və əqidəsində dünya miqyaslı yeni - ilk həllinin yolları işlənib,
konkret elmi layihə formasında şərh edilib, çap olunub, aka
demik səviyyədə təsdiq olunub və hətta əlavə, ən yüksək, bey
nəlxalq dini səviyyədə də rəsmi bəyənilib.
Alim-müəllif sübut edir ki, «humanitar elmlər sahəsi» ad
landırılan yazılar elm deyil, siyasətdir. Orada ümumdünya
istifadəsi üçün vahid, obyektiv qanun, qayda, nəzəriyyə yox
dur, hər şey subyektivdir. Onun əvəzinə yeni, İNSANİ HƏY
AT ELMLƏRİ SAHƏSİ yaradılıb.
Bu fundamental əsərlər barədə Respublika mətbuatında
yüzlərlə məlumatlar verilib, düşünmək olar ki, hamı bilir.
Amma heç kim danışmır. Niyə? Rəhbərlik - məlum səbəblərə
görə, Akademiya - «səlahiyyətin olmadığına» - icazə verilmə
diyinə görə, ziyalılar - «qibtəyə» görə, əhali - imkansızlığa
görə.
Halbuki bu yeni, ümumbəşəri elmlər toplumunda, demək
olar ki, bütün məsələlərin, o cümlədən Qarabağ probleminin
həlli verilib! Sadə, ciddi, real; 90 yaşlı pensiyaçı Saleh Bəy tə
rəfindən - tək, əvəzsiz, köməksiz.
Bu yerdə inciklik və qısqanclıq ən azı hədərdir.
Bilmək lazımdır ki, hər alim adı almış adama alim demək
olmaz. Alim yüzillərdən bir vahidlərlə gəlir. Onu tapmaq,
görmək, ətrafına toplaşmaq və milli elmi dünya elminə çevir
mək - adi elmi işçilərin işi bu olmalı, fəxri və faydalı fəaliyyəti
buna həsr olunmalıdır - hamının mənafeyi naminə. Dövlətin
dəstəyi və köməyi ilə.
Milli Elmlər Akademiyası dünya elminin mərkəzinə çevrilə
bilər. Bu fantastik arzunun real fakta çevrilməsi üçün üç ami
lin birliyi lazımdır: yeni elm, ümumi dərrakə, milli qeyrət.
Birincisi - ümdəsi edilib, hazırdır:
a) yeni elmin kəşfi - üç yeni elmi fənn - Humanistika, Ge-
rontoetika, Bəyterapiya - işlənib, şərh edilib, nəşr olunub
(nümunədə), təsdiq edilib - beynəlxalq elmi və dini səviyyədə.
b) Klassik HUMANİTAR ELMLƏR sahəsinin bütünlük
də obyektiv olmadığı, yəni həmişə subyektiv-siyasi, qeyri-elmi
58
olduğu, o cümlədən, fəlsəfənin elm olmadığı, etikanın yarım-
çıqlığı, terapiyanın əsasən yararsız olduğu sübut edilib; ümu
milikdə «humanitar elmlər sahəsi» kökündən yeniləşdirilib,
tamamilə yeni - İNSANİ HƏYAT ELMLƏRİ sahəsi yaradı
lıb; bu sahəyə adı çəkilən üç yeni elmdən əlavə, yeniləşdirilmiş
klassik təlimlər də daxil edilib: Elmi İlahiyyətşünaslıq, Kom
pleks ədəbiyyatşünaslıq (və - Presizion bomba kaloritmetriya-
sı - o da həmin müəllif tərəfindən) təqdim edilib.
Beləliklə, ən çətin birinci amil - LAYİHƏ hazırdır, təqdim
edilib - 3500 səhifədə, 8 cildlik «Dünyanın taleyi»(!) külliyyatı
- «Tarixin dönüş kitabı» (Rusiya Elmlər Akademiyası dünyə
vi Sibir Bölməsinin rəy-kitabçasına görə), müəllif Q.S.Bəy
tərəfindən, tək, əvəzsiz, 90 yaşında.
İkinci amil - ümumi milli dərrakə. Bunun üçün LAYİHƏ-
külliyyatın aparıcı dillərə tərcüməsi, nəşri, dünyaya çatdırıl
ması lazımdır.
Bunu dövlət eləməlidir. Belə dövlət... arzu olunur.
Üçüncü amil - bu elmlərin dünya ictimaiyyəti tərəfindən
rəsmi qəbul edilməsi, dünya akademiyalarında elmə, təhsil
müəssisələrində tədris prosesinə rəsmən daxil edilməsidir. Bu
amil təşəbbüskar dövlətin, dünya elitasının və əhalisinin vəzi
fəsi olmalıdır.
Əsası türk milləti tərəfindən qoyulmalı olan bu ümumbəşəri
«tarixi dönüş», türk fəxri elm erasına keçid mümkündür, real
dır - ALLAHIN İRADƏSİ ilə.
Beləliklə, Yer planetinin III - İNSANİ ERASINI AÇMAQ
ÜÇÜN TÜRK MİLLƏTİNİN ÖYRƏNMƏLİ, ANLAMALI,
QƏBUL ETMƏLİ OLDUĞU ELM DÜNYAYA GƏLİB.
Tarixdə ilk dəfə «Dünyanın taleyi» adlı kitabı yazmaq fikrinə
düşən şəxs, məhz bu adda və bu məzmunda 10 cildlik, 4000
səhifə, yeganə kitabın, yeganə müəllifinin azman məqsədi
bütün bəşəriyyətin - istisnasız hamının, ədalətli taleyinə nail
olmaq olub - 20 il ərzində. Üsul - tərbiyə, vasitə - elm,
mürəbbi - «Dünyanın taleyi» dərsliyi.
Dərslik yazılıb, əsasən (8 cildi) çap olunub, elmi cəhətdən
59
təsdiq edilib, iki mərkəz - Rusiya və Azərbaycan Elmlər A ka
demiyaları tərəfindən, mənəviyyat cəhətindən ona xeyir-dua
verilib - dünyanın ən böyük dini mərkəzi Vatikan tərəfindən.
Bu, layihədir, 6 fənn üzrə dünya elmini qabaqlamış Dünya
əmin-amanlığının yaradılmasının ELMİ LAYİHƏSİ.
İndi elmin bütün yazılı tarixdə gördüyü bu ən vacib, böyük
və faydalı işi -dünyanı yırtıcı düşmənlərin döyüş meydanın
dan həqiqi insanların bahəm həyat məkanına çevirmək -
LAYİHƏni icra etmək olmalıdır. Olmur...
Dil LAYİHƏNİN bir aspektidir.
Dil nədir?
Cozayya Gibbs (1839-1903), termodinamikanm banisi,
ABŞ: «Riyaziyyat - dildir».
Ivan Pavlov (1849-1936), fiziologiyanın banisi, Rusiya: «Dil
- reallıq siqnallarının ikinci sistemidir».
Lev Landau (1908-1968), müasir nəzəri fizikanın banisi,
Azərbaycan-Rusiya: «Elmlər üç cürdür: təbii elmlər - kimya,
biologiya; qeyri-təbii - humanitar elmlər; fövqəltəbii elmlər -
fizika, riyaziyyat».
Saleh Bəy (1921-2014?), humanistikanın banisi, Azərbay
can-Rusiya: «Dil millətin tarixinin əsas nəticəsi, mədəniyyəti
nin birinci amili, ləyaqətinin göstəricisidir. Dil - əvəzsiz silah,
müqəddəs milli sərvətdir».
Fiziki amil üzrə dünya, demək olar ki, qloballaşıb, ən azı
kosmosla, İnternetlə, televiziya ilə.
İqtisadi amil də qloballaşmağa başlayıb. Mədəniyyətdə
həmçinin qloballaşma var. Elmi qloballaşma vəsaiti keyfiyyə
tində - mənim təqdim elədiyim İNSANİ HƏYAT ELMLƏRİ
kompleksi ola bilər. Başqa vəsait yoxdur.
Siyasi və dini qloballaşma həmçinin olmalıdır və müm
kündür, Avropada xeyli dərəcədə olub. Dünyada isə mənim
ELMİ SOSİAOLOGİYA və VAHİD ELMİ TEOLOGİYA
elmlərim əsasında ola bilər, başqa vəsaitlər bu sahədə də yox
dur.
60
Bir sahə də var - dil. Bu sahədə qloballaşma nəzəri surətdə
mümkündür, praktik - namümkün qədər çətindir və minillə-
rin işidir. Amma ümumdünya - qlobal ünsiyyət dili qəbul
oluna bilər və mütləq lazımdır. Bu, dilin qloballaşmasını çox
sürətləndirə bilər - uyğun dil olsa.
Cəmiyyət məxluqu olan insan üçün deyilən sahələrin - fizi
ki varlığın, iqtisadiyyatın, mədəniyyətin, elmin, siyasi idarə
etmənin, dinin təcridlik və xüsusən də qloballaşma vəziyyətin
də işləməsi üçün ən vacib amil dildir. Dil bütün insani cə
miyyət amillərini qarşılıqlı bağlayan, onların işləməsi imkanını
yaradan xüsusi bir amil, hər yerdə mütləq vacib olan faktor
dur, vasitədir.
Ümumbəşəri, vahid ünsiyyət dilinin qəbul edilməsi və işlə
dilməsi mütləq vacibdir. Bunun üçün ən qədim, bununla da ən
təkmil bir dil seçilməlidir.
Hazırda ümumdünya dili keyfiyyətində, rəsmi qərarsız olsa
da, ingilis dili işlədilir. Bu, faydalıdır, amma düzgün, elmi-
ədalətli və şəksiz perspektivli deyil.
Keçən əsrdə BMT səviyyəsində Ümumdünya ünsiyyət dili
barədə məsələ qaldırılmışdı. Bu dil üçün əsas meyarlar olaraq
təkmillik, birmənalılıq, qrammatikasının qanunauyğunluğu,
sadəliyi və aydınlığı, ifadəsinin və öyrənilməsinin asan olması
göstərilirdi. Xüsusi bir amil də bu idi ki, həmin dil hər hansı
bir böyük millətə yox, nisbətən kiçik millətə aid olsun.
Burada da hamıdan qabaq, yuyulmamış qaşıq kimi, özləri
ni irəli verən, ermənilər oldu. Bəlkə elə buna, erməni dilinin
yaramadığına görə də Təşkilat komitəsi məsələni dayandırdı.
Bu məsələ qaldırılmalıdır.
Türk dünyasında isə hal-hazırda ümumtürk ünsiyyət dili
kimi vahid bir dilin qəbul edilməsi məsələsi qarşıda daha kəs
kin durur və bu məsələ təcili həll edilməlidir.
Olduqca vacib olan bu problem barədə yenə demək istəyi
rəm.
Fikir belədir ki, Türkiyə türkcəsi ümumi dil kimi qəbul
olunsun. Bu, məntiqidir, amma vəziyyt buna imkan vermir:
61