Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

üstündən  hoppanmağa!  Hələlik  160,  yəqin  ki,  seçilmiş,  ən 

«gözəl»  erməni  türkcəsi  kəlmələrini  ötkəm  səxavətlə  millətə 

təqdim eləyir.

Nədən  başlasa  yaxşıdır?  Bütün  İslam  aləmində  millətlər 

üçün  ən  əziz  (diktatorlar  üçün  -   ən  bəd)  o  gözəl,  ilahi-insani 

sözdən: AZADLIQ!

Dilaçar  (yox  -   dilbağlayar!)  Martayan,  atəşaçar  Qəzzafi, 

problemaçar  Mübarək  üslubunda,  bizim  Xaliqimiz da  «azad­

lıq»  sözünü  xoşlamır,  onu tullamağı  («tutufclamağıl»),  əvəzinə 

martayanlarm  özü  üçün  yararlı,  taxta  protez  «bir  şeylər»  -  

«ÖZGÜR»  (?)  sözünü  qəbul  etməyi  əmr  formasında  təklif 

edir.  Niyə? Məqsəd nədir? Dilaçara, yoxsa Qəzzafiyə dəstək?

«Davamlı»  adlı  bizim  azərtürk  kəlamımızı  da  akoplaşdır- 

maq  istəyən  azərbaycanlı  martayanistlər,  bilərəkdən,  ya  bil­

məyərəkdən,  bu  sözü  də  rədd  edirlər.  Davamlı  əvəzinə,  onun 

tərs  mənasım  daşıyan  dözümlü sözünü  təqdim edirlər.  Yəqin, 

burada  da  məqsəd  var,  Mubarəkə  və  ya  kiməsə  «davamlı» 

mübarizə yox, «dözümlü» xof faydalıdır.

«Münasibət».  Bu, müsbət mənalı  sözün əvəzinə deyir mənfi 

mənalı  -   «ilişki»  (cibgirlərin  terminidir -  tutulanda  deyirlər -  

«ilişdim»);

«MÜQƏDDƏS»  sözünü  də  tullayır,  ərəb  sözü  olduğuna 

görə!  Bunlar anlamırlar ki,  Müqəddəs sözünə qarşı yalnız iblis 

çıxmağa  cürət  edə  bilər!  Müqəddəs  kəlamını  və  müqəddəslik 

əxlaqını  Allah  öz  MÜQƏDDƏS  kitabında,  qurani-Kərimdə 

göndərib.  Sən  kimsən  ki,  ilahi  MÜQƏDDƏS  sözünü  erməni 

Akopun  «yaratdığı»  «kutsaMa  əvəzləyirsən?  Kutsal  nədir,  nə 

zibildir?!

«Xalıq  Bahadır» -  yekə  adlı,  balaca bir adam,  Quran  elmi­

nin  dünyəvi  təbirini  ləğv  eləmək  istəyir,  erməni  Akopun  iblis 

«təlimi»nin hökmü ilə.

Möhürə  deyir  -   «damğa».  Heç  dəxli  var?  Möhür  qanuni 

sənədi  təsdiqləyən  dövlət  işarəsidir,  damğa  isə  heyvana  vuru­

lan  «özgürlük»  yarasıdır.  Bunların  fərqini  əla  bilən  anti- 

türkoloq  Martayan,  qəsdən  insanlar  üçün  ali  siyasi  rəmz

38

«möhür»ü  heyvana,  qeyri-insani  yolla  tətbiq  edilən  «damğa» 



ilə  əvəz  eləyir!  Və  qəribədir  ki,  damğaya  da  damğa  deyir. 

Möhür  sözü  türk  dilindən  kənarlaşdırılır,  qalıb  damğa  -   in- 

san-heyvana və heyvan-insana vurulan nəsnə..

Müdafiə,  Dilaçar-dilbağlayanm  tələbi  ilə  bu  olmalıdır  -  

«savunma» (!?). Yəni silahı tök yerə, özün də soyun!

İnkişaf -   «gəlişmə»  (?);  inkişaf -   bizdən  qabağa,  gəlişmə  -  

qabaqdan  bizə  istiqamətlənir;  bəli  -   «hə»  (Akop  və  Bahadır 

bilmirlər  ki,  bunlar  sinonimlərdir  və  dilin  zənginliyinin  əsas 

şərti  də  elə  sinonimlərin  çoxluğundan,  omonimlərin  azlığın­

dan ibarətdir. Ərəb dilində dörd «bəli» var, hər birinin öz yeri.

«Həmin»  -   sözünü  tullayır,  əvəzinə  barmaqdan  istifadə 

eləməyi  təklif edir:  «nəyisə,  kimisə göstərmə».  Belə kəlmə  olar, 

belə  dil  olar?  «Əgər»  sözü  də  «yararsız  söz»(?)  adlandırılır, 

«əgər»siz dil olar? «Əgər» rus dilində -  если,  alman  dilində isə 

-  wenn və ya falls -  iki qarşılığı var.

İxtiyar sözünü eləyiblər  «ərk».  İxtiyar -   hüquq  sözünün  si­

nonimidir,  «ərk»  tamam  başqa  -   hikkə  mənasını  daşıyır.  Bu 

sözlərə eyni məna vermək, dili xaosa, milləti isə «ökur-yazar»a 

çevirməkdir.

İctimai  -   olub  «ellik».  Halbuki  ictimai  kəlməsi  məcazi, 

«cəmiyyətə  aid»  mənasını  daşıyır,  «ellik»  (iməciliyə,  mühari­

bəyə  aid)  -   fiziki  -   «birlikdə»  mənasındadır.  Onlar  eyni  şey 

deyillər.

İntihar  sözü,  birmənalı  termin  tüllanılır,  əməliyyatın  məz­

munu  verilir  —

  «özünüöldürmə»,  bunun  isə  iki  mənası  var  —

 

hərfi və məcazi. Olmaz!..



Bu  deyilənlər  kimi  digər  sözlər də  yanlış əvəzləndirilir,  sax­

talaşdırılır,  mənaca  başqalaşdırılır,  hamısının  da  nəticəsi  çaş- 

başlıq yaratmaqdan ibarət olur -  HAMISININ!

Mən  əlavə,  onların  hamısını  yox,  bəzi,  ən  yanlış,  yaramaz, 

hətta iyrənc əvəzləmələri gətirirəm:

Təqsir -  «suç»;  günah  da -  «suç»(?).  Müxtəlif mənalı,  sam- 

ballı iki hüquq söz-terminini  bir mənasız,  təsirsiz heca  ilə  əvəz 

edir,  niyə?  Hamısı  da  dili  kasıblaşdırmaq,  mənasızlaşdırmaq,

39



alçaltmaq istiqamətində.

Nümayiş  -   «göstəri»

 

qrammatika  da  «sökülür»,  xaoslaşdı- 



rılır..

Nişan -  «bəlirti»(l).

Mütəmadi -  sürəkli.

 

Mütəmadi -  daiminin,  arasıkəsilməzin 



sinonimidir,  sürəkli  isə -  uzun müddət, davam edənin.  Bunla­

rın birini tullamaq, həmçinin dili kasıblaşdırmaqdır.

Müayinə  -   «yoxlama»  deyil,  «baxış»  da  deyil,  olduqca  va­

cib  termindir,  təbabətdə  işlənir,  onu niyə  tullayaq? Baxış  baş­

qa məna daşıyır, məsələn,  orduya baxış. Müayinə və baxış heç 

sinonim də deyillər. Hərəsinin öz mənası, öz yeri var.

Tələb etmək (əmrlə!) -  həmçinin, (xoşla) «istəmək» deyil.

Müddət  -   «sürə».

 

Kim  kimi  sürə?  Erməni  -   eşşəyi,  kələ  -  



inəyi? Və qrammatika olub «yararsız bir şeylər»?

Mücadilə -  «savaş»

 

(müharibəyə də deyir -  «savaş»).



Mübarək -  «kutlu».  Bu sözdən də heç xoşum gəlmir.

Məsələ 


-  

olub  «sorun».

 

Nəyi  soraq?  Məsələ  hara,  sormaq 



hara.

Cənaba,  möhtərəmə,  hörmətliyə  -   hamısına  deyir  - 

«sayın».  Üç  kəlməmiz  də  burdan  tullandı.  Həm  də sayın

 

sifət 



deyil, saymaq felinin tək, əmr formasıdır.

Şey 


-  

«nəsnə».

 

Gülməlidir.



iştirak  -   «qatılma».

 

Bu,  lap  dəhşət  doğurur!  İştirak  ancaq 



insana  aiddir,  «qatılma»  -   heyvana,  mala,  cansız  cismlərə. 

Bunun fərqini  Dilaçar bilməyib? Bilib və qəsdən türk insanları 

heyvanlaşdırmaq məqsədi ilə belə «yaradıb».

Səbəb  olub 

-  

«nədən».

 

Düz  deyil,  yanlışdır,  pisdir!  Belə 



əvəzləmə  olmaz!  Səbəbin  və «nədən»in  mənaları,  hətta  qram­

matik  təyinatları  başqa-başqadır.  Bu  «islahat»  deyil,  bu,  dili 

alçaltma, azaltma, məhvetmədir. Düşünün:

«Bu ayrılıq nədən oldu?

Ancaq səndən  ayrı gəzən

Ürək deyil bədən oldu...»

Bəxtiyar  Vahabzadənin,  türk  dünyasında  sevgi  ilə  oxunan 

bu  məhəbbət  inciləri  Akopun  erməni  türkcəsinə  müyəssər ola

bilməyəcək...  Bu  iki  söz  mənaca  başqa-başqadır.  Məsələn, 

almanca,  səbəb  -   Ursache,  nədən  -   wovon  deməkdir;  rusca 

səbəb- причина, nədən -  от чего deməkdir.

Müstəqillik 

-  

«bağımsızlıq».

 

Import mebelin balta ilə yonu­



lub  «təmizlənməsi»!  Müstəqillik  -   heç  kimə  tabe  olmamaq, 

bağımsızlıq  isə -  heç  kimin  qayğısına  ümidi  olmamaq  demək­

dir.  Belə  incəlikləri  ayırmağı,  təsəvvür  və  təsvir  etməyi  Akop 

türklərə lazım bilməyib.

Vəziyyət  -   «durum»

 

-   deyil.  Vəziyyət  yalnız  durmuş  hala 



aid deyil, «bir şeylər» çox halda yatmış vəziyyətdə olur.

Xudahafiz  sözünü  də erməni  islahatçı,  əlbəttə  ki,  xoşlamır, 

atır  kənara,  əvəzinə «sağ ol» və ya  «allahaismarladıq»  deməyi 

türkə qandırır.  Xudahafiz  sözünün  mənası  belədir:  Allah  hifz 

eləsin!

Bu,  duadır,  ilahi,  xeyir duasıdır.  Dua  nədir?  İnsanın  Allah­



la rabitəsinin imkanı, vasitəsi, istəyi.

İslamın  əyilməz qüdrəti,  məhz onun  Vahid Allaha  gətirdiyi 

imanında  və  Allahla  mütəmadi  təmasındadır,  dualar  və  na­

mazlar  sayəsində.  Buna  görə  də  qanqsterizm,  alkoholizm, 

azad pozğunluq yoxdur.

Qərb  xristian  aləminin  ən  müdrik  şəxsiyyətləri  İohan  Vof- 

qanq  Qoethe  (1749-1832),  Napoleon  Bonapart  (1769-1821), 

Bernard  Şou  (1856-1950),  Duayt  Eyzenhauer  (1890-1969)  və 

b.  İslamın  üstünlüyünü  dərk  etmiş,  müsəlmanın  «Allahla 

mütəmadi rabitəsi»ni qibtə ilə dəyərləndirmişlər.

Avropanın  ən  böyük  mütəfəkkiri  sanında  qəbul  edilən  Qo­

ethe  (təəssüf ki,  bu  möhtərəm  kişinin,  Şərqin  bilicisi  və  pərə­

stişkarının  adını  Azərbaycanda düzgün  bilən  bir «okuryazar» 

yoxdur)  Mühəmməd  ümmətinin,  Allahın  99  adının  deyilməsi 

ilə,  təsbehin  çevirilməsi  ayinini  Allahla  rabitənin  ən  səmimi 

icrası kimi, heyranlıqla qiymətləndirmişdir.

Mən  də  öz çətin  90  yaşımın  ən  məhsuldar son  20  ilinin  hə­

dər  keçməməsində  əsas  amil  olaraq  hər  işimi  Allahın  adı  ilə, 



bismillahir-rəhmanir-rəhimh

 

başlamağımda  görürəm.  Və  bu 



gözəl, həm də faydalı duanı oxumağı hamıya məsləhət bilirəm.

40

41




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə