Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə31/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   27   28   29   30   31   32   33   34   ...   105

çuvaşlarda  da  rast  gəlinir [72,  s.99].  Başqa  bir  adətə  görə, 
bütün k
ənddən bir qab un toplayır, onu çardağa qoyur, yağış 
yağanda  ondan  xəmir  yoğurub  kökə  bişirərək yeyirdilər. 
S
əməni mərasimində isə cücərmiş buğdanı əzib suyunu çaya, 
bulağa  tökür,  qalığına  un  qataraq  xəmir  yoğurur,  kömbə 
bişirib  yeyirdilər. S.M.Demidov səməni mərasimi də  daxil
bütün yuxa
rıda  sadaladığımız  yağışı  çağırma  ayinlərinin 
əkinçilər qədər  heyvandarlara  da  aid  olduğunu  vurğulayır 
[140, s.18]. 
Üçüncü  üsul  yağış  çağıran  xüsusi  adamların  icra 
etdikl
əri müxtəlif ayinlərlə bağlıdır. Ayin zamanı əsadan da 
istifad
ə  edən  şəxs  əsasən yüksək yerə  çıxaraq  başına  xələt 
salırdı.  S.M.Demidov  yağışı  çağıranın  bu  ayininin  oğuz 
türkl
ərindəki şaman ayinlərini xatırlatdığını qeyd edir  [140, 
s.20]. 
Türk  şamanlarının  yada  daşının  köməyilə  yağış 
yağdırmaları, 
buludları 
hərəkətə 
g
ətirmələri, qar 
yağdırmaları  da  məlumdur. Kars tərəfdə  uşaqlar  parçadan, 
qolları  ağacdan  düzəldilmiş  Çömçə  Gəlini evbəev gəzdirib, 
qaqauzların 
“Pipiruda 
türküləri” kimi, təkərləmə 
oxuyurdular: 
 
Godi, Godiyi gördün mü, 
Godiye selam verdin mi? 
Godi burdan geçerken
Bir tas suyun verdinmi? 
Ver, Allahım, ver, bir sürü yağmur… [75, s.99] 
 
Türkiy
ənin  Mardin  bölgəsində  Godi yerinə  Dodu 
deyilir: 
106 
 


 
Dodu Dodu neden oldu? 
Bir kaşıkcık sudan oldu. 
Verin Dodunun hakkını, 
Gitsin ardına bakını. 
 
Türkiy
əli tədqiqatçı  Y.Kalafat  ölkənin bir çox 
yerl
ərində  bu  ayinin  çeşidli  adlarla  keçirildiyini  yazır  [75, 
s.99]. 
Göründüyü kimi, ist
ər Azərbaycan  ərazisində, istərsə 
d
ə digər ölkələrdə yağışı  yağdırmaq, Günəşi çağırmaq kimi 
insanların ilkin animist dünyagörüşündən doğan mərasimlər 
bir-birin
ə  çox bənzəyir, eyni məqsədə  xidmət edir. Bu cür 
sırf  təbiət qüvvələrinə  xas olan məsələləri öz istəkləri 
istiqam
ətinə yönəltməyə çalışan insanlar, əsasən, şaman olan 
tayfa, q
əbilə  başçısının,  el  ağsaqqalının,  İslam  dininin 
q
əbulundan sonra isə  mollanın,  axundun  bu  mərasimlərdə 
iştirakına,  yardımına  ehtiyac  duymuşlar.  Sonrakı  dövrlərdə 
xalqı  şamansız  qoyan  din  xadimləri (mollalar, axundlar) 
şamanlara  olan  ehtiyacı  özləri ödəmək məcburiyyətində 
qalmışlar. 
Maraqlı  ayinlərdən biri də  yelin  çağırılması  ilə 
bağlıdır.  Günəşlə  yağışı  çağırmaqdan  fərqli olaraq yel 
çağırma mərasiminə o qədər də ehtiyac olmur. Bu ayin biçin 
biçilib d
ərzlər  yığılıb  güntutan,  yeltutan  yerdəki  xırmana 
yayıldığı  vaxt  icra  olunurdu.  Öküz  vəlləri üstündə 
dolandırıldıqdan sonra saman şanayla, yabayla yığılıb kənara 
çıxarılır. Dəni sovurmaq üçün yel lazım olur: 
 
 
 
107 
 


Yel baba, Yel baba, 
Qurban s
ənə, gəl, baba. 
Unnuqda unumuz yox
D
ənnikdə dənimiz yox. 
 
Az
ərbaycanda da, bir sıra türk boylarında olduğu kimi, 
Yel  babaya  Heydar  da  deyilir.  İnama  görə,  o,  atını  minib 
çaparsa, yel 
əsəcək: 
 
Heydar, Heydar, 
əsə gəl, 
Xırmanları basa gəl. 
Arvad-
uşaq qırıldı, 
Dayanma, dur yasa g
əl. 
 
Ya da: 
 
Heydar, Heydar, 
Heydar, Heydar. 
G
əl, atına saman apar. 
Arpa des
ən, 
Arpa m
əndə. 
Torba des
ən, 
Torban m
əndə. 
S
əndən təki 
G
əlmək olsun. 
Min atına,  
Kül
ək olsun. 
 
 
108 
 


 
Heydar, Heydar, 
İmana gəl. 
Sür atını 
Xırmana gəl [8, s.23-24] 
 
Türkm
ənlər  xırman  vaxtı  payanın  ucuna  bir  dəstə 
saman bağlayıb dikinə yerə sancırdılar. Əgər yel payanı aşıra 
bil
əcək gücdə  əsirdisə,  o  zaman  işə  başlayır,  buğdanı 
sovurur, «yelin piri» Haydar babaya, Mir Haydara «xuday 
yolu» deyil
ən  qurbanlıq  ünvanlanırdı:  «Haydarbabanın 
yoluna bir çör
ək, yel qoysa». Sovurma zamanı  yel əsirdisə, 
k
ənarda  kasıblar  üçün  bir  vedrə  buğda  qoyurdular.  Əgər 
xırman  kənddən uzaqda idisə,  o  zaman  quşlar  üçün  buğda 
s
əpirdilər [140, s.20-21]. 
Bir çox m
ərasimlərdə, ayinlərdə  oxunan ovsun 
xarakterli n
əğmələri dörd ünsürün adını verdiyi çərşənbələrə 
p
ərçimləyən A.Nəbiyev  avqust  ayında  taxılın  sovurulması 
zamanı  Yel  babanın  çağırılması  məqsədilə  oxunan sözləri, 
yanlış olaraq, yel çərşənbəsi adını verdiyi martın ortalarında 
qeyd olunan üçüncü ç
ərşənbəyə, yəni Qara çərşənbəyə, Ölü 
ç
ərşənbəsinə  aid etmişdir: 
 
…A Yel baba, Yel baba, 
Qurban s
ənə, gəl baba. 
Taxılımız yerdə qaldı. 
Yaxamız əldə qaldı. 
A Yel baba, Yel baba, 
Qurban s
ənə, gəl baba… [26, s.33] 
 
109 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə