Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   ...   8   9   10   11   12   13   14   15   16

Xristian  aləmi mənəviyyatının mühafizəkarı,  öz dininin hə­

qiqi  ilahiyyətşünası,  mərhum  Roma  Papası  II  İoan  Pavelin 

adından  Vatikan  Dövlət  katibi  Monsenyor  Pedro  Lopez 

Kvintananm  mənə  göndərdiyi  məktublarından  birində  yazıl­

mışdır:

«Zati  Müqəddəsləri  Papa  Allahdan  Sizə və  Sizin  yaxınları­



nıza  xeyir-dua  diləyir».  Mənim  yaxınlarım...  kimlərdir?  - 

Ümidim var, tapacağam -  o dünyada.

Dilimizin  «Açarı»  Martayan  isə...  Xudahafiz  sözünü,  ən 

xoş  arzu-duanı  deməyi  bizə,  islami  türk  millətinə,  qadağan 

(yasaq!) eləyir, Xalıq Bahadırların icrası ilə.

Xoş xəbər  də  var,  bəyəndiyim və  rəğbətləndirdiyim  bir mə­

qalə:  «Saf  niyyət  və  qəliz  reallıq»  [Türküstan,  13-26  mart, 

2011].  Müəllifi  -  Əlvan  Kəbirli,  məni  sevindirdi.  Dərrakəli  və 

qeyrətli  adamlarımız  var,  öz  emosional  marağı  üçün  yox, 

ümumi həqiqət üçün düşünənlər.

«Siyasət  aləminin  qəribəliyi»ndən  başlayır.  Görür  ki,  siya­

sət,  Sabirin  təbirincə,  «hər  şeyi  təlim  eləyir -   tərsinə».  Xarici 

düşmənlərin  varlığı  bəhanəsinin  daxili  düşmənlərə  qarşı  qal­

xan  kimi  istifadə  edilməsi  ilə.  Bunu  qocalar  görüblər,  kom­

munist KQB arqumenti belədir.

Əlvan bəy «zadə» famil sonluğunu lazım bilir. Haqlıdır.

Qeyd  edim  ki,  mən  famil  əvəzinə  «soyadı»,

 

nömrə  əvəzinə 



«say»ı  (sayın  mənası  başqadır),  yanvar,  fevral...  əvəzinə 

«oçaq»,  «şubcıt»...

 

deyimlərini  qəbul  etmirəm,  bunun  milli 



maraq  üçün  faydası  yoxdur,  əksinə,  böyük  ziyanı  var,  - 

düşünmək və anlamaq lazımdır.

Müəllifin «Nədir bu reallıq» abzası barədə.

«Bu  gün  Azərbaycan  Respublikası  əhalisinin  səksən  beş fai­

zindən  çoxunu  Azərbaycan  türklərinin  təşkil  etməsi...»

 

Fəqət 



bu  millətin  və  onun  dilinin  adı  yoxdur!  Olmalıdır!  Bu  ad: 

azərtürk milləti, azərtürk dilidir.

Yuxarıda  qeyd  etdim  ki,  bizim  azərtürk  dilimizi  də 

«türkləşdirməyə»  başlayıblar,  türk  (oxu:  erməni-türk)  «dil 

qurumu»  yaratmaq  istəyirlər.  Yaradıblar!  Burada  da  «öncə»,

42

«zorunda  qalma»,  «kültür

», 

«dəmək»,  «basım»,  sue,  sıcak

 

və 



digər sözləri işlədirlər.  Bunu edənlər kimlərdir? Öz burnundan 

o  yanı  görməyən  kəmsavadlar,  «xərəbləşən»  dünyanın  alimi- 

biəməlləri!

Türk  osmanlı  qardaşlarımızın  səhvini  biz  də  təkrar  etməy­

ək!  Əksinə,  biz,  azərtürklər, qardaş Türkiyə xalqına anlatmalı, 

onlara  kömək  etməli,  xahiş  etməliyik  ki,  onlar  bizim  saxla­

dığımız ümumtürk dilinə qayıtsınlar.

Hamı  bilməlidir:  azərtürk  dilini  «tiirkiyələşdirmək»  Türki­

yəyə hörmət,  millətə mənfəət deyil,  tərsinə,  erməni Akopıın xain 

əməlinə  burada  da  yol  açmaqdır.  Dilimizi  erməniləşdirməyin, 

çirkləndirməyin!  Türk  dilini  məhv  eləyib  itirməyək,  100  əsr­

lik (!), bütün tarixin ən səlis və ən gözəl sumer-türk dilimizi sax­

layaq və osmanlılara da qaytaraq.

Akopun  əməli  təkcə subyektiv  insani  səbəblərə görə  fayda­

sız deyil, həm də ziyanlıdır.

Dil  məsələsi,  xüsusən  də  ümumtürk  ünsiyyət  dili  problemi 

barədə  son  zamanlar yazılar çıxır,  millət  görür,  düşünür -   bu 

sahədə  baş  verən,  yumşaq  desək,  qeyri-obyektiv  təzahürlər 

adamları narahat eləyir.

«Hər türk sözünə görə jurnalisti 1  AZN cərimə edirəm»

  [Im- 


puls, 25.02.11] sərlövhəli yazıya ürəkdən güldüm.

Qəzetin  mətin  redaktoru  Mətanət  xanım  Əliyeva  rast  gəl­

diyi  bugünkü  «türk»  sözlərinin  türkə  oxşamadığını  intuitiv 

olaraq  hiss  eləyir,  demək  istəyir ki,  bu  özgə  «türk»  sözləri  ilə 

əsil türk dilimizi çirkləndirmək yaxşı əməl deyil.

«Türküstan»  qəzeti  [06.03.11]  narazılıq  anlamında  xanıma 

sual verir...

Aydın  Cabbaroğlu  adında  bir  nəfər  «bizim  yazar»  (yazıçı 

əvəzinə  «yazar»  -   bu  da  «o  türk  sözü»dür).  Mətanət  xanımın 

dediyinə  «reaksiya  vermək  fikrinə  düşüb»

 

[Türküstan, 



13.03.11].

Aydın bəy «Anar kimi yazıçımız»ı xatırlayır,  narazılıqla.

Anar  türk 

(bugünkü  erməni-türk) 

və 

Azərbaycan 



(azərtürk)  dillərinin  eyni  şey  olmadığını  deyib,  düz  deyib,

43



amma  onun  da  səhvi  var:  «Azərbaycan  (ölkə)  dili»  yox, 

azərtürk (xalqın) dili deyilməlidir.

Cabbaroğlu  H.Əliyevin  «Azərbaycan  dili»  barədə çıxardığı 

qərarı da yada salır.

Bundan  sonra  Aydın  bəy  də  «İmpuls»u  (elə  məni  də!)  na­

rahat  edən  «türk  sözləri»ni  qatmağa  başlayır:  «öyrənci»(?) 



«özgürlük»(?),  «mutlu»(?),  «kökənlər»(?),  «dönəm» (?),  «ilgi- 

ləndirir»(?),  «kullanmaq»(?),  «öncə»(?)...

Yaxşı  ki,  Aydın  bəy  bu  məqaləsini  «İmpuls»da  çap  etdir­

məyib  -   11  manatı  kəsilərdi.  «İmpuls»un  redaktoru  olsaydım 

elə mən də kəsərdim!

«Aydın»  sözünün  özü  də  «türk»  dilində  yanlış  işlədilir  -  

ziyalı sözü əvəzinə. Nə üçün? Axı aydının öz mənası var!

Əvvəla  («ilk  öncə»    yox!)  bu  bəy  də,  bir  «yazar»

 

rolunda 



qane  etmir.  Kəmsavad  -   qaranlıq  «aydınlarımız»,  «yazarları­

mız», «filosof» və «akademiklərimiz»,  hətta mədəniyyət nazir­

liyimizin  rəhbərliyi  kimi,  bəyənmədiyi  «rusdillilər»in  sevimli 

ifadələrini,  məsələn, «Baxmayaraq ki...  yaşayırdı» deyir.  «Ya­

şadığına...  baxmayaraq» -  deyilməlidir -  öyrənin!

İkincisi və ən ümdəsi: Aydın bəy və onun səviyyəsində olan, 

«türk  dili»ni  yamsılamağa  çalışan  digər  «aydınlar»  bir  sadə 

şeyi  bilmirlər  ki,  bu,  türk  dili  deyil.  Bu,  türk  yazıçısı  Rəşad 

Nuri  Güntəkinin,  türk  poeziyasının  iftixarı  Hüseyn  cavidin, 

türkün  atası  (!)  Atatürkün  ana dili  deyil!  Bu  sadədil  türk  mil­

lətini qəddarcasına aldatmış,  Dilaçar adını ələ keçirmiş erməni 

saxtakarı Akop Martayanın «qurduğu» süni dil protezidir.

Bu  arada  belə  bir yazı  da  çıxdı:  «İlk  öncə  ifadəsi doğrudur­

mu? Mütəxəssis cavabı» [Türküstan,  6-12 mart, 2011].

«Milli  məclisin  mədəniyyət  komitəsinin  sədri  Nizami  Cəfə­

rov bildirir ki...  hətta  bizdə mətbuatda da «ilk öncə»

 

ifadəsini 



yerində  dəqiq  işlətmirlər:  «Amma  hər halda  o ifadədən  istifa­

də mümkündür»...  Ehmal deyir. Amma deyir!

«Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Nəsimi  adma 

Dilçilik  İnstitutunun  elmi  katibi  İlham  Tahirov  isə  «ilk  ön- 



cə»nin  sabitləşmiş  ifadə  olduğunu  və  «hər  şeydən  əvvəl»  mə­

44

nasını  verdiyini  bildirib...  «İlk»



 

və  «öncə»

 

ifadələri  eyni  mə­



nanı verir...  Yaxşı olardı ki «öncə»

 

ifadəsi elə istifadə edilsin».



Bu  da  alim-dilşünaslarımız...  Onlar  da  bilmir  ki,  «öncə», 

yaxud «ilk öncə»

 

əvvəlcə, yaxud «hər şeydən əvvəl»in  sinonimi 



deyil, onlar eyni şey deyil, eyni məna daşımır.

«Öncə»  məkan  anlayışıdır,  «əvvəlcə»  -   zaman!  Daha  doğ­

rusu,  heç belə söz -  «öncə»nin özü -  yoxdur,  bunu «yeni  türk 

dilini»  yaradan  erməni  uydurub.  Azərtürk  dilində  «öncə»  ol­

mayıb,  «öndə»  olub,  erməni  «öncə»sini  indi  bizim  kəmsavad- 

lar,  «türkə  məhəbbət»  hesab  elədikləri  erməniyə  məhəbbət 

sayəsində dəb salıblar.

Dilimizi  bilməyən  dil  akademiklərimiz,  professorlarımız,  o 

ola lap  savadsız jurnalistlərimiz  ola,  dilin  nəinki  nəzəri  əsasla­

rını,  onun  məişət  səviyyəli  istifadə  qayda-qanunlarını  belə 

bilmirlər.

Dediyim  kimi,  hamı,  hətta  Mədəniyyət,  Xarici  işlər  nazir­

liyinin dilbilməz aliləri «uruscan» 

-  

«Baxmayaraq ki»-dən baş­

layır,  yersiz,  mənasız  «yəni,  yəni,  yəni»-lərlə  danışıb,  mübtəda 

ilə  qurtarırlar.  Erməni  türkcəsini  doldururlar  çox  da  mənalı 

olmayan  nitqlərinə.  Hamı mənasız savadsız «bir şeylər»,  nöm­

rə  əvəzimə  «say»,

 

famil  əvəzinə  «soy adı»  deyir.  Bu  savad  əla­



məti deyil,  «türkçülük»  də deyil.  Bunları  Şərq xalqlarının  qar­

şılıqlı  düşmənçiliyini  yaradan və  onu daim  qızışdıran  Avropa- 

erməni  iblislərinin  «başarı»  təhriki  yaradıb.  Yaxşı  ki,  Azər­

baycanda  hələ  erməni  türkcəsinin  ay  adlarına,  ev  əvəzinə 



«apartmamrd,

 

yol  əvəzinə  «trafık»3,



 

zəlzələ  əvəzinə  «beprem»ə 

keçməyiblər.

Məni  dəhşətə  gətirən  (!)  bir  «hadisə»  («hadisə»  əvəzinə  də 

bədxah  «olay»  sözünü  işlədirlər)  -   kəlmələrdə  azərtürk  (və 

fransız)  dilindəki  vurğunun  yerinin  kəlmənin  son  həcasında 

olması  qanununun  pozulmasıdır.  Bu  əməl  TV və  radio,  xüsu­

sən  də  qadın  diktorlarımız  tərəfindən  işlənilir.  Fransızlar  bu 

qanunu  hətta  xarici  sözlərə  də  şamil  edirlər.  Bizimkilər  isə, 

əksinə.  Yazıçılarımız,  nazirlərimiz  belə,  ərz  edib  buyururlar: 

«Sadəcə...» Sadəcə -  deyilməlidir.

45



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə