Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   2   3   4   5   6   7   8   9   10   ...   49

Munis
40
                                 
                       Möhtəşəm hunlardan, oğuzdan əvvəl,
Bizə xəbər verir Tunqa dastanı!
”Oğuz Kağan“ adlı qədim bir dastan
İlham qaynağıdır illərdən bəri!
Tanıdır dünyaya hunu, oğuzu,
Ölməzdir onların törəmələri!
Dastanlar yaranıb hər zaman, hər an,
Kasaddır bilgimiz hunlardan qabaq.
Tam deyə bilmirik nələr olubdur,
Hələ bildiyimiz bunlardır ancaq!
                        *  *  *
Xeyli qədimlərdən ulu kainat
Yerə bəxş etmişdir canlı bir həyat.
Canlılar unudub sonsuz göyləri,
Sədd çəkib bölürdü Yerdə yerləri.
O vaxtdan yarandı sərhədlər, sədlər,
Aşdı Tanrı qoyan həddini hədlər.
Kiminə ağırdı, kiminə çətin,
Hökmüylə oturmaq bəşəriyyətin.
Unudub müqəddəs, gözəl anları,
Axıtdı günahsız olan qanları.
Birinci kimlərin haqqı pozuldu?
Kimlərin tarixi qanla yazıldı?
Çoxları ağılnan çözməyib bunu,
Qılıncla qorudu öz hüququnu.


Türkün dastanı
41
Ağıl qul olanda qüvvəyə, zora,
İnsan taleyini gömürdü gora.
Bax, belə başladı insan qırğını,
Onda tanıdılar yadı, yağını.
Daha çox ərazi, var-dövlət deyə,
Üsyanlar qalxdı müqəddəs göyə!
– Tanrı yaradıbdır Yerdə bizləri,
Fəth edək dağları, bir də düzləri.                                               
Kim əziz bəndəsi olsa Tanrının,
Bütün Yer kürəsi qoy olsun onun! –
Hökm etdi bu qərar illər uzunu,
Qılınclar bilmədi hardadır qını.
Güclü də, gücsüz də çəkdikcə ahı,
Köməyə çağırdı Böyük Allahı!
Görün Haqq yolundan dönən bəndələr
Dünyanın başına açdılar nələr;                                                
Tanrı yaratdığı nazı, neməti,
Göylər tək bənzərsiz bəşəriyyəti,
Gah söküb dağıdıb, gah uçurdular,
Gah tikib bəzəyib, gah da qurdular.
Əgər olmasaydı sonsuz talanlar,
Möcüzə qurardı dahi olanlar.
Ancaq neyləyək ki, o vaxtdan bəri,
Sarsıdır haqsızlıq bütün bəşəri!
Əgər haqq-divana çəkilsə şahlar,
Bütün Yer üzünü örtər günahlar!
İndi deyəmmərik kimlərdi haqlı,
Hələ də qalıbdır sirli-soraqlı.
Bizə aydın deyil incə mətləblər,


Munis
42
Kimsə qoya bilməz bizə tələblər.
Tarixə biz qiymət verə bilmərik,
Olub keçənləri unutmayaq tək.
Olanı öyrənib qələmə almaq,
Haqqı, həqiqəti yazıb bacarmaq,
Özü qabiliyyət sayılır əlbət,
Bax, budur dünyada yaşayan sənət;
Ürəkdən yaranan, könüldən doğan,
Duyub anılacaq hər zaman, hər an!
İndi söhbət açaq keçmiş zamandan,
Türkə məxsus olan qədim dastandan.
Ən qədim hələlik budur dünyada,
Orda yazılıbdır hər qan, hər qada.
Dünyanın ən güclü iki dövləti
Necə dərk edibdir, gör, həqiqəti.
Dünyaya sahiblik etmək həvəsi
Düşmənə çevirib dost olan kəsi.
Döyüşə qoşulub haqqı yolunda,
Haqqa baş endirən Turan ölkəsi!
Böyük məmləkəti qorusun deyə,
Qul olub sınmamış yada, özgəyə.
Göstərmiş hər zaman öz qüdrətini,
Dünyaya səs salan şücaətini.
Qədim zamanları, erkən anları,
O vaxtkı şahları, qəhrəmanları,                                                 
Öyrənək tarixin yaddaşlarından,
İranla Turanın savaşlarından.
Görək nə söyləyir o keçmiş zaman?
”Alp Ər Tunqa“ adlı qədim bir dastan?! 


Türkün dastanı
43
ALP  ƏR  TUNQA  DASTANI                                                  
                           
İki güclü dövlət yetirdi dövran,
Birisi İrandı, birisi Turan!
Hər biri qüdrətdə yenilməz idi,
Bir-birinə qarşı dilbilməz idi.
Qonşu yaşasa da bu iki dövlət,
Daim aparırdı güclü rəqabət.
Hücumlar edirdi İran Turana,
Artıq Böyük Turan gəlmişdi cana.
İran ölkəsinin şahlıq taxtında
Manuçöhr oturmuş qoca vaxtında.
Turan dövlətinin illərdən bəri
Pəşəng Kağan idi ulu rəhbəri.
İran hökümdarı öldüyü zaman,
Çox götür-qoy etdi o Pəşəng Kağan.
Yaranmış bu imkan getməsin zaya,
Üz tutub övladı Alp Ər Tunqaya
Dedi: ”İran bizə çox pislik etmiş,
İndisə qisasın zamanı yetmiş!“
Alp Ərin qəlbindən oldu bu söhbət,
Aslan tək güclüydü, qolunda qüvvət!
Söylədi, İrandan qisas alacaq,
Atanın əmrinə sadiq qalacaq!
O biri qardaşı Alp Ariz isə,
Döyüşə etiraz etdi nədənsə.
Fəqət savaşmağa qərar verildi,
Döyüşə durmadan tədbir görüldü,
Alp Ər Tunqa oldu orduya rəhbər,
Buna razı qaldı qoşun sərbəsər!


Munis
44
Aslan ürəkliydi bu igid cavan,
Baxan sərv boyuna olurdu heyran.
Cəsurluqda ona yoxuydu şərik,
Fil kimi qüvvətli, quş kimi çevik!
Yerişi torpağı, yeri tərpədir,
Nərəsi havanın bağrını dəlir.
Atdığı oxları hədəfdən ötməz,
İşlətdiyi qılınc gözlə görünməz.
Qalxanı sipərdi, nizəsi polad,
Ağılda, bilikdə çıxarmışdı ad!
Genişdi ürəyi, comərddi əli,
Bal kimi dadlıdı, şirindi dili!
Əgər vərəqləsək qədim dastanı,
Belə vəsf edirlər Alp Ər Tunqanı:
”Alp Ər Tunqa derlər bir kağan vardı,
Ona yerüzü dar, göyüzü dardı.
Tuğ yapmışdı göyüzünə günəşi,                                                
Bilgəlikdə dəxi yoxdu bir eşi.
Göytürk, Uyğur, Karluk və Qaraxanlı,
Daha neçə Türklər, adları şanlı,
Onu özlərinə ata saydılar
Utkusunu dört bucağa yaydılar...“
Onun oğulları, qızları vardı,
Qızlarından biri bəmbəyaz qardı.
O qədər gözəldi körpə qızcığaz,
Onunçün adına deyirdilər Qaz!
Bir qəsr tikdirmişdi atası ona,
Yanındakı çayda üzsün bu sona.
Bu yerlər böyüdü, artdı günbəgün,
Bax, belə yarandı indiki Qəzvin!


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə