Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə65/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   61   62   63   64   65   66   67   68   ...   111

Dağ  meşələri  altında  dağlıq  meşə  torpaqları 
yaranır: qonur – küknarkimilər meşələrinin altında, 
qara-qəhvəyi  –  qozluqların  altında  və  qəhvəyi-
qonur  –  Alay  və  Türküstan  silsilələrinin  ardıc 
meşələrinin altında. 
Şam  meşələrinin  qonur  torpaqları  çox 
özünəməxsusdur.  Onlar  adi  qonur  torpaqlardan 
daha tünd rəngləri ilə fərqlənir. Onlarda Tyan-Şan 
ağ  şamının  karbonatlılığı  ilə  əlaqədar  küllənmə 
əlamətləri yoxdur. Bu torpaqlar kalsiumla zəngindir 
və 7%-dən 18%-ə qədər çürüntü tərkiblidir. 
Bitki örtüyü yayılmasının yuxarı sərhədlərində 
kiçik  sahələr  çimli-yarımtorflu  və  yüksək  dağlıq 
poliqonal  torpaqlarla  örtülmüşdür.  Çimli-
yarımtorflu  torpaqlar  üçün  yuxarı  üfüqün  güclü 
çimlənmə  və  torflaşma  xarakterikdir.  Çimlənmə 
və torflaşma çürüntü faizinin yüksəkliyinə (20%-ə 
qədər) rəğmən, torpağın əkinçilik üçün istifadəsinə 
imkan  vermir.  Sərt  yüksək  dağlıq  şəraitdə 
formalaşmış poliqonal torpaqlar torpaq layının zəif 
gücü, çox miqdarda çınqıllaşma, az tərkibli çürüntü 
(4-7%), torflaşma və karbonatlılıqla fərqlənir. 
Murzakərimov A.B. “Xırmanda” 1969-cu il, kətan, yağlı boya, 90 x 149, 5
Torpağı doyuzdurmasan, camaat doymaz;
Qarlar yağar – taxıl bol olar,
Su dağılar – saman yığılar.
175


Landşaftlar 
Qırğızıstanın  landşaftları  dağlıq  ölkə  kimi 
hədsiz  rəgarəngdir.  Termik  şəraitin,  yağıntılar 
rejiminin hündürlüklə bahəm böyük dəyişiklikləri 
təbii yüksəklik qurşaqlarının formalaşmasına gətirib 
çıxarır,  yəni  sanki  səciyyəvi  səhra  landşaftlarının 
dağlıq  landşaftına  keçid  pilləsi  rolunu  oynayan 
dağətəyi ovalıqların əmələ gəlməsi ilə nəticələnir: 
dağətəyi, orta dağlıq və yüksək dağlıq landşaftların. 
Bu  yüksəklik  qurşaqlarının  fiziki-coğrafi  siması 
coğrafi  mövqedən,  səthin  quruluşundan,  torpaq-
bitki  örtüyündən  və  heyvanat  aləmindən  asılı 
olaraq öz xüsusiyyətlərinə malikdir ki, onların da 
hərəsi özünə görə orijinaldır. 
Dağətəyi  ovalıqlar  Qırğızıstanın  ucqarlarında 
1  200  m  hündürlükdə  yerləşir.  Onlar  nisbi  az 
sahəyə  malikdir,  ancaq  mənimsənilmişdir  və 
sıx  məskunlaşmışdır.  Relyef  qərbə  zəif  maili 
və  dağlardan  aşağıya  düşən,  lyoss  torpaqdan, 
lyossşəkilli  gilli  torpaqdan  ibarətdir  ki,  dağların 
yaxınlığında  çox  vaxt  iri  daş  parçaları  və 
qırmadaşla qarışıqdır. Nadir hallarda qumlara rast 
gəlinir.  Burada  güclü,  çox  vaxt  maili  çıxışların 
konuslarından  ibarət  dağaltı  şleyf  geniş  inkişaf 
etmişdir.  Ovalıqlar,  bir  qayda  olaraq,  çayların 
çoxsaylı  dayaz  və  ensiz  vadiləri  və  yarğanlarla 
çarpaz  kəsişmişdir.  Yay  isti  keçir.  Burada 
hökmfərma  torpaqlar  –  yarımsəhralar  inkişaf 
edən  boztorpaqdır:  yovşanlı-efemeroid,  yovşanlı-
efemeroid-şoranlıq,  yovşanlı-dənli,  nadir  hallarda 
çox cüzi sahələrdə saxlanmış dənli və çayırlı çöllər. 
Otların  arasında  kərtənkələlər  şütüyür,  ilanlar 
sürünür. Haçanlarsa tısbağalar yaşasa da, indi gözə 
az dəyir. Quşlar dünyası çoxşaxəlidir: həşəratların 
arxasınca torağaylar, qızılı milçəkqapanlar, çəhrayı 
sığırçınlar şığıyır, qənimət axtaran yırtıcılar – çöl 
qartalları,  müşgüllər,  belibağlılar  havada  aramla 
süzürlər.  İntensiv  təsərrüfat  mənimsəməsi  və  ov 
bildirçinin,  bəzgəyin,  dovdağın  sayının  kəskin 
ixtisarına  gətirib  çıxarsa  da,  onlar  nadir  quşlar 
deyil.  Düzlərdə  gəmiricilərə  –  sünbülqıranlara, 
çölsiçanlarına  və  digər  kənd  təsərrüfatı 
ziyanvericilərinə rast gəlmək mümkündür. 
Çay  subasarlarında  qovaq,  söyüd  tokoy-
pöhrəlikləri  və  doqquzdon,  çaytikanı,  itburnu 
kolluqları  bitir.  Əfsuslar,  bir  çox  tokoyların  artıq 
qırıb kökünü kəsmişlər. 
Yeraltı  suların  çıxış  nöqtələrində  və  səthə 
yaxın yerlərində, yəni, adətən, çıxıntı konuslarının 
uclarının yaxınlığında, bataqlıqlar göllənir. 
Hal-hazırda  dağətəyi  ovalıqlarda  mədəni 
landşaft  hökmfərmadır.  Burada  buğda,  şəkər 
çuğunduru,  pambıq,  tütün,  yem  bitkiləri,  meyvə 
ağacları, tərəvəz becərirlər. 
Dağönü  yerlər  –  Qırğızıstanın  ikinci  təbii 
mərtəbəsi  təqribən  1  200-2  500  m  hündürlükdə 
yerləşir. Dağönü zəncirləri dağiçi yarıqlarla ayrılır, 
bəzən  bir-birinə  paralel  uzanır.  Adətən,  onların 
zirvələri  yastı,  ətəkləri  sıldırım,  eroziya  şırımları 
ilə,  yarğanlarla  kəsik-kəsik  olur  və  çayların 
ensiz  vadiləri  ilə  çarpazlaşır. Tərkibi  gildən,  gilli 
torpaqdan,  bəzən  şoran  qumluqdan,  lyossdan, 
lyossşəkilli  gilli  torpaqdan  ibarət  olur,  çox  vaxt 
səthinə çoxlu iri qaya parçaları, qırmadaş səpələnir; 
bəzən  qırmızı  qumdaşına  rəst  gəlinir.  Dağiçi 
yarıqlarda  kaynozoy  erasının  ikinci  hissəsinin 
geoloji  dövrünün  çay,  göl  və  başqa  çöküntüləri 
geniş yayılmışdır. 
Yayda  temperatur  bitişik  dağətəyi  ovalıqlara 
nisbətən  yüksək  olur.  Qışlar  daha  sakit  keçir. 
Yüksəkliklərdən  və  coğrafi  mövqedən,  habelə 
daxili yarıqların bağlılıq dərəcəsindən asılı olaraq 
atmosfer  yağıntıları  250-600  mm  civarındadır. 
Dağönü  yerlərin  yamaclarında,  dağiçi  yarıqlarda 
qrunt  sularının  çıxışına  təsadüf  olunur  ki,  bunlar 
da  su  təchizatında  mühüm  rol  oynayır.  Torpaq 
növlərindən  burada  boztorpaq,  şabalıdı  və  boz-
qonur torpaqlar geniş yayılmışdır.  
Alçaq 
dağönü 
– 
efemeroid-yovşanlı 
yarımsəhradan ibarətdir. İlk yazda, qar əriyən kimi 
burada ağ krokuslar, qızılı quşsoğanı, sarı, qırmızı 
zanbaqlar  çiçək  açır,  ancaq  çox  tezliklə,  quraqlıq 
düşən kimi güllər solur, vegetasiyanı bitirir və hər 
şey  bozarır.  Yalnız  dəngil-düngül  yovşan  kolları 
gözə dəyir. 
176


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə