Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek


E.Ə. III-I əsrlər. Millətin yaranma dövrü



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə68/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   64   65   66   67   68   69   70   71   ...   111

 E.Ə. III-I əsrlər. Millətin yaranma dövrü 
Hələ  ötən  əsrin  əvvəllərində  akademik 
V.V.Bartold  yazırdı  ki:  “Qırğızlar  Orta  Asiyanın 
qədim  xalqları  sırasındandır.  Orta  Asiyada  hal-
hazırda  yaşayan  xalqlardan,  güman,  elə  bir  digər 
xalq adı yoxdur ki, ona bu qədər qədimdən tarixi 
abidələrdə rast gəlinsin”. Məhz bu amil də elə bizim 
doğma  torpağımızın  əski  qırğız  məkanı  olmasına 
daha bir parlaq sübutdur.
Qırğızlar  xalqın  tarixin  bütün  mümkün 
kataklizmləri  ilə,  müharibələrlə  və  əziyyət-
məşəqqətləri  ilə  “dolu”  kifayət  qədər  çətin  yol 
keçmişlər.  Bu  yolda  nə  qədər  gur  çaylardan,  sıra 
dağlardan, qızmar səhralardan keçib getmək lazım 
olub! Lap əzəli çağlarda Monqolustandakı Qırğız-
Nur  gölünün  sahillərində  millətin  rüşeymlərinin 
yaranma  zamanında  da,  Yenisey  çayının 
sahillərindəki böyük qırğız xaqanlığının dövründə 
də,  Sayan  dağlarının  ətəklərində  də,  bugünkü 
bərəkətli  Ala-Too  torpağında  da,  Allah  şahiddir 
ki, nə qədər itkilər və sitəm, zülm olmuşdur. Xalq 
folklorundan  gətirilən  bu  misal  köçəri-qırğızların 
həyatının nə qədər ağır olduğunu təsdiq edir:
Dağların yamacında elə bir 
Tozağacı taparsanmı, 
Qırğızın baltası ora dəyməsin?! 
Varmı görən, elə yarğan, dərə 
Qovğalarda başın qoymuş,
Neçə qırğız orda yatmasın?! 
  Çin  tarixçisi  Sıma  Tsyan  (e.ə.  145-86-cı 
illər) özünün “Şi tszı” (“Tarixi salnamələr”) əsərində 
xəbər verir ki, e.ə. 201-ci ildə hunnların hökmdarı 
şanyuy  Mode  qonşuluqdakı  şimal  və  şimal-qərb 
əraziləri  zəbt  etməyə  yollandı.  Bu  yürüşdə  o,  bir 
neçə  müstəqil  tayfanı  –  qyanqunları,  dinlinləri, 
sinliləri özünə tabe etdirdi. Alimlər tərəfindən tam 
sübut edilmişdir ki, çinlilərin qanqun (qequn, tsiqu, 
kiqu və başqa variantlar) adlandırdıqları – qədim 
qırğızlar imiş. Bu məlumatlar “qırğız” etnoniminin 
ilk  dəfə  adının  çəkilməsi  kimi  Qırğızıstanın 
tarixində və tarix elmində mühüm əhəmiyyət kəsb 
edir. 
Bu  məlumatlara  əsasən  təsdiqləmək  olar 
ki,  artıq  e.ə.  III  əsrdə  qırğızların  öz  torpaqları 
olmuşdur.  Beləliklə,  “qırğız”  etnonimi  türk  kökü 
olan çağdaş xalq adlarının arasında ən qədimidir. 
Türk  etnonimləri  “türkmən”,  “özbək”,  “qazax”, 
“uyğur”,  “tatar”,  “başqırd”  və  başqaları  çox  gec 
yaranmışdır. 
Amerikalı diplomat və alim Kannen Katisner 
özünün  “Dünya  dilləri”  kitabında  yazırdı  ki: 
“Hərgah  aşkara  çıxarılmış  2  000  illik  yaşa  malik 
yazılı  tarixi  abidələrə  əsasən  nəticə  çıxarsaq, 
bir  məsələ  aydın  olur:  ən  qədim  türk  xalqı  – 
qırğızlardır”. Əlbəttə ki, türklərin bizim torpağımızı 
“Ata Məkan” adlandırmağı təsadüfi deyildir. 
    “Hələ  e.ə.  201-ci  ildə  qırğız  tayfaları 
müasir Qərbi Monqolustanın və Şərqi Türküstanın 
ərazisində səpələnmişdilər və artıq e.ə. III əsrdən 
başlayaraq qırğızların qərb qolu – tarixi ədəbiyyatda 
daha  çox  usunlar  kimi  tanınan  uyşunlar  Orta 
Asiyada sak tayfalarını sıxışdırır. Şimal qırğızları 
isə Sayan arxasına, Yeniseyə tərəf gedirlər”. Bunu 
başqa bir mənbə sübut edir.
Qırğızların  əski  tarixinin  ən  əzəli  mərhələsi 
tapmacaların  tapmacası  olaraq  qalmaqdadır. 
Bəs  qırğızlar  e.ə.  201-ci  ildə  onlar  haqqında  Çin 
salnamələrində  ilk  qeydlər  olan  zaman  harada 
məskən  salmışdılar?  Bu  barədə  çoxlu  müxtəlif 
fikirlər  hələ  də  qalmaqdadır.  Qırğızların  qədim 
məkanı  kimi  Şərqi  Tyan-Şandakı  Boro-Xoro  sıra 
dağlarını,  Şimal-Qərbi  Monqolustandakı  Qırğız-
Nur  gölü  bölgəsini,  eləcə  də  Şərqi Türküstanı  və 
Tyan-Şanı göstərirlər. Sonuncu varianta, məs., rus 
şərqşünaslığının banisi N.Biçurin də tərəfdar idi. O 
hesab edirdi ki, məhz bu qədim bölgə sonradan ora 
köç etməmiş, burada əvvəldən yaşamış qırğızların 
vətəni sayıla bilər. 
Tan  Şuya  görə,  qədim  qırğızlar  “sərt  qayda-
qanun  və  adət-ənənəyə  riayət  edən  xalqdır. 
Onlar  qürurlu  və  möhkəmdirlər.  Müharibədə  ox-
kaman  və  bayraq  istifadə  edirlər.  Atlılar  əllərini 
və  ayaqlarını  taxta  qalxanlarla  örtürlər,  üstəlik, 
çiyinlərinə  də  girdə  qalxancıqlar  taxırdılar  ki, 
onları  ox  ucluqlarından  və  qılınclardan  qorusun. 
Onların  qanunları  çox  sərtdir.  Döyüşdən  qabaq 
özünü  itirb  qorxaqlıq  göstərənin,  elçi  vəzifəsini 
yerinə  yetirməyənin,  hökmdara  ağılsız  məsləhət 
verənin,  eləcə  də  oğurluq  edənin  boynunun 
vurulması  haqda  hökm  çıxarılır.  Hərgah  oğrunun 
atası  vardısa,  onun  kəlləsini  atasının  boynuna 
184


Kurmanov T. Manas 2-ci cild. “Sırqak” 
1985-ci il, Bişkek, quaş, 30 x 20. Qapar Aytiyev ad. Milli İncəsənət Muzeyi 
185


asırlar, o ölənəcən bu yükü daşımalıdır”. Sözsüz ki, 
bu, qəddarlıq idi, amma qırğızlar tərbiyə naminə və 
millətin namusunun qorunması üçün bu cür zalım 
qanunlara  əl  atmalı  olurdular,  çünki  o  zamanın 
gerçəkliyi özü çox amansız idi.  
  Mezolit,  neolit  və  eneolit  dövrlərində 
Qırğızıstanda  artıq  mütəşəkkil  insan  cəmiyyətləri 
mövcud idi. Tarixnəvislər epoxadan epoxaya həyat, 
məişət, mədəniyyət və insanın həyat fəaliyyətinin 
üsullarının təkamülünü izləyirlər. Yaşamaq uğrunda 
birgə mübarizə aparan 5-6 nəfərlik kiçik qruplardan 
tutmuş daha da böyük kollektivlərin yaradılmasına 
qədər təkamülün mərhələlərini aydınlaşdırırlar.
  Müvafiq  olaraq  Qırğızıstanda  e.ə.  II 
minillikdə  başlanmış  bürünc  dövründə  alimlər 
iki  tipik  mədəniyyət  ayırırlar:  andronov  dövrü 
(Krasnodar  diyarının  Açinsk  yaxınlığındakı 
Andronovo  kəndinin  adı  ilə  əlaqədar)  və  çust 
(Namanqan  vilayətinin  Çust  qəsəbəsinin  adı  ilə 
əlaqədar).  Onlardan  birincisi  daha  çox  çoban-
əkinçilik  tipli  təsərrüfatla,  ikincisi  isə  Fərqanə 
vadisinin  vahələrində  və  çay  vadilərində  oturaq 
əkinçiliklə bağlı idi. 
  Andronovçular  yarımköçəri  həyat  sürərək 
maldarlıqla məşğul olan ilklərdən idilər.
Eramızdan əvvəl I minilliyin birinci yarısında 
Qırğızıstan ərazisi sak, usun və hunn tayfalarının 
təsiri  altında  idi.  E.ə.  I  minilliyin  sonunda 
Qırğızıstan ərazisində iki dövlət birləşməsi əmələ 
gəldi: Tyan-Şanda köçəri Usun və Fərqanədə oturaq 
həyat  sürən  əkinçi  Davan.  Hələ  e.ə.  I  minillikdə 
torpaqlarının  dağönü  və  şərq  hissəsinin  müasir 
Qırğızıstanın ərazisi olan Fərqanə vadisində inkişaf 
etmiş oturaq həyat sürən əkinçi mədəniyyətli dövlət 
yaranmışdı. Bu dövlətin tarixi min ildən artıq olsa 
da,  yazılı  abidələrdə  onun  haqqında  məlumata 
yalnız  e.ə  II-I  əsrlərə  aid  dövrdən  bu  yana  rast 
gəlinir. Çin xronikalarında Fərqanə dövlətinin adı 
Davan  (Daban)  çarlığı  kimi  qeyd  edilir.  Qədim 
türk  dilindən  tərcümədə  “Fərqanə”  və  “Davan” 
sözlərinin mənası “çox gözəl, əsrarəngsiz məkan” 
mənasını verir. Farslar o dövləti “Soq”, çinlilər isə 
“Polono” adlandırırdılar. 
  E.ə.  II  minillikdə  Fərqanə  –  təsərrüfatının 
sahələri  inkişaf  etmiş  güclü  dövlət  idi.  Onun 
iqtisadiyyatının  əsasını  suvarılan  əkinçilik  təşkil 
edirdi.  Fərqanənin  paytaxtı  Ərşi  şəhəri  idi. 
Alimlərin  fikrinə  görə,  Şərqi  Fərqanədə  yarım 
milyon,  Çin  mənbələrinə  görə  isə  300  minə 
yaxın  əhali  yaşayırdı.  Antropoloji  araşdırmaların 
nəticəsinə  görə,  oranın  əhalisi  avropoidlər  idi: 
göz  yuvaları  dərində  yerləşirdi  və  top  saqqalları 
vardı.  Biçurinin  yazdığına  görə,  qırğızların  hunn 
dövründə  qəbilə  halında  toplumları,  birincisi, 
hunnlarla  və  syanbilərlə,  ikincisi,  dinlinlərlə, 
üçüncüsü, usunlarla yaxın qarşılıqlı münasibətlərdə 
inkişaf  edirdilər.  Eramızdan  əvvəl  III  əsrdə 
sak  tayfaları  müstəqilliklərini  qorumaq  üçün 
Əhəmənilər  dövlətinə  qarşı  mübarizə  apararaq 
qəbilə  birləşmələri  yaratdılar.  Artıq  o  zaman 
sakların  mədəniyyəti  birinci  hesab  edilirdi,  lakin 
onların mədəniyyətində skiflərlə oxşarlıq çox idi. 
Onların bəzək əşyalarının üslubu skif-Sibir bəzək 
əşyalarını  (heyvanların  təsviri)  xatırladırdı,  daha 
doğrusu,  orada  ellinizm  ruhu  duyulurdu.  Eyni 
zamanda, Çin tarixçilərinin təsdiqlədiyi kimi, e.ə. 
III minilliyin sonlarında “qırğızların knyazlıqları” 
mövcud  idi.  O  dövrün  əhəmiyyət  kəsb  edən  bir 
neçə rəsminin yığıldığı yerlər Saymalı-Daş qədim 
yaşayış məskənində, Talas, Alay, Kətmən-Tübinsk 
vadilərində və Çolpon-Atı şəhər bölgəsində aşkara 
çıxarılmışdır. 
E.ə.  II  əsrdə  usunlar  sakları  darmadağın 
etdilər və onların ərazisinin xarabazarlıqlarında öz 
dövlətçiliyini  qurdular.  Çin  salnaməsinə  əsasən, 
qırğızlar hündür boyları, kürən saçları, al yanaqları 
və mavi gözləri ilə seçilirdilər. Onların niqtində türk 
sözlərinə  rast  gəlinirdi.  N.V.Küner  qırğızları  belə 
təsvir edir: “...vücudlarına görə hamısı hündür və 
yekəpərdirlər, qırmızı saçları və yaşılımtıl gözləri 
vardır”. Qədim dövrün qayaüstü rəsmlərinə əsasən 
demək  olar  ki,  usunlar  atları  çox  sevərmişlər.  Oş 
şəhəri  və  Aravan  kəndinin  yaxınlığında  indinin 
özündə də “səma atları”nın təsvirlərinə rast gəlmək 
olar.  Ayrı-ayrı  alimlərin  fərziyyələrinə  görə, 
usunların  qədim  dövlətinin  paytaxt  şəhərlərindən 
biri  olan  Çiqu  İssık-Kul  gölünün  cənub-şərq 
sahilində yerləşirmiş. Bu yaxınlarda “İPV News” 
şirkətinin  çəkiliş  qrupunun  nümayəndələri  İssık-
Kul  gölünün  dərinliklərində  ərəb  mənşəli  gümüş 
sikkələr, firuzədən bəzək əşyaları, sak və usunların 
dövrünə aid saxsı məmulatların parçalarını tapdılar. 
A.N.Bernştamın sözlərini burada söyləmək yerinə 
düşər: “Əgər lap qədim zamanda qırğızların vilayəti 
siyasi  cəhətdən  alan  ölkə  idisə,  mədəni  cəhətdən 
verən idi”. 
Qırğızlar  və  usunlar  eyni  kökə  malik  idilər. 
Tədqiqatçı  A.N.Aristovun  fikrinə  görə,  usunların 
əsil adı, hər halda, “qırğız” olmuşdur. N.Y.Biçurin 
(İakinf) türklərin ənənələrini “Orta Asiyada qədim 
dövrdə  yaşamış  xalqlar  haqqında”  kitabında 
təsvirini  verərək,  qeyd  edir:  “Onların  cinayət 
məcəlləsinə  görə:  üsyan,  xəyanət,  qətl,  kiminsə 
arvadı  ilə  zina,  dolaşıq  düşən  atın  qaçırdılması 
ölüm hökmü ilə cəzalandırılırdı.  Baharda və yayda 
rəhmətə  gedənləri  çiçəklər  açılan  məqamda  dəfn 
edirdilər;  payızda  və  qışda  dünyasını  dəyişənləri 
ağacda  yarpaqlar  saralmağa  və  xəzələ  dönməyə 
başlayanda dəfn edərdilər. Doğmaları – şəxsin vəfat 
etdiyi gün, eləcə də dəfn edildiyi gün qurban təklif 
edər, atda çapar və sifətlərini çərtərdilər. Ruhlara və 
cadugərlərə inanırdılar.  Müharibədə ölməyi şərəf, 
186


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə