Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə51/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   47   48   49   50   51   52   53   54   ...   111

da mənimki olacaq!” Batırbay dağların yamaclarına 
bir  neçə  min  igid  qoyub  tonqal  qalatdırır.  Özü 
isə  zirvədə  dayanaraq  kətmənlə  buz  parçalarını 
qoparıb  oda  atmağa  başlayır.  Buz  əridikcə,  su 
arxları, çayları doldurur. Allah kimi isə Batırbayın 
ipini çəkmək üçün aşağı göndərmək qərarına gəlir. 
Və cənntdən ancaq başqasının sözünü təkrarlamağı 
bacaran  bir  qocanı  yerə  göndərir.  Batırbay  buz 
parçasını qopardır və deyir: “Batıracağam hər şeyi 
suda! Çinar –mənimdir!” Qoca təkrarlayır: “Çinar 
–  mənimdir!”  Batırbay  ətrafına  baxınır,  heç  kəsi 
görmür. Yenə  ucadan  səslənir:  “Yox,  mənimdir!” 
Qoca da ona: “Yox, mənimdir!” Batırbay qorxub 
qorxusunu gizlətmək üçün gülməyə başlayır. Ancaq 
qoca da onunla bahəm gülür. Batırbay gülüb-gülüb 
havalanır. O təqdirdə, Allah səslənir: “Qoy indən 
belə bu qoca dağlarda buzu və qarı qorusun!” Ey 
yolçu!  Hərgah  dağlarda  əks-səda  eşitsən,  bil  və 
agah ol: qoca xəbərdar edir ki, izin verilmiş sərhədi 
aşmışsan. Hərgah günəşin üzü tutulursa, sənə əyan 
olsun  ki,  Allah  Çinarın  örpəyini  günəşin  üzünə 
atıb  və  insanlara  özlərinə  mənsub  olmayana  əl 
atmamağı xatırladır. Səninki deyilsə, heç nəyi güclə 
ələ keçirmək olmaz. Su isə heç kəsin deyil, zira su 
olmasa, nə ot olar, nə insan, nə onun hiyləgərliyi, 
nə gücü-təpəri”. 
Turpanov N. Axşam. “Kurpsay hidroelektrik stansiyası” 1981-ci il, kətan, yağlı boya, 100 x 130, 2
145


Təbiət
Qırğızıstan – uca dağlar və nəhayətsiz vadilər 
ölkəsidir. Mülayim, qismən subtropik en dairəsində, 
təqribən  Bolqarıstan,  İtaliya,  Monqolustan 
yerləşən  paraleldə  yerləşir  (39-43`  şimal  en 
dairəsi).  Qırğızıstanın  şimal  sərhədi  Bakı,  Roma, 
Nyu-Yorkla eyni en dairəsində, cənub sərhədi isə 
Lissabon, Vaşinqtonla eyni en dairəsinə uyğundur. 
Respublika şərqdən qərbə 900 km uzanır, ən ucqar 
şimal və cənub nöqtələrinin arasındakı məsafə isə 
410 kim-dir. 
Qırğızıstanın təbiəti özünəməxsus və zəngindir. 
Dağətəyi ovalıqlardan və dağarası çökəkliklərdən 
kəskin  surətdə  göyə  ucalan  qayalıq  zirvəli 
ehtişamlı dağ silsilələri yüz km-lərlə uzanıb gedir. 
Uca  dağ  gədiklərinin  beli  zərrin  parlaq  günəşin 
şüaları altında bərq vuran əbədi qarlarla və aramla 
aşağı  sürüşən  göyümtül  buzlaqlarla  örtülmüşdür. 
Buralarda  qayalar  və  soyuqlar  hökmfərmadır, 
aşağda isə dağlıq və yarımdağlıq otlaqlar, meşələr, 
qupquru  düzəngahlar,  bəzən  səhralar.  Dərənin 
dibi  ilə  nəhəng  qaya  parçalarını  qabağına  qatıb 
sürütləyən sürətli su axını gur-gur guruldayır. Gah 
burada,  gah  orada  yol  üstünə  sarp  qayalar,  daşlı-
kəsəkli yamaclar çıxır. Sanki indicə daşlar uçulub 
töküləcək. Yamaclara yaxınlaşdıqca landşaftlar bir-
birini  əvəzləyir.  Yarımsəhranın  günəşdən  cızdağı 
çıxmış kasad, qaba, qonur bitki örtüyü tünd-yaşıl 
örüşlərlə və ucagövdəli Tyan-Şan ağ şam meşəliyi 
ilə dəyişilir. 
Qırğızıstan  təbiətinin  belə  təzadları  onun 
ərazisinin  dəniz  səviyyəsindən  xeyli  hündürə 
qalxması, dağ relyefi və geniş Avrasiya materikinin 
mərkəzindəki  mülayim  qurşaq  səhralarının 
arasındakı mövqeyi ilə şərtlənir.   
 
Səth
Qırğızıstan Tyan-Şanın və Alayın əksər hissəsini 
tutur və intəhasız Orta Asiya səhraları Betpak-Dala, 
Muyunqum,  Sarı-İşikotrau,  Qızılqumla,  şərqdən 
isə  Tarim  çökəkliyi  ilə  əhatələnir.  Respublikanın 
heç  yerdə  səthi  dəniz  səthindən  500  m-dən  aşağı 
düşmür, bəzi zirvələr isə 7 000 m-ə çatır. Onlardan 
ən  hündürü  –  Qələbə  zirvəsidir.  Zirvə  –  Böyük 
Vətən  Müharibəsi  illərində  kəşf  olunmuş  və 
faşist  Almaniyası  üzərində  qələbənin  şərəfinə 
belə  adlandırılmışdır.  Hündürlüyü  –  7  439  m-dir. 
Respublikanın yarısından çox sahəsi 1 000 m-dən 3 
000 m-ə qədər, üçdə biri isə 3 000 m-dən 4 000-mə 
kimi ucalıqda yerləşir. 
Səthin  quruluşunda  əsas  rolu  dağ  silsilələri 
oynayır. Ərazinin ¾ tutan silsilələr şərqdən qərbə 
yüz  km-lərlə  uzanıb  gedir.  Tarim  çanağının  sərt 
strukturlarının Sibir platforması ilə ən yaxınlaşdığı 
nöqtəsində  Qələbə  zirvəli  hündür  dağ  qovuşuğu 
Xan-Tenqri  yaranmışdır.  Xan-Tenqri  Tyan-Şanın 
oroqrafik  mərkəzidir.  Buradan  Tyan-Şanın  üç  iri 
dağ qövsü ayrılır – şimal, orta və cənub. 
Şimal qövsü Kungey-Alatau, Qırğız Alatausu 
və Talas Alatausu silsilələrindən ibarətdir.   
Tyan-Şanın orta qövsü İssık-Kul çökəkliyindən, 
Koçkor,  Cumqal,  Susamır  vadilərindən  cənuba 
uzanaraq  qərbdə  Fərqanə  silsiləsinə  bitişir.  Orta 
qövs  iki  təcrid  zəncirdən  ibarətdir:  şimal  və 
cənub  zəncirlərindən.  Şimal  zənciri  Terskey-
Alatau, Qarakoktı, Qızart, Sandıqtau, Cumqaltau, 
Susamırtau  silsilələrini  özündə  birləşdirir;  cənub 
qövsü  –  Sarıcaz,  İnılçektau,  Akşiyrak,  Cetimbel, 
Baydulı,  Son-göl-tau,  Qavaq,  Cetim,  Moldotau, 
Kökirimtau silsilələrindən ibarətdir. 
Tyan-Şanın  cənub  qövsü  Kokşaal-Tau, 
Borkoldoy,  Atbaşı,  Toruqarttau  silsilələrindən 
əmələ gəlir. Qərbdə Fərqanə silsiləsinə keçir, o da 
şimal-qərbə  uzanır.  Qırğızıstanın  cənub-qərbində 
Alay, Türküstan və Alayarxası silsilələri ucalır. 
Müasir Tyan-Şanın relyefi yer qabığının uzun 
sürən təkamül tarixinin nəticəsində formalaşmışdır. 
Burada ən müxtəlif dövrlərdən qalma süxurlar var: 
Kembriyayaqədərki,  Kembriya-silur,  daş  kömür, 
mezozoy.  Tyan-Şanın  dağarası  yarıqlarında  tez-
tez  kövrək  paleogen  və  kaynozoy  erasının  ikinci 
hissəsinin  geoloji  mərhələsinə  aid  laylara  rast 
gəlinir ki, onlar da paleozoy dağlarının dağılması 
nəticəsində əmələ gələn süxurlardır.
Dağ  süxurlarının  laylaşmasının  ardıcıllığı, 
həmçinin onların yatma xarakteri, qazıntı faunası 
Qırğızıstan  hüdudlarında  yer  qabığının  tarixinin 
başlıca mərhələlərini bərpa etməyə imkan yaradır. 
Devonda (400-320 mln il əvvəl) – paleozoyun ən 
uzun sürən mərhələsində neokaledon qatlaşmasının 
nəticəsində külleyi Qırğızıstan ərazisində qurunun 
qalxması və dənizin geriləməsi baş verir. Bu zaman 
Tyan-Şanın  şimal  zonasının  –  Narın-Kokşaal 
və  Fərqanə  zonalarının  əsas  strukturları  qat-qat 
yığılır.  Azacıq  fasilədən  sonra  burada  yenidən 
geosinklinal rejim başlayır. Hal-hazırda Borkoldoy 
və Atbaşı silsilələrinin yerləşdiyi nöqtələrdə dəniz 
süxurlarının laylaşması baş verir. Yuxarı devonda 
dəniz  irəli  gəlir  və  Şimali  Tyan-Şanın  geniş 
torpaqlarını su altına alır. Həmin mərhələnin dəniz 
süxurlarının burada olmağı buna dəlalət edir.
Daş kömür mərhələsi (320-270 mln il) Tyan-
146


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə