Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə61/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   57   58   59   60   61   62   63   64   ...   111

çoxyarpaq karaqana, Tyan-Şan albalısı, kurçavka, 
çəmənlik-çöllüklərdə isə itburnu, spireya, kizilnik, 
doqquzdon və b.-dır
Şimal çölləri əsasən, narın çimli dənli bitkilərlə 
örtülmüşdür  –  məs.,  şırımlı  topal,  qumotu, 
ovsets,  keleriya,  daraqotu,  süsən,  ptilaqrostislər 
və  hər  cürə  ot-ələflə.  Bunlar  yovşanlar  –  tərxun 
və  səndəlyarpaq  yovşan,  solneçnik,  qara  yonca, 
qaytarma, boymadərən, edelveys, sosüreyadır.
Çəmənlik-çöllüklərdə  müxtəlif  ot-ələf  bitir. 
Üstəlik, ayrıq, süsən, cil (qumotu) kimi kökümsovlu 
dənli  bitkilər  də  az  rol  oynamır.  Daha  rütubəti 
sevən cüəbəcürə otlar toplumu üstünlük təşkil edir: 
çölnoxudu,  qatıqotu,  voloduşka,  ostrolodoçnik. 
Çöllük-çəmənlik ərazilərin örtüyü quru çöllüklərə 
nisbətən, daha sıx və hündürdür.
Cənub  hündürotlu  çöllər  və  çəmənlik-çöllər 
əsasən  respublikanın  cənubunda  –  Türküstan, 
Alay,  Fərqanə  və  Çatkal  silsilələrinin  alçaq  dağ 
bölgələrində  hökmfərmadır.  Оnların  içində  ayrıq, 
söyüdyarpaq şəmür, çaşır, pranqos, qankəsən ağot 
və b. ot tapmaq olar. Çəmənlik-çöllərdə bu otlara 
çoxlu tonqalotu, pişikquyruğu, süsən, qara yonca, 
çölnoxudu, çobandarağı da əlavə olunur.
Çöllərin  bitki  örtüyündə  ən  çox  yeri  istiyə 
və  rütubətə  tələbata  görə  səhra  və  çəmənlik 
bitkiləri  arasında  orta  mövqeyi  tutan  bitkilər 
götürür.  Çöllüklərin  nəbatatının  özülünü  çimli 
dənli  bitkilər  təşkil  edir  –  çox  xarakterik  qıllı, 
bəzi  hallarda  göyümtül  yarpaqlı  qumotu,  şırımlı 
topal,  ptilaqrostislər  təşkil  edir.  Həmçinin  böyük 
rolu  yarımkolluqlar  oynayır  –  yovşan,  ərküdə  və 
hər  cür  bərri-biyaban  ot-ələfi:  qaytarma,  çaşır, 
zmeeqolovnik – adətən, xırdayarpaq, xovlu, yaxud 
göyümtül, çox vaxt kələ-kötür və tikanlı yarpaqlarla. 
Həmçinin efemerlər və efemeroidlər səciyyəvidir. 
Çöllərə,  səhralardan  və  yarımsəhralardan  fərqli 
olaraq  bitkilərin  zəngin  növ  tərkibi,  habelə  bitki 
örtüyünün sıxlığı xasdır.
Vadi  çölləri  və  çəmənlik-çölləri  suvarılaraq 
taxıl, texniki, yem və meyvə bitkilər əkilir. Alçaq 
dağlıq çölləri və çəmənlik-çöllərdə taxıllar dəmyə 
üsulu ilə becərilir.
Respublikanın  daha  rütubətli  əraziləri 
çəmənliklərdən  ibarətdir.  Alçaq  çökəkliklərdə 
və  aşağı  dağlıq  bölgələrdə  çay  sahili  boyu  qrunt 
sularının çıxışlarında az miqdarda sahələr atmosfer-
qrunt  rütubətindən  qidalanır.  Çəmənlərin  əsas 
massivləri  yüksık  dağlıqlarda  və  orta  dağlıqlarda 
yerləşir. Orada torpağın rütubətə ehtiyacı atmosfer 
yağıntıları  ilə  ödənilir.  Belə  çəmənlər  atmosfer 
qidalı, yaxud dağ çəmənləri adlanır. 
Çəmənlər – yüksək rütubət tələb edən bitkiləri 
bitirir. Bunlar – dənli bitkilər, cillər, nisbi enli və iri 
yarpaqlı  ot-ələfdir.  Çəmənlər  bütün  respublikada 
geniş yayılmışdır, ancaq ən çox şimalda və şərqdə 
xarakterikdir.
Dağlıq  çəmənliklərin  arasında  yuksək  otlu, 
orta  otlu  və  alçaq  otluları  fərqləndirirlər. Yüksək 
otlu  çəmənlər  alçaq  və  orta  dağlıqlarda,  şimalda 
və          cənubda  bitkilərin  növlərinə  görə  seçilir. 
Şimalda  –  daktilis  (yeja),  tonqalotu,  sürünən 
ayrıq, süsən, qısaayaq (korotkonojka), çölnoxudu, 
akonit,  çayırsədəfi  və  s.  Cənubda  –  daktilislə 
(yeja),  süsənlə,  çölnoxudu  ilə  birgə  böyük  rolu 
meşəsüpürgəsi,  soğanaqlı  arpa,  çobandarağı, 
pranqos (şaşır), çaşır və aşılayıcı akonoqonon və s. 
növlər movcuddur. Ot örtüyünün hündürlüyü 1-1,5 
m-ə çatır. Təsərrüfatda hündür otlu çəmənlər əsas 
etibarilə ot çalımı üçün istifadə olunur, çünki belə 
çəməndə 1 ha-dan 20-25 sentner saman əldə etmək 
mümkündür. 
Orta hündürlüklü çəmənlər orta dağlıqlarda və 
yüksək  dağlıqların  aşağı  hissələrində  yerləşir  və 
burada hər cür ota rast gəlmək olar: şəmür, ətirşah, 
anemon, Asiya qızartması (kupalnitsa), şirpəncəsi, 
süsən. Dənli bitkilər də böyük əhəmiyyət kəsb edir: 
süsən,  cır  yulaf,  ovsets,  itquyruğu.  Burada  otun 
hündürlüyü 35-50 sm-i ötmür.
Orta  və  hündür  otluqlarda  çox  vaxt  kol-kos 
da  bitir.  Orta  hündürlüklü  çəmənlərdə  adətən 
doqquzdona, qarağata, yallı karaqanaya, Türküstan 
ardıcına,  söyüdə,  hündür  otların  arasında  isə 
itburnuya, doqquzdona, yayılıcı dağ muşmulasına 
(kizilnik) təsadüf edilir. 
Alçaq  otlu  çəmənliklər  yüksək  dağlıqlarda 
yerləşir. Burada dağ süsəni, kobreziya, cil, madımak 
(qorets),  ətirşah,  şəmür,  süsən,  sarı  centiyan 
(qoreçavka),  qaytarma,  oksitrop  (ostrоlodoçnik), 
şehduran.  Otun  hündürlüyü  25-35  sm-i  aşmır. 
Onlar  da  orta  hündürlüklü  çəmənlər  kimi  yaxşı 
örüşlər qismində istifadə olunur. 
Demək  olar  ki,  hər  yerdə  (yüksək  dağlıqdan 
savayı) çəmənlik və çöllük örüşlərin həddən artıq 
yüklənməsi  məhsuldarlığın  azalmasına  və  pis 
yeyilən, yaxud yeyilməyən bitkilərin çoxalmasına 
gətirib  çıxarmışdır.  Otlaqların  əndazəsiz  istismarı 
bir  çox  çöllük  ərazinin  səhralaşması,  çəmənlərdə 
heyvanların  hədsiz  otarılması  daha  məhsuldar 
dənlilərin  sahələrinin  azalması,  müxtəlif  ot-ələfli 
bitki örtüyünün genişlənməsi ilə nəticələnmişdir.  
Qırğızıstanda 
meşələr 
ərazinin 
3%-i 
tutmuşdur.  Meşələr  orta  dağlıq  sahələrdə,  nadir 
hallarda şimala yönəlmiş alçaq dağ yamaclarında, 
həmçinin  dərələrdə  bitir.  Onların  ən  çoxunu 
şamlıq,  ardıclıq  və  qozluqlar  təşkil  edir.  Həm 
də  ağ  şamlıqlara,  almalıqlara,  ağcaqayınlıqlara, 
167


tozağacılıqlara,  söyüdlüklərə,  qovaqlıqlara  ürcah 
olmaq mümkündür.  
Şamlıqlar  mütənasib  Tyan-Şan  şamından 
(Şrenk  şamı)  ibarətdir.  Bu  meşələrin  çox  hissəsi 
İssık-Kul  çökəkliyində,  Terskey  və  Kungey 
Alatausunda; Daxili Tyan-Şanda, Narıntau, Atbaşı, 
Baydulı və digər silsilələrdə; Qırğız sıra dağlarında, 
Çon-Kəmin,  Tara  və  b.  çayların  hövzəsində 
yayılmışdır.  Şamlıq  meşələr  1  600  m-dən  3  100 
m-ə  qədər  hüdürlükdə  bitir.  Çox  vaxt  şamlara 
quşüzümü, tozağacları, hündürgövdə söyüdlər, bəzi 
yerlərdə ağackimi ardıc və ağcaqovaq qatılır. Alçaq 
boylu meşələrdə adətən, doqquzdon, itburdni, yallı 
karaqana,  söyüd,  Türküstan  ardıcı  boldur.  Bir 
qayda olaraq, ot örtüyü çəmənliklə identikdir, nadir 
hallarda çəmənlik-çöllük xarakteri daşıyır. 
Fərqanə  və  Çatkal  silsilələrinin  cənub 
yamaclarında  1  500  m-dən  2  800  m-ə  kimi 
hündürlükdə  iri  qozluq  massivləri  yayılmışdır. 
Oralarda qozla bahəm qırğız alması, soqd gavalısı, 
Türküstün  ağcaqayını  bitir.  Alçaq  meşələrdə 
itburnu, doqquzdon, abeliya, bəzən isə ekzexorda 
və aflatuniya böyüyür. 
Ot  tərkibi  rəngarəngdir  və  meşə  iri  ot 
örtüyündən  –  Tomson  liqulariyası,  Томсона, 
Cunqariya  xaçgülü,  Beneken  tonqalotu,  nəhəng 
cır  yulaf,  meşə  qısaayağı  (korotkonojka)  kimi 
bitkilərlə zəngin örtükdən ibarətdir. Bu meşələrdəki 
təmiz  pöhrəliklərdə  qırğız  almaları,  Türküstan 
ağcaqayını, adda-budda soqd gavalısı və soqd vəni 
tapmaq olar.
Ağackimi  ardıclar.  Türküstan  yarımkürəvi, 
Zərəvşan  ardıcı  meşələri  –  Türküstan  və  Alay 
silsilələrində  geniş  əraziləri  tutur.  Onlar  Talas 
Alatausunda  da  təsadüf  edilir  (Talas  ardıcı). 
Yarımkürəvi Türküstan ardıcı isə Qırğız silsiləsində 
və  Daxili  Tyan-Şanda  bitir.  1  200  m-dən  3  000 
m-dək  hündürlükdə  yayılmışlar.  Adətən,  quru, 
seyrək,  nisbətən  alçaqboylu  meşələrdir,  bəzi 
yerlərdə  seyrək  meşəliklərə  keçir.  Ağacların 
arasında adda-budda topulqa, itburnu, doqquzdon 
kolları gözə dəyir. Onların bitki örtüyü çöllük və 
çəmənlik-çöllüyündür.
Ağ  şam  ağaclıqları  Semyonov  ağ  şamından 
ibarət  olur.  Ağ  şamlıqlara  Talas  Alatausunun 
Beşdaş hövzəsində, Kətməntübinsk çökəkliyindəki 
Uzunəhməd  çayı  boyu,  Çatkal  silsiləsinin 
cənub  yamacında  –  şam  ağacı  meşələri  ilə  eyni 
hündürlükdə rast gəlinir. Ağ şam ağacının yanında 
bitənlər digər bitkilər isə Tyan-Şan şamınkıları ilə 
eynidir  (ağcaqovağı  istisna  etməklə).  Bunlardan 
əlavə,  oralarda  ekzexorda,  abeliya,  əflatuniya  da 
tapmaq  olar.  Çatkal  silsiləsində  Semyonov  ağ 
şamına Tyan-Şan şamı qarışır. 
Söyüd və qovaq meşələri çayların sututarlarında 
bitir. Adətən, onları tuğay, ya da tokoy adlandırırlar. 
Sahil qarağat, çaytikanı, karaqana kolluqları da belə 
adlanır.  Susamır,  Qaragöl  (Susamır  əski  yaşayış 
məskəni),Talas,  Kökömərən,  Narın,  Atbaşı  boyu 
böyük sututar meşələri bitmişdir. 
3  600  –  4  000  m  hündürlükdəki  ən  yuxarı 
nəbatat  sərhədlərində  çox  sahə  boşluqdur,  yaxud 
ən  soyuğadavamlı  bitkilərdən  –  kobreziya, 
ptilaqrostis,  ağ  qırtıc,  çır  yulaf,  meşə  süpürgəsi, 
qorkuşa  (sosyureya),  şibyə,  mamırdan  ibarət  qağ 
tundrasıdır. Adətən, boşluqlardan yay örüşləri kimi 
istifadə  edirlər.  Eynən  bu  hündürlüklərdə  kiçik 
sahələr driad gülü, dağ sosyureyası, ostrolodoçnik 
(oksitrop)  kimi  yüksək  dağlıq  balışkimilərilə 
örtülüdür.    Bitkilər  istini  və  rütubəti  saxlamaq 
üçün yerə yatır və balış görkəmi alır. Adda-budda 
yastıqların arasından  cil,  yaxud  sarı  süsən  kolları 
bitir.
Qoz meşələri – ölkənin fəxarəti
Baharda  dağların  boz  və  qırmızımtıl-qonur 
yamacları çiçəkləyən almanın və alçanın köpüklü 
çiçəkləri ilə örtülür, qırmızı və çəhrayı zanbaqlar, 
lalələr,  qızılgül  topluları  bütün  aləmi  bürüyür 
və  dağlara  xüsusi  bəzək  verir.  Yaşıl  meşə  zolağı 
yayda qaynar Fərqanə vadisi ilə Arslanboba – qoz 
massivinin  mərkəzinin  yaxınlığındakı  bərq  vuran 
ağ qarlı zirvələr arasındakı təzadı daha da nəzərə 
çarpdırır. 
Təbii  qoz  məhsul  verməyə  10-15,  bəzən  isə 
hətta 20 ildən sonra, yeni “ideal” sortu isə iki ildən 
sonra başlayır.
Qırğızıstanda yetişdirilmiş yeni qoz sortlarına 
Krasnodar  diyarında,  Krımda,  Özbəkistanda, 
Tacikistanda,  Gürcüstanda  rast  gəlmk  olar.  Artıq 
qozun  8  növü  qəbul  edilmişdir,  onların  içində 
qozçuların  arzusu  “oş”,  “desert”  və  “ideal”  –  tez 
bəhər verən, şaxtaya davamlı sortlar da vardır.
Bu  nə  möcüzədir?  Biz  vərdiş  etmişik  ki, 
qoz  ağacları  30  metrə  qədər  hündürlükdə  olan 
nəhənglərdir.  Amma  “ideal”  –  cırtdan-ağacdır, 
hər  biri  on  qramlıq  qozlarla  örtülən  yaşıl  ağacın 
hündürlüyü yerdən bir metrə qalxır.
Qoz meşələri – gələcəkdə ittifaq dərəcəli iqlim 
kurortlarının  məkanıdır,  belə  ki,  iqlim  burada 
İsveçrənin  kurortlarından  geri  qalmır.  Buranın 
təbiəti turistlərin ürəyincə olacaq, eləcə də ləpirçi 
və  naturalistlərin  ixtiyarına  geniş  müşahidə, 
tədqiqat  və  flora,  fauna  kolleksiyası  üçün  yaxşı 
imkanlar verilmişdir.
Sarı-Çələk,  Ken-Göl  və  başqa  dağ  gölləri 
burada  zümrüd  ormanlıqlar  içində  mavi  ləkələri 
168


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə