Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   ...   8   9   10   11   12   13   14   15   16

və əqidəsində dünya miqyaslı yeni -  ilk həllinin yolları işlənib, 

konkret  elmi  layihə  formasında  şərh  edilib,  çap  olunub,  aka­

demik  səviyyədə  təsdiq  olunub  və hətta əlavə,  ən  yüksək,  bey­

nəlxalq dini səviyyədə də rəsmi bəyənilib.

Alim-müəllif sübut  edir  ki,  «humanitar  elmlər  sahəsi»  ad­

landırılan  yazılar  elm  deyil,  siyasətdir.  Orada  ümumdünya 

istifadəsi  üçün  vahid,  obyektiv  qanun,  qayda,  nəzəriyyə  yox­

dur,  hər  şey subyektivdir.  Onun  əvəzinə yeni,  İNSANİ  HƏY­

AT ELMLƏRİ SAHƏSİ yaradılıb.

Bu  fundamental  əsərlər  barədə  Respublika  mətbuatında 

yüzlərlə  məlumatlar  verilib,  düşünmək  olar  ki,  hamı  bilir. 

Amma  heç  kim danışmır.  Niyə?  Rəhbərlik -  məlum səbəblərə 

görə, Akademiya -  «səlahiyyətin  olmadığına» -  icazə verilmə­

diyinə  görə,  ziyalılar  -   «qibtəyə»  görə,  əhali  -   imkansızlığa 

görə.

Halbuki  bu  yeni,  ümumbəşəri  elmlər  toplumunda,  demək 



olar  ki,  bütün  məsələlərin,  o  cümlədən  Qarabağ  probleminin 

həlli  verilib!  Sadə,  ciddi,  real;  90  yaşlı  pensiyaçı  Saleh  Bəy  tə­

rəfindən -  tək, əvəzsiz,  köməksiz.

Bu yerdə inciklik və qısqanclıq ən azı hədərdir.

Bilmək  lazımdır  ki,  hər  alim  adı  almış  adama  alim  demək 

olmaz.  Alim  yüzillərdən  bir  vahidlərlə  gəlir.  Onu  tapmaq, 

görmək,  ətrafına  toplaşmaq  və  milli  elmi  dünya  elminə  çevir­

mək -  adi  elmi  işçilərin  işi  bu  olmalı,  fəxri  və faydalı fəaliyyəti 

buna  həsr  olunmalıdır  -   hamının  mənafeyi  naminə.  Dövlətin 

dəstəyi və köməyi ilə.

Milli  Elmlər Akademiyası  dünya  elminin  mərkəzinə  çevrilə 

bilər.  Bu  fantastik  arzunun  real  fakta  çevrilməsi  üçün  üç ami­

lin birliyi lazımdır: yeni elm,  ümumi dərrakə, milli qeyrət.

Birincisi -  ümdəsi edilib, hazırdır:

a)  yeni elmin  kəşfi  -   üç yeni  elmi  fənn  -   Humanistika,  Ge- 

rontoetika,  Bəyterapiya  -   işlənib,  şərh  edilib,  nəşr  olunub 

(nümunədə), təsdiq edilib -  beynəlxalq elmi və dini səviyyədə.

b)  Klassik  HUMANİTAR  ELMLƏR  sahəsinin  bütünlük­

də  obyektiv  olmadığı,  yəni  həmişə subyektiv-siyasi,  qeyri-elmi

58

olduğu,  o  cümlədən,  fəlsəfənin  elm  olmadığı,  etikanın  yarım- 



çıqlığı,  terapiyanın  əsasən  yararsız  olduğu  sübut  edilib;  ümu­

milikdə  «humanitar  elmlər  sahəsi»  kökündən  yeniləşdirilib, 

tamamilə  yeni  -   İNSANİ  HƏYAT  ELMLƏRİ  sahəsi  yaradı­

lıb; bu sahəyə adı çəkilən üç yeni elmdən  əlavə, yeniləşdirilmiş 

klassik  təlimlər  də  daxil  edilib:  Elmi  İlahiyyətşünaslıq,  Kom­

pleks ədəbiyyatşünaslıq (və -  Presizion bomba kaloritmetriya- 

sı -  o da həmin müəllif tərəfindən) təqdim edilib.

Beləliklə,  ən  çətin  birinci  amil  -   LAYİHƏ  hazırdır,  təqdim 

edilib -  3500 səhifədə,  8 cildlik  «Dünyanın taleyi»(!)  külliyyatı 

-  «Tarixin  dönüş  kitabı»  (Rusiya  Elmlər Akademiyası  dünyə­

vi  Sibir  Bölməsinin  rəy-kitabçasına  görə),  müəllif  Q.S.Bəy 

tərəfindən, tək, əvəzsiz, 90 yaşında.



İkinci  amil  -   ümumi  milli  dərrakə.  Bunun  üçün  LAYİHƏ- 

külliyyatın  aparıcı  dillərə  tərcüməsi,  nəşri,  dünyaya  çatdırıl­

ması lazımdır.

Bunu dövlət eləməlidir. Belə dövlət...  arzu olunur.



Üçüncü  amil  -   bu  elmlərin  dünya  ictimaiyyəti  tərəfindən 

rəsmi  qəbul  edilməsi,  dünya  akademiyalarında  elmə,  təhsil 

müəssisələrində  tədris  prosesinə  rəsmən  daxil  edilməsidir.  Bu 

amil  təşəbbüskar  dövlətin,  dünya  elitasının  və  əhalisinin  vəzi­

fəsi olmalıdır.

Əsası türk  milləti tərəfindən qoyulmalı olan bu ümumbəşəri 

«tarixi dönüş»,  türk  fəxri elm erasına  keçid  mümkündür,  real­

dır -  ALLAHIN İRADƏSİ ilə.



Beləliklə,  Yer planetinin  III -  İNSANİ  ERASINI  AÇMAQ 

ÜÇÜN TÜRK  MİLLƏTİNİN  ÖYRƏNMƏLİ,  ANLAMALI, 

QƏBUL  ETMƏLİ  OLDUĞU  ELM  DÜNYAYA  GƏLİB. 

Tarixdə  ilk  dəfə  «Dünyanın taleyi»  adlı  kitabı  yazmaq  fikrinə 

düşən  şəxs,  məhz  bu  adda  və  bu  məzmunda  10  cildlik,  4000 

səhifə,  yeganə  kitabın,  yeganə  müəllifinin  azman  məqsədi 

bütün  bəşəriyyətin  -   istisnasız  hamının,  ədalətli  taleyinə  nail 

olmaq  olub  -   20  il  ərzində.  Üsul  -   tərbiyə,  vasitə  -   elm, 

mürəbbi -  «Dünyanın taleyi» dərsliyi.

Dərslik  yazılıb,  əsasən  (8  cildi)  çap  olunub,  elmi  cəhətdən

59



təsdiq edilib,  iki mərkəz -  Rusiya və Azərbaycan  Elmlər A ka­

demiyaları  tərəfindən,  mənəviyyat  cəhətindən  ona  xeyir-dua 

verilib  -  dünyanın  ən  böyük  dini mərkəzi  Vatikan  tərəfindən. 

Bu,  layihədir,  6  fənn  üzrə  dünya  elmini  qabaqlamış  Dünya 

əmin-amanlığının yaradılmasının ELMİ  LAYİHƏSİ.

İndi  elmin  bütün yazılı tarixdə gördüyü bu ən vacib,  böyük 

və  faydalı  işi  -dünyanı  yırtıcı  düşmənlərin  döyüş  meydanın­

dan  həqiqi  insanların  bahəm  həyat  məkanına  çevirmək  -  

LAYİHƏni icra etmək olmalıdır. Olmur...

Dil LAYİHƏNİN bir aspektidir.

Dil nədir?

Cozayya  Gibbs  (1839-1903),  termodinamikanm  banisi, 

ABŞ:  «Riyaziyyat -  dildir».



Ivan Pavlov (1849-1936), fiziologiyanın banisi,  Rusiya:  «Dil 

-  reallıq siqnallarının ikinci sistemidir».



Lev  Landau  (1908-1968),  müasir  nəzəri  fizikanın  banisi, 

Azərbaycan-Rusiya:  «Elmlər  üç  cürdür:  təbii  elmlər -   kimya, 

biologiya;  qeyri-təbii  -   humanitar  elmlər;  fövqəltəbii  elmlər -  

fizika, riyaziyyat».



Saleh  Bəy  (1921-2014?),  humanistikanın  banisi,  Azərbay­

can-Rusiya:  «Dil  millətin  tarixinin  əsas  nəticəsi,  mədəniyyəti­

nin  birinci  amili,  ləyaqətinin  göstəricisidir.  Dil  -  əvəzsiz silah, 

müqəddəs milli sərvətdir».

Fiziki  amil  üzrə  dünya,  demək  olar  ki,  qloballaşıb,  ən  azı 

kosmosla,  İnternetlə, televiziya ilə.

İqtisadi  amil  də  qloballaşmağa  başlayıb.  Mədəniyyətdə 

həmçinin  qloballaşma  var.  Elmi  qloballaşma  vəsaiti  keyfiyyə­

tində -  mənim təqdim  elədiyim  İNSANİ  HƏYAT  ELMLƏRİ 

kompleksi ola bilər.  Başqa vəsait yoxdur.

Siyasi  və  dini  qloballaşma  həmçinin  olmalıdır  və  müm­

kündür,  Avropada  xeyli  dərəcədə  olub.  Dünyada  isə  mənim 

ELMİ  SOSİAOLOGİYA  və  VAHİD  ELMİ  TEOLOGİYA 

elmlərim  əsasında  ola  bilər,  başqa  vəsaitlər bu sahədə də  yox­

dur.

60

Bir sahə də  var -  dil.  Bu sahədə  qloballaşma nəzəri  surətdə 



mümkündür,  praktik  -   namümkün  qədər  çətindir  və  minillə- 

rin  işidir.  Amma  ümumdünya  -   qlobal  ünsiyyət  dili  qəbul 

oluna  bilər  və  mütləq  lazımdır.  Bu,  dilin  qloballaşmasını  çox 

sürətləndirə bilər -  uyğun dil olsa.

Cəmiyyət məxluqu  olan  insan  üçün  deyilən sahələrin -  fizi­

ki  varlığın,  iqtisadiyyatın,  mədəniyyətin,  elmin,  siyasi  idarə­

etmənin, dinin təcridlik və xüsusən də qloballaşma  vəziyyətin­

də  işləməsi  üçün  ən  vacib  amil  dildir.  Dil  bütün  insani  cə­

miyyət amillərini qarşılıqlı bağlayan,  onların işləməsi imkanını 

yaradan  xüsusi  bir  amil,  hər yerdə  mütləq  vacib  olan  faktor­

dur, vasitədir.

Ümumbəşəri,  vahid  ünsiyyət  dilinin  qəbul  edilməsi  və  işlə­

dilməsi mütləq vacibdir.  Bunun  üçün ən  qədim, bununla da ən 

təkmil bir dil seçilməlidir.

Hazırda  ümumdünya dili  keyfiyyətində,  rəsmi qərarsız olsa 

da,  ingilis  dili  işlədilir.  Bu,  faydalıdır,  amma  düzgün,  elmi- 

ədalətli və şəksiz perspektivli deyil.

Keçən  əsrdə  BMT  səviyyəsində  Ümumdünya  ünsiyyət  dili 

barədə  məsələ qaldırılmışdı.  Bu dil  üçün  əsas  meyarlar  olaraq 

təkmillik,  birmənalılıq,  qrammatikasının  qanunauyğunluğu, 

sadəliyi  və  aydınlığı,  ifadəsinin  və  öyrənilməsinin  asan  olması 

göstərilirdi.  Xüsusi  bir  amil  də  bu  idi  ki,  həmin  dil  hər  hansı 

bir böyük millətə yox, nisbətən kiçik millətə aid olsun.

Burada da  hamıdan  qabaq,  yuyulmamış  qaşıq  kimi,  özləri­

ni  irəli  verən,  ermənilər  oldu.  Bəlkə  elə  buna,  erməni  dilinin 

yaramadığına görə də Təşkilat komitəsi məsələni dayandırdı.

Bu məsələ qaldırılmalıdır.

Türk  dünyasında  isə  hal-hazırda  ümumtürk  ünsiyyət  dili 

kimi  vahid  bir  dilin  qəbul  edilməsi  məsələsi  qarşıda  daha  kəs­

kin durur və bu məsələ təcili həll edilməlidir.

Olduqca  vacib  olan  bu  problem  barədə  yenə  demək  istəyi­

rəm.


Fikir  belədir  ki,  Türkiyə  türkcəsi  ümumi  dil  kimi  qəbul 

olunsun.  Bu,  məntiqidir,  amma  vəziyyt  buna  imkan  vermir:

61



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə