üçün odunu hardan tapırdılar?! Bununla belə müəlliflər haqlı
olaraq bel
ə bir sual qoyurlar: “Novruzönü (Novruzqabağı –
G.Y.) ç
ərşənbələrin dördündə də tonqal qalanır. Bir halda
bel
ədirsə, onda ayrıca bir “Od çərşənbəsi” icad etmək nə
dem
əkdir?” [30, s.16].
Odla bağlı “mifdən” danışan müəlliflər qeyd edirlər ki,
guya q
ədimdə təzə evlənənlərə hər şey verirlər, oddan başqa.
Bunun hansı xalqa aid olduğunu bilmirik, amma türk
xalqlarında toya qədər təzə ailə quranlara ev tikmək üçün
material daşınanda, bir nəfər öndə əlində ailə ocağının rəmzi
olan sacayağı aparar, birinci onu, sonra da evi qurardılar. Gəlin
g
ələndə də ilk olaraq ocağın başına «dönər», ondan xeyir-dua,
razılıq istərdi.
Mü
əlliflərə görə, ““Danatma” mərasimində, əsasən,
cavan oğlanlar, qızlar iştirak edirlər. İlaxır çərşənbə gecəsində
onlar bir yer
ə yığışırlar. Bütün gecəni yatmayıb şənlik keçirir”,
oxuyur, oynayır, əylənirlər [30, s.19]. Birincisi, müsəlman
olduğumuzu nəzərə alsaq, əvvəllər cavan oğlanların, qızların
bütün gec
əni bir yerdə əylənmələri ağlabatan deyil. Maraqlıdır
ki, mü
əlliflər yanlışlıqlarını “Danatma” məqaləsində
düz
əldirlər: “qızlar bir evə, oğlanlar isə onlara yaxın başqa evə
yığışırlar” [30, s.60]. İkincisi, danatma niyyətlə bağlıdır.
Əsasən qadınlar niyyət edərdilər ki, filankəsim uzaq səfərdən
g
əlsin, sağalsın, filan işim düzəlsin, dan atacam…
Mü
əlliflər “ilin sonuncu çərşənbəsi Azərbaycanın hər
yerind
ə heç bir digər adla yox, yalnız “İlaxır çərşənbə” adıyla
deyilir, qeyd olunur” (
əslində sonuncu çərşənbənin ən geniş
yayılmış adı Axır çərşənbədir – G.Y.) yazsalar da [30,s.16],
İlaxır çərşənbəyə 36-cı səhifədə “Ata-baba günü”, 148-ci
s
əhifədə isə od çərşənbəsi də deyildiyini vurğulayırlar. Daha
257
sonra Novruz tonqalının atəşpərəstliklə heç bir əlaqəsi
olmadığını yazsalar da, yenə orada «qədim azərbaycanlıların»
oda sitayişindən, “odsevər əcdadlarımız”dan danışırlar. “Çillə
gec
əsi”, saya mərasimi, eləcə də bir çox digər ayinlər,
m
ərasimlər haqqında da ziddiyyətli, bir-birini təkzib edən
m
əqamları ortaya çıxarmaq mümkündür…
“Ç
ərşənbələr – niyə çaşırıq?” məqaləmizdə dörd ünsürün
ç
ərşənbələrə pərçimləndiyindən, bu üzdən də onların
sıralanmasında heç tanınmış alimlərimizin də fikirlərinin üst-
üst
ə düşmədiyindən bəhs etmişdik. Ensiklopediya bu məsələyə
bel
ə “aydınlıq” gətirir: “Su çərşənbəsi – Boz ayın dörd
ç
ərşənbəsindən birinə verilən adlardan biri” [30, s.172]. “Yel
ç
ərşənbə – Boz ayın dörd çərşənbəsindən birinə verilən
adlardan biri” [30, s.199]
. Olmazmı ki, bu adları heç
verm
əyəsiniz? Axı özünüz yazırsınız ki, bu adlar “XX əsrin 80-
ci ill
ərinin axırlarından” peyda olub. O zaman onları xalq
inamları kimi verməyin nə anlamı var?!.. “Ensiklopediya”nın
mü
əllifləri dəfələrlə dörd ünsür-dörd çərşənbə məsələsinin
“XX
əsrin 80-ci illərinin axırlarından” yayıldığını vurğulasalar
da, bizim araşdırmalarımız çərşənbələrə ünsürlərin
p
ərçimlənməsinin 1990-cı ilin martından başladığını sübut edir.
T
əbii ki, “Ensiklopediya”da diqqətəlayiq məqamlar da
çoxdur. Lakin müsb
ətlə mənfini tərəziyə qoyanda, mənfi
üstünlük t
əşkil edir. Milli bayramımız olan Novruzla bağlı
ensiklopediya bu q
ədər məntiqsiz izahlarla, ziddiyyətlərlə,
yanlışlıqlarla, bir-birini təkzib edən fikirlərlə doludursa, onun
2008-ci ild
ə 25 min tirajla çap olunmasına dəyərdimi?!
Bir çox xalqlarda olduğu kimi, türk xalqları da Boz ayı
ağır ay hesab edərək onun ən ağır günləri olan çərşənbələri
şadyanalıqla qarşılamağa, bununla da bu ayın fəsadlarından
258
qorunmağa çalışırlar. Çərşənbə axşamları yandırılan
tonqalların, keçirilən ayinlərin, mərasimlərin məqsədi də
ç
ərşənbəni qarşılamağa yönəlmişdir. Beləliklə, biz Yalançı
ç
ərşənbə, Xəbərçi çərşənbə, Ölü çərşənbəsi, Axır çərşənbə
dey
əndə, söhbət həmin çərşənbələr ərəfəsində, yəni çərşənbə
axşamı keçirilən ayinlərdən gedir. İnsanlar Boz ayın ağır
günl
ərini qarşılayıb yola salaraq onun axırına çərşənbə-
ç
ərşənbə yaxınlaşırlar…
Maraqlıdır ki, 2008-ci ildə Avstraliyanın Sidney
Universitetinin professoru Çarlz Areninin r
əhbərliyi ilə
keçiril
ən sorğu - araşdırma nəticəsində məlum olmuşdur ki,
əgər həftənin bazar ertəsi ən gərgin, ən ağır gün hesab
olunursa, latın dilində “Merkuri günü” adlandırılan çərşənbə
günü daha böyük t
əhlükə daşıyır. Anadoluda bu günə qədər
mifik varlıqlar arasında “Çarşamba karısı” deyilən saçı-başı
yoluq, cır-cındır içərisində olan bir qadın obrazı var. İnama
gör
ə, Çarşamba karısı çərşənbə gecəsi iş görən qadınlara
hirsl
əndiyindən onların uşaqlarını qaçırırmış. Bu da çərşənbə
gününd
ə iş görən qadınları işdən uzaqlaşdırmağın ən təsirli
yoludur.
Türk m
ədəniyyətinin geniş yayıldığı slavyanlar arasında
da ç
ərşənbə gününün qorxusu, təhlükənin qarşısının alınmasına
yön
əlik ayinlər vardı. Xristianlıq çərşənbə gününün bu
öz
əlliyini də dinə bağlaya bildi. Xristianlığa görə, İuda
Xristosu m
əhz çərşənbə günü satmışdır. Çuvaşlarda çərşənbə
günü “yun kün”
(qan günü) adlanır. Həmin gün qan çıxsın
dey
ə, heyvan və ya quş kəsirdilər.
Bu gün
ə qədər Aşıq Ələsgərin “Düşdü” rədifli qoşması
bayramla bağlanılsa da, yanlışdır. Əslində “çərşənbə günündə
çeşmə başında” gözü bir alagöz xanıma düşən, qıza könlünü
259
Dostları ilə paylaş: |