız tarixinin bütün dərin 
sirlərini öyrənək. Bizim keçmişimiz sanki qapımızı 
döyərək  bizə  gələcəkdə  zəruri  olacaq  ruh,  ilham, 
güc, əminlik verməklə özünü xatırladır.
Akademik V.V.Bartold yazırdı ki: “Tyan-Şan-
Alay  massivini  arxada  qoymaq  olmazdı,  Şərqlə 
Qərbi  qovuşduran  yolu  onun  başına  dolanmaqla 
salmaq  olmazdı”.    Ona  Makedoniyalı  İsgəndər 
(e.ə.  IV  əsr)  sahib  olmaq  istədi,  ona  Li  Quan-
linin  (e.ə.  104-99-ci  illər)  başçılığı  altında  U  Di 
çinli döyüşçülər hücum etdilər. Onu Uzaq Şərqin 
orduları Sudinfan və Van Çjen-syan (e. 654 və 748-
ci illəri) qismən zəbt etdilər. Onu Teymur (XIV əsr) 
və qərbdən gələn Kokand xanları (XIX əsr) işğal 
182


etdilər. Lakin bütün bunlara baxmayaraq, Tyan-Şan 
və Alayın dağ vadilərində daima Orta Asiya əsas 
çay sistemlərini qidalandıran dağlarının buzlaqları 
kimi  tükənməz  qüvvələr  gizlənmişdir”.  Lakin 
xoşbəxtlikdən, əcdadlarımız gözəl qırğız torpağını 
qoruyub mühafizə edə bildilər. 
Fəxarət  hissi  keçirirəm  ki,  həqiqətən  də 
“Qırğızıstan  –  bizim  ümumi  evimizdir”  şüarı 
bu  gün,  sadəcə,  gözəl  deyilmiş  sözlər  deyil, 
günümüzün  reallığıdır.  Həqiqətən  də,  bu  öz 
görkəmində  inşa  edilmiş  və  orada  məskunlaşmış 
hər bir kəs tərəfindən yaşayış məskəninə çevrilmiş, 
adı  böyük  hərflə  başlayan  Evdir.  İndi  bu  ümumi 
evimizin  tikintisinə  kimin  daha  çox  qüvvə  sərf 
etdiyini  müəyyən  etmək  çətindir,  amma  bir  şey 
aydındır  ki,  müasir  Qırğızıstan  –  respublikanın 
vahid  xalqını  təcəssüm  etdirən  bütün  millətlərin 
birləşərək əmək sərf etdiyi işin nəticəsidir. 
Tariximiz bundan sonra da bizə ilham, güc və 
inam  verəcəkdir.  İlk  qırğız  tarixçisivə  maarifçisi 
Osmonalı  Sıdık  uulu  özü  özünə  sual  vermişdi: 
“Tarixi  bilmək  nəyə  gərəkdir?”  Özü  də  tarixin 
öyrənilməsinin zəruriliyini aşağıdakı kimi açmışdı: 
“Hərarətli  qəlblə  Vətənini  sevən  igidlər  öz 
xalqlarının tarixini bilməlidirlər. Tarix – ən zəruri 
elmlərdən biridir”. Əsas odur ki, bütün tarixi boyu 
qırğız xalqı heç bir zaman öz zehnini, müdrikliyini 
və milli mənəviyyatını itirməmişdir. 
Gələcəkdə  səhv  etməmək  üçün  keçmişi 
bilmək  lazımdır.  Gedilmiş  yolu  dərk  etmək  üçün 
ötənlərə nəzər  salmaq gərəkdir.  Mənəvi “hücum” 
gəldiyi zaman ruhən bu günə bağlı olmaq naminə 
də  keçmişi  öyrənmək  zəruridir.  Beləliklə,  keçmiş 
haqqında  söz  deməyin  zamanı  gəldi.  Aşağıda 
tariximizin əsas qollarını şərti olaraq yeddi dövrə 
bölərək onların üzərində dayanmaq istəyirəm. 
Umetov D. “Vadidə buludlar” 1978-ci il, kətan, yağlı boya, 70 x 122
183


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə