Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə64/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   60   61   62   63   64   65   66   67   ...   111

çıxır.  Mənşələr  –  yeraltı  suların  çıxışları  –  dağların 
yamaclarında,  dərələrin  dibində,  çayların  yatağında, 
çay  terraslarının  üstü  açılmış  suçəkər  laylarında 
müşahidə olunur. Ələlxüsus, dağətəyi ovalıqlar boyu 
konusların  çıxışlarının  sonlarında  daha  çox  bulaqlar 
var.
Yeraltı  suların  keyfiyyəti  çox  fərqlənir.  Dağlıq 
rayonlarda  suların  tərkibində,  bir  qayda  olaraq  çox 
az ərinmiş maddələr olur, dağətəyi ovalıqlarda isə su, 
adətən,  azca    şoranlaşır.  Duz  yataqları  yaxınlığında 
–  Norusda,  Koçkor  vadisində  və  Kətməntübin 
çökəkliyində yüksək şoranlıq səviyyəli mənbələrə rast 
gəlinir.  Məs.,  Çatrıgöl  kimi  karbonatlı  mənbələr  də 
var. Onlarda su soyuq və dəmir tamlı olur. Onu qırğız 
nazranı adlandırırlar.     
Araşanlar  –  termal,  yaxud  isti  irmaqlar  çox 
böyük  dəyər  kəsb  edir.  Onlar  Qırğızıstanın  bir  çox 
bölgələrində yayılmışdır. Hal-hazırda təqribən 25 qrup 
araşan məlumdur. Onların mənbəyi, ehtimalən, onunla 
bağlıdır  ki,  yüksək  dağlıq  yerlərdə  dərin  tektonik 
yarıqlarda  ərinti  və  yağış  suları  yerin  tərkinə  sızır, 
orada isinir və artıq digər yarıqlardan yolda soyuyaraq 
torpağın  səthinə  çıxır.  Mənbələrin  əksəriyyəti  1litr 
suya 1 qramdan da az ərinmiş duz ehtiva edir. Onlardan 
bəzilərini  mineral  su  adlandırmaq  olar.  Bu,  1  litrə  4 
qr ərinmiş duz olan Cəlalabad və litrində 13 qr duzlu 
Cetı-Oquz sularıdır. Bineyi-qədimdən termal bulaqlar 
müalicəvi  məqsədlərə  qulluq  edir.  Bu  gün  onlardan 
bəzilərinin ütündə balneoloji kurortlar inşa onumuşdur 
– İssıkata, Cəlalabad, Ceto-Oquz, Aksu.
Şimali 
Qırğızıstanda 
Terskey 
Ala-Too 
silsiləsindəki  “Qızıl  bulaq”  (Altun-Araşan)  dərəsi 
heyrətamiz  dərəcədə  füsunkardır.  Bu  dərənin 
müalicəvi,  isti,  kükürdlü-hidrogenli  və  radonlu 
bulaqlarının  şan-şöhrəti  uzaqlara  yayılmış,  dərə  isə 
onların şərəfinə elə şairanə adlandırılmışdır.       
Göllər  Qırğızıstanda  nisbətən  azdır,  fəqət 
genetik  tiplərinə  görə  rəngarəngdir.  Bəzi  dağarası 
çökəkliklərdə tektonik mənşəli nisbətən böyük göllər 
yerləşir:  İssık-Kul,  Son-göl,  Çatır-göl.  Güman  ki, 
əvvəllər  belə  göllər  Susamır,  Kətməntübin  və  özgə 
çökəkliklərdə olubmuş. Bəzi dərələrdə bəndli göllərə 
– sallanmış qayaların uçulması, torpaq sürüşməsi, sel 
axını,  yaxud  buzlaq  çeşmələrinə  morenlər  tərəfindən 
bənd  atılması  nəticəsində  yaranmış  göllərə  təsadüf 
olunur. Belə göllərə nümunə kimi Çatkal silsiləsində 
Sarıçələk, Kavakda Akgöl, Talas Alatauda Beşdaş və 
b.  göstərmək  olar.  Yüksək  dağlıq  yerlərdə  xırda  kar 
(cam, piyalə) gölləri var. Bir qayda olaraq, onların suyu 
firuzeyi  və  çox  soyuqdur.  Həmçinin  karst  göllərinə 
təsadüf  olunur,  ələlxüsus,  Çatkal,  Alay  və  Fərqanə 
silsilələrində.    
Göllərin çoxu axarlı və şirinsuludur. Yalnız İssık-
Kul və Çatırgöl suları azca duzludur. Bir çox göllərdə 
üzvi həyat zəif inkişaflıdır, çünki soyuq olur: göllərin 
əksəriyyəti  yüksək  dağlıq  ərazilərdə  yerləşir.  Yalnız 
əksərən lilli düzənlik  göllərində üzvi həyat qaynayır, 
lakin onlar tezliklə bataqlıqlaşır.
Qırğızıstanda  bataqlıqlar    azdır.  Onlar  ərazinin 
cəmi  0,5  %-i  tutur.  Sovet  İttifaqı  üzrə  bu  rəqəm  10 
%-dir, ölkənin bəzi bölgələrində isə hətta 50%-i keçir. 
Bataqlıq, yaxud burada deyilən kimi sazlar – adətən, 
dərələrdə,  vadilərdə,  dağətəyi  düzənliklərdə  kiçik 
ləkələr kimi seçilir. O yerlərdə su çıxışlarınım konusları 
bitir,  yaxud  qrunt  suları  yer  səthinə  yaxınlaşır.  Çox 
vaxt sazlarda cil bitir.   
Matayev J. “Payızda nohur” 2008-ci il, kətan, yağlı boya, 53 x 94, 5 
173


Torpaqlar 
Qırğızıstanda, əsasən, dağ torpaqları təşəkkül 
tapmışdır.  Onların  yerləşməsi,  bir  qayda  olaraq, 
yüksəklik qurşağının qanununa tabedir.
Əsas  əkin  torpaq  fondunu  boztorpaq  təşkil 
edir.  Onlar  isti,  quru  iqlim  şəraitində  yaranır. 
Şimal – Yeddisu, yaxud Çuy və Talas vadilərində 
yayılmış  azkarbonatlı  və  adi  cənub,  yaxud 
Fərqanəyanı  Qırğızıstanda  rast  gəlinən  tipik 
torpaqları  fərqləndirirlər.  Adətən,  onlar  dağətəyi 
ovalıqlarda 1 200 m hündürlükdə dağönü sahələrdə 
inkişaf etmişdir. Boztorpağın çox hissəsi əkinçilik, 
hər  şeydən  öncə  suvarmanın  təsiri  altında  köklü 
dəyişikliyə  uğramışdır.  Boztorpağın  tərkibi 
zəif  çimlidir,  struktursuzdur,  2-3%  çürüntü  var, 
karbonatlıdır,  zəif  təbəqələşmiş  torpaq  profilinə 
malikdir. Yüksək kapillyarlılıq və sukeçirənlik su 
rejimini  və  mineral  duzların  bitkilərin  köklərinə 
çatdırılmasını  yaxşılaşdırır  ki,  bu  da  onları 
münbitləşdirir.  Eyni  zamanda,  bu  keyfiyyətlər 
şoranlaşmaya  və  səthdə,  ələlxüsus,  suvarmadan 
sonra, boşaltma tələb edən qabıq bağlamaya səbəb 
olur. Yüksək məhsul almaqdan ötrü bu torpaqları 
səylə becərmək, işləmək lazımdır.    
Daxili  Tyan-Şanda  əkinçilik  üçün  eyni 
əhəmiyyəti  açıq-qonur  yaxud  daxili  Tyan-Şan 
torpaqları kəsb edir (əvvəllər bir çox torpaqşünas 
onu boztorpaq tipinə aid edirdi). Onlar 2 200 m-ə 
qədər  hündürlükdə  dağarası  yarıqların  dibini  və 
dağönünü örtürlər. Torpaqların tərkibində çürüntü 
azdır, zəif çimlidir, çox vaxt şorantəhərdir. Onların 
məhsuldarlığını  artırmaq  üçün  mineral  gübrələrin 
əlavəsi zəruridir. 
Açıq-qonur  və  tünd-şabalıdı  (dağlıq-ovalıq, 
dağlıq)  torpaqlar  geniş  yayılmışdır.  Onlar 
boztorpaqdan  fərqli  olaraq  daha  rütubətli  iqlim 
şəraitində yaranır. Adətən, belə torpaqlar dağətəyi 
ovalıqlarda, dağarası yarıqlarda, dağönündə, 3 000 
m hündürlüyə qədər dağ yamaclarında rast gəlinir. 
Tərkibində  çürüntü  azdır,  2%-dən  6%-ə  qədər. 
Şabalıdı torpaqlar karbonatlı illüvial üfüqlü dəqiq 
ifadə  olunmuş  profilə  malikdir.  Çox  vaxt  onlar 
çınqıllı və şoran olur. Şabalıdı torpaqlar əkinçilikdə 
istifadə olunur. 
Fərqanə  vadisini  əhatələyən  silsilələrin 
ətəklərində,  1  600  m-dən  2  700  m-ə  qədər 
yüksəklikdə,  yayda  nisbi  isti  və  quru  olan  yerdə 
qəhvəyi torpaqlar yayılmışdır. Onların fərqləndirici 
cəhəti  –  üst  çim  üfüqünün  qəhvəyi,  yaxud  boz-
qəhvəyi  rəngi,  profil  üzrə  aşağı  düşdükcə  qozlu-
kəsəkli  struktura  keçən  kəsəkli  strukturu,  yaxşı 
ifadə  olunmuş  karbonatlı-illüvial  üfüqü,  yüksək 
tərkibdə çürüntüsü (4-13%), gilliliyidir. 
İssık-Kul  çökəkliyinin  şərqində  və  Kungey-
Alataunun  Qırğız  silsiləsinin  şimal  yamaclarında 
yetərincə  rütubətli  şəraitdə  qaratorpaq  formalaşır. 
Onun üçün yaxşı ifadə olunmuş çürüntü üfüqünün 
möhkəm  strukturu,  dəqiq  profil  və  yüksək  faizli 
çürüntü  (6-13%)  xarakterikdir.  Qaratorpaqda 
karbonatlı-illüvial  üfüq,  şabalıdı  və  qəhvəyi 
torpaqlarda olduğundan daha dərində yerləşir. 
Dağətəyi  ovalıqların  çay  sututarlarında  və 
terraslarında,  çıxıntı  konuslarının  sonluqları 
yaxınlığında  qrunt  sularının  bol  çıxan  yerlərində 
və  dağlarda  –  dağ  çaylarının  subasarlarında  və  2 
000  m-dən  4  000-m-ə  qədər  hündürlükdə  ən  çox 
yağıntı  qəbul  edən  dağ  yamaclarında  müxtəlif 
çəmənlik  torpaqları  inkişaf  etmişdir.  onlar  üçün 
inkişaf  etmiş  strukturlu,  çürüntülü  üfüqlü  dəqiq 
profil, karbonatların tamamən qaibliyi və neytral, 
yaxud  zəif  qələvili  reaksiya  səciyyəvidir. Yüksək 
səviyyəli  çürüntü  (20%-ə  qədər)  çəmənlik 
torpaqlarında yaxşı məhsul götürməyə imkan verir. 
Bu torpaqların çatışmayan cəhəti – aşağı üfüqlərdə 
çınqılın  böyük  həcmdə  toplanması  və  cilliklərin, 
kobreziyalı  çəmənliklərin  altında  inkişaf  edən 
torflaşmadır.       
174


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə