Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə50/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   46   47   48   49   50   51   52   53   ...   111

Polo  qoyunu)  mumiyanı  yalayaraq  yaralarını 
sağaldırdı. Bu barədə xalq şairi Aalı Tokombayev 
şeirində yazmışdı:
Çoxdan dağlar mumiyanın 
Sirrini açmışdılar, 
Cadulu otun, sehrli 
Şirəsinin o sirrini…
Əfsanələr bizi həyata gətirdilər,
Bəbir yaralamış maral sağalanda.
O maral ani torpağa yatır, 
Ahıl, ağsaç təbib Aukman,
Dərələri gəzərkən-dolaşarkən
Otları arar-tapar, dəribən yığıb saxlar.
Bir damla donmuş şirə, 
Daş yanağında göz yaşıdır.
Günəşin ölməzliyi 
O göz yaşında gizli.
Həmin o ölməzliyi, 
Bütün cahana paylar. 
Cığırda maral qaçsın, 
Göylərə qartal qalxsın, 
Nəsillərin damarında
Yerin ölməz suyu axsın…
Ümumiyyətlə,  bitkilər  barədə  xalq  arasında 
çoxlu  rəvayətlər  qoşulmuşdur.  Onlardan  biri  – 
əsrarəngiz çiçək haqdadır. 
Batkən şəhərinə girişdə daşlı alçaq dağ durur. 
Diqqəti qətiyyən çəkməyən bir dağdır. Dağ – adi 
dağdır. İntəhası, onun özəlliyi bətnində çox nadir və 
sirli bir çiçəyi gizlətməsindədir. Bu çiçək isə yalnız 
daha  özgə  iki  ölkədə  təsadüf  olunur  –  Kanadada 
və Əfqanıstanda. Unikallığına görə Qırmızı kitaba 
düşmüşdür. Xalq arasında bu çox nadir gül – Ayqül 
qülü barədə bir neçə əfsanə mövcuddur. 
Qədim çağlarda bu diyarda varidatlı bir insan 
yaşayırmış və həm ağlı, həm yaraşığı ilə ad çıxarmış 
Aygül adlı gözəl qızı var imiş. Qızın pəhləvan güclü 
Kozu  Ulan  adlı  bir  sevgilisi  var  imiş. Ancaq  bir 
savaşda Kozu Ulan və döyüşçülərinin hamısı həlak 
olur və məsləkdaşları onun ürəyini aula gətirirlər. 
Aygül dərdə tab gətirə bilmir. Rəfiqələrini toplayıb 
dağın başına çıxır və özünü dağdan atır. Yazda qızın 
qanı  dammış  yerdən  heyrətamiz  çiçəklər  çıxır. 
Onu xalq arasında Aygül gülü, dağı isə Aygül-Daş 
adlandırmağa başlayırlar. Üzbəüz, sevgili oğlanın 
ürəyi dəfn olunmuş dağı isə Kozu Ulan adlandırırlar. 
Məhz bu iki dağ Qara-Bulaq kəndinə girişdə qəribə 
bir darvaza şəklini alır. Yovşan qırğızlar üçün Vətən 
rəmzidir. Bu günə qədər hüzr yerində qəbirlə yanaşı 
yovşan budağı qoyulur ki, guya mərhum Vətənin 
qoxusunu “duysun”. Qırğızlar tarixləri boyu harada 
məskən salırlar, salsınlar – Monqolustanun Qırğız-
Nur sahillərində, Yeniseydə Altun-göl sahillərində, 
İssık-Kul  gölündə,  yaxud Ala-Tooda,  hər  tərəfdə 
təkrarsız qoxulu yovşan bitir. İlk qırğız tarixnəvisi 
B.Soltonoyevin təbirincə, hələ əski çağlardan xalq 
təbabətində  çoxlu  müalicəvi  otlar  işlənir:  zəhərli 
akonit  –  İssık  –Kul  kökü,  girdəyarpaq  akonit, 
bəngotu,  nanə,  çobansüzgəci,  adıraşman  (yabanı 
sədəfotu), şıraaljan (yovşanın növü) və b. 
Canlı təbiətin müqəddəs harmoniyasına sakral 
142


səcdə  ilə  əlaqədar  qırğız  xalq  şairi  Asan-Qayğı 
haqqında kəlmə kəsməsəm, mümkün deyil. Bu fitri 
qabiliyyətli  şair  xalqının  ağır  nəsibinə  həmşərik 
olaraq  hər  canlını,  o  cümlədən,  bu  dünyaya  göz 
açmış  hər  bəni-adəmi  sevməyə  çağırır,  qənaət, 
qayğı,  “kiçik  qardaşlarımız”ın  qeydinə  qalmaq 
kimi  hissləri  oyatmağa  çalışırdı.  Asan-Qayğı 
hesab  edirdi  ki,  təbiətə  yalnız  belə  münasibət 
insana  dogma  torpağın  yardımını  və  hamiliyini 
bəxş  etməyə  qadirdir.  “Kibiregen  jandıktar  da  öz 
günün görsün” – “Hətta ən xırda həşəratlar da qoy 
öz həyatları ilə yaşasınlar” – Asan-Qayğı belə zənn 
edirdi.  Onun  xalq  tərəfindən  sevilən  şeirləri  hər 
canlıya qəlb açmağa çağırırdı:   
Yuvada qar sıxanda,
Dərd üstünü alanda
Quşcuğaz necə yaşar?
Qış ayazı gəlmişdir, 
Suları buz örtmüşdür. 
Qazlar, ördəklər ölmüş, 
Durnalara nə olmuş?
Matayev J. “Qürub” 1994-cü il, kətan, yağlı boya, 45 x 80
143


Xalqın  sevimlisi,  şair  Toktoqul  barədə 
danışmaq  zəruridir.  Şair  nəğmələrində  təbiətlə 
harmoniyada  fəal  hərəkətə  və  həyatın  sevincinin 
dərkinə  çağırır.  Məşhur  “Quldop  al”  (“Gül  aç”) 
şeirindən misralar:
Hələ lap əvvəldəsiniz
Gözəl həyatın əzəlində, 
Lap körpəlik dövründə, 
Gül açın, sanki Gülkair tək
Cavansınız, sevinin siz həyata,
Hələ ki, qocalıq gəlməmişdir. 
Canım, sonda həyat tükənir,
Qalacaqsınız torpaq altda
Əziləcəksiniz kəsək altda…       
  
İnsan  taleyinin  təbiət  qanunları  ilə 
qırılmazlığını, bu qarşılıqlı münasibətlərin yüksək 
mənəviyyat  zəruriliyini  nəsildən  nəslə  ötürülən 
əski  qırğız  rəvayət  və  əfsanələri  təcəssüm  etdirir. 
Onlardan biri: “Qaragül bottom”.
Günlərin bir günü gözünün itiliyi və qorxmazlığı 
ilə diyarda ad çıxarmış ovçuya sinli yaşında Allah 
bir  oğul  payı  verir  –  Qaragülü.  Ovçu  yeganə 
oğlunun  nazını  çəkir,  qəlbinin  dərinliklərindən 
süzülən  ata  məhəbbətini  balasına  bəxş  edirdi. 
Ovçu-ata  oğlunu  balacalıqdan  ov  ovlamağı,  tələ 
qurmağı,  şikara  ehmallıca  yanaşmağı  öyrətmişdi. 
Çox vaxt ovdan bol qənimətlə gəlməyə çalışırdı ki, 
oğlunu sevindirib könlünü xoş etsin.
Bir  dəfə  ovçu  ən  yüksək  dağa  dırmaşıb  dağ 
keçisi ovlamağa qərar verdi. Yol dikdir və təhlükəli 
idi  və  oğlunu  evdə  qoymağı  üstün  tutdu,  amma 
uşağın  nəzərəçarpmadan,  ehmallıca  arxasınca 
evdən çıxmağını sezmədi. Yol uzaq idi və balaca 
yorulub  əldən  düşdü,  ağacın  altında uzanıb  vəhşi 
cüyür  dərisindən  tukilimiş  arxalığına  bürünərək 
möhkəm yuxuya getdi.
Ov  uğursuz  keçdi  və  evə  gec  qayıdan  ata 
qəfildən  ağac  altında  yatmış  vəhşi  cüyür  balasını 
gördü.  Uğuruna  çox  sevindi,  ehmallıca  ona 
yaxınlaşdı  və  sərrast  atəşlə  hədəfə  dəydi.  Ancaq 
güllə  səsi  ilə  bahəm  oğlu  Qaragülün  ürəkdeşən 
çığırtısını eşitdi: “Ata-aaa!” Vəhşi cüyür balasanın 
dərisi altında oğlunu görəndə, atanın dərddən bağrı 
çatladı…
Öldürdüm səni, Qaragülüm mənim,
Tək qaldım dünyada, Qaragülüm.
Tale mənə cəza verdi, Qaragülüm,
 Tək qaldım dünyada, Qaragülüm. 
 Səsimə kim hay verəcək, Qaragülüm, 
Ağlama, hönkürmə, Qaragülüm.
Səni özüm öldürdüm, Qaragülüm, 
Öz əlimlə öldürdüm, Qaragülüm…
Ovçunun  faciəsi,  atanın  ağrısı  “Qaragül 
bottom”  (bottom  –nərçəm  mənim)  xalq  ağısında 
inikas olunmuşdur. Ağıda xalqımın insanla təbiətin 
vəhdətinə inamı əks olunur, o vəhdəti aşıb hüdudu 
pozan isə öz-özünü cəzalandırır.
 Sarıbağış (marallar qəbiləsi) tayfası haqqında 
maraqlı əfsanə mövcuddur. 
Taqay  biy  adlı  birisinin  iki  oğlu  var  imiş  – 
Orozbak və Dolozbak. Narın yaxınlığında bir ovçu 
yaşayırmış. Arvadı erkən vəfat edir və kişinin əlində 
dörd  yaşlı  qızı  qalır.  Dolanmaq  üçün  Alamışıq 
dağlarında ov edirmiş. Bir dəfə ovçu boğaz maral 
tutur  və  tezliklə  dişi  maral  doğur.  Ovçu  onun 
südündən  qızına  verir.  Daha  doğrusu,  dişi  maral 
qızı balası kimi südü ilə əmizdirir. Taqay biyin artıq 
özünün üç övladı olan oğlanlarından biri Orozbak 
bir  dəfə  maralın  qızı  əmizdirməsini  təsadüfən 
görür. Oğlan qorxub dişi maralı vurur, qız bərkdən 
ağlamağa  başlayır.  Orozbak  şikarını  götürür,  qızı 
isə özü ilə İssık-Kula aparır. İllər keçəndən sonra 
kiçik  qardaşı  Dolozbakı  qızla  evləndirir.  Qızı 
maral-gəlin adlandırmağa başlayırlar. Buradan da 
tayfanın adı – sarıbağış əmələ gəlir. 
Qırğızıstanda  hələ  bu  günə  qədər  bəşər 
sivilizasiyaının  toxunmadığı  unikal  landşaftlar, 
ən  təmiz  buzlaq  suları  və  ozon  havası  –  müasir 
iqtisadi  dəyər,  XXI  əsrin  beynəlxalq  əhəmiyyətli 
əvəzedilməz  “əmtəəsi”  qalır.  Bu  “əmtəə”nin 
məzənnəsi ildən ilə qalxacaq.
Maraqlısı  odur  ki,  uzaq  ulularımız  bu 
“əmtəə”nin  əhəmiyyətini  anlayırmışlar  və  buzlaq 
sularının  mənşəyi  haqqında  heyrətamiz  şairanə 
əfsanə qoşmuşlar. “Xoşbəxt əyyami-qədimdə Sarı-
Caz  vadisində  gözələr  gözəli  Çinar  yaşayırmış  o 
qədər qənirsiz gözəl imiş ki, bazarda al-ver onun 
yaraşığının nuru ilə hətta gecələr gedirmiş. Ancaq 
günün  qurtarmamasından  hirslənən  insanlar  onun 
üzünə  örpək  salırlar. Ancaq  elə  bu  dəm  qorxunc, 
çopur,  əyriqulaq  quldur  Batırbay  gəlir,  bazarı 
soyub-talayır  və  ən  gözəl  qızı  özünə  adaxlı  tələb 
edir.  Qorxmuş  Çinar  örpəyini  üzündən  atıb 
Allaha  yalvarır:  “Ey  Qüdrətli  Xaliq,  əgər  məni 
eybəcər Batırbaya verirsənsə, özümü kimdən ötrü 
qoruyum!?” Allah onun gözəlliyini görəndə özünü 
itirir, Çinarın örpəyini götürür və günəşim üzünü 
örtür. Elə zülmət çökür ki, hətta Çinar da öz gözəlliyi 
ilə  bu  zülməti  yara  bilmir.  Günəş  isitmir,  çaylar, 
arxlar quruyur. Batırbay hiddətlənir: “Çinar onsuz 
144


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə