Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə60/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   56   57   58   59   60   61   62   63   ...   111

meşələrdə  bitir,  efedra  isə  səhra-çöllük  və  dağlıq 
zonada.  
Cır  moruq  İssık-Kul  gölünün  həndəvərində, 
Boom  dərəsindəki  qayaların  səthində  və  daş-
kəsəkli dağ yamaclarında çox yayılmışdır. 
Çaytikanı qəribə bitkidir. Qırğızıstanda yalnız 
İssık-Kul  gölünün  sahilində  və  Çuy  vilayətində 
deyil, bütün rayonlarda çayların sahilinə yayılaraq, 
çətin keçilən kolluqlar əmələ gətirib. Yerli camaat 
onlara  çıçırkənək  deyir.  Çaytikanının  meyvələri 
karotin,  alma  və  digər  üzvi  turşuları  (2.7%-ə 
qədər),  şəkər  (3,5%-ə  qədər),  aşılayıcı  maddələr, 
C,B2, E  və b. vitaminləri ehtiva edir. Təbabətdə 
geniş  istifadə  olunur.  Ələlxüsus,  meyvələrdən 
alınan  çaytikanı  yağı  yüksək  qiymətə  malikdir. 
Hal-hazırda  çaytikanı  Qırmızı  kitaba  salınmışdır 
və qanunla mühafizə olunur.
Semyonov ağ şamı – 30 m hündürlüyə qalxan, 
gur  tünd-yaşıl  iynə  yarpaqlara,  ehramşəkilli  taca 
malik  ağacdır.  Yüksək  dekorativ  xüsusiyyətləri 
var. Ağ şam meşələri Qırğızıstanda 6 min ha sahəni 
tutur, əsas etibarilə Çatkal silsiləsində yerləşir. 
Zanbaq  –  Tyan-Şanın  fəxridir.  Qırğızıstanda 
onun 20 növü bitir. Onlardan iri al-qırmızı, moruğu, 
ortası  qara Albert  zanbağı;  enli  xallı  yarpaqlı,  iri 
narıncı-qırmızı  güllü  Qreyq  zanbağı;  zahirdən 
qırmızımtıl-bənövşəyi, daxildən ağ, yaxud çəhrayı, 
dibində  sarı,  nadir  hallarda  ağ  ləkəli  Kaufman 
zanbağı; ortasında qara xallı incə qırmızı, narıncı-
qırmızı,  yaxud  sarı  güllü  Ostrovski  zanbağı.  Bu 
güllər  Qırmızı  kitaba  salınmış  və  respublikada 
qorunan  bitkilər  siyahısındandır.  Mədəni  şəkildə 
becərilir,  bir  çox  ölkənin  botanik  bağlarında 
sınaqdan çıxarılmışdır. 
Üvəz  (quşarmudu)  –  gözəl  meyvə  ağacıdır. 
Üvəzin meyvələri al-qırmızı, acıdır, dondurulandan 
sonra acılığı gedir. Sentyabrın əvvəlində yetişir və 
bütün qışı ağaclarda sallanıb qalır. Quş armudunun 
giləmeyvəsi vitamin yığımıdır. Vitamin C, karotin, 
şəkər,  acı  və  aşılayıcı  maddələr,  alma  turşusu, 
sorbit  spirti  və  digər  maddələr  bu  giləmeyvəyə 
toplanmışdır. Polivitamin vasitə kimi istifadə olunur. 
Yeyinti sənayesində isə spirt-araq məmulatlarının, 
mürəbbələrin, rıçalların və s. istehsalında işlənir. 
Qara-qarağat  –  ikmetrlik  koldur.  Qırğızıstan 
ərazisində  bir  neçə  növ  qarağata  rast  gəlmək 
olar  (Meyer  qarağatı, Yanıçevski  qarağatı  və  b.). 
yabanı  halda  dağ  yamaclarında,  dərələrdə,  kiçik 
meşəliklərdə  bitir,  mədəni  bitki  kimi  becərilir. 
Qarağatın  giləmeyvələrinin  çox  faydalı  olduğu 
hamıya  bəllidir.  Onların  tərkibində  üzvi  turşular, 
C  vitamini,  efir  yağı,  şəkər,  aşılayıcı,  boya 
maddələri və s. var. Qarağatdan yüksək vitaminli 
ekstraktlar,  mürəbbələr,  müxtəlif  içliklər,  şirələr, 
sirop və b. hazırlanır. Ancaq hamıya məlum deyil 
ki,  qarağat  yarpağı  təbabətdə  tərqovucu  və  yel 
əleyhinə  vasitələr  qismində  işlədilir.  Yarpaqları 
konservləşdirmə  zamanı  və  tutmalarda  qoyulur. 
Tutma  xiyar,  pomidor,  göbələyin  dadı  digər 
ədvalarla bahəm qarağat yarpağı ilə daha dadlı olur. 
Qarağat  tumurcuqları  efir  yağı  ehtiva  edir, 
onlardan qənnadı sənayesi üçün meyvə essensiyası, 
siroplar,  likörlər  hazırlanır.  Meyvələr  avqust-
sentyabrda yetişir.
Dağların  yamaclarında,  süni  salınmış  meşə 
sahələrində qara yumurtavari meyvəli, hündürlüyü 
üç m-ə çatan kolluqlara rast gəlinir. Bu, murdarçadır. 
Cəlbedici  sulu  meyvələri  dadlı  deyil,  şirintil-
acımtıl  dad  verir.  Lakin  ondan  işlətmə  dərmanı 
kimi istifadə etmək olar. Giləmeyvələrin tərkibində 
ramnoemodini 
parçalayan 
antroqlikozidlər, 
şəkər,  pektin  maddələri,  kitrə,  rəngləyici  və 
başqa maddələr var. Giləmeyvənin tam yetişməsi 
avqustda  olur,  demək  olar  ki,  şaxta  vurana  qədər 
tökülmədən kolun üstündə qala bilir. 
Koyçu  batık  –  quşəppəyi.  Bu  bitki  öz  adını 
çobanların  heybəsinə  və  ya  tənbəki  kisəsinə 
bənzəyən  meyvəsinin  qeyri-adi  formasına  görə 
almışdır.
Bu,  uzunsov  dəstə  halında  xırda  ağ  çiçəkləri 
olan, balaca, birillik ot bitkisidir. 
Kaakım  –  zəncirotu.  Yer  kürəsində  ən  çox 
yayılan və uşaqlar tərəfindən sevilən bitkidir. Bizdən 
hər  birimiz  uşaq  vaxtı  onun  yumşaq  başcıqlarını 
üfürməkdən zövq almışıq. O, parklarda, qazonlarda, 
çəmənliklərdə, yol kənarlarında, meşə talalarında, 
çəmənlərdə,  yaşayış  məntəqələrində,  bərri-
biyabanda, yüksək dağlarda bitir. Qırğızıstanın ən 
müxtəlif  ekoloji  zonalarında  zəncirotunun  40-a 
yaxın növünə rast gəlinir.
Kadimki  tanatsetum  –  dağ  tərxunu.  Bu, 
çoxillik, dik dayanan, yuxarı hissəsi şaxəli bitkidir. 
Yarpaqları növbəli şəkildə, lələkli, ikiyə bölünmüş 
haldadır. Bitkinin güclü səciyyəvi qoxusu var. Gül 
səbəti nazik qalxanaoxşar sarı rəngli hamaşıçiçəklə 
toplanmışdır.  Bir  ümumi  hamaşıçiçəkdə  100-ə 
qədər  səbət  saymaq  olar.  İyul-avqust  aylarında 
çiçəkləyir.
Baka  jalbırak  –  bağayarpağı.  Birkinin  adı 
latin  sözü  olan  “planta”  –  pəncə  sözündən  gəlir, 
bu da qeyri-tələbkar bitkinin həmişə təpik altında 
bitməsini  bildirir.  İnsan  ayağı  hara  dəyirsə, 
bağayarpağı da orada bitir.
Böyük bağayarpağı. Çoxillik saçaqlı köklü və 
torpağa sıxılmış böyük yumru rozetkalı, enli, rəvan, 
yumurtavari  yarpaqları  olan  bitkidir.  Yarpaqları 
enli  gövdəlidir  və  5-7  qövsşəkilli  damarları 
vardır.  Yarpağın  rozetkasının  ortasından  ucu  sıx, 
165


gözəçarpmayan,  xırda,  qonur,  qılaflı  çiçəklərlə 
dolu  uzun  sünbül  çıxır.  May  ayından  avqusta 
qədər  çiçəkləyir.  Bağayarpağının  bir  nüsxəsi  bir 
vegetasiya mövsümündə 8-60 min toxum verə bilir. 
Orta  bağayarpağı  –  yaxşı  inkişaf  etmiş  dərin 
kökə  malik  çoxillik  bitkidir.    Yarpaqları,  demək 
olar  ki,  yerə  yatandır,  enli  özəklidir,  elliptik 
formalıdır, hər iki tərəfdən qıllıdır. Çiçək saplaqları 
yuxarı qalxan, solğun-çəhrayı rəngdədir. May-iyun 
aylarında çiçəkləyir.
Neştərəoxşar bağayarpağı – çoxillik, bir qədər 
xovlu  bitkidir.  Kökü  qollu-budaqlıdır.  Yarpaqları 
ensiz,  neştərəoxşar,  uzunözəklidir.  Çiçəklərin 
saplağı  yarpaqlardan  uzundur,  çiçək  tağları  açıq-
kürən rəngdədir. İyun ayında çiçəkləyir. 
Qırğızıstanın floristik tərkibi çox rəngarəngdir. 
Əgər  Orta Asiya  səhralarının  florasında  600  növ 
varsa, öz coğrafi mövqeyinə görə mülayim iqlimli 
səhralarda  yerləşdiyi  səbəbindən,  Qırğızıstandakı 
bitki  növlərinin  sayı  3,5  minə  çatır.  Floranın  bu 
cür  zənginliyi  –  dağ  landşaftının  müxtəlifliyi  və 
Qırğızıstanın  bitki  növlərinin  miqrasiya  yolunda 
yerləşməsi ilə izah edilir. 
Respublikanın  bitki  örtüyündə  tez-tez  şimal, 
Mərkəzi  Asiyaya  xas,  Hind-Himalay,  Ön  Asiya 
floristik  ünsürlərinə,  bəzən  isə  onların  vəhdətinə 
rast gəlinir. Bununla bərabər, qədim Avropa-Asiya 
quru  torpağında  və  Tetis  dənizi  sahillərindəki 
bitkilərdən  özünəməxsus  Tyan-Şan-Alay  florası 
əmələ gəlmişdir. 
Təbii  şəraitin  qeyri-bərabərliyi  –  bitkilərin 
yaşama  şəraitləri  –  və  yerin  səthinin  inkişaf 
tarixinin  mürəkkəbliyi  nəbatatın  müxtəlifliyinə 
şərait  yaratdı.  Beləliklə,  Qırğızıstanın  ərazisində 
səhra  və  yarımsəhralıqlar,  çöllüklər  və  çöllük-
çəmənliklər,  çəmənlər  və  meşələr,  yüksək  dağlıq 
səhraları  formalaşmışdır.  Onların  respublika 
ərazisində  yayılması  yüksək  qurşaqlıq  qanununa 
əsasən baş vermişdir.
Qırğızıstanda  səhra  və  yarımsəhralıqlar 
Qazaxıstan, Özbəkistan və Türkmənistandakı kimi 
geniş ərazini əhatə etməmişdir. Ancaq onlara tez-
tez rast gəlinir. 
Səhra  və  yarımsəhralıqların  bitki  örtüyü  çox 
seyrəkdir. O, çoxillik quraqlığa davamlı bitkilərlə, 
əsasən də, yovşan, teresken, ərkudə, şoran ot kimi 
kolluqlar  və  yarımkolluqlardan  ibarətdir.  Onlara 
balaca, çox zaman bozumtul-xovlu yarpaq örtüyü 
xasdır, çoxusu sukkulent (rütubəti yığıb saxlamaq 
üçün  toxumalar)  xüsusiyyətə  malikdir.    Tez-
tez  ceyranotuya  da  (dənli  bitkilərdən),  xüsusilə 
də  Qafqaz  ceryanotusuna  rast  gəlinir.  Səhra  və 
yarımsəhralara  həm  də  efemer  və  efemeroidlər 
xasdır:  qırmızı  çuğundur  və  ayrıq,  qırtıc,  səhra 
qumotusu,  zanbaqlar.  Onlar  yalnız  yaz  fəslinin 
bir-iki yağmurlu aylarında bitir və inkişaf edirlər. 
İlin  başqa  mövsümündə  bu  bitkilər  qurumaqdan 
qorunmuş toxum, yaxud qalın qabıq (toxum) və ya 
çoxqatlı dəri yarpaqları (soğancıqlar, kökümsovlar) 
ilə yeraltı orqanlar şəklində mövcud olurlar. 
Respublikanın hər bir vadisində və çökəkliyində 
səhra  və  yarımsəhra  sahələrə  rast  gəlmək  olar. 
Fərqanə,  Çuy,  Talas  kimi  tam  əkinçiliyə  yararlı 
məkanlar şumlamaya qədər səhra və yarımsəhralıq 
idilər. 
Daxili 
Tyan-Şanın 
vadilərində 
və 
çökəkliklərindəki  narıntorpaq,  güclü  şoranlaşmış 
torpaqlarda  bolluca  şoranotu,  simpeqmalar, 
reomüriyalar,  svedlər,  potaşnik  bitmiş  şoranlıq 
səhralar  yayılmışdır.  Daha  az  şoranlaşmış 
torpaqlara yarımsəhralıq xasdır – buralarda aparıcı 
rol  yovşanındır:  Tyan-Şan  yovşanı,  fərqli  güllü 
yovşan, hamçinin qumotu, tərəskən, ərküdənin də 
adını çəkə bilərik. Çuy, Talas, Fərqanə vadilərinin 
yarımsəhraları  əsas  etibarilə  alçaq  dağönünə  aid 
olub  yovşanla  örtülüdür  –  Namanqan,  Fərqanə 
yovşanları,  efemerlə,  efemeroidlə,  habelə 
girgensoniya ilə, erinqiumla.
Daxili  Tyan-Şanın  daşlı  səhralarına,  çılpaq 
torpaqlı  yarımsəhralarına  qatırquyruğu  və  orta 
cır-moruq, qırğız qaraqanası, traqakant sarmaşığı, 
akantolimonlar  xasdır.  Fərqanə  vadisində  daşlı 
səhralar  və  yarımsəhralar  üçün  tərəskən,  sveda, 
ağacşəkilli şoranotu, darıcan, kaperslər, parnolistnik, 
səhrasevər,  Namanqan,  tacik  yovşanları,  püstə, 
tikanlı badam, otostegiya xarakterikdir.
Yalnız  səhraların  və  yarımsəhraların, 
vadilərin  və  alçaq  dağlıq  yerlərin  aztorpaqlı  və 
zəif şoranlaşmış sahələri suvarılan əkinçilik üçün 
istifadə  olunur.  Bəzi  silsilələrdə  onlar  4  000  m-ə 
qədər yuxarıda yerləşir. 
Çöllüklər  və  çəmənlik-çöllüklər  Qırğızıstanın 
bütün  ərazisində  yayılmışdır.  Onların  arasında 
xırda  çimli  çöllər  və  çəmənlik-çöllər,  yovşan  və 
quruyadavamlı ot-ələf örtüklü quru çöllər və cənub 
hündürotluçöllər və çəmənlik-çöllər fərqləndirilir.
Quru çöllərdə dənli bitkilər üstünlük təşkil edir 
– qumotu, şırımlı topal, itilaqrostislər və yovşanlar 
–  Tyan-Şan,  möhkəm,  müxtəlif  güllü  yovşanlar.  
Onlarla bahəm burada az miqdarda yarımsıhranın 
müxtəlif ot-ələfi – ərküdə, tərəskən də bitir.
Quru 
çöllərdə 
və 
çəmənlik-çöllərdə 
kolluqlar  boldur.  Onlar  ən  çox  İssık-Kul  və 
Narın  çökəkliklərindıə,  Qırğız  və  Talas  Ala-Too 
silsilələrinin  yamaclarında,  həmçinin  Fərqanə 
vadisini  əhatələyən  sıra  dağların  yamaclarında 
bitir.  Quru  çöllük  kolluqlardan  ən  səciyyəviləri – 
166


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə