Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə34/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   30   31   32   33   34   35   36   37   ...   111

Ağılar
Ağılar.  Qırğızlar  onlardan  heç  vaxt 
ayrılmamışlar. O dünyaya köçənləri həmişə xüsusi 
nəğmələr – koşoklarla yola salırlar. 
Ağıçı  qadınların  qəribə  sənəti  barədə  xalq 
deyir: “Oxuyanın hərəkətlərinə loğaz qoşulmur”.
Bineyi-qədimdən  qorunub  saxlanmış  kəndli 
arvadının ağısı:
Səninlə xoşbəxt idim,
Pislik nədir, bilməzdim. 
Evim yandı, çıxdı əldən,
Nəyi qaldı? Külü qaldı.
Əlin-qolun güclü idi,
Qılçaların uzun idi.
 Arvadını oxşadığın, 
Dillərin nə şirin idi.
Sözlərin nə kamallıydı.
Ailimizdə yüz araba,
Ən deyən, ən güləndin. 
Nəyin vardı, gizlətmirdin, 
Verən əlin istəmirdi.
Buğda, arpa səpərdin
Qürubacan çöldə sən.
Kətmənin şütüyürdü, 
Tənbəllik bilməyənim...  
Əski  çağlardan  iki  növ  koşok  mövcud 
olmuşdur: toy və dəfn koşoku. Toy koşoku gəlinin 
anası və rəfiqələri tərəfindən ifa olunur və yad evə 
qədəm  basan  gəlinə  çoxsaylı  öyüdlərlə  müşayiət 
edilirdi. 
Dəfn  ağı-oxşamaları  da  qadınlar  tərəfindən 
bəstələnirdi.  Onlar  mərhumun  şərəfinə  oxunan 
qısa  lirik  əsərlərdir.  Ölkənin  yalnız  ayrı-ayrı 
bölgələrində,  xüsusilə  cənubda  qalmış  toy 
koşokundan fərqli olaraq, yas ağıları indi də oxunur. 
Ölən adam üçün ağı deyən koşokçu – ağıçının 
yaradıcılığı  qədim  çağlarda  yaranmış  faciəli 
nəğmələrlə  eyni  zaman  kəsiyinə  düşür.  Ağıçı 
qadınlara  koşokçular  deyirlər.  Bunlar  mərhumun 
qohumlarının  kəfn-dəfn  günü  dəvət  etdikləri 
və  onların  dərdinin  dərinliyini  mahnılarla  ifadə 
edən, bu fani dünyanı tərk etmiş mərhumun yaxşı 
xasiyyətlərini  açıb  göstərən  peşəkar  ağıçılardır. 
Koşokçular  onun  insansevərliyini,  nailiyyətlərini, 
doğmalara  və  yaxınlara  həlim  yanaşmasını  və  b. 
müsbət cəhətlərini vəsf edə bilərlər. Hərgah ağıçı 
koşokun şairanə və məzmunlu mətnini yaxşı tərtib 
edib oxşaya bilsə, onun haqqında deyirlər: “Yaxşı 
ağladı”.
Ay doğmam, parlaq ulduz axdı,
Qırğızların şahini qoydu bizi.
Dağlarda ilxının say-hesabı yox, 
Arqımaklar, qaçağanlar...
Uşağın hələ balacadır, 
Onları bükə bilməz
Ruhumu cəhənnəmə salma, 
Qoyma, özünlə apar!
Ay batdı, gecə düşdü.
Şərəfin yayılmışdı hər yana,
Qırğızların saysız-hesabsız nəsli, 
Gücsüzlədi, boyun əydi taleyə...
Köçəbə ellərin – qırğızların
Yaman çoxdurlar,
 Səni əbəs yerə axtaracaqlar,
Yavaşca səngiyib soyuyacaqlar.
Qalmış dulun sakitləşmir heç cürə, 
İndən belə halı necə olacaq?..
  
 
“Manas” dastanından
Dul qadının koşoku:
Qaçağanın belində çapırdın,
Həmişə tüklü kürk geyinirdin.
Qaçağanın beli boş qalıb sənsiz, 
Kürkün tənhadır, qalıb sənsiz.  
Xalq  arasında  Ormon  xanın  dulu  Ulbalının 
koşoku da geniş yayılmışdır: 
Ərim Ormon xan aslanıydı
Dağların, aslanıydı çöllərin, 
Ölməz hünəri nəsillərə qaldı, getdi.   
90


91


Aytış (mahnı yarışı) 
Qırğız  və  qazax  xalqlarının  səciyyəvi  milli 
ənənəsindən  –  aytışdan  söz  açmamaq  mümkün 
deyil. Aytış – bədiyyəçi-akınların deyişməsidir. 
Aytış  –  yalnız  kütləvi  yerlərdə,  böyük  xalq 
şənlikləri  zamanı  keçirilən  müğənnilərin  yarışı, 
akınların  bədahətən  söz  qoşmalarının  zirvə 
məqamıdır.  Akınlar  sinədən  mahnı  qoşur  və 
yerindəcə onları ifa edirlər. Onlar dinləyiciləri öz 
şairlik istedadları, hazırcavablıqları, iti atmacaları, 
hamıya  yaxın  mövzulara  toxunan  zarafatları  ilə 
maraqlandırıb  cəlb  etməyə  cəhd  göstərirlər.  Bu 
hər akının “rəqib”i üzərində üstünlüyünü nümayiş 
etdirməyə çalışan mahnı mücadiləsidir. 
Maraqlıdır  ki,  məhz  aytış  qırğız  dilinin 
təkamülündə  və  formalaşmasında  mühüm  rol 
oynamışdır. Bu günə qədər aytış milli mədəniyyətin 
ən  sevimli  növlərinə  aid  edilir.  Hal-hazırda  aytış 
yeni  məzmunla  zənginləşmiş,  müasir  inkişaf 
yolunu  tutmuş  və  gənc  nəslin  populyar  mahnı-
nəzm janrına çevrilmişdir. 
Qırğızlar  heyrətamiz  dərəcədə  bədiyyə 
istedadına  malikdirlər.  XIX  əsrin  sonunda  bizim 
dağlıq diyarımıza təşrif buyurmuş bir rus səyyahı 
təəccüblə  qırğızların  şeirlə  danışmaq,  bu  zaman 
iti  kəskinliklə  atalar  sözünü  və  zərbül-məsəlləri 
məqamında işlətmək bacarığı barədə yazırdı.
Yaxşı  bədahətən  söz  deyənləri  xalq  arasında 
tokmo-akın  –  şair-bədiyyəçi  adlandırırlar. 
Qabiliyyətli  tokmo-akın  həmişə  hər  evdə  göz 
üstündə saxlanan qonaqdır.
Sinədəftər  bədiyyəçilərin  adları  doğma 
obaların  hüdudlarından  çox-çox  uzaqlara  yayılır. 
Ziyafətlərdə  və  əsilzadələrin  hüzr  məclislərində 
onlar  ən  möhtərəm  qonaq  kimi  qarşılanır  və  ev 
sahibinin  xüsusi  hüsn-rəğbətini,  məclisdəkilərin 
hamısının hörmətini qazanırdı. 
Bu günün özündə də qırğız aillərində qafiyəli 
misraları  muncuq  kimi  süzülüb  düzülən,  sətir-
sətir  bədahətən  söz  deyən  insanlara  tez-tez  rast 
gəlinir.  Onların  istedadı  hüdudsuzdur,  istənilən 
vəziyyətdə  qafiyə  tutub  söz  qoşmağa  qabildirlər. 
Elə  tokmo-akınlar  olub  ki,  yarım  gün  ərzində 
bir  dəqiqə  dayanmadan,  ev  sahibini  tərifləyərək 
yurtanın dəbdəbəli təchizatı barədə sərasər nəzmlə 
mədhiyyələr oxumuşlar.
Hələ  1876-cı  ildə  adlı-sanlı  etnoqraf 
A.A.Divayevin  yazdıqlarından:  “Qırğızların  və 
qazaxların köçəri və azad həyatına diqqət yetirəndə, 
tezliklə  əminlik  hasil  etdim  ki,  bu  xalqlar  hədsiz 
maraqlı, elmi cəhətdən dəyərli etnosa malikdirlər 
və  bütöv  poemaları,  olmuş  hadisələri,  əfsanələri 
əzbərdən bilən, neçə-neçə həddən ziyadə istedadlı 
sinədəftər  bədiyyəçiləri,  müğənniləri,  çalğıçıları, 
raviləri ilə fəxarət duya bilərlər...”
Qırğız  xalqının  istedadlı  nümayəndələri  əsil 
həyat həqiqətini şan-şöhrətdə deyil, – hərçənd, şan-
şövkətdən də imtina etmirdilər – ənənələrin davam 
edilməsində, mənəvi dəyərlərin zənginləşməsində, 
xalqın  əbədi  ruhunun  –  milli  mədəniyyətin 
inkişafında görürdülər...
92


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə